KitabxanaşÜnasliq


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə8/112
tarix05.10.2023
ölçüsü1,64 Mb.
#125358
1   ...   4   5   6   7   8   9   10   11   ...   112
k x 2017 n 1

9


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22) 
2017
- informasiyanın və onu emal edən proqram təminatının kamuflyaj edilməsi 
(gizlədilməsi);
- müəyyən növ intellektual mülkiyyət üzərində müəlliflik hüququnun 
qorunması.
M üasir dövrdə kompüter steqanoqrafiyası üsulları iki əsas istiqamət üzrə 
inkişaf edir:
1. 
Komuterlərdə istifadə olunan formatların xüsusi xassələrinin istifadəsinə
əsaslanan üsullar:
1.1. Komputer verilənlərinin formatlarının genişləndirilməsi üçün ehtiyat 
saxlanılan 
sahələrin 
istifadəsi 
üsulları. 
Nəzərə 
almaq 
lazımdır 
ki, 
genişləndirmə üçün nəzərdə tutulmuş sahələr əksər multimedia formatlarında 
vardır. Bu sahələr sıfır informasiya ilə doldurulur və adi proqramlar tərəfindən 
istifadə olunmurlar.
1.2. Mətn faylların xüsusi formatlaşdırılması üsulları. Bu üsullar da öz 
növbəsində bir neçə yerə bölünür.
1.2.1. Sözlərin, cümlələrin, abzasların yerlərinin dəyişdirilməsi üsulları. Bu 
üsullar sətirlərin yerlərinin və cümlələrdə sözlərin düzülüşünün müəyyən 
olunmuş qaydada dəyişdirilməsinə əsaslanır.
1.2.2. Hərflərin müəyyən mövqelərinin seçilməsi üsulu (sıfır şifr). Bu üsullar 
cümlələrdə, sətirlərdə və ya sözlərdə müəyyən mövqedə duran (məsələn, 
birinci) hərfləri istifadə etməklə məlumatın yazılmasına əsaslanır. Bu üsulların 
xüsusi halı kimi akrostix üsulunu (sətirlərin baş hərfləri məlumatı əmələ 
gətirir) göstərmək olar.
1.2.3. Formatların ekranda əks olunmayan sahələrin xüsusi xassələrinin 
istifadə olunması üsulları. Bu üsullar haşiyə, sitat və istinadların qoyulması 
gizli (görünməyən) xüsusi sahələrin istifadə olunması (məsələn, qara fonda 
qara rəngdə yazının mətnə daxil edilməsi) prinsiplərini özündə ehtiva edir.
1.3. Disk, disket, flash və digər yaddaş qurğularının istifadə olunmayan 
yerlərində məlumatların gizlədilməsi üsulları. Gizlədilən informasiya yaddaş 
qurğularının adi vəziyyətlərdə standart proqramlar tərəfindən istifadə 
olunmayan yerlərinə (məsələn, sıfırıncı cığıra, “korlanmış” sektorlara və s.) 
yazılır.
1.4. İmitasiyaedici funksiyaların (mumic-function) istifadə edilməsi üsulları. 
Bu üsul mətnlərin generasiyası prinsipinə əsaslanmışdır və özündə akrostix

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə