Kbt я25 uot (059) Baş redaktor


Mədəniyyət.Maarif.Təhsil 120



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə16/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   12   13   14   15   16   17   18   19   ...   276

33

Mədəniyyət.Maarif.Təhsil

120 

illiyi

Məryəm Bayraməlibəyova

1898-1987 

YANV

AR

Məryəm  Teymur  bəy  qızı  Bay-

raməlibəyova-Məlik Yeqanova 1898-ci il 

yanvar ayının 22-də Lənkəran şəhərində 

anadan olmuşdur. 

İbtidai  təhsilini  1905-1911-ci  illərdə 

“Nicat”  xeyriyyə  cəmiyyətinin  he-

sabına  Hacı  Zeynalabdin  Tağıyevin 

qız  məktəbində  -  I  Rus-tatar  Qızlar 

Məktəbində almışdır. 

Təhsilini davam etdirmək məqsədilə 

1911-ci  ildə  “Müqəddəs  Nina”  qızlar 

məktəbinə  daxil  olmuş,  1917-ci  ildə 

bu  məktəbin  8-ci  pedaqoji  sinfini  qı-

zıl  medalla  bitirmişdir.  Məryəm  xanım 

ali təhsil almaq üçün Moskvaya getmiş 

və  Tibb  İnstitutuna  qəbul  edilmişdir. 

Onun  təhsil  xərclərini  Bakı  milyonçu-

su  -  xeyriyyəçi  Murtuza  Muxtarov  öz 

üzərinə götürmüşdür. 

1917-ci  il  Oktyabr  çevrilişi  nəticə-

sində  vətənə  dönən  Məryəm  işləmək 

üçün  Lənkərana  getmişdir.  Qadınla-

rın  təhsilinə  böyük  əhəmiyyət  verən 

Məryəm xanım Bayraməlibəyova 1918-

ci  ilin  əvvəllərində  atasının  səyi  ilə 

1917-ci  ildə  Lənkəranda  yaradılmış  və 

hələ fəaliyyətə başlamamış “Ünas” (qız-

lar)  məktəbinin  müdiri  kimi  işə  başla-

mış, Lənkəranda 50 uşağın təhsil aldığı 

ilk  müsəlman  qız  məktəbinə  rəhbərlik 

etməklə  bərabər,  dərs  demiş,  dram  və 

xor dərnəkləri təşkil etmişdir.   

Həmçinin, 1919-1920-ci illərdə Lən-

kəran  Qızlar  Gimnaziyasının  inspek-

toru  olmuş,    1919-cu  ildə  Lənkəranda 

ilk  qadın  Xeyriyyə    Cəmiyyəti  yarat-

mışdır.  1919-cu  ildə  Azərbaycan  Xalq 

Cümhuriyyətinin  Parlament  üzvü, 

Lənkəranın  general-qubernatoru  Ca-

vad  bəy  Məlik-Yeqanovla  ailə  quran 

Bayraməlibəyova  Aprel  işğalından 

(1920)  sonra  da  pedaqoji  fəaliyyətini 

davam etdirmiş, 1920-1921-ci illərdə sa-

vadsızlığın ləğv olunması üzrə ilk qadın 

kursları yaratmış, bütün qəzada yeganə 

qadın müəllim kimi siyasi maarif işində 

fəal çalışmışdır. 

1921-ci  ildə  ailəliklə  Bakıya  köç-

müş,  1921-1923-cü  illərdə Azərbaycan 

nümunəvi-təcrübə məktəbində türk qru-

punun rəhbəri olmuşdur. 

1922-ci  ildə  həbs  olunmuş,  Bakı-

dan  kənara  çıxmamaq  barədə  iltizam 

verdikdən sonra həbsdən azad olunmuş, 

pedaqoji fəaliyyətini davam etdirmişdir.

1925-ci  il  yanvarın  12-də  Mosk-

vada  keçirilmiş  Müəllimlərin    Birinci 

Ümumittifaq  Qurultayında  Azərbaycan 

nümayəndəsi kimi Qızıl Meydanda çıxış 

edən  ilk Şərq qadını  məhz  Məryəm xa-

nım olmuşdur. 

Məryəm  xanım  1931-ci ildə univer-

sitetin  hüquq  fakültəsini  bitirmiş,  lakin 

ona  qarşı  olan  haqsızlıqla  barışmayıb,  

yenidən  müəllimlik  peşəsinə  qayıtmış-

dır. 

1937-ci  ildə  yenidən  həbs  edilərək  



Bayıl həbsxanasına salınmış, oradan Qa-

zaxıstana sürgün edilmişdir. 

1948-ci  ildə  azad  edilərək  Bakıya 

qayıtmışdır. Lakin hər iki gözündən kor  

olmasına  baxmayaraq,  ona  Bakıda ya-

şamağa  icazə  verilməmiş,  1956-cı  ilə 

kimi  Daşkəsəndə  yaşamışdır.  Sonralar   

Bakıya köçmüş, övladlarına qovuşmuş-

dur.

Məryəm  xanım  Bayraməlibəyova 



1987-ci  il  dekabr  ayının  2-də  vəfat  et-

mişdir.


Ə d ə b i y y a t

Azərbaycan amalına 

xidmət etmiş ailə:Onlar 

əsl vətən fədailəri idilər 

//Azadlıq.- 2012.- 4 

avqust.- S.14.

Kərimov, B.B. XX 

əsrin əvvəllərində 

Lənkəranda müsəlman 

Qız məktəbinin təşkili 

tarixindən /B.Kərimov 

//Bakı Universitetinin 

Xəbərləri: Humanitar 

elmlər seriyası.- №3.-

2011.- S.103-107.

Məryəm 

Bayraməlibəyova          

//Dünyaminqızı Q. 

Dahinin istəyi, qələmin 

qüdrəti: [elmi-

publisistik və bədii 

məqalələr toplusu].- 

Bakı: ADPU, 2015.-

S.55-61.

İ n t e r n e t d ə

http://static.bsu.az/

w8/Xeberler%20Jur-

nali/Humanitar%20

2011%203/103-108.pdf

22

Maarif xadimi


34

Mədəniyyət.Maarif.Təhsil

Hacı Zeynalabdin Tağıyev 

1823-1924   

YANV

AR

Hacı  Zeynalabdin  Tağı  oğlu  Tağı-

yev 1823-cü il (bəzi mənbələrdə 1838) 

yanvar ayının 25-də Bakıda, başmaqçı 

ailəsində anadan olmuşdur. Kiçik yaş-

larından  fəhləlik  etmiş,  15  yaşından 

bənnalığa  başlamışdır.  Bir  müddətdən 

sonra tikinti ustası və təşkilatçısı kimi 

tanınmağa  başlayır.  Müəyyən  qədər 

vəsait toplayaraq Tağıyev artıq 20 ya-

şında  ev  tikintisi  və  daşyonma  işləri 

təşkil edir. Sonradan o özünü ticarətdə 

və  yüngül  sənayedə  də  sınayır.  Hər 

ikisində  qabiliyyəti  ilə  uğur  qazanır, 

dükanlara və manufakturaya sahib olur. 

O,  həm  də  Bakı  neftini,  Xəzər  dənizi 

və  Qafqaz  dəmir  yolu  vasitəsilə  ix-

rac  edən  ən  böyük  sahibkarlardan  idi. 

Məqsədyönlü  tədbirləri  nəticəsində 

Tağıyev  Azərbaycan  iqtisadiyyatının 

müstəmləkə  xarakterinə  zərbə  vuran, 

onu  sındıran  ilk  milli  sənayeçiliərdən 

idi. Tağıyev Hacı Zeynalabdin 1873-cü 

ildə neftçıxarma işinə sərmayə qoymuş, 

sahibkarlıq  fəaliyyətinə  başlamışdır. 

1878-ci ildə Tağıyevin mədənində baş 

verən neft fontanı onu Bakının zəngin 

sahibkarlarından birinə çevirmişdir. 70-

ci illərin sonunda o, artıq 3 neft zavodu-

nun sahibi idi.

Hacı  Zeynalabdin  Tağıyev  bütün 

Rusiyada birinci növbədə öz mesenat-

lığı və maarifpərvərliyi ilə tanınmışdır. 

Onun  maarifpərvər  xidmətləri  əsasən 

XX  əsrin  əvvələrindən  başlayır.  Ta-

ğıyev    xeyriyyə  məqsədi  ilə  bir  sıra 

cəmiyyətlər yaradır, qəzet və jurnallar 

(“Kaspi”, “Həyat”, “Tazə һəyat”, “Fü-

yuzat”  vəs.)  çap  etdirməyə  başlayır. 

O,  müsəlmanların  mənafeyi  ilə  bağlı 

ictimai-siyasi məsələlərdə daim fəallıq 

göstərmiş,  öz  vəsaiti  hesabına  onlarla 

imkansız Azərbaycanlı balalarını Rusi-

yada və xaricdə təhsil almaq üçün yol-

lamışdır.  Onun  himayə  etdiyi,  təqaüd 

verdiyi şəxslər sonradan öz ölkələrinin, 

xalqlarının  görkəmli  nümayəndələri 

olmuşlar. N.Nərimanov, M.Əzizbəyov, 

Ə.Topçubaşov,  N.Yusifbəyli,  L.Beh-

budov, 


Q.Qarabəyli, 

B.Cavanşir, 

M.D.Hüseynov, 

M.H.Vəzirov, 

Ş.Məmmədova  və  b.  H.Z.Tağıyevin 

köməyi  sayəsində  təhsil  almışlar.  

Ə.Axundzadənin,  S.M.Qənizadənin, 

N.Nərimanovun və digər maarifpərvər 

ziyalıların    kitablarını  çap  etdirmişdir. 

Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 

300  min  manatlıq  vəsait  sərf  edərək, 

Bakıda ilk Qızlar məktəbi tikdirmişdir. 

Bu,  bütün  Zaqafqaziyada  yeganə  qız 

məktəbi idi. O, yeni tipli təhsil ocaqları-

nı ərəb, fars və türk dillərində kitablarla 

və  məktəb  avadanlığı  ilə  təmin  etmiş, 

onlara nağd pulla yardım göstərmişdir.

1879-cu  ildə  Bakıya  su  kəməri 

çəkdirmişdi.  1880-ci  ildə  Bakıda  tik-

dirdiyi ilk teatr binası xalq arasında “Ta 

ğıyev teatrı” adlanırdı. 

Sovet hakimiyyəti qurulduqdan son-

ra  Tağıyevin  bütün  müəssisələri  mil-

liləşdirildi. Ona Mərdəkandakı bağında 

yaşamağa  icazə  verildi.  N.Nərimanov 

Azərbaycan sovet hökumətinə rəhbərlik 

etdiyi  dövrdə  ona  xeyirxah  münasibət 

bəsləmiş, onu bolşevik hakimiyyətinin 

təhqiramiz tədbirlərindən qorumuşdur. 

Azərbaycanlı  milyonçu,  mesenat, 

Rusiya  İmperiyasının  Həqiqi  Dövlət 

Müşaviri, müsəlman Şərqində ilk qızlar 

məktəbinin (Tağıyevin qızlar məktəbi) 

yaradıcısı.H.Z.Tağıyev 1924-cü il sent-

yabr  ayının  1-də  Mərdəkanda  vəfat 

etmiş, Axund  Əbuturab  məqbərəsində 

dəfn edilmişdir. 

Bakı  şəhərində  adına  qəsəbə,  küçə, 

məktəb var.

Ə d ə b i y y a t

Hacı Zeynalabdin Tağıyev 

[izomaterial] /müəl. heyəti. 

N.Vəlixanlı (ümumi red.), 

N.Tahirzadə, F.Cabbarov, 

M.Məmmədov; red. 

A.Abbasov; AMEA; Milli 

Azərb. Tarixi Muzeyi; BP; 

tərtibat. Cam Visual Com-

munication Agency.- [Bakı], 

[2010].- 241 s.

Əliyev, Z. Bir portretin 

tarixi: Hacı Zeynalabdin Ta-

ğıyevin naturadan çəkilmiş 

portreti haqqında /Ziyadxan 

Əliyev //Ədəbiyyat qəzeti.-

2016.- 16 iyul.- S.31.

Hacı Zeynalabdin Tağıye-

vin Bakı müsəlmanlarına 

məktubu //Kaspi.- 2017.- 12 

yanvar. -  S.4.

Malayziya jurnalında Hacı 

Zeynalabdin Tağıyev haq-

qında məqalə:[ingilis dilində 

nəşr olunan “TheGlobalist” 

jurnalında “Hacı Zeynalab-

din Tağıyev: Azərbaycanın 

görkəmli tarixi şəxsiyyəti” 

məqaləsi haqqında] //

Mədəniyyət.-2017.- 11 yan-

var.- S.12.

Şəymən. Azərbaycan xe-

yirxahı: Hacı Zeynalabdin 

Tağıyev azərbaycançılığın 

ilk dəstəkçisi olub /Şəymən 

//Şərq.-2014.- 17 yanvar.- 

S.11.

25

195 

illiyi

Xeyriyyəçi



Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə