İxtisasın şifri və adı : 060506 Coğrafiya İxtisaslaşmanın adı : İqtisadi və sosial coğrafiya «İqtisadi və sosial coğrafiya»


İşğalın davam etməsi müddətində itirilmiş faydalar



Yüklə 1,63 Mb.
səhifə17/21
tarix14.02.2022
ölçüsü1,63 Mb.
#83734
1   ...   13   14   15   16   17   18   19   20   21
Azerbaijani territory occupied by Armeni-56806476

3.2. İşğalın davam etməsi müddətində itirilmiş faydalar

Müharibədən sonrakı dövrlərdə ölkəmizin digər ərazilərində 250-yə qədər yeni faydalı qazıntı yataqları kəşf edilib, istismara başlamasına baxmayaraq, işğaldan sonrakı 25 il ərzində Azərbaycan tərəfi zəbt olunmuş ərzilərdə və 70 km-lik münaqişə zolağında heç bir geoloji kəşfiyyat işləri, həmçinin hasilat həyata keçirə bilmir. Nəticədə ölkəmiz zəngin təbii ehtiyatların gətirəbiləcəyi iqtisadi gəlirdən məhrum qalır.

Kəşf olunmuş və qiymətləndirilmiş qızıl ehtiyatlarının həcminə görə Azərbaycan dünya ölkələri arasında 54-cü yerdə durur. Əgər zəngin qızıl ehtiyatlarına malik olan Qarabağ regionu ermənilər tərəfindən işğal edilməsəydi, regionda yerləşən Qızılbulaq, Vejnəli və Söyüdlü (Zod) yataqlarının istismar edilməsi, ölkənin qızılçıxarma, eləcədə dağ-mədən sənayesinin infrastrukturunun daha da inkişaf etdirilməsinə, planlı hasilat prossesinin həyata keçirilməsinə, eyni zamanda digər sənaye sahələrinin inkişafına təkan verə bilərdi və nəticədə ölkənin etibarlı qızıl fondu yaradılacaqdı.

Bildiyimiz kimi işğal olunmuş ərazilərdə olan qızıl yataqlarının çıxarıla bilən ehtiyatı 199.14 tondur[5]. Orta illik hasilat və satışın həcmini 5.87 ton olduğunu qəbul etsək manatın məzənnəsinin 0.78 ABŞ dolları olduğu zamana qədər ki dövrdə 1 ton faydalı komponentin daxili bazarda satışından əldə olunan gəlir 33.26 mln manat olardı. Nəqliyyat, ətraf mühit qoruyucu tədbirlər, hasilat, satış, vergi, rüsum, cari xərclər və s. cəmi xərclər çıxılmaq şərti ilə hasilat və satışdan əldə olunan illik xalis gəlir 102.85 mln manat bunu isə 21 ilə vurduqda 2157.33 mln manat alınır. Bu alınan rəqəm 2015-cü ilə qədər dəyən zərəri əks etdirir. 2015-ci ildə manatın devalvasiyasından sonra 1 ABŞ dolları-1.70 qəp olduğundan yeni məzənnəyə görə 1 qram qızılın daxili bazarda qiyməti 72.9 manatdır və bu hesabla hasilat və satışdan əldə olunan illik gəlir 427.63 mln manat təşkil edəcəkdir. Alınan illik gəlirdən illik xərcləri ( ≈ 92.87 mln manat) çıxdıqda hasilat və satışdan əldə olunan illik xalis gəliri tapmış olarıq- 334.76 mln manat və bunu da aradan keçən 4 ilə vurduqda 1339.04 mln manat alınar. Beləliklə, 25 il ərzində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki qızıl yataqlarının istismarından məhrum qalması səbəbindən məhrum qaldığı faydanın miqdarı təqribən 3496.04 mln manat təşkil edir.

Qızıldan əlavə civə ehtiyatına nəzər salsaq, civə minerallaşması Böyük və Kiçik Qafqazın bütün metallogenik zonalarında aşkar edilmişdir. Əsas sənaye əhəmiyyətinə malik olan civə yataqları işğal olunmuş Kəlbəcər və Laçın rayonlarında cəmləşmişdir(sənaye ehtiyatı-1788.2 ton). Əsas təsdiq olunmuş yataqları -Levçay, Ağyataq, Çilgəzçay, Narzanlı və s. eyni zamanda perspektivli təzahürləri - Ağqaya, İpək, Elyeri və s.-dir. Civə ehtiyatı yataqlarının bu qədər zəngin olmasını, eyni zamanda ölkədə kimya və digər təsərrüfat sahələrinin civəyə çox tələbatının olmasını nəzərə alsaq aşağıdakı işlər kifayət qədər gəlirlərin əldə olunmasına səbəb ola bilərdi:


  • əvvəllər aparılan tədqiqatlar nəticəsində müsbət qiymətləndirilmiş yataqların - Narzanlı, Çilgəzçay və s. ehtiyatlarının təsdiq olunması üçün əlavə kəşfiyyat işlərinin aparılması;

  • sənaye əhəmiyyətli civə yığımlarının müəyyən edilməsi üçün perspektivli sahələrdə axtarış və axatış-qiymətləndirmə işlərinin həyata keçirilməsi.

İşğal olunmuş ərazilərdə mineral-xammal bazasını inzibati rayonlar üzrə təhlil etsək, tikinti materiallarının zəngin yataqlara malik olduğunu görmək mümkündür. Hal-hazırda ölkəmizdə tikinti sənayesinin materiallara olan tələbatını nəzərə alsaq bu ehtiyatların istismarı ölkəmiz üçün böyük gəlir gətirə bilərdi.

Kiçik misalla, tikinti sənayesinin məhrum qaldığı itirilmiş faydanı izah etmək olar, belə ki, Kəlbəcər rayonunun meşə fondunun 37.8 min ha, oduncaq ehtiyatının 2.544 mln m3, orta illik artımın isə 28.4 min m3 olduğunu bilərək, hər il orta illik artım həcmində oduncaq hasil edilsə, işğal müddətində, yəni 25 ildə hasilatın həcmini hesablasaq ( 28.4 min m3 x 25 il ) 710 min m3 oduncaq ehtiyatından məhrum qalındığını görmək olar. 2015-ci ilə qədər 1 m3 oduncağın daxili bazarda qiymətini 226.36 manat olaraq qəbul etsək [4] onda 2015-ci ilə qədər hasil oluna bilən oduncaq ehtiyatının dəyəri ( 28.4 min m3 x 21 il = 596.4 min m), 596.4 min m3 x 226.36 manat =  135.001 mln manata bərabər olar. Devalvasiyadan sonrakı müddətdə isə daxili bazarda 1 m3 oduncağın qiymətini 274.31 manat qəbul etsək, onda devalvasiyadan sonrakı 4 ildə hasil oluna biləcək oduncaq ehtiyatının həcmi( 28.4 min m3 x 4 il ) 113.6 min m3, bazar qiyməti isə ( 113.6 min m3 x 274.31 manat) 31.16 mln manat təşkil edəcəkdir. Beləliklə sadəcə Kəlbəcər rayonun oduncaq ehtiyatının orta illik artım miqdarının işğal müddəti ərzində bazar qiyməti( 135.001 mln manat + 31.16 mln manat) 166.161 mln manat təşkil edə bilər( hasilat, nəqliyyat, emal, cari xərclər istisna olmaqla) .

Bundan başqa, dağ-mədən sənayesi məhsullarına daxili və xarici bazarda olan təlabatı nəzərə alsaq, tikinti və bəzək daşları yataqlarının işlənməsindən xeyli gəlir əldə etmək mümkün olardı. Həmçinin bu yataqların istismarı, regionda yaşayan əhalinin işlə təmin olunmasına şərait yaradacaqdı bu da öz növbəsində iqtisadi inkişafa təkan verə bilərdi.

Ölkəmizi dünya bazarına çıxarmağa qadir olan, məhrum qaldığımız digər bir təbii ehtiyat növü mineral sulardır ki, ölkəmizin ərazisi mineral suların müxtəlif tipləri ilə zəngindir. Xüsusilə, işğal olunmuş ərazilərdə mövcud 200-dən çox mineral su mənbəyi öz geoloji quruluşu və hidroloji şəraitindən asılı olaraq kimyəvi və qaz tərkibinin zənginliyinə görə seçilirdi. Tərkibində olan ionların miqdarı nisbətinə görə:



  • hidrokarbonatlı-xloridli;

  • hidrokarbonatlı;

  • hidrokarbonat-xlorid-sulfatlı;

  • hidrokarbonat-sulfatlı;

  • xlorid-hidrokarbonatlı;

  • sulfat-xloridli.

Qaz tərkibinə görə:

  • kabonqazlı;

  • azotlu;

  • metanlı;

  • hidrogen-sulfidli.

Temperaturuna görə isə soyuq(20 ⁰C-yə qədər), subtermal( 20-37 ⁰C), termal (37-42⁰C)  və hipotermal ( 42⁰C-dən çox) sular ayrılır. Xüsusilə, işğal olunmuş ərazilərdəki mineral suların tərkibində karbon qazının miqdarı yüksəkdir.

Laçında İliqsu, Minkənd, Şuşada Turşsu, Şirlan, Kəlbəcərdə Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək və s. mineral su yataqlarında dəqiq hidroloji kəşfiyyat işləri həyata keçirməklə sugötürücülərinin məhsuldarlığını yüksək dərəcədə artırmaq və mənbələrin bazasında güclü zavod və sağlamlıq mərkəzləri tikməklə böyük gəlirlər əldə etmək, daha çox turist cəlb etmək olardı. Hələ SSRİ dövründə, Azərbaycan SSR Nazirlər Kabinetinin 01.XI.1990-cı il tarixli 500 saylı qərarı ilə mineral su buraxan müəssisələrin yenidən qurulması və yeni zavodların tikilməsi haqqında qərarı ilə İstisu və Turşsu mineral su yataqlarında mövcud olan zavodların yenidən qurulmasını həyata keçirməklə gücünün müvafiq olaraq 10 mln. but/il və 20 mln. but/il-ə çatdırılması nəzərdə tutulmuşdu. Təəssüf ki, ərazilərin işğal olunması qərarın həyata keçirilməsinə mane oldu.

İşğaldan sonrakı 25 il müddətində işğal edilmiş ərazilərin təbii ehtiyatlarının ermənilər tərəfindən mənimsənməsi öz-özlüyündə Azərbaycana vurulmuş ən böyük zərərdir. Digər tərəfdən, torpaqların geri qaytarıldığı təqdirdə, Azərbaycan tərəfi, vaxtı ilə kəşfiyyatına xeyli xərc çəkilmiş olan təbii ehtiyat yataqlarınınn ermənilər tərəfindən nə qədər istismar olunduğunu bilmək üçün yenidən geoloji-təftiş işlərinə böyük miqdarda maliyyə sərf etməli olacaq.

Xüsusilə, Kəlbəcər rayonunda yerləşən mineral su mənbələri, əlverişli kimyəvi və qaz tərkibinə, yüksək hərarətinə və ehtiyatının həcminə görə seçilir. Bu mineral sular daxili və xarici xəstəliklərə müalicəvi təsir etmə xüsusiyyətlərinə malikdirlər. Hələ 80-ci illərdə İstisu bulağı üstündə kurort və mineral su doldurma zavodu tikilmişdi. Həmin zavodun istehsal gücü 800 min litr/gün-dür. Bundan başqa Şuşa şəhərinə 17 km məsafədə yerləşən Turşsu mineral bulağıda müalicəvi əhəmiyyətə sahibdir.

İşğal nəticəsində Azərbaycan Respublikasının məhrum qaldığı digər bir təbii ehtiyat turizm-rekreasiya ehtiyatıdır ki, işğal olunmuş ərazilər bu ehtiyyat baxımından yüksək potensiala sahibdir. Elə bunun nəticəsidir ki, hal-hazırda işğal olunmuş ərazilərdə bir çox otellər istifadəyə buraxılmışdır. Bu otellərdən ən məşhurları Xankəndində fəaliyyət göstərən 5 ulduzlu Vallex Garden Hotel, Europe Hotel Stepanaket, 4 ulduzlu Yerevan Hotel, Hotel Armenia, 3 ulduzlu Menua Hotel, Nairi Hotel Stepanakert, Şuşada Shoushi Grand Hotel, Avan Shoushi Plaza və s. otellər mövcuddur [37]. Artsak İnkişaf Agentliyinin məlumatlarına görə 2005-ci ildə Qondarma Dağlıq Qarabağ Respublikasını 4 000, 2010-cu ildə 8 000, 2015-ci ildə isə 16 500, 2016-cı ildə 15 000 [39] 2017-ci ildə 14 000 turist ziyarət etmişdir [36].

Yuxarıdakı illər üzrə ölkəni ziyarət edən turist sayının artım dinamikasına nəzər salsaq (şəkil 3.6.) turist sayının ötən illər ərzində artdığını sadəcə 2016-cı ildən sonra nisbətən zəiflədiyini görərik ki, bununda səbəbi 2016-cı ildə baş verən Aprel döyüşləridir.

Ümumiyyətlə, turistlərin gətirdiyi gəlirin miqdarı haqqında təsəvvür yaratmaq üçün belə bir hesablama aparmaq olar: 2015-cı ildəki turist sayını nəzərə alaraq sadə bir hesablama apara bilərik, belə ki, 3 ulduzlu otellərdən birinin 1 nəfərlik standart otağının 1 gecəlik qiyməti 49.7 manat təşkil edir [37]. Bunu illik turist sayına vursaq 0.795 mln manat təşkil edəcək. Nəzərə alsaq ki , gələn turistlər sadəcə 3 ulduzlu deyil, 3, 4, 5 və s. otellərdə müxtəlif zaman müddətində istirahət edəcəklər bu da gələn gəlirlərin miqdarını artıracaqdır. Ümumiyyətlə, Dağlıq Qarabağ Turizm Departamentinin verdiyi məlumatara görə ölkə turizmində son 10 illikdə nəzərə çarpacaq qədər canlanma baş verib, belə ki, 2007-2013-cü illər arasında Dağlıq Qarabağı ziyarət edən turistlərin sayı orta illik hesabla 40% artıb. Sovet dövründə DQMR-da 4 mehmanxana mövcud idisə, hal-hazırda 43 mehmanxana fəaliyyət göstərir. Rəsmi məlumatlara əsasən DQMR-da turistlər təkcə 2014-cü ildə 6.4 mln ABŞ dolları xərcləyiblər [38]. Bu göstərici isə ərazilərimizin işğal altında qalmasının ölkəmizə vurduğu zərərləri və işğalın davam etməsi müdətində itirdiyimiz faydaları özündə əks etdirir.

Mənbə: [36]

Şəkil 3.6. Qondarma Dağlıq Qarabağ Respublikasına illər üzrə turist axımının

dinamikası

Digər, məhrum qaldığımız ən vacib təbii ehtiyat torpaqdır ki, torpaq elminin banisi V.V.Dokuçayev onu hər şeydən hətta qızıldan da dəyərli hesab edirdi. Torpaq ehtiyatı qida sənayesinin bünövrəsini təşkil edir, beləki bütün kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün torpağa ehtiyac duyulur. Bildiyimiz kimi torpaq, bitki və s. ehtiyatları tükənən , lakin bərpa olunan təbii ehtiyatlardır lakin bu bərpa olunma müddəti bitkilərdə daha az müddətdə baş versədə torpaq ehtiyatlarının bərpa olunması üçün yüz hətta min illər tələb olunur. Torpağın təbii, süni və iqtisadi məhsuldarlığı olur. Təbii məhsuldarlıq ilkin məhsuldarlıqdır və torpaq istismara məruz qaldıqca zamanla aşınır, tərkibindəki faydalı elementləri, məhsuldarlığını itirir. İşğal olunmuş ərazilərin torpaqları da , müharibə nəticəsində, eləcə də müharibədən sonrakı dövrlərdə əhali tərəfindən istismar edildiyi üçün məhsuldarlığınınn artırılması üçün əlavə xərclərə tələb duyur.
Bütün yuxarıda qeyd etdiyim faktlar ermənilərin işğalçılıq siyasəti nəticəsində Azərbaycan Respublikasının təbii ehtiyatlarına dəyən zərərləri, bu təbii ehtiyatlardan məhrum olunma nəticəsində itirilmiş faydaları əks etdirir.

NƏTİCƏ

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində, ərazilərin təbii potensialına və ekoloji vəziyyətinə təsirinin qiymətləndirilməsi ilə əlaqədar aparılan tədqiqat əsasında aşağıdakı nəticələrə gəlinibdir:



  1. Ermənistanın Respublikası Beynəlxalq Hüquq normalarına qarşı gələrək işğal olunmuş ərazilərin təbii ehtiyatlarının mənimsənməsini həyata keçirir eyni zamanda ərazilərin təbii şəraiti və ekologiyasına zərərlər vurur;

  2. Təbii resursların növləri, yerləşmə xüsusiyyətlərini və qiymətli cəhətlərinin eyni zamanda işğal olunmuş ərazilərin təbii şəraitin zəngin potensialından ermənilərin istifadə etməsinin iqtisadi aspektlərinin təhlili nəticəsində ölkəmizin itirdiyi faydaların həcmi böyükdür;

  3. Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsinin əsas səbəblərindən biri də onun təbii sərvətləri-qızılı, əlvan metalları, mineral suları və b. istismar vaxtını uzatmaqdır;

  4. Ermənilərin yürütdüyü bir digər siyasət də işğal olunmuş ərazilərdə Azərbaycana məxsus tarixi abidələri məhv edilərək ərazilərin tarixini özününküləşdirilməsi siyasətidir;

  5. Regionun ekoloji vəziyyətinə dəyən zərərləri təhlil etmək;

  6. Ermənistan Respublikasının eləcədə erməni diasporasının qondarma Dağlıq Qarabağa etdiyi yardımlar və qoyulan invetisyalar sayəsində respublikanın iqtisadiyyatı inkişaf etdirilir.

Təkliflər:

  1. Ermənistanın iqtisadi inkişafına müsbət təsir göstərən geosiyasi qlobal nəqliyyat dəhlizlərinə çıxışını kəsmək;

  2. Aparılan tədqiqat materialları əsasında əldə olunan elmi ideya və nəticələri dünya ictimaiyyətinə çatdırmaq;

  3. Cəbhəyanı zonada əhali və onun təsərrüfat fəaliyyətini, məktəbliləri, nəqliyyat vasitələrini erməni gülləsindən qorumaq üçün təhlükəsizlik tədbirlərinin genişləndirilməsi.


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə