Kitabxanalarda kütləvi tədbirlərin



Yüklə 474,8 Kb.
Pdf görüntüsü
səhifə18/19
tarix19.11.2017
ölçüsü474,8 Kb.
#11272
1   ...   11   12   13   14   15   16   17   18   19

 

58 


 

ması,  hər  hansı  məsələyə  dair  ictimai  rəyin  öyrənilməsi 

məqsədi  ilə  informasiyaların  toplanması  mənasında  işlədilir. 

Monitorinq  keçirmək  üçün  əvvəlcədən  proqram  hazırlanır. 

Monitorinq  faktiki  vəziyyəti  planlı  şəkildə  müqayisə  edir  və 

proqramın  məntiqi  modelinə  əsaslanır.  Monitorinq  keçirərkən 

aşağıdakılar nəzərə alınmalıdır: 

Monitorinq obyektinin öyrənilməsi

- Məlumatların toplanması; 

-  İzləmə (tədqiqat, müşahidə, sorğu, müsahibə, fotoçəki-

liş, videoçəkiliş və s.); 

- Məlumatların təhlili; 

- Qiymətləndirilməsi; 

- Qanunvericilik, normativ akt və layihələrin öyrənilməsi. 

Monitorinqin  nəticələri  cədvəl(lər)ə  yerləşdirilir,  ardıcıl-

lıq  gözlənilir  və  monitorinq  keçirən  tərəf  dövlət  qurumlarının 

qeydlərini əldə etməkdə maraqlı olmalıdır. Sonra hesabat hazır-

lanmalı  və  ictimaiyyətə  çatdırılmalıdır.  Hesabata  layihə,  icra-

çılar,  monitorinqin  keçirilmə  üsulları  və  göstəriciləri,  iş  planı, 

monitorinq edilən tərəf barədə məlumatlar daxil edilməli və dili 

anlaşıqlı olmalıdır. Hesabat maraqlı tərəflərə paylanmalıdır. 

Kitabxanalarda,  xüsusilə  uşaq  və  məktəb  kitabxana-

larında  adları  çəkilən  əyani  təbliğat  formaları  sırasında 



Kitabxana  albomlarının  da  özünəməxsus  yeri  vardır.  Kitab-

xananın həm kiçik yaşlı məktəblilər, həm də yeniyetmələr üçün 

olan  oxu  zallarının  kitabxanaçıları  məktəbli  oxucuların  fəal 

iştirakı  ilə  məktəblilər  üçün  vacib  sayılan  və  məktəb  proq-

ramına müvafiq olan mövzuları əks etdirən kitabxana albomları 

hazırlayır.  Bununla  əlaqədar  hər  bir  məktəbliyə  müvafiq  bir 

mövzu  verilir  və  həmin  mövzuda  albom  tərtib  etmək  üçün 

təlimatlandırılır.  Məktəbli  albom  üçün  lazımi  materialları, 

məlumatları  kitabxana  şəraitində,  kitabxanaçının  birbaşa 

köməkliyi  ilə  toplayır.  Albomun  tərtibi  modeli  də  kitabxa-

naçının  iştirakı  ilə  hazırlanır.  Məktəbli  oxucu  albomu  hazır-



 

59 


 

lamalı  olduğu  müddətdə  həm  müəllimlərin  həm  də  valideyn-

lərin imkanlarından yararlana bilərlər. 

Kitabxanada hazırlanan bu cür albomlar adətən məktəbli 

oxucular üçün maraqlı mövzulara həsr olunmalıdır ki, bunların 

sırasında ən çox görkəmli şair və yazıçıların, elm, mədəniyyət 

və dövlət xadimlərinin həyat və yaradıcılığına müraciət olunur. 

Ayrı-ayrı  şəxsiyyətlərin  həyat  və  yaradıcılığına  həsr  edilmiş 

kitabxana  albomlarında  həmin  şəxsiyyətin  anadan  olduğu 

vaxtdan  ömrünün  sonuna  qədərki  bütün  həyat  və  fəaliyyətini 

əks  etdirən  mətnlər,  faktlar,  rəqəmlər,  foto  şəkillər,  rəsmlər 

xronoloji qaydada və məntiqi ardıcıllıqla verilir. Əlbəttə, bu cür 

albomlar  kitabxananın  oxu  zalının  köməkçi  fondunun  tərkib 

hissəsi  kimi  saxlanılır  və  məqsədəuyğun  olaraq  məktəbli 

oxucuların istifadəsinə verilir. 

Məktəbli  oxucuların  hər  hansı  konkret  bir  movzuda 

müfəssəl  məlumat  almalarına  kömək  etmək  üçün  kitabxana 

albomları ən yaxşı və münasib vasitə hesab olunur. 

Kitabxanalarda 

informasiya 

təbliğatının 

əsasını 


kompleks  tədbirlər  –  informasiya  günləri  və  həftələri,  sərgi-

baxış, mütəxəssis günləri kimi tədbirlər təşkil edir. 



İnformasiya  həftəsi  –  müəyyən  mövzu  üzrə  kompleks 

tədbirləri,  sərgi-baxışı,  biblioqrafik  icmalları,  söhbəti,  məslə-

hətləri əks etdirir. 

İnformasiya  günü  –  kitabxana  xidməti  sistemində 

kompleks  kitabxana-informasiya  tədbirlərindən  biri  kimi 

kitabxanaya yeni daxil olan çap məhsulları haqqında oxucuları 

məlumatlandırmaq məqsədi daşıyır. İnformasiya gününə (həftə, 

ongünlük)  hazırlıq  bir  neçə  mərhələdə  olur.  Birinci  mərhələ 

tədbirin  mövzusunun  müəyyən  edilməsidir.  Bu  mərhələnin  ən 

başlıca  addımlarından  biri  sərgi-baxış  üçün  mövzuya  uyğun 

yeni  daxil  olan  mühüm  ədəbiyyatlara  baxışın  keçirilməsi  və 

onların  seçilməsidir.  Sərgi  kitabxana  işçilərinin  (biblioqrafik 

icmal)  və  müvafiq  peşə  mütəxəssislərinin  analitik,  faktoqrafik 




 

60 


 

informasiya xarakterli çıxışları ilə müşayiət olunur. Çox zaman 

informasiya  gününə  mütəxəssislərin  mütaliə  və  informasiya 

mədəniyyətinin  yüksəlməsinə  təsir  göstərən  tədbirlər  də  daxil 

edilir.  Bu  tədbirlərin  sayəsində  kitabxanalararası  ünsiyyət 

dərinləşir,  kitabxananın  reklamı  genişlənir,  oxucuların  infor-

masiya  tələbatının  öyrənilməsi  aktivləşir.  Oxuculara  informa-

siya  günündə  nəşrlər  təqdim  edilir,  nəşrlərin  surətlərinin 

çıxarılması üçün sifarişlər qəbul olunur və nəticədə bu, tədbirin 

effektivliyini  artırır.  İkinci  mərhələ  informasiya  günü  və  ya 

ongünlük  (dekada)  üçün  iş  proqramının  müəyyən  edilməsidir. 

Üçüncü  mərhələ  tədbirin  bilavasitə  təşkilidir:  pres-relizin 

hazırlanması,  reklam  məlumatlarının  göndərilməsi  (dəvətna-

mə), fərdi dəvətlər, sərgi-baxışın xüsusi ayrılmış yerdə yerləş-

dirilməsi və s. 

İnformasiya  günü  Elmi  Texniki  İnformasiya  (ETİ) 

orqanlarının  təcrübəsində  1950-ci  ildən  müşahidə  olunur. 

Sonralar  bu  xidmət  forması  kitabxanalar  tərəfindən  bir  sıra 

dəyişikliklərə  məruz  qalmışdır.  Bir  qayda  olaraq  müəssisə  və 

təşkilatların  aparıcı  mütəxəssislərinin  iştirakı  ilə  keçirilən 

səyyar informasiya günləri daha effektlidir. 

İnformasiya  günləri  həmçinin  işgüzar  informasiya 

mühitində işləmək üçün daha xarakterik əhəmiyyətə malikdir. 

Kompleks  tədbirin  ayrılmaz  bir  hissəsi  olan  sərgi-



baxışın  xüsusiyyətlərinə  nəzər  salaq:  sərgi-baxış  kompleks 

tədbirin,  informasiyanın  əsasını  təşkil  edir.  Bu  o deməkdir  ki, 

sərgi-baxışda  tədbirdə  müzakirə  olunan  problemlərə  aid 

mümkün olan maksimum informasiya mənbəyi göstərilməlidir. 

Sərgi-baxış ayrıca bir yerdə, stollar və stellajların üstündə 

yerləşdirilir. Tədbir sərginin təqdimatı ilə başlayır, onun bağla-

nışı ilə qurtarır.  

Kompleks  tədbir  çərçivəsində  sərgi-baxışdan  istifadə 

kitabxanaya daha çox oxucu cəlb edilməsinə səbəb olur.  



Yüklə 474,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə