KitabxanaşÜnasliq


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə7/112
tarix05.10.2023
ölçüsü1,64 Mb.
#125358
1   2   3   4   5   6   7   8   9   10   ...   112
k x 2017 n 1

8


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22) 
2017
• işin effektivliyinin qiymətləndirilməsi funksiyası: istifadəçinin həyata 
keçirdiyi bütün əməliyyatlar, gördüyü bütün işlər yaddaşda qaldığı üçün onun 
fəaliyyətini qiymətləndirmək mümkündür;
• korporativ biliklərin toplanması, əməkdaşların bilmədiklərini tez bir 
zamanda öyrənə və bir-birlərini əvəz edə bilmələri: kadr dəyişikliyi baş versə 
də, yeni əməkdaş ona lazım olan sənədi asanlıqla əldə edib, bu barədə 
məlumatlana bilər.
Beləliklə, müəssisədə sənəd dövriyyəsinin effektli şəkildə tətbiqinin 
nəticəsi olaraq şəffaflıq təmin olunur, bürokratik manelər aradan qaldırılır, 
əməkdaşların məsuliyyətinin artması, onların aktual informasiyalarla təmin 
olunması, müştərilərə təklif olunan xidmətlərin səviyyəsinin yüksəldilməsi, 
daxili xərclər və risklərin minimuma endirilməsi, kommersiya sirrinin etibarlı 
qorunub saxlanılması təmin olunur.
Kağızsız sənəd dövriyyəsi texnologiyasının tətbiqi və genişlənməsi bir 
çox müsbət cəhətləri ilə yanaşı gündəlik fəaliyyətdə informasiya təhlükəsizliyi 
probleminin həllini də tələb edir. İnformasiya təhlükəsizliyi istifadəçi 
autentifikasiyası 
və 
steqanoqrafik üzullarla təmin 
olunur. 
İstifadəçi 
autenfikasiyası üsulu olaraq əsasən elektron və Asan İmza mobil elektron 
imza üsullarından istifadə olunur. Qeyd edək ki, respublikamızda elektron 
sənəd dövriyyəsi sistemlərində elektron imzanın tətbiqi mexanizmləri 
“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının 
Qanunu (2004) ilə nizamlanır. Bu qanuna uyğun olaraq elektron imza əl 
imzasına bərabər tutularaq, eyni hüquqi statusa malik olub aşağıdakıları təmin 
edir:
- sənədi göndərən mənbəni, yəni sənədin həqiqətən onu imzalayan şəxs 
tərəfindən göndərildiyini təsdiq edir. Sənədin təyinatından asılı olaraq, 
“müəllif”, “edilmiş dəyişikliklər”, “tarix” və digər atributlar imzalana bilər.
- sənədi imzalayan və alan şəxslərin bu sənədlə bağlı hər hansı 
məsuliyyətdən (müəlliflikdən, sənədi alması və ya göndərməsi faktından və s.) 
imtina etməsinə imkan vermir.
- göndərilən sənədin tamlığının, yəni onun təhrif olunmadan ünvana 
çatdırılmasının təmin edilməsinə zəmanət verir.
Steqanoqrafik üsullar müasir dövrdə əsasən aşağıda qeyd olunan 
məsələlərin həlli üçün istifadə edilir:
- məxfi informasiyanın icazəsiz girişdən qorunması;
- şəbəkə resurslarının monitorinqi və idarə olunması sistemlərini adlamaq 
(dəf etmək);

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə