Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə21/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   17   18   19   20   21   22   23   24   ...   120

75

– XBÇ-nin ağırlıq dərəcəsi ləng proqress etdikdə  və ya heç 

etmədikdə;

– sosial vəziyyətdə problemlər olduqda;

– sosial işçilərlə, heriatr ilə məsələni müzakirə etdikdə;

Beləliklə, konservativ müalicənin əsas məqsədi XBÇ proqressinin 

qarşısını almaq, səbəbləri aradan qaldırmaq, onun gedişinin 

dərinləşməsinə yol verməmək, böyrəklərin qalıq funksiyalarının 

qorunması üçün optimal şərait yaratmaq, uremiyanın metabolik və 

hormonal pozğunluqlarını müalicə etmək, infeksion ağırlaşmaları 

aradan qaldırmaqdan ibarətdir.

Az zülallı pəhriz

Az zülallı  pəhriz (AZP) XBÇ-nin proqress etməsinin qarşısını 

almaqla xəstələrin vəziyyətinin yaxşılaşmasına səbəb olur. Pəhrizin 

seçilməsi XBÇ-nin mərhələsindən, xəstəliyin inkişaf tempindən 

asılı olur, böyrəklərin funksional vəziyyətindən, gün ərzində sidikdə 

itirilən zülalın miqdarından, fosfor-kalsium, su-elektrolit, qələvi-

turşu müvazinəti, zülal katabolizminin vəziyyətindən asılı olaraq 

seçilir. Bu göstəricilərin arasında YFS parametrlərinə görə müvafi q 

AZP seçilməsi məntiqə daha uyğun hesab olunmalıdır.

Erkən XBÇ mərhələsində pəhriz

 (YFS 40 ml/dəq yüksək) XBÇ 

proqress etmədikdə, təbii gediş tempi zəif olan xəstəliklərdə (xroniki 

pielonefrit, podaqrik nefropatiya, qeyri-aktiv, latent qlomerulonefrit

hipertoniya xəstəliyi) qanda kreatinin göstəricilərinin və YFS son 

6–8 ay ərzində stabil qaldıqda, böyrəklərin funksional ehtiyatı 

lazımi qədər saxlandıqda az məhdudlaşdırılmış pəhriz tətbiq edilir. 

Bu zaman pəhrizdə zülalın miqdarı 1 q/kq/gün, kaloriliyi 35 kkal/

kq/gün istifadə olunur. Bu pəhrizdə həmçinin bitki mənşəəli zülallar 

çox (85% qədər) tətbiq edilir. Belə zülallarda fosfor az olduğu üçün 

yumaqcıq fi ltrasiyasını sürətləndirir. Əksər xəstələrdə qeyd olunan 

pəhriz azotemiyanı uzun müddət sabit, aşağı göstəricilər üzərində, 

qanda albuminin normal səviyyədə saxlanmasına imkan verir.

Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi 



76

Dializ

Təbii inkişaf tempi yüksək olan xəstəliklər (diabetik nefropatiya, 

nefrotik və qarışıq variant qlomerulonefrit) zamanı pəhriz bir qədər 

də məhdudlaşdırılır. Əgər xəstədə 6 ay ərzində YFS 20%-dən çox 

aşağı düşmüşsə, bu, pəhrizin məhdudlaşdırılmasını labüd edir. Belə 

hallarda pəhrizdə zülal 0,7 q/kq/gün endirilir, amma kalori dəyişməz 

saxlanılır (35 kkal/kq/gün). Pəhrizin daha erkən başlanması böyrək 

funksiyasının pisləşməsinin qarşısını alır. Yaxşı mənimsənilən, tam 

keyfi yyətli essensial aminturşu tərkibli zülallardan istifadə olunur. 

YFS 15–39 ml/dəq olduqda pəhriz

YFS 15–39 ml/dəq olduqda istifadə edilən pəhrizdə zülalın 

miqdarı 0,6 q/kq/günə endirilir, kalorilik 35 kkal/kq/gün saxlanılır. 

Əvəzolunmayan aminturşuların bədənə daxil olması yumurta ağı, 

ət, balıq, süd məhsulları hesabına təmin olunur. Xəstələrdə yüksək 

proteinuriya olduqda hər 6 q itirilmiş zülala 1 yumurta ağı istifadə 

edilir. Mənfi  azot balansı müşahidə edildikdə essensial aminturşular 

əlavə olunmalıdır.

Hiperfosfatemiya olduqda heyvani zülallarla yanaşı, paxlalı 

bitkilərdən hazırlanan yeməklər, göbələk, qırmızı kələm, ağ çörək, 

süd, qoz, düyü, kakao məhdudlaşdırılır.

Hiperkaliyemiya aşkar edildikdə qara çörək, düyü, meyvə şirələri, 

banan, gül kələmi, paxlalılar, qoz, cəfəri, quru meyvələr, kartov, 

göbələk, ərik, əncir pəhrizdə azaldılır.

Bəzi xarici ölkələrdə fabrik istehsalı olan hazır paketlərdə qida 

qarışıqları buraxılır. Məsələn, Almaniyanın ”Fresenius” şirkətinin 

hazırladığı ”Survimed renal” tərkibi 5,2 q zülal, 5,8 q bitki yağları 

və  əvəzolunmayan aminturşular, 69 q karbohidratlar və bütün 

vitaminlər,  mikroelementlərdən ibarətdir. Bir paketdəki məhsullar 

330 kkal verir. Gündəlik doza (1 komplekt – 6 paket) – 31,2 q zülal 

kaloriliyi 1980 kkal-a bərabərdir.

YFS < 15ml/dəq olduqda pəhriz

YFS 15 ml/dəq aşağı düşdükdə kreatininin səviyyəsi qanda 6 ay 

ərzində stabil qaldıqda pəhrizdə zülal 0,6 q/kq/gün, kalorilik 35 kkal/



77

kq/gün götürülür, amma K və P çox məhdudlaşdırılır. Belə pəhrizdə 

hiperkatabolizm, kaxeksiya (malnutrition), immunodefi sit,  mənfi  

azot mübadiləsi baş vermir.

YFS-nin 6 ay ərzində proqressiv azalması, uremiya simptomlarının 

artması daha sərt pəhrizə keçməyi diqtə edir. Bu pəhriz 1962-

ci ildə italyan alimi Giovanetti tərəfi ndən tövsiyə edilmiş, zülalın 

miqdarı 0,3–0,4 q/kq/gün məhdudlaşdırılır. Zülalın 10 q tərkibində 

əvəzolunmayan aminturşular hesabına (kəsmik, yumurta ağı, çox 

bişirilmiş ət, soya məhsulları) təmin olunur. Balıq yağının pəhrizə 

daxil edilməsi çox məqsədəuyğun sayılır. Kalorilik 35 kkal/kq/gün-

dən az olmamalıdır, əsasən yağların (1 q – 9 kkal), karbohidratların       

(1 q – 4 kkal), hesabına təmin olunur. Bəzən, əgər hipertriqliseridemiya 

olmadıqda, hətta əlavə enerji mənbəyi kimi alkoqollu içkilər (1 q etil 

spirti – 7 kkal) verilir. Həmçinin müxtəlif başqa pəhrizlər: yumurta, 

kartof pəhrizi, ”isveç pəhrizi” təklif olunmuşdur. Amma belə  ağır 

pəhrizin uzun müddət istifadə olunması  mənfi  azot balansına və 

ağırlaşmalara (asidozun artması, hiperkaliyemiya, hiperkatabolizm) 

səbəb ola bilir.

Azzülallı  pəhriz ilə essensial ketoturşu preparatları (ketosteril, 

ketoperlen, ultramin, aminess və s.) birlikdə istifadə edildikdə mənfi  

azot balansı riski azalır, zülalın bədəndə utilizasiyası yaxşılaşır. 

Azzülallı pəhrizin ketosterillə (”Fresenius”, Almaniya) birlikdə (0,2 

q/kq/gün) daxilə istifadə etdikdə yumaqcıqdaxili hipertenziyanı, 

proteinuriyanı aşağı salır, fosfor-kalsium mübadiləsi, PTH səviyyəsi, 

insulin, qlyukaqon, prolaktin səviyyəsini normallaşdırmaqla XBÇ 

proqress etməsinin qarşısını alır. Soyadan hazırlanmış  tərkibində 

fosfor, K olmayan və bütün essensial aminturşular daxil olan 

“Protein Technologies İnt”, (ABŞ) qida əlavəsi kimi istifadə edilir. 

Amma ketosterildən fərqli olaraq bu preparat hiperfosfatemiya, 

hiperparatireozu tam nəzarət etməyə imkan vermir, böyrək yumaqcıq 

hemodinamikasına mənfi  təsir edə bilir.



Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə