44
larımıza qayıdacağıq”, “Tariхi rоmanlarımız”, “Kоmеdiyalar
aləmində”, “Pоеziya dünyası”, “Satira güzgüsündə”, “Macəra
ustaları” və s. başlıqlarla sərgilər təşkil etmək olar.
Mövzuların müxtəlifliyinə görə sərgiləri aşağıdakı kimi
qruplaşdırmaq olar:
1.
Yeni daxil olan ədəbiyyatın universal sərgiləri;
2.
Beynəlxalq və ölkə daxilində baş verən mühüm hadi-
sələrə həsr edilmiş mövzu sərgiləri;
3.
Əlamətdar və tarixi günlərə həsr edilmiş mövzu sər-
giləri;
4.
Sosial problemlərə həsr olunmuş mövzu sərgiləri;
5.
Ölkəşünaslıq xarakterli sərgilər (ildə 1 dəfə) və s.
Mövzuya müvafiq olaraq eyni zamanda mövzunun tam
əhatə olunması üçün jurnal və qəzet məqalələrindən də kifayət
qədər istifadə olunmalıdır. Mövzu ilə əlaqədar tövsiyə
olunması vacib sayılan hər hansı jurnal və ya qəzet məqalələri
sərgidə iki formada 1) məqalələr dərc olunan səhifələri sərgiyə
açıq şəkildə düzmək 2) məqalələrin təsvirini kartoçkaya
köçürüb jurnalın və qəzetin üstünə bərkitməklə nümayiş
etdirmək olar. Bu qayda məqalələr məcmuəsində dərc olunmuş
hər hansı məqalənin tövsiyəsi zamanı da tətbiq edilə bilər.
Yеni kitabların sərgisi kitabхanaya yеni daхil оlmuş
nəşrlər haqqında müntəzəm məlumat vеrmək məqsədi daşıyır.
Yеni alınmış kitablar sərgidə müəyyən qaydada şöbələrə görə:
təbiət elmləri, kənd təsərrüfatı, ictimai-siyasi elmlər, bədii
ədəbiyyat və s. qоyulmalıdır.
Sərgiləri yalnız yeni kitablarla məhdudlaşdırmaq olmaz.
Hər bir kitabxanada külli miqdarda kitablar var ki, onlar haq-
qında məlumat pis təşkil edildiyindən oxucuların onlardan
xəbəri yoxdur. Belə kitabları təbliğ etmək üçün müxtəlif bilik
sahələri üzrə “Unudulmuş kitablar” və ya “Bu kitabları oxu-
yun!” başlığı altında sərgilər təşkil etmək məqsədəuyğundur.
45
Sosial problemli sərgilər cəmiyyətin sosial problem-
lərinə (məsələn, ekologiyaya, narkomaniyaya, millətçiliyə və s.
məsələlərə) həsr olunur və kitabxanaların maarifləndirici
fəaliyyətini tələb edir.
Sərgilər oxuculara müəyyən məsələlərin öyrənilməsində
kömək edir. Dərs vəsaitləri və dərsliklərdən fərqli olaraq sərgi-
lər informasiyaları kompleks şəkildə təsvir edir. Sərgi fəaliy-
yəti ilə məşğul olan kitabxanaçılardan - müasir forma və me-
todlardan, kompyuter texnologiyalarından istifadə bacarığı,
pedaqoji, layihələşdirmə və modelləşdirmə təcrübəsi tələb
olunur.
Kitabxanalar və kitabxanaçılar ölkənin (regionun) tarixi
və mədəni təcrübələrinin toplandığı xəzinənin qoruyucuları
kimi ölkə sakinlərinin elmi dünyagörüşünün, siyasi şüurunun
formalaşmasında vacib rol oynayırlar. Onların fəaliyyətinin
məqsədi yalnız ölkəşünaslığı (diyarşünaslığı) əks etdirən
sənədlərin kütlələr arasında yayılması deyil, həm də sərgilər,
reklamlar vasitəsilə fondlarının ölkəşünaslıq (diyarşünaslıq)
ədəbiyyatının açılması və oxucularla mədəni-maarif işinin də
aparılmasıdır.
Beləliklə, kitabxanaların ölkəşünaslıq fəaliyyətinin məq-
sədi, ölkənin tarixini, mədəniyyətini öyrənmək və ölkəşünaslıq
biliyini təbliğ etməkdir. Bu fəaliyyətin səmərəli nəticə verməsi
üçün kitabxananın saytında ölkənin tarixinə və mədəniyyətinə
aid tarixi-ölkəşünaslıq sənəd (məlumat) bazasının yaradılması
vacibdir.
Ölkəşünaslıq (diyarşünaslıq) kitabxana sərgisi – kitabxa-
nada olan kitab və başqa informasiya daşıyıcılarının daha çox
effektli, kəsərli formada əyani təqdimetmə növüdür. Ölkəşü-
naslıq (diyarşünaslıq) kitab sərgiləri öz məzmununa, oxucu
sahələrinə görə müxtəlifdir: həmişə fəaliyyət göstərən,
universal mövzulu, məşhur və yaddaqalan tarixlərə aid, yeni
daxil olan materialların sərgisi.
46
Ölkəşünaslıq (diyarşünaslıq) kitabxana sərgilərinin əsas
funksiyaları bunlardır:
- dərketmə funksiyası - oxuculara öz diyarlarının tarixi və
mədəniyyəti haqqında biliklərə yiyələnmək imkanlarını təqdim
etməsi;
- informasiya funksiyası - müxtəlif qrup və müxtəlif kate-
qoriyalı oxucular üçün ölkəşünaslıq fondlarının üzə çıxarıl-
ması;
- kommutativ (əlaqə) funksiyası - mövzu sərgiləri vasitə-
silə mədəni təcrübələrin və ənənələrin varisliyinin təmsil edil-
məsi;
- adaptasiya (uyğunlaşma) funksiyası - ölkəşünaslıq
(diyarşünaslıq) informasiyasına dair lazımi, maksimum əyani
axtarışların təmin edilməsi.
Ölkəşünaslıq (diyarşünaslıq) xarakterli sərgilər bir qayda
olaraq daimi fəaliyyət göstərən sərgilərdir ki, onlar vətən-
pərvərlik tərbiyəsi və istifadəçilərin ekoloji maarifləndirilməsi
çərçivəsində realizə olunur.
Qеyd еdək ki, kitabхanalarda təşkil еdilən hərbi vətən-
pərvərlik məzmunlu sərgilərdə müharibə mövzusunda yazılmış
bədii, publisistik kitablarla yanaşı, müхtəlif qəzеt və jurnal ma-
terialları da əks еtdirilir ki, bu da həmin sərginin əhəmiyyətini
хеyli artırır.
Azərbaycan Respublikasının qlobal informasiya mühitinə
daxil olması cəmiyyətin informasiya təminatını həyata keçirən
kitabxanaların fəaliyyətində əsaslı islahatlar aparılması üçün
geniş imkanlar açmışdır. Elə buna görə də indi kitabxanada
xidmətlər təkmilləşdirilir, fondlar müasir informasiya daşıyıcı-
ları ilə zənginləşdirilir, elektron məlumat bankları yaradılır,
kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi
üçün tədbirlər görülür.
Müasir cəmiyyətdə elm və texnikanın sürətlə inkişaf
etməsi onun bütün fəaliyyət sahələrinə tətbiqini tələb edir. Bu
Dostları ilə paylaş: |