Kbt я25 uot (059) Baş redaktor


Milli Qəhrəmanlar Eldar Məmmədov



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə10/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   6   7   8   9   10   11   12   13   ...   276

21

Milli Qəhrəmanlar

Eldar Məmmədov 

1968-1993 

YANV

AR

Eldar  Harun  oğlu  Məmmədov 

1968-ci  il  yanvar  ayının  10-da  Bakı 

şəhərində  doğulmuşdur.  1982-ci  ildə 

Bakıdakı  189  saylı  məktəbi  bitir-

dikdən  sonra  Cəmşid  Naxçıvanski 

adına  hərbi  məktəbə  daxil  olmuşdur. 

1985-ci ildə təhsilini başa vurduqdan 

sonra  Riqadakı  Qırmızı  Bayraqlı  Ali 

Hərbi Siyasi   Məktəbində təhsil almış-

dır. Təhsilini bitirən Eldar Məmmədov 

SSRİ  Silahlı  Qüvvələrində  hərbi 

xidmətə göndərilmişdir. Erməni işğal-

çıları vətənimizə təcavüz edən zaman 

o, Azərbaycana qayıtmış və yenicə ya-

radılan  Sərhəd  Qoşunlarında  xidmətə 

başlamışdır.

Eldar  Məmmədov  Azərbaycana 

qayıtdıqdan  sonra  əvvəl  raket  qoşun-

larında,  sonra  isə  Milli  Təhlükəsizlik 

Nazirliyi  Sərhəd  Qoşunları  Baş 

İdarəsində  hərbiçi  kimi  fəaliyyətini 

davam etdirmişdir.

1993-cü  ildə  Sərhəd  Qoşunları 

idarəsinin  könüllülərdən  ibarət  ba-

talyonun  tərkibində  Ağdərə  istiqa-

mətində  gedən  döyüşlərdə  iştirak  et-

mişdir.  Ağdərədə  gedən  döyüşlərdə 

xüsusi  fədakarlıq  nümayiş  etdirən 

E.Məmmədov 1993-cü il fevral ayının 

24-də  qəhrəmancasına  həlak  olmuş-

dur.


Azərbaycan  Respublikası  Prezi-

dentinin  11  dekabr  1994-cü  il  tarix-

li  247  saylı  Fərmanı  ilə  Eldar  Harun 

oğlu  Məmmədov  ölümündən  son-

ra  “Azərbaycan  Milli  Qəhrəmanı” 

fəxri  adına  layiq  görülmüşdür.  Bakı 

şəhərindəki  Şəhidlər  Xiyabanında 

dəfn edilmişdir.

Dövlət 

Sərhəd 


Xidmətinin 

Göytəpə Sərhəd Dəstəsinin 2-ci alayı 

E.Məmmədovun adını daşıyır.

Ə d ə b i y y a t

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 

[Məmmədov Eldar Harun oğlu – baş leytenant – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc 

əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 7 

dekabr 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- № 24.- S.50.- (Ölümündən sonra).

Hüseynova, L. “Onların adları qəlbimizdə daim yaşayacaq”: [Azərbaycanın Milli qəhrəmanı Eldar Məmmədovun xatirəsinə həsr olun-

muş tədbir keçirilib] /Lalə Hüseynova //Azərbaycan ordusu.- 2016.- 27 fevral.- S.6.

Əsgərov, V. Məmmədov Eldar Harun oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 2005.- S.139.

Məmmədov Eldar Harun oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. 

H.M.Həmidova.- Bakı, 2008.- S.136.

Seyidzadə, M. Məmmədov Eldar Harun oğlu //Seyidzadə M. Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.-S.140.

10

50 

illiyi

Milli Qəhrəman



22

Milli Qəhrəmanlar

Nizami Məmmədov 

1958-1992

YANV

AR

Nizami  Murad  oğlu  Məmmədov 

1958-ci  il  yanvar  ayının  12-də 

Xankəndi  şəhərində  dünyaya  göz 

açmışdır.  N.Gəncəvi  adına  4  saylı 

məktəbi bitirdikdən sonra 1975-1977-

ci  illərdə  İrkutsk  vilayətində  hərbi 

xidmətdə olmuşdur. 

Xidmətini  başa  vurduqdan  sonra 

Xankəndi  şəhərinə  qayıdaraq  Yaşıl-

laşdırma idarəsində  əmək fəaliyyətinə 

başlamışdır.  Milis  olmaq  arzusu  ilə 

Bakı  Xüsusi  Milis  Məktəbinə  da-

xil  olmuş  və  oranı  bitirdikdən  son-

ra  Xankəndi  şəhər  polis  şöbəsində 

növbətçi 

köməkçisi 

işləməyə 

başlamışdır.  Xankəndində  milli 

münasibətlərin  gərginləşdiyi  vaxtda 

Şuşaya köçmüş və burada polis zabiti 

kimi işini davam etdirmişdir.

Nizami Məmmədov özünümüdafiə 

batalyonlarına silah-sursat çatdırılma-

sında iştirak etmiş, döyüşlərə  atılmışdı. 

Nizami Daşaltı, Malıbəyli, Qaladərəsi 

kimi  mühüm  əməliyyatlarda  işti-

rak  etmiş,  erməni  basqınçılarına  öz 

gücünü  göstərmişdi.  1992-ci  il  29 

mart  tarixində  snayper  gülləsi  onun 

həyatına  son  qoymuş, Vətənin  cəsur 

övladı əbədiyyətə qovuşmuşdu.

Azərbaycan  Respublikası  Prezi-

dentinin  8  oktyabr  1992-ci  il  tarix-

li  264  saylı  Fərmanı  ilə  Məmmədov 

Nizami Murad oğlu ölümündən son-

ra  “Azərbaycanın  Milli  Qəhrəmanı” 

fəxri adına layiq görülmüşdür.

Nizami  Məmmədov  Bərdə  rayo-

nunun  Dəymədağlı  kəndində  dəfn 

edilmişdir.

Ə d ə b i y y a t

Azərbaycan Respublikası Daxili İşlər orqanlarının bir qrup əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi 

haqqında: [Məmmədov Nizami Murad oğlu –polis nəfəri – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün 

qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respub-

likası Prezidentinin Fərmanı, 8 oktyabr 1992-ci il //Azərbaycan.- 1992.- 9 oktyabr.- S.1.- (Ölümündən sonra).

Əsgərov, V. Məmmədov Nizami Murad oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 2005.- S.146.

Məmmədov Nizami Murad oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. 

H.Həmidova.- Bakı, 2008.- S.141.

Seyidzadə, M. Məmmədov Nizami Murad oğlu //Seyidzadə M. Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.147.

İ n t e r n e t d ə

www. az.wikipedia.org

www.edu.gov.az

www.milliqahraman.az

12

60 

illiyi

Milli Qəhrəman



Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə