Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə8/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   4   5   6   7   8   9   10   11   ...   120

28

Dializ

böyrək transplantasiyası sahəsində 40 illik təcrübəmizə əsaslanaraq 

bəzi xüsusiyyətləri təqdim edirik.

1. Böyrək çatışmazlığı olan xəstələrin müayinəsi və müalicəsi 

ilə  məşğul olan həkim-nefroloqlar həmçinin tibbin başqa sahə-

lərini bilməli reanimasiya, terapiya, urologiya, kardiologiya, endo-

krinologiya, immunologiya, transplantalogiya sahəsində  də yaxşı 

biliklərə yiyələnməlidir, çünki nefroloji xəstələrdə bütün orqan və 

sistemlərin zədələnməsi müşahidə edilir. Hemodializ Mərkəzində 

çalışan həkimlər həmçinin nefrologiya şöbəsində fəaliyyət göstərir, 

xəstələri müşahidə və müalicə edir, XBÇ ilə olan xəstələri hemodializ 

müalicəsinə  qədər müşahidə edir və böyrək  əvəzedici terapiyaya 

hazırlayırlar (mərkəzi venalara kateter qoyur, arterio-venoz fi stula 

formalaşdirir, peyvəndlər aparır, ürək-damar sistemi problemlərini 

həll edir və s.). Bu da bir tərəfdən, xəstələrin müalicə nəticələrinin 

yaxşılaşmasına, digər tərəfdən, həkimlərin hərtərəfl i inkişaf etməsinə 

şərait yaradır.

2. Hemodializ üçün mərkəzi venalara kateterin qoyulmasını, 

arterio-venoz  şuntu və arterio-venoz fi stulanın formalaşdırılması 

nefroloqlar tərəfi ndən aparılır ki, bu da ağırlaşmaların baş verməsinin 

tezliyini azaldır.

3. Böyrək transplantasiyası zamanı  əsas işləri nefroloji briqada 

görür və başqa həkim briqadalarının işini koordinasiya edir, xəstələri 

əməliyyata hazırlayır və  əməliyyatdan sonrakı dövrdə müşahidə 

edirlər.

4. Böyrək transplantasiyasından sonra xəstələrin nefroloqlar 

tərəfi ndən dispanser müşahidəsi aparılır, onlara dövlət tərəfi ndən 

pulsuz verilən lazımi immunosupressiv preparatlarla təmin edir, 

dərmanların dozasını seçir, köçürülən böyrəyin funksiyasını  nə-

zarətdə saxlayır, müşahidə oluna bilən ağırlaşmaların qarşısını alır, 

lazım gəldikdə xəstələri yenidən dializ müalicəsinə keçirirlər.

5. Beləliklə, nefroloq tibbin bütün sahələrini bilməyə  məhkum 

olunmuş bir mütəxəssis kimi yetişir və inkişaf edir. Müasir alman 



29

Fəsil 1.Dializin_tarixi'> Dializin tarixi

klinisisti E.Ritzin (2009) qeyd etdiyi kimi, “artıq hər bir nefroloq 

daha çox ürək haqqında düşünməli, hər bir kardioloq daha çox 

böyrək haqqında fi kirləşməlidir”.  




30

Dializ

Fəsil 2  

XBÇ-nin etiopatogenezi, klinikası

       

X

roniki böyrək çatışmazlığı (XBÇ) simptomkompleks olub 

birincili və ikincili xroniki böyrək xəstəlikləri zamanı 

nefronların tədricən məhvi və böyrək parenximasının sklerozu 

nəticəsində meydana çıxır. Sayı 2,4 milyona qədər olan nefronların 

yarısının sıradan çıxması hələ hemostazın pozulmasına səbəb olmur. 

Ancaq fəaliyyət göstərən nefronların sayı 25%-dən aşağı düşdükdə 

XBÇ-nin başlanğıc  əlamətləri aşkar olmağa başlayır. Bu zaman 

normal böyrəklərin yerinə yetirdikləri funksiyalar tədricən pozul-

mağa başlayır və bu dəyişikliklər getdikcə proqres edir. Terminal 

XBÇ mərhələsində  hər iki böyrəkdə olan nefron populyasiyasının 

ancaq 10%-ə  qədəri və ondan da az miqdarı toxunulmaz qalır və 

fəaliyyət göstərir.

2.1. Böyrəyin funksiyaları

Normal böyrəklərin kompleks requləedici, ekskretor, sintezedici, 

endokrin, metabolik funksiyaları vardır. Hemodializ ancaq bu funk-

siyaların bəzilərini əvəz edə bilir.



Böyrək funksiyaları:

I. Requləedici funksiyalar:

1. hüceyrəxarici mayenin həcminin sabitliyini saxlamaq – nat-

riumun və suyun ekskresiyası və ya retensiyası;

2. plazma osmolyarlığının sabitliyinin qorunması – diurez və an-

ti diurez  vasitəsilə;

3. turşu-qələvi müvazinətinin tənzimi – ammoniumun əmələ gəl-

məsi və ekskresiyası, titrələnən turşuların ekskresiyası, bikarbona tın 

reabsorbsiyası və ekskresiyası;

4. kalium balansının qorunması – xüsusən onun distal kanalcıqlarda 

sürətli ekskresiyası hesabına;

5. kalsium, fosfat və maqneziumun balansının təmini.



31

II. Ekskretor funksiyalar:

1. kiçik molekulyar çəkiyə malik maddələr (və ya molekul kütləsi 



< 500 Dalton) – kreatinin, sidik cövhəri və s.;

2. azot mübadiləsi məhsullarının bəzi komponentləri və ya başqa 

”uremik” toksinlər;

3.  orta molekulyar çəkiyə malik maddələr(və ya 500-200 Dalton).



III.  Filtrasiya olunmuş zülalların metabolizmi – hormonlar da 

daxil olmaqla.



IV. Sintez funksiyası:

1. eritropoetin;

2. renin – angiotenzin;

3. başqa lokal aktiv, hemodinamik hormonlar, prostaqlandinlər, 

azot oksidi və endotelin daxil olmaqla;

V. 25–hidroksixolikalsiferolun aktivləşməsi (1–hidroksilləşdiril-

məsi ilə).

Böyrəklərin bu funksiyaları böyrək toxumasında baş verən  

bir çox proseslərlə  həyata keçirilir: yumaqcıqlarda qanın maye 

hissəsinin  ultrafi ltrasiyası, kanalcıqlarda  reabsorbsiya və sekre-

siya və yeni maddələrin sintezi. Beləliklə, “böyrək funksiyası” və 

“sidik əmələgəlmənin əsasında duran proseslər” nəinki böyrəklərin 

fi ziologiyasını düzgün başa düşməyə kömək göstərir, həmçinin müa-

sir  təbabətin ən lazımlı istiqamətlərindən olan böyrək xəstəliklərinin  

profi laktikasınin və müalicəsinin düzgün qurulmasında klinisistlərə 

böyük yardım edir. 



2.2. XBÇ-nin etiologiyası

XBÇ-nin əsas səbəbləri aşağıdakılardır:

– böyrək yumaqcıqlarının zədələnməsi ilə keçən xəstəliklər 

(xroniki qlomerulonefrit (XQN), yarımkəskin qlomerulonefrit), 

böyrək kanalcıqlarının və interstisial toxumanın pozğunluqları ilə 

gedən xəstəliklər (pielonefrit – PN, interstisial nefrit – İN);

– böyrəklərin zədələnməsi ilə keçən birləşdirici toxumanın diffuz 

Fəsil 2. XBÇ-nin etiopatogenezi, klinikası



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə