13
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
90
illiyi
Ələsgər Hüseynov
1928-1976
YANV
AR
Ələsgər Nurəli oğlu Hüseynov 1928-
ci il yanvar ayının 10-da anadan olmuş-
dur.
1953-cü ildə Azərbaycan Politexnik
İnstitutunu bitirmiş, 1953-1967-ci illərdə
“Azərdövlətlayihə” institutunda və Sə-
naye Tikintisi Nazirliyində müxtəlif
vəzifələrdə işləmişdir. 1968-1971-ci il-
lərdə Bakının Baş rəssamı, 1971-1976-
cı illərdə Bakı şəhəri İcraiyyə Komitəsi
sədrinin müavini olmuşdur. Bakı Met-
ropoliteninin “Qara Qarayev” stansiya-
sının (1972, Hənifə Ələsgərovla) və s.
tikililərin layihələrini hazırlamışdır.
Xidmətlərinə görə keçmiş SSRİ
(1972) və Azərbaycan SSR (1976)
Dövlət mükafları laureatı olmuş, “Okt-
yabr İnqilabı” ordeni və medallarla təltif
edilmişdir.
Hüseynov Ələsgər 1976-cı il may
ayının 3-də Bakı şəhərində vəfat etmiş-
dir.
Ə d ə b i y y a t
Hüseynov Ələsgər Nurəli oğlu //Fəxri xiyaban /Heydər Əliyev Fondu.- Bakı, 2007.- S.87.
www..anl.az
10
115
illiyi
Ələkbər Rzaquliyev
1903-1974
Ələkbər Ələsgər oğlu Rzaquliyev
1903-cü il yanvar ayının 31-də Bakıda
anadan olmuşdur.
Yaradıcılığının erkən dövründə inqi-
labdan əvvəlki Azərbaycan məişətinin
xarakterik səhnələri təsvir olunan boya-
karlıq əsərləri yaratmışdır (“Azərbaycanlı
qadın” (1926), “Pəhləvanlar” (1926),
“Mollaxana” (1927) və s.
Ə.Rzaquliyev qrafika sahəsində daha
geniş fəaliyyət göstərmiş, “Köhnə Bakı”
silsiləsi (1958-1972), “M.Ə.Sabir”
(1963), “Bakılılar Berlində” (1968),
“V.İ.Lenin və Azərbaycan rəhbərləri”
(1970), “Çaybecərənlər” (1972), “Azər-
baycan madonnası” (1973) və s. linoq-
ravüralar işləmişdir.
Əsərləri Şərq Xalqları İncəsənəti
Muzeyi (Moskva), R.Mustafayev ad.
Azərbaycan Dövlət İncəsənət Muze-
yi, Azərbaycan Dövlət Şəkil Qale-
reyası və digər muzeylərdə saxlanı-
lır. Xidmətlərinə görə 1964-cü ildə
Azərbaycan Respublikasının “Əməkdar
rəssam” fəxri adına layiq görülmüşdür.
Rzaquliyev Ələkbər Ələsgər oğlu
1974-cü il yanvar ayının 31-də Bakıda
vəfat etmişdir.
Ə d ə b i y y a t
Kərimov, Ç. Ələkbər Rzaquliyevin ağlı-qaralı dünyası /Ç.Kərimov //525-ci qəzet.- 2009.- 26 sentyabr.- S.19.
www. adam.az
www. az.wikipedia.org
31
Memar
Rəssam
14
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
95
illiyi
Cavad Mircavadov
1923-1992
YANV
AR
Cavad Mirhaşım oğlu Mircava-
dov 1923-cü il yanvar ayının 19-da
Bakıda anadan olmuşdur. 1949-cu
ildə Ə.Əzimzadə adına Azərbaycan
Dövlət Rəssamlıq Məktəbini bitirmiş-
dir. 1949-1954-cü illərdə Leninqrad-
da yaşamış, Dövlət Ermitajında fəhlə
kimi çalışmışdır. Muzeyin direktoru
M.T.Artamonovun köməyilə rəsm
əsərləri saxlanan anbara daxil olmaq
icazəsi almış və burada qeyri-sovet
rəssamlıq sənətinin dahilərindən “dərs”
almışdır. Bu dövrdə o, Şərq rəssamlıq
məktəbinin incəlikləri, həmişə maraq-
landığı, əsərlərində aydın sezdirdiyi şa-
man ayin və mərasimləri ilə tanış olmaq
imkanı da qazanmışdır. Cavad Mircava-
dov 1954-cü ildə Leninqraddan (indiki
Sankt-Peterburq) Bakıya qayıdaraq 10
il Buzovnadakı tanışının sahibsiz qal-
mış mənzilində tək-tənha yaşamış,
yaradıcılıq eksperimentləri ilə məşğul
olmuşdur. Rəssam öz təcrübələrində
təsviri sənət üçün qətiyyən ənənəvi ol-
mayan materiallardan - metal, daş, qum,
bitum, qatran və sementdən istifadə et-
mişdir.
Ən erkən rəngkarlıq əsəri 1967-
ci ildə yaratdığı “Yırtıcı” əsəridir.
C.Mircavadov üçün sənətdə sərhəd
olmamış, o, ürəyinin diqtə etdiyi və
zövq aldığı üslubda yaratmışdır. Sovet
dövründə rəssamların müstəqil üsluba
meyli, sənətə yenilik gətirmələri etiraz
və maneələrlə qarşılanırdı. Onlardan
yalnız rejimin maraqlarını təbliğ edən
əsərlər tələb olunurdu.
İlk dəfə 1970-ci ildə insəcənət
sərgisində iştirak etmişdir. Ekspozi-
siyada rəssamın - “Çəpərdə” (kətan,
yağlı boya), “Avinyon qadınları” (ka-
ğız), “Ağlayan” (kağız), “Kollaj”
(kağız), “Qorxu” (kətan, yağlı boya),
“Qaçırılma” (kətan, yağlı boya), “Rey-
lefli kompozisiyada qırıntılar” (fanera;
qum, nitro, boyaitum), “Triada. Dik-
Tik” (kətan. Yağlı boya), “Tanrı” (or-
qalit), “Atılmış at” (kətan, yağlı boya),
“Cadugər Qabon” (kətan; yağlı boya)
əsərləri nümayiş etdirilmişdir.
1987-ci ildən rəssamın əsərləri yer-
li və xarici sərgilərdə uğurla nümayiş
olunmuş, az bir vaxtda bütün dün-
yada maraqla qarşılanmışdır. Cavad
Mircavadovun yaratdığı əsərlərin sayı
çoxdur. Rəssamın yaradıcılığında iki
əsər: “Məxfi gecə” (1982) və “Ümid
işığı” (1982) xüsusi yer tutur. İkin-
ci əsərini o, Salvador Daliyə həsr et-
mişdir. Rəssamın əsərlərində bir çox
təkrarlanan kompozisiyalara da rast
gəlmək olur. “Şubanda” (1984), “Na-
xır” (1986) əsərləri, “Dəvə belində”nin
bir neçə kompozisiyası bu qəbildəndir.
Rəssam 1988-ci ildə Azərbaycan
SSR-in “Əməkdar incəsənət xadimi”
fəxri adına layiq görülmüşdür.
Cavad Mircavadov 1992-ci il
iyun ayının 24-də səfərdə olarkən,
Kopenhagen-Moskva qatarında vəfat
etmişdir.
Ə d ə b i y y a t
Cavad Mircavadov [İzo-
material]: 1923-1992 /
lay. rəhb. Ç.Fərzəliyev;
mətnin müəl. N.Hacıyeva;
ing. dilinə tərc.:
İ.Peart, S.İbrahimova,
Ə.Məlikova; fotolar
Ə.Ağasiyev; baş dizayner
İ.Eldarova.- Bakı: [Şərq-
Qərb], 2013.- 104 s.
Böyük sənətində “tənha”
fırça ustası... //Azadlıq.-
2013.- 10 sentyabr.- S.14.
Əliyev, Z. Müasirlik
ənənəyə tapınanda...:
Azərbaycan rəssamlığının
“Mircavad əfsanəsi”...
/Z.Əliyev //Kaspi.- 2015.-
24-26 yanvar. - S.16-17.
Руслан, М. Произведения
известного
художника Джавада
Мирджавадова:
И традиционные
азербайджанские ковры
будут выставлены
на аукционе Sotheby’s
/М.Руслан //Эхо.-2015.-
18 февраля.- С.8.
İ n t e r n e t d ə
http://www.buro247.az/
culture/art/sotheby-s-h-
rrac-evind-az-rbaycanl-r-
ssam-cavad-mi.html
19
Rəssam