KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə48/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   44   45   46   47   48   49   50   51   ...   57

QARAPAPAQLAR  VƏ ONLARIN XIX ƏSR HƏRB TARİXİ
«M EHRALI BƏY» DASTANI
Bəli,  gününüz görklü,  başınız börklü olsun mənim  əzizlərim! 
Sizə haradan,  kimdən  xəbər verim,  xəbəri  sizə  göydə  qartalı  gö­
zündən vuran, yağıların-yadların anasını ağladan,  gavurlara qəbir 
qazan,  Alosmanda,  Qafqazda  ad-san  alıb,  paşalar-sultanlarla 
Anadolu  ağzında  saxa-süfrə  açıb  məclis  quran  Borçalının  -  
qarapapaxların şir-aslan balası Darvazlı Mehralı bəydən deyim.
Mehralı  bəyin  atası  Məmli'  kişi  Borçalı  ağa-bəyləri  içəri­
sində  san-saxa  sahibi  idi.  Məmli  kişinin  el-obada  bir  sözünü  iki 
edən  olmazdı.  Bolusda  məclislər  yaraşığı  idi.  Allahverdi  oğlu 
Məmlinin  oğul-qız  züryəti  cəhətindən  də  bəxti  gətirmişdi. 
Məmli  kişinin  Mehralı,  İsa,  Məhəmmədəli,  Alı  adlı  dörd  oğlu, 
Hürü,  Tükazban  adlı  iki  qız  züryəti  vardı.  Məmli  kişi  Bolusda 
əsl-nəsli,  san-saxası  ilə  sayılan  duz-çörəkli,  olduqca  qoçaq,  vu­
ran-tutan, dosta həlim, düşmənə qənim say-saytal kişilərdən idi.
Ustad  deyir ki,  Borçalı  yaylaqlarında  gül-gülü,  bülbül-bülbü­
lü  çağıran,  borçalıların  dəyə qurub yaylayan vaxtı  idi.  Bu  o vaxt­
lar  idi  ki,  Qazax,  Şəmşəddin  sultanlığı,  Borçalı  artıq  Urusetin 
tərkibinə  qatılmışdı.  Hər  yerdə  ağalar,  bəylər,  tavatlar,  naiblər 
xalqı ağır vergi  verməyə  məcbur edirdilər.  Torpaq vergiləri xalqı 
müflisləşdirmişdi.  «Dinmə ver» vergisi  xalqı  can-boğaza yığmış­
dı.  O  idi  ki,  Dağ,  Bağ,  Aran  Borçalıda ardı-arası  kəsilməz  kəndli 
üsyanları  baş verirdi.
Bu  dövrlərdə  Məmli  kişininin  böyük  oğlu  Mehralının  da 
artıq  bığ  yeri  tərləmiş,  on  səkkiz  yaşlı,  orta  boylu,  dolu  bədənli, 
bənövşəyi  bığlı  qız  qaytaran,  dəliqanlı,  özünü  bozartmış  bəyni- 
şan  bir  oğlan  olmuşdur.  Toy-nişanlarda,  su  suatlarında  telli-toq­
qalı  kəmər və  bəstə-sultan  nigar qızların  gözaltısına çevrilmişdi. 
Mehralı  tay-tuşları  arasında  ədəb-ərkanı  ilə  seçilirdi.  Onun  da
Darvaz  kənd  ağsaqqalı  Əmrah  Hacı  oğlunun  söylədiyinə  görə,  Darvaz 
meşəsindəki  «Məmlioturan  qaya»  toponimi  Mehralı  bəyin  atasının  adı  ilə 
bağlıdır 
-F.  V.
195


FƏXRİ VALEHOĞLU
atası  Məmli  kişi  kimi  ov-şölənde  atdığı  güllə  boşa  çıxmazdı. 
Mehrabdan  söz-söhbət  düşəndə  ağsaqqal-ağbirçəklər  ürəkdolu- 
su deyərdilər:
-  Allah  saxlasın.  Əsil kişi  oğlu kişidir.  Alma budağından k ə ­
nar  düşmədiyi  kimi,  o  da  Allahverdi  oğlu  M əmli  kişinin  san- 
səxasından  kənarda  qalmamışdır.  Mehralım  görən  ağbirçəklər, 
analar əl götürüb  Tanrı-təaladan ona uzun ömür, xoşbəxtlik dilə­
yərdilər.  Çox  anaların, nənələrin könlündən ilıq, kövrək,  qızları, 
nəvələri üçün isti bir dilək də keçərdi.
Hə,  mənim  əzizlərim!  Bayaq  dediyimi  davam  etdirim,  Q af­
qaz  basanğının h ər yerində  olduğu kimi,  adı  hər yerdə  car olan, 
neməti  bol  olan  Borçalı  mahalında  və  bu  mahalının  m eşəli 
dağlar  qoynunda  yerləşən  və  dağların  abu-havasmı  alan  D arvaz 
kəndində  də  qarışıqlıq  idi.  Camaat  uruslara  qarşı  tez-tez  ü sy an  
eyləyirdi.  Çar qazaqlarınm belləri Məmli kişidən bərk deyildi.  O  
idi  ki,  hər  necə  olursa-olsun  fürsət  düşən  kimi  onu  aradan 
götürmək qərarına gəlmişdilər.
Bəli,  belə  bir üsyan hərəkatında Allahverdi oğlu Məmli  k işi 
qəhrəmanlıqla həlak oldu.  Urus qazaqlan Məmli kişinin  ölüsün­
dən  də  qorxaraq,  onun  meyidini  kəndin  qəbirstanlığında  deyil, 
Darvazm  qonşuluğundakı  Ormeşən  kəndinin  gavur-malaqanlar 
uyuyan  xaçpərəst* qəbirstanlığında  dəfn  etdilər*.  Məmli  kişinin 
qəbrini qorumaq üçün iki qazaq əsgərini qaravul qoydular.
M əmli  kişinin  xristyan  qəbirstanlığında  dəfn  edilməsi  urus­
lara  qarşı  xalqın  amansız  qəzəbinə  səbəb  oldu.  Ustad  deyir  ki, 
elə  dəfn  gecəsi  Allahverdi  oğlu  Məmili  kişi  gəlib  girdi  oğlu 
Mehralımn vayğasına. Başladı ona tənə-töhmətə:
- Utanmırsan,  dörd  oğul  atası  da gavur qəbirstanlığında uyu- 
yarmı?  Əgər üç  günə  qədər məni  gavurların  içərisindən  çıxarıb 
müsəlman  qəbirstanlığında  dəfn  etməsən  verdiyim  duz-çörək 
sənə haram olsun.
*  O  dövrdə  iki Örmeşən  kəndi  olub,  onların  birində qarapapaqlar,  digərində 
isə duxoborlar yaşayırdı - F .  V.
196
QARAPAPAQLAR  VƏ ONLARIN XIX ƏSR HƏRB TARİXİ
Yuxudan  hövələng  qalxan  Mehralı  gördü  ki,  anası  Zöhrə 
xanım  kəsdirib  yastığının  yanını.  Əl  eyləyib  gözünə.  Mehralı 
anasına  dedi:  «Aney i-mehriban!  Atam  məni  vayğamda  tənbeh 
edib  dedi  ki,  oğul,  əg ər  sən  məni  bu  gavurların  içərisindən 
çıxarmasan  başının  börkü,  üzünün  görkü  sənə  haram  olsun.  Bil 
və  agah  ol!  Bu  ata  deynidir  ana!  İndi  razılıq  səndən,  qəbrin 
yerini  dəyişmək  məndən».  Zöhrə  xanım  kövrəlib  göz  yaşlarını 
tökdü.  Mehralı  bəyin  ürəyi  eylədi  qubar.  Götürdü  görək  yuxu­
suna  binəm  anasına  sözlə  nə  dedi,  anası  nə  cavab  verdi,  biz 
deyək, sizə könül xoşluğu.
Aldı Mehralı:
Canım ana bu gecə yuxu gördüm,
Atam nalə çəkir qəbir içində.
Onun o naləsi məni yandırır,
İnan, qalmayıbdır səbir içimdə.
Aldı Zöhrə xanım:
Canım-ciyərim, gəl çıxma sözümdən,
Getmə oğlum, getmə qoymaram səni.
Gəl, yazığam ayn düşmə gözümdən,
Getmə, oğlum, getmə qoymaram səni.
Aldı Mehralı:
Könlüm yasdan çıxmır, qəlbim qaradan';
Kömək olsun mənə ulu yaradan,
Atam dedi, çıxar məni buradan,
Qalmışam gavurla qəbir içində.
Aldı Zöhrə xanım:
Oğul bu dərdimin çarası sənsən,
Vuran ürəyimin parası sənsən,
Görən gözlərimin qarası sənsən,
Getmə, oğlum, getmə qoymaram səni.
197


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə