İxtisasın şifri və adı : 060506 Coğrafiya İxtisaslaşmanın adı : İqtisadi və sosial coğrafiya «İqtisadi və sosial coğrafiya»


Cəbhəyanı rayonlara vurulan zərərlərin iqtisadi-coğrafi təhlili



Yüklə 1,63 Mb.
səhifə15/21
tarix14.02.2022
ölçüsü1,63 Mb.
#83734
1   ...   11   12   13   14   15   16   17   18   ...   21
Azerbaijani territory occupied by Armeni-56806476

2.3. Cəbhəyanı rayonlara vurulan zərərlərin iqtisadi-coğrafi təhlili

Əlverişli iqtisadi geosiyasi mövqeyə, zəngin təbii sərvətlərə sahib olan Azərbaycan hər bir zaman diqqət mərkəzində olmuş və tarixin gedişində dəfələrlə vuruşma meydanına çevrilmişdir.

Belə bir vuruşma meydanı, keçən əsrin 90-cı illərində, SSRİ-nin dağılması, yeni müstəqil dövlətlərin yanamasından istifadə edən qüvvələrtərəfindən yaratdıldı. Onlardan biri də Azərbaycanda keçmiş Dağlıq Qarabağın separatçı qüvvələrinin yaratdığı Qarabağ münaqişəsi oldu. Azərbaycanın işğal olunumuş ərazilər ilə onun daxili əraziləri arasında cəbhəyanı ərazilər yarandı.

Ermənistan tərəfindən həyata keçirilən işğalın nəticəsində Füzuli rayonunun Horadiz qəsəbəsindən başlamış Zəngilan rayonuna qədər uzanan 198 kmdövlət sərhədləri və 360 km Azərbaycan-Ermənistan - cəmi 558km Ermənistanın əlinə düşdü. Bu sərhədlər boyu SSRİ dövründən qurulmuş tikililər, postlar, sərhəd qurğuları, demarkasiya xətləri dağıdıldı.

Hazırda Azərbaycanın cəbhəyanı ərazilərində Füzuli, Ağcabədi, Ağdam, Tərtər, Göygöl, Gədəbəy, Daşkəsən, Goranboy, Qazax, Tovuz inzibati rayonları və Naxçıvan MR-nın Ordubad, Şahbaz, Şərur, Babək, Culfa və Sədərək rayonları yerləşir.Göstərilən cəbhəyanı inzibati rayonların sahəsi 15.8 min km2 olub, ölkə ərazisinin 18.2%-ni və müvafiq olaraq əhalisi əhalinin 1.3 mln nəfərini və yaxud 13.1%-ni təşkil edir.

Bu rayonlardan Füzuli və Ağdamın ərazilərinin xeyli hissəsi Ermənistanın işğalı altında qalmaqla çox böyük zərər vurulur.Digər inzibati bölgələr isə əhalisi, kəndləri, təsərrüfat fəaliyyəti müntəzəm olaraq müxtəlif növ zərərlərə və itkilərə məruz qalırlar.

Həyata keçirilən təcavüzü nəticəsində keçmişdə Ermənistan ərazisində yerləşmiş, Azərbaycana aid olan anklav kəndləri: Naxçıvan MR-da Kərki, Qazax rayonunda Aşağı Əskipara, Yuxarı Əskipara, Quşçu Ayrım və Barxudarlı kəndləri işğal olunaraq dağıdılmış,əhali itkilərinə məruz qalmışlar. Qazax rayonunun kəndləri daha çox itkilər verir.Həmin kəndlərdən 86.4 min nəfər əhali qaçqın və köçkün düşmüşlər və hazırda da bu kəndlər qarşı tərəfin intensiv atəşinə məruz qalırlar və ölüm halları baş verir.

Cəbhəyanı ərazilərə,dağlıq, dağətəyi və düzənlik geosistemlərində yerləşən cəbhə xəttinə bitişik və bir hissəsi işğal altında olan inzibati rayonlar aid edilir.

Cəbhə xəttinin dağlıq və dağətəyi ərazilərdən keçməsi də itki və zərərlərin az və yaxud çox olmasına təsir göstərir. Belə ki, cəbhə xətti dağətəyi boyu yerləşən Füzuli, Ağcabədi, Ağdam, Tərtər, Tovuz, Qazax rayonları daha çox atəşə və müxtəlif növ zərərlərə məruz qalırlar. Cəbhə xətti yüksək dağ silsilələrindən keçən Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy rayonlarına dəyən zərərlər isə nisbətən az olur. Dağ ətəyi ərazilərdən keçən cəbhəxətti boyu yüksəklikdə yerləşmiş ermənilər, relyefin yaratdığı üstünlüklərdən istifadə edərək cəbhəyanı rayonları, yaşayış məntəqələri və təsərrüfat obyektləri ilə məşğul olan əhalini, məktəbliləri, hərəkət edən nəqliyyat vasitələrini və s. daimi atəş altında saxlayaraq əhali və təsərrüfata böyük ziyanlar vururlar.

Ermənilər işğal etdikləri ərazilərin relyef formalarından, çaylarından səmt küləklərindən və təbii şəraitinin digər komponentlərindən istifadə edərək Azərbaycanın cəbhəyanı rayonlarına bir çox istiqamətlərdən böyük zərərlər vurur və insan itkisi törədirlər. Bunların içərisində cəbhəyanı rayonların ekocoğrafi mühitinə dəyən zərərlər daha geniş xarakter alır və bərpası uzun dövr və iri həcmdə vəsaitlər tələb edir.

Kiçik Qafqaz ərazilərindən mənbəyini götürən irili-xırdalı çaylar cəbhəyanı ərazilərdən keçirlər. Keçmiş illərdə onların üzərində su anbarları yaradılmış və kanallar çəkilmişdir. Hazırda Sərsəng su anbarı və SES-i tam, Ağstafaçay su anbarının isə yuxarı hissəsi işğal altındadır.Həmin su anbarlarından başlanan suvarma kanalları sərhəd rayonlarında geniş torpaq sahələrini və əhalini su ilə təmin olunmasında əhəmiyyətli rol oynayırlar. Tutumu 120 mln m3 olan Ağstafa su anbarından başlanan və uzunluğu 72.3km olan kanal, Qazax , Ağstafa, Tovuz və Şəmkir rayonlarında suvarmada və yaşayış məntəqələrini su ilə təmin olmasında əsas mənbə sayılır.

Ermənistanın işğalı altında qalan cəbhəyanı mövqeydə yerləşən Sərsəng su anbarının və su elektrik stansiyasının ölkəmizin iqtisadiyyatına, xüsusilə suvarmaya və qərb rayonlarının elektrik enerjisi və əhalinin su təminatına böyük ziyanlar vurur. Bunu, suvarma əkinçiliyinə dəyən zərərlə bağlı işğal altında olan Sərsəng su anbarının timsalında aydın görmək olar. Azərbaycana ayrılmış vəsaitlər hesabına Tərtər çayı üzərində inşa edilmiş bu anbar ildə 125 mln kvt saat elektrik enerjisi və düzən ərazilərin 120 min ha əkin sahəsinin suvarmasına hesablanmışdır [13]. 1976-cı ildə yaradılmış olan su anbarının həcmi 560 mln m3-dur. İşğaldan əvvəlki dövrdə su anbarınınn sağ və sol sahillərindən çıxan su kanalları vasitəsilə Tərtər, Bərdə, Ağcabədi, Ağdam, Yevlax və Goranboy rayonlarının əkin sahələri su ilə təmin olunurdu. İşğal prosesindən əvvəl su anbarından həmin rayonların ərazisinə su əsasən yaz və yay aylarında buraxılırdı ki, bu da suya ən çox tələbat olan dövrlərdir. Belə olduqda əhali təsərrüfat işləri ilə məşğul ola bilirdi. İşğaldan sonrakı dövrdə isə su rejiminə düzgün riayət olunmur. Anbardan buraxılan su ilin soyuq aylarında buraxılır ki, bu da təsərrüfat işlərinə mənfi təsir göstərir, suvarma zamanı suyun olmaması əkiçilik təsərrüfatlarına zərər vurur, eləcədə yaşıllıq ərazilərin qurumasına, ekoloji gərginliyə səbəb olur. Baxmayaraq ki, Ətraf Mühitə və İnkişafa Dair Rio-de-Janeyro bəyənnaməsinin tələblərinə görə müharibələr davamlı inkişafa təsir göstərməməlidir və dövlətlər aralarında baş verən silahlı konfliktlər zamanı ətraf mühiti və insan sağlamlığını mühafizə edən beynəlxalq hüquqa hörmətlə yanaşmalıdırlar, lakin ermənilər buna əməl etmirlər[40].

Ermənilər cəbhəyanı çaylardan həm də təxribat məqsədi üçün istifadə edirlər. Uşaqları cəlb edəcək oyuncaqların içərisinə partlayıcı maddələr yerləşdirərək çaya atırlar və cəbhəyanı kəndlərin uşaqları çayda axan oyuncaqları tutmaq istəyərkən partlayır və onların ölümünə səbəb olur. Belə hadisə Tovuzçayın sərhədyanı kəndində baş vermişdir.

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Ağcabədi rayonunda 45 yaşayış evinə, 2130 ha əkinçilik sahəsinə, 2 maldarlıq təsərrüfatına və s. zərər dəymişdir.

Tərtər rayonunda 6680 yaşayış evinə, 14327 ha əkinçilik sahəsinə, 78 maldarlıq təsərrüfatına, 28 tədris müəssisəsinə zərər dəymişdir.

Qazax rayonunda 716 yaşayış evinə, 1583 ha əkinçilik sahəsinə, 7 məktəb binasına zərər dəymişdir.

Gədəbəy rayonunda 74 yaşayış evinə, 80 ha əkinçilik sahəsinə, 1775 baş iribuynuzlu mal-qaraya , 1 tədris müəssisəsinə zərər dəymişdir.

Cəbhəyanı zonalarda və bütövlükdə işğal olunmuş ərazilərdə ekoloji gərginlik yüksək səviyyəyə qalxmışdır. Xüsusilə bu zonalarda dağıdıcı silahlardan və tırtıllı ağır texnikadan geniş istifadə olunduğuna görə ərazinin ekosistemlərinə güclü ziyan dəyir. Nazik torpaq qatına, erroziyaya meylli yamaclara malik olan kövrək təbiətli Kiçik Qafqaz dağlarının işğal altındakı ərazilərində ekologiyaya dəyən ziyanın həcmi və son nəticələri daha ağır olur.

İllər boyu bu ölkənin ərazisindən axan Oxçu, Zəngi, Araz, Ağstafa və b. çaylar öz suları ilə Azərbaycanın çaylarını çirkləndirir. Eyni zamanda işğal olunmuş ərazilərdən axan çaylar vasitəsilə cəbhəyanı ərazilərin təsərrüfatlarına zərər yetirilir. O, cümlədən Tərtər çayının su rejiminə nəzarət ermənilərin əlində olduğundan əkinçilik təsərrüfatları bundan çox ziyan görür.

İşğal olunmuş ərazilərə yaxın zolaq boyu yerləşən rayonların taxılçılıq təsərrüfatları ilbə-il yay mövsümündə sünbülqıran(siçan) sürülərinin hücumuna məruz qaldığına görə kəndli təsərrüfatları böyük maddi ziyana düşmüşlər. Yerli fermerlərin müşahidələri göstərir ki, bu zolaqdan aralı yerləşən təsərrüfatlara belə ziyan dəyməmişdir. İqtisadi cəhətdən hələ zəif olan kəndli təsərrüfat sahələri belə kütləvi ziyanvericilərə qarşı təklikdə mübarizə aparmaq imkanında deyillər. Ona görə də Azərbaycanın, xüsusilə Dağlıq Qarabağın və ətraf rayonlarının işğal müddəti uzandıqca, ekoloji fəsadların nəticələri də bütün region üçün təhlükə yaradır.

Dağ-dərə səmt küləklərinin dəyişməsindən istifadə edən ermənilər, külək düzənlik tərəfə əsməyə başlıyanda quru otlarla örtülmüş əraziyə od vururlar, bu od isə cəbhə boyu yerləşən kəndlərə və torpaqlara doğru daha sürətlə yayılaraq nadir bitki və heyvan növlərini məhv edir, yaşayış məntəqələrinə və təsərrüfatlara böyük ziyan vurur [13]. Cəbhəyanı ərazilərdən zərər çəkən kəndlərdən biri də Füzuli rayonunun Alxanlı kəndidir ki, həmin kənd 4 iyul 2017-ci ildə bütün dünyanın diqqətini çox ağır bir hadisə ilə çəkdi.Azərbaycanda yerləşən bir çox kəndlər kimi Alxanlı kəndinin də əhalisi əsasən əkinçiliklə məşğul olur. Kəndin ərazisində 5 min ha-dan əkin üçün yararlı torpaq sahəsi olsa da, bu əkin sahələrinin cəmi 2 min ha-dan kənd sakinləri istifadə edirlər. Ermənilər 2006-cı ildən etibarən kəndə gələn su kanallarının qarşısını kəsdiyi üçün sakinlər əkinçiliyi yalnız dəmyə üsuslu ilə aparırlar. Ancaq vəziyyətdən çıxış yolu kimi ərazidə bir neçə su artezian quyusu qazılıb. Lakin bu su quyuları azlıq təşkil edir. Daha acınacaqlısı odur ki, kəndin ərazisinin cəbhə xəttinin bir neçə yüz metrliyində yerləşdiyi üçün Ermənistan hərbçiləri dinc sakinləri mütəmadi olaraq atəş altında saxlayır, həmin ərazilərdə təsərrüfat işlərinin görülməsinə mane olur.

Son olaraq Ermənistan Silahlı Qüvvələrinin 2017-ci ilin 4 iyul tarixində yerli vaxtla saat 20:40-da Füzuli rayonu Alxanlı kəndini 82 və 120 millimetrlik mina və qumbaraatanlardan atəşə tutması nəticəsində Azərbaycan Respublikasının vətəndaşları 50 yaşlı Sahibə Quliyeva və onun nəvəsi 2 yaşlı Zəhra Quliyeva həlak olub, 52 yaşlı Sərvinaz Quliyeva isə ağır yaralanıb. Qeyd etmək istərdim ki, Zəhra ermənilərin atəşkəsi pozması nəticəsində öz evinin həyətində həyatını itirən insanlardan sadəcə biridir və çox heyf ki, bu dəyən zərərin qiyməti nə hesablana nə də ödənilə bilməz.


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə