Kitabxanalarda kütləvi tədbirlərin



Yüklə 474,8 Kb.
Pdf görüntüsü
səhifə15/19
tarix19.11.2017
ölçüsü474,8 Kb.
#11272
1   ...   11   12   13   14   15   16   17   18   19

 

47 


 

baxımdan  müasir  kitabxanalar  da  informasiya  texnologiyaları 

olmadan  lazımi  səviyyədə  inkişaf  edə  bilməz.  Kitabxanalara 

yeni  informasiya  texnologiyalarının  tətbiqi  onların  qarşısında 

çox  geniş  imkanlar  açır,  fondun  mühafizə  edilməsi  və  xidmət 

işində  oxucuların  tələbatlarının  ödənilməsində  yaranan  prob-

lemləri  asanlaşdırmağa,  oxuculara  yeni  üsullarla  xidmət 

etməyə imkan verir. Yeni  texnologiyaların tətbiqi  ilə əlaqədar 

kitabxanalar  oxuculara  yeni  on-line  xidmət  növünü  təklif 

edirlər  ki,  İnternet  bu  xidmət  növünün  həyata  keçirilməsində 

əvəzsiz  vasitədir.  İnternet  həm  də  kitabxanaların  yeni 

informasiya  resursları  ilə  zənginləşməsini  təmin  edir.  İnternet 

və on-line xidmətləri kitabxanalara onların informasiya ehtiyat-

larından və məlumat bazalarından ölkədən kənarda da istifadə 

olunmasına şərait yaradır. 

Yaradılmış məlumat bazaları istifadəçinin maraqları üçün 

onun informasiyaya olan tələbatını  ödəyə bilən dəyərli mənbə 

olmalıdır. Kitabxana xidmətində kompyuter texnologiyalarının 

istifadəsi bir neçə istiqamətdə ola bilər: 

- sərgi fəaliyyəti

- nəşriyyat fəaliyyəti (CD və digər elektron nəşrlər); 

- on-line rejimində kitabxana xidməti. 

Kompyuter  texnologiyalarının  kitabxanaların  sərgi  fəa-

liyyətində  istifadə  olunmasının  yüksək  effektivliyi  bir  sıra  ob-

yektiv amillərlə şərtlənir. Bu şərtlərə aiddir: 

- sərgi materiallarının ənənəvi olmayan təqdimatı; 

- əyanilik; 

- materialın strukturlaşdırılması. 

Kitabxana  xidmətində  kompyuter  texnologiyalarının  tət-

biqi müasir dövrün əsas tələbidir. Hazırda kütləvi kitabxanala-

rın  sərgi  fəaliyyətində  kompyuter  texnologiyalarından  istifadə 

bir  qayda  olaraq  başlıqların,  sitat  və  illüstrasiyaların  qrafiki 

tərtibində istifadə olunur. 



 

48 


 

Bununla  yanaşı  multimedia  texnologiyaları  informasi-

yaların  təqdim  olunmasında  müəyyən  qədər  sərhədləri  geniş-

ləndirir və məhsulların yayılmasına imkan verir. 

Elektron  sərgi  ənənəvi  (kitab)  və  yeni  (elektron)  qayda-

ların  sintezində  informasiyanın  təqdim  olunma  üsuludur. 

Elektron  kitabxana  sərgisini  kitabxananın  saytında  yerləşdir-

mək  olar.  Bunun  üçün  onu  xüsusi  proqramda  və  HTML  for-

matında yaratmaq vacibdir. Elektron sərgi kataloq şəklində də 

təqdim oluna bilər. 

Elektron  sərginin  müşahidə  bölümündə  illüstrativ  mate-

riallar  (kitabın  üz  qabığı,  illüstrasiyalar,  fotoşəkillər  və  s.) 

təqdim olunur. Mətni açan və müşayiət edən tamaşaçı bölümü 

sitat, annotasiya, biblioqrafik məlumat və s. informasiyalardan 

ibarətdir. 

Aşağıda “Mir Cəlal irsi” adlı elektron məlumat bazasının 

hazırlanması  göstərilir.  Burada  birinci  slayd  göstərilən  nəşrlə-

rin bütün məcmusunu, qalan slaydlar isə müəlliflərin ayrı-ayrı 

nəşrlərini izah edir.  

 

Slayd 1. “Mir Cəlal irsi” adlı elektron sərgi 

 

 

 



 


 

49 


 

Slayd 2.  

 

 



 

 

Slayd 3. Elektron sərgidə nəşrlərin fərdi təqdimatı (Ayrı-

ayrı kitablar haqqında daha ətraflı məlumat çatdırmaq məqsədi 

daşıyır)

 

 

 

 

İstifadəçilərin sərbəst baxışı üçün elektron sərginin birin-



ci slaydında kitablar haqqında kiçik annotasiya və biblioqrafik 


 

50 


 

məlumatlarla  müəllifin  portretini  yaratmaq  məqsədəuyğundur. 

Belə  yetərli izahlar və biblioqrafik əsaslandırmalarla olan təq-

dimatın  açılışı  illüstrasiyalı  tövsiyə  göstəricisi  təsəvvürü  yara-

dır. Elektron sərgilərin müvəffəqiyyəti kitabxanaçının yaradıcı-

lıq qabiliyyətindən, fantaziyasından, eləcə də yeni texnologiya-

ları mənimsəməsindən, texniki vərdişlərindən çox asılıdır. 

Sərginin məqsəd və məramını açmaq üçün izahlı mətnlər-

dən, ayrı-ayrı elm xadimlərinə istinad edən sitatlardan istifadə 

etmək  lazımdır.  Sitatlar,  izahlı  mətnlər  və  digər  yazılı  infor-

masiyalar sərgilərin oxucuya təqdimatını tamamlamalıdır.  

Sərginin  deyə  bilmədiyi  sözü,  ifadə  edə  bilmədiyi  fikri 

sitatlar,  izahlı  mətnlər  deməlidir.  Sitat  olduğu  kimi,  hərfi  hər-

finə bir mətndən gotürülmüş yazıdır. Sitatlar ayrı-ayrı müəllif-

lərin əsərlərindən, tarixi şəxsiyyətlərin fikir və mülahizələrinin 

çap olunduğu mənbələrdən götürülməlidir. Sitat götürülərkən o 

ilkin  mənbə  ilə  dəfələrlə  tutuşdurulmalı,  yoxlanmalı  və  sonra 

yazılmalıdır.  Sitata  heç  bir  əlavə  və  ya  düzəliş  etmək  olmaz. 

Qarşıya  qoyulan  məqsəddən  asılı  olaraq  sitatın  məzmununda 

ixtisarlar  aparıla  bilər.  İxtisarlar  aparılarkən  poliqrafiyanın 

texniki  qaydalarına  diqqət  yetirilməlidir.  Sitat,  adətən  abzasın 

başlanğıcından  başlayaraq  fikir  sona  çatdırılana  qədər  davam 

etdirilməlidir. İxtisar aparılarkən üç nöqtə qoyulmalı və ardınca 

fikir davam etdirilməlidir. 

Sərgidə sitatın dəqiq məzmunu və müəllifi göstərilir. Bu 

prinsip müəlliflik hüququnu qorumaq üçündür. Məsələn:        

Azərbaycanın  müstəqilliyi  əbədidir,  sarsılmazdır, 

dönməzdir.”  

Heydər Əliyev,  

ümummilli lider 

 

Sitatlar  oz  məzmununa  görə  qısa  və  konkret  olmalıdır. 

Sitatların nümayiş  etdirildiyi  yerdən və həcmindən asılı olaraq 

rəssam yazını mətbəə şrifti ilə verə bilər. Dəqiq yazılmış sitat, 




Yüklə 474,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə