Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə23/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   19   20   21   22   23   24   25   26   ...   120

82

Dializ

tezliyi, tənəffüsün 1 dəq-də sayı, bədən temperaturu dinamikada 

yoxlanılır və nəzarət edilir. Gün ərzində bədənə yeridilən mayenin 

miqdarı, gündəlik diurez və əlavə 300–500 ml miqdarında olmalıdır.



Hiperkaliyemiyanın müalicəsi

Eyni vaxtda bir neçə istiqamətdə aparılır:

– Kaliumun qana daxil olmasını azaltmaq, yaraların təmizlənməsi, 

MBT-də qan olduqda onu təmizləmək, hiperkaliyemiya yara dan 

dərmanların qəbulunu saxlamaq (QSİƏP, heparin, APFİ, spirono-

laktonlar, beta-blokatorlar, miorelaksantlar), hiper 

kata 

boliz 


min 

azaldılması;

– Kalium antaqonistlərinin tətbiqi: kalsium qlükonat məh-

lu 


lunun (10%-li 5 ml, v/d) yeridilməsi, EKQ dəyişikliklərinin 

itməsinə  qədər təkrarlamaq. Gün ərzində 50–80 ml istifadə oluna 

bilər. Hiperkaliyemiyanın güclü kardiotoksik təsiri aşkar edildikdə 

natrium xloridin hipertonik məhlulu (200 ml 5%-li məhlul, v/d, 1 

saat ərzində) yeridilir;

– Kaliumun qan plazmasından  hüceyrə daxilinə salınaraq onun 

qanda səviyyəsinin endirilməsi: metabolik asidozun korreksiyası 

kaliumu hüceyrə daxilinə keçirir.  Hidrokarbonat natrium məhlulu 

(5%-li 200 ml məhlul), qlükozanın hipertonik məhlulu ilə (50 ml) və 

10–15 BV insulin istifadə olunur.

Beta-2-adrenomimetriklər (dopamin, alupent, fenoterol) kaliumun 

hüceyrəyə daxil olmasını stimulyasiya edir. Kaliumun qaraciyərdə 

birləşdirilməsi qlükoneoqenez hesabına  əldə olunur. Bu məqsədlə 

1 saat ərzində 500 ml 20%-li qlükoza məhlulu v/d infuziya olunur 

və 30–40 BV adi insulin d/a yeridilir. Sonra 50 ml 5%-li qlükoza 

məhluluna keçilir.

Yüksək doza furosemid (2000 mq/gün, v/d) və mannitol kaliumun 

sidik ilə ekskresiyasını artırır. MBT-dən K ionunun çıxarılması üçün 

işlədici dərmanlar, sorbentlər, iondəyişən qətran (polistirensulfonat 

natrium), sorbit, yaxud ksilit istifadə olunur.




83

Metabolik asidozun müalicəsi

Yüngül metabolik asidozda daxilə hidrokarbonat natrium və 

ya sitrat natrium təyin edilir. Dekompensasiya olunmuş metabolik 

asidozda qələviləşdirən məhlullar v/d yeridilir və miqdarı xüsusi 

formula ilə hesablanır. 8,4%-li natrium hidrokarbonat üçün:

8,4%-li NaHCO

miqdarı=BE×0,3×bədən çəkisi (kq)



BE – bufer əsasların yerdəyişməsi. 1 ml 8,4%-li məhlulda 1,0 

mekv HCO


3

 vardır.


Trisamin üçün:

8,3 ml 0,3 M məhlul × bədən kütləsi

Ağır asidozda izotonik qələviləşdirici məhlulun v/d yeridilməsi 

sürəti 50–75 damcı/dəq (200–300 ml/saat),  trisamin üçün 100–120 

damcı/dəq (300-600 ml/saat) seçilir.

Na hidrokarbonat məhlulu hiperhidratasiyanı  və hipertoniyanı 

artıraraq ürək çatışmazlığını yarada və ya dərinləşdirə bilər, odur ki, 

bunları nəzərə almaq vacibdir.

Laktat məhlulları şok, qaraciyərin zədələnməsi və ürək çatışmazlığı 

zamanı  əks göstəriş hesab olunur. Trisamin süd turşusunu qanda 

artırmadığı üçün şokda istifadə oluna bilər, həmçinin Na və suyu 

bədəndə ləngitmir, amma anuriya halında və hamiləlikdə istifadəsi 

əks göstərişdir.

Dehidratasiyanın müalicəsi

Dehidratasiya zamanı onun növündən asılı olaraq v/d natrium 

xloridin izotonik, hipertonik və ya hipotonik məhlulu, 5%-li 

qlükoza məhlulu ilə birlikdə itirilmiş məhlul həcmində və natrium 

çatışmazlığı miqdarında yeridilir. Bəzən bədənə yeridilən mayenin 

həcmi 4–10 l/gün qədər ola bilər.

Suyun və Natrium qıtlığının hesablanması formulu:

Su qıtlığı (l)=0,2×bədən kütləsi (kq)×(Nah-Nan/Nan)

Natrium qıtlığı (mmol/l)=0,2×bədən kütləsi (kq)× (Nan-Nah)

Nah – xəstədə olan Na-nın həqiqi miqdarı; Nan – nominal normal 

Na miqdarı.

Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi 



84

Dializ

Hiperhidratasiyanın müalicəsi

Hiperhidratasiya XBÇ zamanı xəstənin vəziyyətini pisləşdirən ən 

əsas  patogenetik faktordur. Bu zaman dehidratasiya terapiyası təyin 

olunur. Müalicə tədbirləri aşağıdakı dörd istiqamətlərdə aparılır:

– bədənə daxil olan mayenin miqdarı məhdudlaşdırılır;

– saluretiklərin dozası  tədricən artırılaraq 1000–2000 mq/gün 

çatdırılır (furosemid, etakrin turşusu);

– diareya yaradılır (sorbit ya ksilitin 75%-li 150 ml məhlulunu 

xəstə 1 saat ərzində daxilə qəbul edir). Diareya zamanı xəstə 3–4 l 

su itirir;

– hemodiafi ltrasiya, yaxud izolə olunmuş ultrafi ltrasiya.

Hiperfosfatemiyanın və hipokalsiyemiyanın müalicəsi

Fosfor-kalsium  mübadiləsi pozğunluqlarını korreksiya etmək və 

renal osteodistrofi yanı (ikincili hiperparatireoz) aradan qaldırmaq 

üçün kalsium karbonat və başqa fosfat–birləşdirən preparatlar 

istifadə olunur.

Bəzi hallarda, xüsusən kanalcıqların zədələnməsi ilə gedən 

xəstəliklərdə XBÇ-nin dializönü mərhələsində ikincili hiperparatireoz 

inkişaf edir. Vitamin D-nin aktiv forması (kalsitriol, alfakalsidol) 

istifadə olunur. Müalicə parathormonun qanda səviyyəsinin normaya 

nisbətən 3–4 dəfə artıq olduğu zaman başlanılır. Bu müalicə zamanı 

mütləq kalsium-fosfor hasilinə  nəzarət edilir və parathormonun 

səviyyəsi yoxlanılır. D vitaminin aktiv preparatlarının nəzarətsiz 

istifadə olunması ürəyin və damarların kalsifi kasiyası qorxusu və 

başqa ağırlaşmaların yaranması təhlükəsini ortaya çıxarır.

Hiperfosfatemiyanın aşağı salınması üçün (qanda fosforun 

səviyyəsi 5 mq%-dən çox olmamalıdır) pəhriz tədbirlərindən əlavə 

fosfatların bağırsaqdan sorulmasının qarşısını alan preparatlar (fosfat 

birləşdiriciləri) məs., kalsium karbonat 3–6 q/gün daxilə verilir.

Hipokalsiyemiya və uremik hiperparatireozun profi laktikası üçün 

vitamin D preparatları (Kalsium D

3

 nikomed, 22-oksakalsitriol, 



parikalsitol, falekalsitriol)  istifadə olunur.


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə