Kbt я25 uot (059) Baş redaktor



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə7/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   2   3   4   5   6   7   8   9   10   ...   276

15

Ə d ə b i y y a t

Mahnılar: fortepia-

no ilə oxumaq üçün 

/E.İ.İbrahimova; 

tərtibatçı Ç.İbrahimov; 

rəssam E.Avalov.- Bakı: 

[Letterpress], 2016.- 127, 

[1] s.

Mahmudova, C. 

Elza İbrahimova  

/C.E.Mahmudova; red. 

H.Babayeva; [baş red. 

S.Bektaşi; burax. məsul 

S.İsmayılova; dizayner 

K.Məhdəvi]; Azərb. Resp. 

Mədəniyyət və Turizm 

Nazirliyi.- Bakı: Şərq-

Qərb, 2015.- 31, [1] s.

Təkrarsız mahnıların 

əbədiyaşar müəllifi 

//525-ci qəzet.- 2017.- 12 

yanvar.- S.7.

Микеладзе, Г. 

Горящие колыбели 

Эльзы Ибрагимовой 

Памяти выдающегося 

азербайджанского 

композитора 

посвящается 

/Г.Микеладзе //Каспiй.-

2014.- 11-17 января.- 

С.19.

Musiqi.Opera.Balet

80 

illiyi

Elza İbrahimova    

1938-2012 

YANV

AR

Elza  İmaməddin  qızı  İbrahimova 

1938-ci il yanvar ayının 10-da Hacıqa-

bulda ziyalı ailəsində anadan olmuşdur. 

1957-ci  ildə  A.Zeynallı  adına  Musiqi 

Texnikumunu bitirmişdir. 1958-1964-cü 

illərdə  Ü.Hacıbəyov  adına Azərbaycan 

Dövlət  Konservatoriyasının  (indiki 

Bakı  Musiqi Akademiyası)  bəstəkarlıq 

sinfində, görkəmli bəstəkarlar  C.Hacıyev 

və Q.Qarayevdən dərs almışdır. 

Tələbə ikən fortepiano üçün prelüdlər, 

variasiyalar,  sonatina,  skerso,  4  hissəli 

trio və digər əsərlər yazmışdır.

1957-ci  ildə  əmək  fəaliyyətinə 

müxtəlif  musiqi  məktəblərində  kon-

sertmeyster  kimi  başlamışdır.  1966-

1967-ci  illərdə  Mahaçqalada  bəstəkar 

kimi  fəaliyyət  göstərmiş,  yenidən  Ba-

kıya  qayıtmışdır.  1970-1972-ci  illərdə 

Azərbaycan Dövlət Televiziya və Radio 

Komitəsində redaktor işləmişdir. 1972-

1983-cü  illərdə  Azərbaycan  Dövlət 

İncəsənət İnstitutu, 1985-1993-cü illərdə 

A.Zeynallı  adına  Musiqi  Kollecində 

dərs demişdir. 

1962-ci ildə R.Həmzətovun sözlərinə 

yazdığı  “More”  romansı  ilk  və  uğurlu 

addım  olmuşdur.  İlk  mahnıları  Dağıs-

tan şairlərinin sözlərinə yazılmış rus və 

ləzgi  dillərində  “Lastoçka  aula”,  “Ya 

xoçu  çtobı  pesnya  moya...”,  “U  rodni-

ka”,  “Pesnyami  serdse  moyo  polno”, 

“Ya  daqestanka”,  “Gülşən”,  “Dobro-

ye  utro”  və  başqalarını  qeyd  etmək 

olar.  Azərbaycan  dilində  ilk  mahnısı 

M.Rahimin sözlərinə bəstələdiyi “Yalan 

ha deyil” mahnısı olmuşdur. Mahnı jan-

rında yazdığı “Bakının işıqları”, “Bulaq 

başında”,  “Səslə  məni”,  “Gedək  üzü 

küləyə”, “Qurban verərdim”, “Gəl barı-

şaq”, “Unuda bilməzsən” və s. mahnı-

ları ona şöhrət gətirmişdir. Mahnılarının 

əksəriyyəti estrada üslubunda yazılmış-

dır.  Onlarda  dövrünün  müasir  ritmləri: 

tanqo, vals kimi rəqs elementləri üstün 

yer tutur. 

Bəstəkarın  mahnılarını  görkəmli 

müğənnilərimiz  Ş.Ələkbərova,  R.Beh-

budov,  G.Məmmədov,  O.Ağayev, 

L.İmanov,  E.Rəhimova,  M.Babayev, 

Y.Rzazadə,  N.Şeyxova,  E.Əhədzadə, 

F.Kərimova və b. ifa etmişlər. 

Bəstəkarın sağlığında onun iki mahnı 

məcmuəsi 1976-cı ildə “Sən bir nəğmə, 

mən bir nəğmə”, 1988-ci ildə “Mahnı-

lar” nəşr olunmuşdur.

E.İbrahimova  H.Cavidin  eyniadlı 

dramı  əsasında  “Afət”  və  R.Heydərin 

librettosu üzrə “Yanan beşiklər”, “Şeyx 

Şamil” operalarını yazmışdır. Eləcə də 

Milli  Qəhrəmanlarımız  S.Əsgərova 

və  T.Xəlilbəyliyə  həsr  olunmuş  rekvi-

yemlərin də müəllifidir.

Bəstəkarın  yaradıcılığı  dövlətimiz 

tərəfindən  yüksək  qiymətləndirilmiş, 

1992-ci  ildə  Azərbaycanın  “Əməkdar 

incəsənət  xadimi”,  2008-ci  ildə  isə 

“Xalq artisti” fəxri adlarına layiq görül-

müşdür. Elə həmin il Dağıstanın “Xalq 

artisti”  adını  da  almışdır.  Azərbaycan 

Respublikası Prezidenti təqaüdçüsü idi.

Keçmiş SSRİ və Musiqi Fondunun, 

Azərbaycan  Bəstəkarlar  İttifaqının 

üzvü,  Dağıstanın  birinci  professional 

qadın bəstəkarı olmuşdur. 

Elza  İbrahimova  2012-ci  ilin  fevral 

ayının  11-də  Bakı  şəhərində  vəfat  et-

mişdir. 

Ölümündən sonra Azərbaycan musiqi 

mədəniyyətinə, Azərbaycanın və Dağıs-

tanın qardaş xalqları arasındakı dostluq 

münasibətlərinin və mehriban qonşuluq 

əlaqələrinin möhkəmləndirilməsinə ver-

diyi  əvəzsiz  töhfələrə  görə  “Mehriban 

ana” qızıl medalına layiq görülmüşdür. 

                                           

10

Bəstəkar



16

Musiqi.Opera.Balet

80 

lliyi

Kamil Cəlilov

1938 

YANV

AR

Kamil  Cəlil  oğlu  Cəlilov  1938-ci  il 

yanvar ayının 29-da indiki Xəzər rayo-

nunun  Buzovna  kəndində  anadan  ol-

muşdur.

Orta  təhsilini  Bakı  şəhərindəki  176 



saylı məktəbdə almışdır. Eyni zamanda 

1 saylı musiqi məktəbində oxumuş, ilk 

qaboy  müəllimi  C.Məmmədov  olmuş-

dur.  1955-1959-cu  illərdə  A.Zeynallı 

adına Musiqi Məktəbində, 1959-1965-ci 

illərdə  Ü.Hacıbəyov  adına Azərbaycan 

Dövlət  Konservatoriyasında  təhsil  al-

mışdır.  V.A.Knyazkovun  və  profes-

sor  A.Abdullayevin  rəhbərliyi  altında 

sənətini təkmilləşdirmişdir. 

Ə.Dadaşovun  rəhbərlik  etdiyi  an-

samblda  əvvəlcə  qoşanağarada,  son-

ra  isə  qarmonda  ifa  etmişdir.  Müxtəlif 

illərdə  Q.Qarayev  adına  Azərbaycan 

Dövlət kamera orkestrinin, Xalq artisti 

Gülarə Əliyevanın rəhbərlik etdiyi “Dan 

ulduzu”  instrumental  ansamblının,  Ni-

yazi adına Simfonik orkestrin solisti ol-

muşdur. “Dan ulduzu” ansamblı ilə bir 

çox  xarici  ölkələrə  qastrol  səfərlərinə 

getmişdir. 

Xalq musiqisini dərindən bilən virtu-

oz ifaçı K.Cəlilov Avropa musiqi alətinin 

bədii-texniki  imkanlarından  istifadə 

edərək, onları milli musiqi xüsusiyyətləri 

ilə  qovuşdurmuş, Azərbaycan  muğam-

larının qaboy alətində mahir ifaçısı kimi 

tanınmışdır.  “Bayatı-Kürd”,  “Segah”, 

“Zəminxarə”, “Bayatı-Şiraz”, “Rahab”, 

“Zabul”,  “Humayun”    və  ritmik  mu-

ğamlardan  “Qarabağ  şikəstəsi”  və  s. 

muğamları məharətlə ifa etmişdir.

1970-1988-ci  illərdə  Suriya,  Livan, 

Əlcəzair, Filippin, İsveç, Hindistan, Mi-

sir,  İtaliya,  Şri-Lanka,  Polşa,  Çexosla-

vakiyada  beynəlxalq  müsabiqələrdə  və 

qastrol səfərlərində olmuşdur.

Onun  balaban  ilə  ifa  etdiyi  melo-

diya  Voyager  qızıl  plastinkasına  daxil 

edilmişdir.  Filippinin  paytaxtı  Manila 

şəhərində  keçirilən  Asiya  ölkələrinin 

IV  Beynəlxalq  musiqi  müsabiqəsində 

Kamil Cəlilovun ifasında səslənən “Ça-

hargah  ahəngi”  büllur  mükafata  layiq 

görülmüşdür.

1980-ci  ildə  “Azərbaycan  muğam-

ları”,  1989-cu  ildə  “Çalır  Kamil  Cəlil 

oğlu” adlı iki qrammofon valı Moskva 

şəhərində “Melodiya” firması tərəfindən 

buraxılmışdır.

Tanınmış  ifaçı  pedaqoji  fəaliyyətlə 

də məşğuldur. O, Respublika İncəsənət 

Gimnaziyasında  sənətin  sirlərini  gənc 

musiqiçilərə öyrədir. 

Kamil Cəlilovun Azərbaycan musiqi-

sinin inkişafındakı xidmətləri dövlətimiz 

tərəfindən  yüksək  qiymətləndirilmiş,  

2000-ci  ildə  o,  Azərbaycan  Respubli-

kasının “Xalq artisti” fəxri adına layiq 

görülmüş, 2013-cü ildə “Şöhrət” ordeni 

ilə təltif olunmuşdur.

1997-ci  ildə  görkəmli  qaboy  ustası 

haqqında “Kamil” adlı sənədli-bioqrafik 

film çəkilmişdir.



29

Qaboy ifaçısı

Ə d ə b i y y a t

K.C.Cəlilovun «Şöhrət» 

ordeni ilə təltif edilməsi 

haqqında: Azərbaycan 

Respublikası Prezi-

dentinin Sərəncamı, 1 

fevral 2013-ci il /İ.Əliyev          

//Azərbaycan.- 2013.- 2 

fevral.- S.1.

İfalarımın əksəriyyətini 

yuxuda eşitmişəm /Kamil 

Cəlilov //Ədalət.-2011.- 6 

oktyabr.- S.8.

Mən qaboyu xalqa tanıt-

dım, qaboy da məni xalqa 

tanıtdı  /Kamil Cəlilov     

//Xalq cəbhəsi.- 2015.- 30 

iyun.- S. 15.

Ömrüm yetənədək yara-

dacam! /Kamil Cəlilov; 

müsahibəni apardı 

Ümidə Həsənli //Baku 

Post.- 2013.- 6  fevral.- 

S. 10.

İlqar, Q. Kamil qa-

boyunun hekayətləri                 

/Qəşəm İlqar; red. 

Ş.Səlimbəyli.-Bakı: Za-

man, 2000.- 160 s.

 https://az.wikipedia.org/

wiki/Kamil_


Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə