Kitab new indd


Arterial hipertoniyanın müalicəsi



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə25/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   21   22   23   24   25   26   27   28   ...   120

89

Arterial hipertoniyanın müalicəsi

AH – XBÇ proqress etməsinin əsas səbəbi olub, ÜDS tərəfi ndən 

yaranan ağırlaşmaların  əsas səbəbidir. Odur ki, onu əsas ”uremik 

zəhər” hesab edənlər də vardır (B.Breuner, 2003). AT effektiv nəzarət 

olunması hipertoniya xəstəliyi, diabet, xroniki pielonefrit, podaqrik 

nefropatiya zamanı XBÇ-nin proqress etmə sürətini ləngidir. Amma 

xroniki qlomerulonefrit zamanı AH xəstəliyin proqress tempinə 

təsiri sübuta yetirilməmişdir, böyrək polikistozu zamanı isə  aşkar 

edilməmişdir. AH müalicəsi zamanı su-duz rejimi individual olaraq 

gün ərzində sidik ilə ekskresiya olunan Na miqdarına və poliuriya 

səviyyəsinə görə seçilir. Bədəndə artıq olan Na və suyun çıxarılması 

üçün  saluretiklər: furosemid, bumetanid, xlortalidon, etakrin 

turşusu, indapamid istifadə olunur. XBÇ müalicəsində qeyri tiazid 

saluretik-indapamid, həmçinin vazodilatator təsiri göstərir. Preparat 

lipid və karbohidrat mübadiləsinə mənfi  təsir etmir, sidik turşusunu 

bədəndə ləngitmir. Veroşpiron, triampur, hipotiazid, siklometiazidin 

tətbiqi XBÇ zamanı arzuolunmaz hesab olunur.

 Xəstəliyin müalicəsində aşağıdakı prinsiplər əsas götürülməlidir:

1.  gündəlik xörək duzunun qəbulunu 4 q-a qədər azaltmaq;

2.  dərmanları kiçik dozadan başlamaq;

3.  bir neçə dərmanı bir yerdə az dozada təyin etmək;

4.  əvvəl bir dərmandan başlamaq, sonra başqalarını bir-bir əlavə 

etmək;

5. iki ildən artıq davam edən böyrək hipertoniyasını sonrakı 



dövrdə daim müalicə etmək;

6. böyrək çatışmazlığı olduqda arterial qan təzyiqini çox ehtiyatla 

aşağı salmaq  (böyrəklərin funksiyası pisləşir);

7. hemodinamik varianta görə müalicəni başlamaq. Bunu təxmini 

olaraq bazal təzyiqin təyini ilə aşkar etmək olar: – arterial qan təzyiqi 

iki dəfə – uzanmış halda və 5 dəqiqədən sonra ayaqüstə ölçülür. 

Ölçmələr arasındakı fərq 20–30 mm civə sütunundan çox olduqda 

hiperkinetik variantın olması haqda fi kirləşmək lazımdır.

Müalicə  əsasən böyrəklərin funksional vəziyyətindən asılıdır. 

Yumaqcıq  fi ltrasiyası 40 ml/dəq-dən çox olduqda tiazid sidik-



Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi 


90

Dializ

qovucusu, β–adrenoblokator və lazım olduqda vazodilatator, yaxud 

α-adrenoblokator təyin edilir.

Yumaqcıq  fi ltrasiyası 40 ml/dəq.-dən aşağı düşdükdə tiazid-

furosemidlə  əvəz olunur. Ən çox böyrəklərin funksiyasını yaxşı-

laşdıran dərmanlar (AÇFİ qrupu preparatları, dopegit, prazozin, 

hidralazin) işlədilir. Diazoksid (100–200 mq) və propranololun 

(160-180 mq) kombinasiyasının effektivliyini xüsusi qeyd etmək 

lazımdır.

Böyrəklərlə AH  münasibəti qüsurlu dövran şəklini alır, belə ki, 

başlanğıcda böyrək xəstəliyi yüksək arterial təzyiqi yaradırsa, sonra 

böyrək özü  arterial hipertenziyanın zədələdiyi hədəfə çevrilir ki, bu 

da XBÇ-nin inkişafına təkan verir. Ona görə böyrək xəstəliyi zamanı 

hipertoniyanın müalicəsi labüd şərtlərdən biri olur, hətta arterial 

təzyiqin göstəricilərini 120/80 mm c.süt. səviyyəsinə salmaq tövsiyə 

olunur (B.Brenner, 1997).

Nefroloji xəstələrdə AH müalicəsi zamanı ilk növbədə  bədənə 

qida ilə daxil olan natriumun miqdarını azaltmaq və  gündə istifadə 

olunan xörək duzunun miqdarını  5 q-a qədər endirmək tövsiyə 

olunur. İstisna olaraq böyrək  polikistozu, duz itirən nefrit və XBÇ-

nin bəzi formaları zamanı xörək duzunun qəbulu azaldılmır. BH 

zamanı hipotenziv terapiyanı əsas xəstəliyin patogenetik müalicəsi 

ilə müştərək aparmaq lazım gəlir. Bu zaman istifadə olunan 

preparatların (qlükokortikoidlər, siklosporin A, heparin, dipiridamol, 

qeyri-steroid iltihab əleyhinə preparatlar və s.) da AH-ya təsiri nəzərə 

alınmılıdır.

Hazırkı dövrdə BH-nın müalicəsində istifadə olunan preparatları 

aşağıdakı qruplara bölmək olar:

1. Sidikqovucu preparatlar;

2. Angiotenzini çevirən fermentin inhibitorları (AÇFİ);

3. Kalsium antaqonistləri ;

4. β – blokatorlar;

5. α – adrenoblokatorlar;

6. Angiotenzin II reseptorlarının blokatorları.




91

Diuretiklər.

 Böyrək xəstəliklərinin  əksəriyyəti bədəndə su və 

natriumun saxlanması ilə müşayiət olunduğu üçün diuretiklərin 

tətbiqi bütün hallarda zəruri olmaqla, patogenetik cəhətdən də 

əsaslandırılmış hesab olunmalıdır. Diuretiklərin (natriuretiklərin) 

hipotenziv təsiri ürək atımının azalmasına səbəb olan mübadilə 

qabiliyyətli natriumun, artıq suyun bədəndən xaric olması və ümumi 

periferik müqavimətin azalması hesabına baş verir. Böyrəklərin 

funksiyaları lazımi səviyyədə olduqda tiazid diuretiklərdən 

(hidroxlortiazid) və tiazidəbənzər diuretiklərdən (indapamid) 

istifadə   olunmalıdır. XBÇ olan xəstələrə  və  şəkərli diabetdə il-

gək diuretikləri (furosemid, etakrin turşusu, bumetanid) istifadə 

olunmalıdır.

Diuretiklərin mənfi   təsirlərindən hipokaliemiyanı (tiazidlərin 

tətbiqi zamanı daha çox), hiperqlikemiyanı (tiazidlər,  furosemid),    

hiperurikemiyanı (tiazidlər), mədə-bağırsaq pozğunluqlarını, 

impotensiyanı göstərmək lazımdır.

Angiotenzini çevirən fermentin inhibitorları.

 Bu qrupa daxil 

olan dərman preparatları AÇF (kininaza II) təsirini tormozlamaqla, 

bir  təfərdən angiotenzin  I-in angiotenzin II-yə çevrilməsinin qarşısını 

alır, digər tərəfdən toxuma kininlərinin parçalanmasını dayandırır. 

Hətta AÇFİ preparatlarının böyrəkqoruyucu təsiri aşkar edilmişdir 

(Opil L.H.,1992). Yumaqcıqdaxili qan təzyiqini endirməklə AÇFİ 

qrupu preparatları böyrək qan dövranını yaxşılaşdırır, bununla 

da nefroprotektiv təsir göstərir, böyrəyin işemik xəstəliyinin 

proqressinin dayanmasına səbəb olur, qlomerulosklerozun inkişaf 

etməsinin qarşısını alır və yaxud onun inkişaf tempini ləngidir. 

Həmçinin böyrək xəstəlikləri zamanı müşahidə olunan ürəyin sol 

mədəciyinin hipertofi yasının dərəcəsinin də AÇFİ qrupu preparatları 

tərəfi ndən reqress etməsinin müşahidə olunması haqda elmi 

araşdırmaların nəticələri əldə edilmişdir.

3.2 saylı cədvəldə ən çox tətbiq olunan AÇFİ və onların dozaları 

verilmişdir.                                                                                    

Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi 



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə