Kitabxanalarda kütləvi tədbirlərin



Yüklə 474,8 Kb.
Pdf görüntüsü
səhifə16/19
tarix19.11.2017
ölçüsü474,8 Kb.
#11272
1   ...   11   12   13   14   15   16   17   18   19

 

51 


 

təsirli  şəkil,  yaxşı  tərtib  olunmuş  sərgi  insanların  hafizəsində 

uzun  müddət  yaşayır.  Əşya  və  hadisələrlə  əyani  tanışlıq  ger-

çəkliyi daha  yaxşı  dərk  etmək üçün  böyük əhəmiyyətə malik-

dir. 

İzahlı mətnlər müəllifin sərbəst fikridir. Lakin bu o de-

mək  deyil  ki,  müəllif  nəyi  necə  istəsə  yaza  bilər.  İzahlı  mətn 

tarixi-elmi  qaynaqlara,  elmi  təfəkkürə,  həqiqətin  ifadəsi  olan 

həyat  təcrübəsinə  söykənməlidir.  İzahlı  mətnlər  bütövlükdə 

sərginin  bölmələri,  mövzu  və  yarım  bölmələr  haqqında  yazıla 

bilər. Sərgini həddindən artıq izahlı mətnlə yükləmək də olmaz. 

İki-üç  izahlı  mətn  kifayətdir.  İzahlı  mətn  aydın  oxunması 

mümkün olan yerlərdə nümayiş etdirilməlidir. 



Sərgi  fəaliyyətində  reklam  informasiya  işi.  Kitabxana 

sərgisi “intellegent” kitabxana imici təsəvvürü yaradan reklam 

üsuludur.  Kitabxana  sərgisi  istifadə  edənlər  üçün  nə  qədər 

maraqlı  və  cəlbedici  olsa,  bir  o  qədər  kitabxana  haqqında 

bütünlükdə  güclü  müsbət  təəssürat  yaranır.  Kitabxana  sərgisi 

aşağıdakı üstünlüklərə malikdir: 

- informasiya axınında və sənədlər massivində istifadəçi-

lərin istiqamətləndirilməsinə kömək edir; 

- hər kitabdan maksimum istifadə etmək imkanı yaradır. 

Eyni  zamanda  sərginin  özünün  kitabxana  fəaliyyətinin 

bir  forması  kimi  reklama  ehtiyacı  vardır.  Kitabxana  reklamı 

kitabxana  şəraitində  mütaliə  etməyin  səmərəliliyi  və  burada 

müxtəlif  xidmət  prosesləri  barədə  özünəməxsus  anlayış  yarat-

maq imkanına malikdir. Hər bir kitabxananın  həyata keçirdiyi 

reklam işi həmin kitabxananın  iş  xüsusiyyətləri barədə oxucu-

larda  aydın  təsəvvür  yaradır,  başqa  kitabxanalardan  fərqli 

cəhətlərini göstərməklə onun obrazını yaratmış olur. Kitabxana 

reklamı  adətən  müxtəlif  məzmunlu  kitabxana  xidməti  barədə 

istiqamətləndirici rol oynamaq imkanına malikdir. Bu cəhətdən 

məqsədinə  görə  reklamlar  iki  növə  bölünür.  Birinci  növ  rek-

lamlar – kitabxananın ümumi simasını açan, iş xüsusiyyətlərini 



 

52 


 

şərh edən reklamlardır. İkinci növ reklamlar isə kitabxana tərə-

findən həyata keçirilən konkret tədbirlər, konkret xidmət növü 

haqqında  məlumat  verən  reklamlardır.  Hər  bir  tədbirə  maraq 



reklamdan başlayır.  

 Reklam məlumatlarının əsas tələbləri bunlardır: 

- istifadəçiyə reklam obyekti barədə yeni informasiyaları 

təqdim etmək; 

-  reklam  olunan  sərginin  əhəmiyyətli  olduğuna  inandır-

maq; 


- auditoriyanın xüsusiyyətini nəzərə almaq

-  reklam  olunan  sərginin  əsas  xüsusiyyətlərini  əks 

etdirmək. 

Sərgi  haqqında  məlumat  reklamın  məqsədindən  asılı 

olaraq  daxili  və  xarici  ola  bilər.  Sərgilər  haqqında  reklam 

məlumatının ən geniş yayılmış forması – elandır. 

Məzmununa  və  məqsədinə  görə  elanın  bir  neçə  forması 

vardır.  Anons,  reklam,  afişa,  bildiriş  və  s.  kimi  əməli  yazılar 

elan xarakterlidir. 

Elan bu və ya digər məlumatı insanlara qabaqcadan çat-

dırmaqla təşkiledici missiyanı yerinə yetirir. Məlumat qruplaş-

dırılarkən aşağıdakılar diqqət mərkəzində saxlanılmalıdır: 

1.

 

Məlumatın mahiyyəti, məzmunu aydın qeyd olunmalıdır. 



2.

 

Məlumatın vaxtı, saatı dəqiq göstərilməlidir



3.

 

Tədbirin keçiriləcəyi yer (ərazi, bina, otağın nömrəsi) 



qeyd edilməlidir; 

4.

 



Məlumatın kim tərəfindən verilməsi göstərilməlidir. 

Elanda bir və ya bir neçə məlumat öz əksini tapa bilər. 

Bu gün kitabxanalara oxucu cəlb  etməyin  əsas şərtlərin-

dən biri elanlarda tədbirin məzmununun necə təqdim edilməsi, 

nə şəkildə oxucuya çatdırılmasıdır. Keçiriləcək tədbir haqqında 

cəlbedici elan yazılmalı, tədbirdə iştirak edəcək şəxslərin adları 

və titulları qeyd edilməlidir. Tədbirə maraqlı, göz və könül ox-

şayan adın seçilməsi də əsas şərtdir. 




 

53 


 

Tədbirin  keçiriləcəyini  informasiya  vasitələrindən  istifa-

də etməklə də yaymaq olar. Kitabçaların, bukletlərin, elanların, 

vərəqələrin  səmərəsi  onların  düzgün  paylanması  və  münasib 

məzmunda yazılmasından asılıdır.  

Reklam məlumatlarını tərtib edərkən aşağıdakı məqamla-

ra diqqət yetirmək lazımdır: 

-

 



 əgər  müsbət  təsirə  nail  olmaq  istəyirsinizsə,  mətndə 

ədatın inkar forması (yox) olmamalıdır; 

-

 

 insana təsiri fərqli olmalıdır; 



-

 

 sərginin özəlliklərinə diqqəti cəlb etmək üçün səmərəli 



dəlillərdən istifadə olunmalıdır; 

-

 



 mətn  ekstravaqant  deyil,  sadə,  maraqlı,  orijinal 

olmalıdır və eyni fikri bildirən, şüura rahat təsir edə bilən açar 

sözlərdən təşkil olunmalıdır; 

-

 



 məlumat imkan daxilində qısa olmalıdır; 

-

 



 sözlər  insanlara  müsbət  emosiyalar  aşılamalı,  yaxşı 

əhval-ruhiyyə yaratmalıdır. 

Sərgi  reklamlarının  yayılmasındakı  vasitələrdən  biri  də 

kitabxanaların  saytıdır.  Axtarış  sistemlərində  və  kataloqlarda 

saytın qeydə alınması belə reklamların daha effektli olmasında 

vacib faktorlardandır. 

Bədii  ədəbiyyatın  əyani  təbliğinin  gеniş  yayılmış  növlə-

rindən biri də kitabхana plakatlarıdır. Kitabхana plakatı töv-

siyə оlunan bədii kitabı təsviri sənət vasitəsi ilə təbliğ еdir, ən 

vacib  detallardan  istifadə  еtməklə  məsləhətçi  rоlunu  оynayır. 

Plakatlar  həm  də  охuculara  istiqamət  vеrmək,  hər  hansı  bir 

bədii ədəbiyyat haqqında оnlarda müəyyən təsəvvür  yaratmaq 

məqsədi ilə hazırlanır. 

Kitabхana plakatları məqsədinə və vəzifəsinə görə iki cür 

оlur: 

1.

 



Təbliğat və təşviqat хaraktеrli plakatlar

2.

 



Mеtоdik хaraktеrli plakatlar. 


Yüklə 474,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə