Kbt я25 uot (059) Baş redaktor



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə8/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   4   5   6   7   8   9   10   11   ...   276

17

Teatr.Kino

Ülvi Rəcəb

1903-1938    

YANV

AR

Ülvi  Rəcəb  Molla  oğlu  Şaşıqzadə 

1903-cü il yanvar ayının 9-da Gürcüs-

tan  Respublikasının  Batum  (Batumi) 

yaxınlığındakı Canivri kəndində anadan 

olmuşdur. Gənc yaşlarında ikən atasını 

itirən  Ülvi,  İstanbulda  yaşayan  xalası-

nın yanına getmiş, onun himayəsi altın-

da təhsil  almağa başlamışdır. Lakin I 

Dünya  müharibəsinin  başlaması  onu 

təhsilini  atmağa,  gündəlik  çörəkpulu 

qazanmağa məcbur etmişdir.

1918-ci ildə Batuma qayıdan Ülvi bu-

raya qastrola gəlmiş Hüseyn Ərəblinski 

ilə  tanış  olmuş,  Ərəblinskinin  “Otel-

lo” tamaşasındakı baş rolu onun  hafi-

zəsində dərin iz buraxmışdır. Həyatını 

teatra  bağlamaq  qərarına  gəlmiş  və 

Azərbaycandan  gəlmiş  aktyorlar-

la  yaxından  tanış  olmuşdur.  Onların 

göstərdikləri  bir  neçə  tamaşada  epi-

zodik rollar da oynamışdır. Gənc teatr 

həvəskarı  hətta  “Arşın  mal  alan”  ope-

rettasında xəstələnən aktyorun əvəzinə, 

Soltan bəy rolunda səhnəyə çıxmışdır. 

Bu qeyri-adi “debüt” elə həmin gündən 

onun  Batum  teatr  truppasına  qəbul 

edilməsinə  səbəb  olmuşdur.  1922-ci 

ildə həmin teatr Tiflisə qastrola gəlmiş 

və Ülvi burada Azərbaycan teatrının ya-

radıcılarından İbrahim İsfahanlı ilə ta-

nış olmuşdur. Bu tanışlıq Ülvi Rəcəbin 

Tiflisdə  qalmasına,  o  dövrün  məşhur  

“Zubalov  evi”ndə  fəaliyyət  göstərən 

“Azərbaycan dram cəmiyyəti”nə daxil 

edilməsinə səbəb olmuşdur. 

20 yaşında ikən Tiflis Teatrının apa-

rıcı  aktyorlarından  olan  Ülvi  Rəcəbin  

yaratdığı obrazlar lirik, romantik üslu-

bu ilə seçilərək tamaşaçıların rəğbətini 

qazanmışdır.  O,  bu  teatrda  Otello 

(“Otello”,  V.Şekspir),  Frans  (“Qaçaq-

lar”,  F.Şiller),  Dərviş,  İxtiyar  (“Şeyx 

Sənan”,  “İblis”  H.Cavid),  Soltan  bəy 

(“Arşın  mal  alan”,  Ü.Hacıbəyov)  və 

başqa rollarda çıxış etmişdir. 

1924-cü 

ilin 


yayında  Tiflis 

Azərbaycan  Teatrının  baş  rejissoru 

Aleksandr Tuqanov hökumətin dəvətilə 

Bakıya,  Milli  Dram  Teatrına  çağırıl-

mış, Ülvi Rəcəbin istedad və yaradıcı-

lıq imkanlarına böyük ümid bəsləyərək 

onu  Bakıya  dəvət  etmişdir.  1925-ci 

ildən  Azərbaycan  Milli  Dram  Teat-

rında  işləməyə  başlayan  Ülvi  tezliklə 

teatrın  aparıcı  aktyoru  Abbasmirzə 

Şərifzadənin  dublyoru  olmağa  nail  ol-

muşdur. 


O, həm faciə, dramatik, həm mürək-

kəb  psixoloji  personajları,  həm  də  li-

rik  qəhrəmanları  məharətlə  yaratmış-

dır.  V.Şeksprin  “Romeo  və  Cülyetta” 

əsərinin  tamaşasında  yaratdığı  Romeo 

obrazı,  onu  təkcə  Milli  Dram  Teatrı-

nın  deyil,  geniş  mənada  milli  səhnə 

sənətimizin  ən  parlaq  baş  qəhrəmanı 

kimi tarixiləşdirmişdir.

Teatr  səhnəsindəki  xidmətlərinə 

görə  aktyor  1933-cü  ildə  Azərbaycan 

Respublikasının “Əməkdar artist” fəxri 

adına layiq görülmüşdür. 

Rejissor Ədil İsgəndərovun “Həyat”  

tamaşasında  yaratdığı  Süleyman  rolu 

Ülvi Rəcəbin Akademik Teatrda son işi 

və son qələbəsi olmuşdur. 

Ülvi Rəcəb 1937-ci ildə “vətən xai-

ni” ittihamı ilə həbs edilmiş, 1938-ci il 

yanvar  ayında  Bakıda  güllələnmişdir. 

1956-cı ildə bəraət almışdır.

Ə d ə b i y y a t

Rəhimli, İ. Səhnəmizin 

fədailəri /İ.Rəhimli; elmi 

red. M.Əlizadə.- Bakı: 

Qapp- Poliqraf, 2002.- 

Kitab 1.- 304 s.

Abbaslı, T. Ülvi 

Rəcəb: Milli teatr-

səhnə sənətimizin ən 

çox xatırlanıb-sevilən 

keçmişlərindən... 

/T.Abbaslı //Mədəniyyət.-

2016.- 8 yanvar.- S.13.

Xəlilzadə, F. Böyük aktyo-

run acı taleyi /F.Xəlilzadə 

//Azərbaycan.- 2013.- 31 

yanvar.- S.7.

Sarıyeva, İ. Acar oğlu 

Ülvi Rəcəbin fəaliyyətində 

azərbaycançılığa xidmət 

amili.. /İ.Sarıyeva //Bakı 

xəbər.- 2016.- 18 dekabr.- 

S.15.

Yaqubova, M. Əgər 

yaşasaydı: Ülvi Rəcəb 

/M.Yaqubova //Mədəni-

maarif.- 2004.- № 12.- 

S.40.

İ n t e r n e t d ə

www..anl.az

www.az.wikipedia.org

www.adam.az

9

115 

illiyi

Aktyor



18

Teatr.Kino

Tofiq Kazımov 

1923-1980   

YANV

AR

Tofiq Səməd Mənsur oğlu

 

Kazımov 


1923-cü  il  yanvar  ayının  14-də  Bakı 

şəhərində  anadan  olmuşdur.  1938-ci 

ildə orta məktəbi bitirmiş, Azərbaycan 

Teatr Məktəbinin aktyorluq fakültəsinə 

daxil  olmuşdur.  Təhsilini  başa  çatdır-

dıqdan sonra II Dünya müharibəsi baş-

lamış,  cəbhəyə  çağırılan  T.Kazımov 

1943-cü  ildə  ağır  yaralandığına  görə 

ordu sıralarından tərxis olunmuşdur. 

1945-1951-ci  illərdə  Moskvada 

A.V.Lunaçarski  adına  Dövlət  Teatr 

Sənəti  İnstitutunda  rejissorluq  təhsili 

almışdır.  Tələbə  ikən Ağdam  DDT-da 

H.Qasımovun  “Kür  sahilində”  pye-

sini  tamaşaya  hazırlamış,  1951-ci 

ildə  AMDT-da  diplom  tamaşası  kimi 

H.Muxtarovun “Ailə  namusu” (“Alla-

nın ailəsi”) pyesinə səhnə quruluşu ver-

mişdir. İnstitutu bitirdikdən sonra Bakı-

ya  qayıtmış,  Dövlət Teatr  İnstitutunda 

pedaqoq,  sonra  isə  direktorun  elmi-

tədris işləri üzrə müavini təyin olunmuş-

dur.  1952-1953-cü  illərdə  GTT-da  baş 

rejissor, 1953-1957-ci illərdə AMDT-da 

rejissor işləmişdir. 1957-1960-cı illərdə 

“Azərbaycanfilm” kinostudiyasında re-

jissor kimi fəaliyyətini davam etdirmiş-

dir.  1960-cı  ildən  yenidən  AMDT-ya 

qayıdaraq  quruluşcu  rejissor,  1964-cü 

il mart ayının 16-da isə bu teatra baş re-

jissor təyin olunmuşdur. 

1951-1980-ci  illərdə AMDT-da  50-

yə yaxın tamaşanın rejissoru olmuşdur. 

K.Haldoninin “Mehmanxana sahibəsi” 

(1952), N.Vəzirovun “Yağışdan çıxdıq, 

yağmura düşdük” (1955), M.Hüseynin 

“Alov”  (1961)  ,  L.Tolstoyun  “Canlı 

meyit”  (1968),  H.Cavidin  “Xəyyam” 

(1970)  və  “İblis”  (1983),  S.Vurğunun 

“İnsan” (1974), M.Qorkinin “Meşşan-

lar”  (1975),  C.Məmmədquluzadənin 

“Dəli  yığıncağı”  (1978)  və  s.əsərlərə  

əbədi səhnə həyatı vermişdir. Musiqili 

Komediya Teatrında T.Quliyevin “Qızıl 

axtaranlar” (H.Seyidbəyli) operettasına 

(1960),  Quba  teatrında  R.Şahvələdin 

“Qız  qalası”  (1961),  Ş.Qurbanovun 

“Əcəb  işə  düşdük”  (1963),  Naxçı-

van  teatrında  M.Tarverdiyevin  “Köl-

gəli  dağ”  (1964),  Gəncə  teatrında 

A.Məmmədovun “Yadındamı” tamaşa-

larına (1969) quruluş vermişdir. 

T.Kazımov klassik pyeslər əsasında 

hazırladığı  tamaşalarda  klassik  əsərə 

müasir  yanaşma  tərzi  göstərərək,  tari-

xi bir dövrdə cərəyan edən hadisələrin 

mayasındakı  müasirliyi  üzə  çıxara, 

tamaşanı  müasir  dünyanın  mənzərəsi 

müstəvisində 

yoza, 


ümumbəşəri 

problemlərin bədii həllinə nail ola bilir-

di. “Ölülər”, “Pəri Cadu”, “Müsyo Jor-

dan  və  dərviş  Məstəli  şah”  tamaşaları 

T.Kazımovun  klassik  milli  dramatur-

giyaya  müasir  münasibətinin  təzahürü 

kimi əlamətdardır. 

T.Kazımov  rejissorluqla  yanaşı  bir 

sıra sənətkarlar barədə  –  Xalq artistləri 

A.Gəraybəyli,  M.Vəlixanlı,  K.Ziya, 

Ə.Ağayev 

(Z.Nemətovla 

birgə), 

İ.Osmanlı  barədə  monoqrafiyalar  yaz-

mış, mətbuatda teatr sənətinə, müxtəlif 

tamaşalara aid resenziya və məqalələrlə 

çıxış etmişdir. O, “Çağırış”, “İşıqlı yol-

larda”, “Şəfəq”, “Qoçaq Polad” və digər 

pyeslərin müəllifi kimi də tanınmışdır.

Görkəmli rejissor 1965-ci ildə “Anto-

ni və Kleopatra”, 1979-cu ildə “Şəhərin 

yay günləri” tamaşalarına görə Dövlət 

mükafatları ilə təltif olunmuşdur. 1961-

ci  ildə  “Əməkdar  incəsənət  xadimi”, 

1974-cü ildə “Xalq artisti” fəxri adları-

na layiq görülmüşdür. 

Tofiq Kazımov 1980-ci ildə avtomo-

bil  qəzasında  həlak  olmuş  və  II  Fəxri 

Xiyabanda dəfn olunmuşdur.

Ə d ə b i y y a t

Əlizadə, M. Dördüncü ölçü-

nün rəngləri /M.Əlizadə; 

elmi red. İ.Rəhimli; Azərb. 

Respub. Mədəniyyət və Tu-

rizm Nazirliyi.- Bakı: E.L., 

2008.- 447 s.

İsrafilov, İ. Tofiq Kazı-

movun rejissor dərsləri 

/İ.İsrafilov; Azərb. Resp. 

Mədəniyyət və Turizm 

Nazirliyi.- Bakı: Aspoliqraf, 

2013.- 231, [1] s.

Əlizadə, M. Azərbaycan 

teatrında Tofiq Kazımov 

fenomeni /Məryəm Əlizadə   

//Mədəni həyat.- 2013.- № 

8.- S. 12-14.

Xəlilzadə, F. Zamanın 

ucalığında: Tofiq Kazı-

mov - 90  /Flora Xəlilzadə                 

//Azərbaycan.- 2013.- 13 

yanvar.- S.5.

Quliyev, Ə. Heç kəsə 

bənzəməyən Tofiq Kazımov: 

Zəngin yaradıcılığa malik 

rejissor teatrdakı dəst-xətti 

ilə fərqlənən sənətkar idi        

/Ə.Quliyev //Kaspi.- 2015.- 

5 may.- S.15.

Məhərrəmova, T. Tofiq 

Kazımovun rejissor ömrü     

/Təranə  Məhərrəmova        

//Kaspi.- 2013.- 19 iyun.- 

S.11.

Tofiq Kazımov //İsrafilov 

İ., Nəbiyev B. Azərbaycan 

milli rejissor sənətinin 

poetikası.-Bakı, 2001.- 

S.217.

14

95 

illiyi

Rejissor




Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə