34
Kitab sərgiləri yalnız burada nümayiş etdirilən kitabların
məzmununa görə deyil, eyni zamanda məqsədinə görə – tədris
prosesinə və şəxsi təhsilə kömək məqsədi daşıyan sərgilər;
müddətinə görə – daimi, uzun müddətli və müvəqqəti sərgilər;
ədəbiyyatın nəşr tipinə və növünə görə – kitab sərgiləri, qəzet
və jurnal sərgiləri, not sərgiləri, patent sərgisi və s. təşkil edilə
bilər.
Kitab sərgisi üzərində iş metodikası mövzunun müəyyən
edilməsi və öyrənilməsi, planın tərtibi, materialın seçilməsi və
tərtibatından ibarətdir.
Hər hansı bir kitab sərgisi aşağıdakı qaydada tərtib еdilir:
Sərginin ümumi başlığı və yarımbaşlıq, tövsiyə оlunan ədə-
biyyat, sitat (mövzu haqqında izahlı mətnlər) və şəkil (foto
illüstrasiyalar).
Ümumi başlıq sərginin mövzusunu müəyyən еdir və
оnun əsas məzmununu aydınlaşdırır. Sərginin sərlövhəsi
müəyyənləşdirildikdən sonra burada əks etdirilməsi lazım gə-
lən məsələləri dəqiqləşdirmək lazımdır. Həmin məsələlər sərgi-
də bölmə və yarımbölmələr şəklində verilməlidir. Bölmələrin
və yarımbölmələrin sərlövhələri dəqiq seçilməli, bölmənin
məzmunu aydın əks etdirilməlidir.
Sərginin daxili bölmələrinin məzmunu və ardıcıllıq möv-
zunun xarakterindən asılıdır. Sərgidə materialların yerləşdiril-
məsi müxtəlif prinsiplərə əsaslana bilər: tematik, xronoloji,
coğrafi və materialların mürəkkəbliyi dərəcəsi prinsipi. Bu ma-
terialların sərgidə yerləşdirilməsi daxili məntiqə əsaslanmalıdır.
Hər şeydən əvvəl kitabxanaçı ədəbiyyatın düzülüşündə iki cə-
həti nəzərə almalıdır:
a) çap əsərlərinin əhəmiyyətini və elmi dəyərini;
b) sərgidə mövzunun ayrı-ayrı məsələlərinin əks etdiril-
məsi ardıcılığını.
Kitab sərgilərinin tərtibatında həm də simmetriya gözlə-
nilməlidir. Eyni zamanda sərgidə çap əsərlərinin, şəkillərin və
35
lazımi mətnlərin yerləşdirilməsində müəyyən məna ifadə olun-
malıdır.
Sərgidə materialların düzülüşündə simmetriyadan danışı-
larkən qeyd olunmalıdır ki, burada nümayış etdirilən kitabların
ölçüsü, onların cildlərinin rəngi, şəkillərin məzmunu, qarşılıqlı
münasibəti və s. nəzərə alınmalıdır. Çünki kütləvi təbliğat məq-
sədilə nümayiş etdirilən hər hansı əşya və predmet təkcə zahiri
parlaqlığı ilə deyil, eyni zamanda özünün simmmetriyası, məna
ifadə etməsi və estetik təsiri ilə diqqəti cəlb edir. Ona görə də
sərgidə eyni rəngli, eyni ölçülü kitabların, həmçinin oxşar məz-
munlu və eyni ölçülü şəkillərin yanaşı düzülməsi məqsədəuy-
ğun deyildir. Əlbəttə, burada ölçünün və rənglərin nümayiş
etdirilməsi nəzərdə tutulmur.
Nümunə üçün sərgi
Başlıq: Azərbaycan –doğma diyar
Sitat: Bizim hamımızın bir vətəni var: Bu Azərbaycan
dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq
azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutma-
malıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır.
Heydər Əliyev,
ümummilli lider
Sərgidə Azərbaycan xəritəsi və münasib bir şəkil
yerləşdirmək olar.
1.
Azərbaycanda dövlətçilik və onun rəmzləri [Mətn].-
Bakı, 2000.-75 s.
2.
Azərbaycan Respublikasının Konstitusiyası [Mətn].-
Bakı: Qanun, 2001.- 48 s.
3.
Azərtürk, T. XXI əsr və bütöv Azərbaycan [Mətn]
/T.Azərtürk, U.Əlizadə.- SİETL, 2001.-143 s.
36
5.
Boran, Ə. Xocalı soyqırımı [Mətn] /Ə.Boran.- Bakı:
Azərnəşr, 2008.- 223 s.
6.
Bünyadov, Z. Azərbaycan VII-IX əsrlərdə [Mətn]
/Z.Bünyadov.- Bakı: Şərq-Qərb, 2007.- 422 s.
7.
Erməni vəhşilikləri [Mətn]: (1905-1906-1918-1920).-
Bakı, 2009.- 54 s.
8.
Toğan, Ə.Z.V. Azərbaycan [Mətn] /Əhməd Zəki
Validi Toğan.- Bakı: Ocaq, 2007.- 88 s.
8.
Əliyev, H. Biz Azərbaycan ərazisində ikinci bir
erməni dövlətinin yaradılmasına yol verə bilmərik [Mətn]
/Heydər Əliyev.- Bakı: Əbilov, Zeynalov və oğulları, 2006.
10.
Qarabağ: real tarix, faktlar, sənədlər [Mətn].- Bakı:
Təhsil, 2005.- 373 s.
2.
Vəliyev, A. Azərbaycan Avropa Şurası [Mətn]:
Demokratiya və insan huquqları sahəsində əməkdaşlıq
/A.Vəliyev.- Bakı, 2006.-135 s.
I Bölmə: Heydər Əliyev millətin xilaskarı və dayağı
Sitat: Bu gün Azərbaycan həqiqəti adlı bir ruzigar
dünyanın ən yüksək kürsülərində əsirsə, bu məhz Heydər
Əliyevin yenilməz iradəsinin, gərgin əməyinin, müdrik
siyasətinin bəhrəsidir.
İlhan Aşqın,
Hollandiyanın Azərbaycan-Türk Kültür
Dərnəyinin rəhbəri
1.
Abdullayev, Ə. Dünya şöhrətli dövlət xadimi: Heydər
Əliyev [Mətn] /Ə.Abdullayev.- Bakı: İqtisad Universiteti,
2005.- 250 s.
2.
Axundova, E. Heydər Əliyev: şəxsiyyət və zaman
[Mətn] /E.Axundova.- Bakı: Ozan, 2007.- 352 s.
Dostları ilə paylaş: |