Kbt я25 uot (059) Baş redaktor


Mədəniyyət.Maarif.Təhsil FEVRAL



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə28/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   24   25   26   27   28   29   30   31   ...   204

61

Mədəniyyət.Maarif.Təhsil

FEVRAL

Əbdülvahab Rəhim oğlu Salamzadə 

1916-cı il fevral ayının 16-da Şamaxı-

da anadan olmuşdur.

1944-1983-cü  illərdə  Elmlər  Aka-

demiyasının (indiki AMEA) Memarlıq 

və  İncəsənət  İnstitutunda  çalışmışdır. 

1951-ci ildən institutun Memarlıq tarixi 

və nəzəriyyəsi şöbəsinin müdiri (1957-

ci ildən eyni zamanda direktor müavi-

ni),  1962-ci  ildən Azərbaycanın  Tarix 

və  Mədəniyyət  Abidələrini  Mühafizə 

Cəmiyyətinin  sədr  müavini  idi. Tarixi 

abidələrin bərpa işlərində yaxından iş-

tirak etmişdir.

Milli  memarlıq  tariximizi  öyrənən 

ilk  alimlərdəndir.  Dünya  memarlıq 

tarixinə qüdrətli sənətkarlar bəxş etmiş 

Azərbaycan memarlığı uzun illər ətraflı 

şəkildə  öyrənilməmiş,  yurdumuzun 

sənət abidələri isə ənənəvi olaraq qon-

şu xalqların mədəni təsirinin nümunəsi 

kimi qələmə verilmişdi. Naxçıvan, Şir-

van  memarlıq  məktəbləri  kimi  sənət 

tariximizin  öyrənilməsi,  Təbriz  və 

Aran  memarlıq  məktəblərinin  elmi 

cəhətdən müəyyənləşdirilməsi, onların 

kəşfi bilavasitə akademik Əbdülvahab 

Salamzadənin xidmətidir.

Alim bütün ömrü boyu Azərbaycanın 

bölgələrini  gəzmiş,  tarixi  abidələrin 

vəziyyəti  ilə  tanış  olmuş,  onların 

ölçülərinin  çıxarılmasında,  bərpa 

eskizlərinin çəkilməsində iştirak etmiş, 

abidələrinin  bərpası  və  mühafizəsinin 

elmi  əsaslarını  hazırlamışdır.  Onun 

müxtəlif illərdə  yazdığı “Abidələr da-

nışır”  (Bakı,  1952),  “Azərbaycan  me-

marlıq abidələri” (Bakı, 1958), “Əcəmi 

Naxçıvani”  (Bakı,  1976),  “Arazboyu 

abidələr”  (K.Məmmədzadə  ilə  birgə; 

Bakı,  1979)  və  bir  çox  başqaları  hələ 

uzun  illər  boyu  elmə  xidmət  edəcək. 

Bu  görkəmli  alimin  M.Hüseynov  və 

L.Bretanitski  ilə  birgə  hazırladığı 

“Azərbaycan memarlıq tarixi” adlı fun-

damental əsəri isə (rus dilində; Mosk-

va,  1963)  milli  memarlıq  tariximizdə 

müstəsna əhəmiyyətə malikdir. 

1965-ci  ildə  sənətşünaslıq  doktoru, 

1967-ci ildə professor elmi dərəcəsi al-

mış, 1968-ci ildə Azərbaycan SSR EA-

nın  müxbir  üzvü,  1983-cü  ildə  həqiqi 

üzvü seçilmişdir.

O,  həm  də Azərbaycan  şəhərsalma 

tarixinin  ilk  tədqiqatçısı  olmuş,  Şuşa, 

Şəki  kimi  qədim  şəhərlərimizin 

şəhərsalma  mədəniyyətini  tədqiq  et-

mişdir. Azərbaycanın bir çox memarlıq 

abidəsinin  bərpa  layihəsinin  tərtibçisi, 

Molla Pənah Vaqifin 1982-ci ildə Şuşa-

da açılmış türbəsinin müəllifidir. 1976-

cı ildən ASE elmi redaksiya şurasının 

üzvü olmuşdur.

1960-cı  ildə  Azərbaycan  SSR-in 

“Əməkdar  inşaaatçısı”,  1982-ci  ildə 

“Əməkdar  elm  xadimi”  fəxri  adlarına 

layiq görülmüş, “Qırmızı əmək bayra-

ğı” ordeni və medallarla təltif edilmiş-

dir.


Akademik  Əbdülvahab  Salamzadə 

1983-cü il avqust ayının 19-da Bakıda 

vəfat etmişdir.

Ə d ə b i y y a t

Azərbaycan memarlığı-

nın Naxçıvan məktəbi 

abidələri /A.Salamzadə, 

K.Məmmədzadə; elmi red. 

M.Hüseynov; Az.SSR EA, 

Memarlıq və İnc. İn-tu.-

Bakı: Elm, 1985.-265 s.

Əcəmi Əbubəkr oğlu 

və Naxçıvan memarlıq 

abidələri /Ə.Salamzadə.-

Bakı: İşıq, 1976.-82 s.

Şəkinin memarlıq 

abidələri /Ə.Salamzadə, 

K.Məmmədzadə; red. 

M.Üseynov; AzSSR EA 

Tarix İn-tu.- Bakı: Elm, 

1987.-140 s.

Salamzadə Əbdülvahab 

Rəhim oğlu //Azərbaycan 

Sovet Ensiklopediyası:10 

cilddə.-Bakı,1980.-C.VIII.-

S.266.

Zeynalova, A.Tariximizə 

tarix qatan sənətşünas: 

Akademik Əbdülvahab 

Salamzadənin xatirəsinə 

/A.Zeynalova //Xalq qəzeti.- 

2011.- 4 may.- S.13.

İ n t e r n e t d ə

www. az.wikipedia.org

www.anl.az

www.muallim.edu.az

www.azyb.net

16

100 

illiyi

Akademik

Əbdülvahab Salamzadə   

1916-1983   



62

110 

illiyi

Ə d ə b i y y a t

Petroqrafiya: 

kristallooptika və süxur 

törədən minerallar /Ş. 

Ə. Əzizbəyov ; [red. 

A. S. Bayramov].-

Bakı:Azərneftnəşr, 1952.-

378 s.

Ş.Ə.Əzizbəyov: 

biblioqrafiya /tərt. 

ed. N.Qurbanov, 

N.Listenqarten; red. 

İ.Səfərov; Azərb. SSR EA., 

Əsaslı kitabxana.-Bakı: 

AzSSR EA, 1966.- 82 s.

Əzizbəyov Şamil 

Əbdürrəhim oğlu             

//Azərbaycanın geoloq və 

geofizik alimləri.- Bakı: 

“Nafta –press”, 2004.-

S.136.

Əzizbəyov Şamil 

Əbdürrəhim oğlu              

//Azərbaycan sovet 

ensiklopediyası: 10 

cilddə.-Bakı, 1980.- C.IV.- 

S.147.

Геология и вулканизм 

Талыша /Азизбеков Ш..-

Баку,1978.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

Şamil  Əbdürrəhim  oğlu  Əzizbəyov 

1906-cı  il  fevral  ayının  16-da  anadan 

olmuşdur. 1925-ci ildə orta məktəbi bi-

tirmiş və Azərbaycan Politexnik İnstitu-

tuna (hazırda ATU) daxil olmuş, 1930-

cu  ildə  ali  təhsilini  mühəndis-geoloq 

ixtisası üzrə tamamlamışdır.

1934-1943-cü  illərdə  Azərbaycan 

Sənaye  İnstitutu  Petroqrafiya  kafedra-

sında çalışmış, 1934-cü ildə “Gəncəçay 

və  Qoşqarçayın  orta  və  aşağı  axım 

hövzələrinin  dağ  süxurları  və  fayda-

lı  qazıntıları”  mövzusunda  namizədlik 

dissertasiyasını müdafiə etmişdir.

1938-1941-ci illərdə Geologiya İns-

titutunda  direktor  müavini  vəzifəsində 

çalışmışdır.

1943-cü ildə “Kiçik Qafqazın şimal-

şərq  hissəsinin  filiz  zonasının  petrolo-

giyası”  mövzusunda  doktorluq  disser-

tasiyası  müdafiə  etmiş,  1944-cü  ildə 

professor elmi rütbəsini almışdır.

1945-ci  ildə  Azərbaycan  SSR  EA-

nın həqiqi üzvü seçilmişdir.

1945-1959-cu  illərdə  M.Əzizbəyov 

adına  Azərbaycan  Sənaye  İnstitutu-

nun  (indiki  ADNA)  Kristalloqrafiya, 

mineralogiya  və  petroqrafiya  kafedra-

sının  müdiri  vəzifələrində  çalışmışdır. 

1945-1947-ci  illərdə  Azərb.SSR  EA 

vitse-prezidenti  və  Azərbaycan  SSR 

EA  Geologiya-kimya  elmləri  və  neft 

bölməsinin  sədri,  1959-1976-cı  illərdə 

Azərbaycan SSR EA Rəyasət Heyətinin 

üzvü və Yer elmləri bölməsinin akade-

mik katibi, 1947-1976-cı illərdə eyni za-

manda Geologiya İnstitutunda Petrolo-

giya laboratoriyasının rəhbəri olmuşdur. 

Petrologiya və metallogeniya sahəsində 

böyük  alim  Ş.Əzizbəyov  respublikada 

petroqrafiya məktəbinin əsasını qoyan-

lardan biri olmuşdur.

Elmi  əsərləri  əsasən  Kiçik  Qafqa-

zın  geologiya  və  petroqrafiyasına  həsr 

olunmuş, “Naxçıvan Muxtar Respubli-

kasının geologiyası” adlı sanballı əsəri 

xüsusi əhəmiyyətə malikdir. 

Naxçıvan MSSR-də (indiki Naxçıvan 

MR) və ölkənin cənub bölgəsində apar-

dığı geoloji tədqiqatların nəticəsində bu 

regionların  geoloji,  tektonik,  struktur-

formasion  xəritələrini  tərtib  etmişdir. 

Onun elmi-tədqiqat işləri müxtəlif fay-

dalı qazıntı yataqlarının axtarışı və kəşfi 

üçün  elmi  əsas  olmuşdur.  Çoxcildli 

“Azərbaycanın  geologiyası”  monoqra-

fiyasının müəlliflərindən biridir.

Azərbaycan  elminin  inkişafında-

kı  xidmətlərinə  görə  dövlət  tərəfindən 

yüksək  qiymətləndirilmiş,  “Qırmızı 

Ulduz”  ordeni  (1944),  “1941-1945-ci 

illərdə  Vətən  müharibəsində  şücaətli 

əməyə  görə”,  və  “Qırmızı  Əmək  Bay-

rağı”  (1953)  medalları  ilə  təltif  olun-

muş,  1960-cı  ildə  “Azərbaycan  SSR 

Əməkdar elm xadimi” fəxri adına layiq 

görülmüşdür.

Görkəmli akademik Şamil Əzizbəyov 

1976-cı  il  may  ayının  14-də  Bakıda 

vəfat etmişdir.

Şamil Əzizbəyov  

1906-1976 

  

Coğrafiya.Geologiya

Akademik

FEVRAL

16



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə