İslama əsasən seksual həyat



Yüklə 468,73 Kb.
Pdf görüntüsü
səhifə13/15
tarix20.10.2017
ölçüsü468,73 Kb.
#5705
1   ...   7   8   9   10   11   12   13   14   15

www.muselmanlar.com

 

 



49 

 

kişiyana  mesajlar  vermək  üçün  yaradılan  və  seksual  gücü 



artıran kişilik dəyərlərindən birini təşkil edir. 

Qeyd edək ki, bığ və saqqalın əleyhinə şərtləndirici mədəni 

korlanmaya  məruz  qalmayan  şəxslər  tərəfindən bığ-saqqal  və 

seks arasındakı əlaqə bilinən və dilə gətirilən bir həqiqətdir. 

Yeri gəlmişkən, burada bığın seksual münasibətlərə sirayət 

edən müsbət və mənfi cəhətlərinə də toxunmaq lazımdır. Belə 

ki, bığ və saqqal, yaxud da təkcə bığ saxlayan mömin bir şəxs 

onun  formasına,  habelə,  təmizlik  məsələsinə  çox  fikir 

verməlidir.

61

 Çünki  haradasa  ağıza  girən  bığ  xüsusən  də  cinsi 



əlaqədən  qabaq  yaxşı-yaxşı  yuyulub  ətirlənməsə,  seksual 

nifrətə  səbəb  ola  bilər.  Axı  dodaqlar  sevişməyin  əsas 

elementləridir! 

Allahın elçisi buna görə belə demişdir: 

   

       


  

“Bığını  qısaltmayan  biz

im  yaşayış  tərzimizdə  olanlardan 

deyil.”


62

 Ona aid olunan bir hədisdə isə baxılıb düzəldilməyən 

bığın sekslə bağlı eybini tarixi bir həqiqətə toxunaraq belə izah 

etmişdir: 

                                                 

61

 Allahın  elçisinin  hədislərinə  əsasən  saqqalın  uzunluğu  ən  boy-buxunlu  kişilərdə 



belə,  bir  tutumu  keçməməli  və  ümumiyyətlə  kişinin  bədən  quruluşuna  uyğun 

olmalıdır.  Bığ isə  elə  olmalıdır  ki,  üst dodağın  dərisi  görünməlidir (tüklərin arasında 

itib batmamalıdır). 

62

 Tirmizi, Ədəb, 16. 



www.muselmanlar.com

 

 



50 

 

“Bığlarınızı



  (dodaqlarınızı  keçməyən  formada  yaxşıca) 

qısaldın.  Bəzi  İsrail  oğulları  bığlarını  kəsib  düzəltmədiklərinə  görə 

 

(bəzilərinin) qadınları zina etdilər.”



63

 

Bir təsbit



64

 

Kitabımızın 



bu 

fəslini 


“Oxşamalardan 

qorunmaqla 

müsəlman  kimliyimizi  mühafizə  etmək”  adlı  kitabımızdan 

iqtibas etdiyimiz bir təsbitlə başa vururuq: 

Saqqal  və  bığ  xüsusilə  mədəniyyət  sahəsindəki  imperializmin 

hökm  sürdüyü  dövrlərdə  müəyyən  qədər  İslam  qadınının  örtüyü 

kimidir.  Örtük  şüurlu  surətdə  İslam  iman  və  yaşayış  tərzini 

simvollaşdıran  libasu-t-təqvanın  üstündən  taxıldığı  vaxt  öz  əxlaqi 

məqsədinə  çatır.  Eynilə  bunun  kimi,  saqqal  və  bığ  da  öz  məqsədinə 

ancaq libasu-t-təqva ilə birləşdiyi vaxt çata bilər. Buna görə də saqqal 

və  bığ  saxlanmalı,  amma  müsəlman  kimliyini  təmsil  edə  bilən  bir 

kamilliyə  çatmağa  da  səy  göstərilməlidir.  Əks  təqdirdə,  savab  və 

faydanın əvəzinə günah və zərər bir yerə cəm olar. 

Seksual  cəhətdən  xoşbəxtlik  üçün  yerinə 

yetirilməli olan öhdəliklər – 5 

Seksual xarakterli yad təsirlərdən qorunmaq 

Ər  və  arvad  ailə  həyatında  cinsi  həyatın  qarşılıqlı  doyum 

çərçivəsində davam etməyi üçün bir-birinə sevgi bəsləməli və 

hörmət etməlidir. Əlavə olaraq, seks baxımından sadəcə olaraq 

                                                 

63

 Hədislər  üçün  baxın:  Tirmizi,  Ədəb,  16;  əl-Camiu-s-səğir,  2/87;  Ləvamiu-l-uqul, 



3/562. 

64

 Burada: Əvvəl deyilmiş bir sözün, fikrin və s.-nin düzgünlüyünü təsdiq etmə, qəbul 



etmə, sabitləşdirmə. Azərbaycan dilinin izahlı lüğəti, Şərq-Qərb nəşriyyatı, Bakı, 2006-

cı il, 4-cü cild, s. 327. 




www.muselmanlar.com

 

 



51 

 

bir-birlərindən istifadə hüququna malik olduqlarını da şüurlu 



surətdə bilməlidirlər. 

Bu  hiss  və  şüurlu  tutumu  davam  etdirmək  üçün  də  ailə 

yuvasını  xüsusilə  seksual  xarakterli  yad  təsirlərdən  qorumaq 

lazımdır. 

Qeyd  edək  ki,  qorunma  və  qoruma  ilk  növbədə  kişinin 

yerinə  yetirməli  olduğu  bir  öhdəlikdir.  Çünki  ailənin  üzvləri 

arasında dolanışıq xərclərini təmin etməyə görə cavabdeh olan 

əsas  şəxs  odur.  Deməli,  ailədənkənar  münasibətlər  kişi 

tərəfindən  tənzimlənməlidir.  İslam  dininin  prinsip  halına 

gətirdiyi məsləhət-məşvərət qaydasına əsasən qadının fikirləri 

də nəzərə alınıb hörmətlə qarşılansa da, nəticə etibarilə kişinin 

apardığı tənzimləməyə üstünlük verilir. 

Aşağıdakı  hədis  müəyyən  edir  ki,  qadın  ərinin  timsalında 

evlilik  əqdinin  xüsusilə  sekslə  bağlı  öhdəlikləri  məsələsində 

itaətkar olmalıdır. 

Muaz  ibn  Cəbəl  Allahın  elçisinin  (əs)  belə  dediyini  nəql 

edir: 

“Allaha iman gətirən qadının ərinin istəmədiyi şəxsi evinə qəbul 



etmək  və  ərinin evində başqa  bir şəxsə  itaət  etməyə ixtiyarı  yoxdur. 

Ərindən xəbərsiz ictimai münasibətlər qurmağa, əlavə olaraq, ərinin 

yatağından  uzaqlaşıb  onu  seksual  haqlarından  məhrum  etməyə  də 

haqqı yoxdur.”

65

 

İndi  isə  ailənin  seksual  cəhətdən  xoşbəxtliyi  üçün  yad 



seksual  təsirlərdən  qorunmaq  məqsədilə  yerinə  yetirilməli 

                                                 

65

 Hakimdən Hüsnü-l-üsvəti, bab 470 (fi tərğibi-z-zövci fi-l-vəfai, s. 554). 



Buna  oxşayan,  ancaq  səhih  olan  hədislər  üçün  baxın:  Tirmizi,  Rəda,  11;  İbn  Macə, 

Nikah,


 3; ət-Tac, 2/313. 

www.muselmanlar.com

 

 

52 



 

olan öhdəliklərə bəzi misallar verəcəyik. Təbii ki, bu misalları 

çoxaltmaq da mümkündür. 

Mənfi mühitlər və dost-tanışlar

 

Kişi  onu  eşqbazlıq  və  nəticədə  zinaya  aparan  iş-güc 



mühitlərindən  uzaq  durmalıdır.  Haram  əyləncə  və  zinaya 

aludə olan şəxsləri dost tutmaqdan da uzaq olmalıdır. 

Əri  tərəfindən  İslami  və  elmi-əqli  cəhətdən  gözəl  işlərə 

dəvət  olunub  xəbərdar  edilməli  olan  qadın  da  ata,  qardaş  və 

dayı  kimi  məhrəmi  olanlardan  başqa  kişilərlə  münasibətini 

vacib  olub  olmamaq  meyarına  əsasən  məhdudlaşdırmalıdır. 

Bunlardan  lazımlı  olan  işləri  də  ictimai  yerlərdə,  yaxud  da 

üçüncü şəxslərin şahid olduğu bir şəraitdə görməlidir.

66

 

Ərdə  olan  bir  qadın  öz  azad  iradəsi  ilə  müsəlmanlıqdakı 



örtünmə  əmrinə  laqeyd  yanaşan,  münasibətləri  zina  həddinə 

çatmasa  belə,  kişilərlə  oturub  duran  qadınlarla  da  daimi 

surətdə  görüşməməlidir.  Əri ilə  münasibətlərindən,  yaxud  da 

seksual  fantaziyalarından  bəhs  edib  emosinal  azğınlığa  səbəb 

olan  qadınlarla  qonşuluq  münasibətlərini  də  zərurət-vaciblik 

prinsipinə əsasən tənzimləməlidir. 

Yeri gəlmişkən, şəxsi münasibətlərdə ehtiyatlı olmaq lazım 

gələn  digər  məsələləri  “Qadın-kişi  birgəliyi”  fəslində  izah 

etməyə çalışacağıq. 

Deməli,  yuxarıda  izah  olunan  məsələlərə  diqqət  yetirilsə, 

seksual hislərin kənara çıxmağının qarşısı əsas etibarilə alınar. 

                                                 

66

 Əziz  peyğəmbərimiz  (əs)  qadınları  zərurət  sərhədlərindən  kənar  formada  xüsusi 



yerlərdə  naməhrəm  kişilərlə  danışıb  söhbət  etməkdən  çəkindirmişdir.  Müsəlman 

qadın  da  öz  növbəsində  bu  qadağanı  pozmaqdan  çəkinməlidir.  Baxın:  Təbəri, 

Mümtəhinə, 60/12; İbn Kəsir, Mümtəhinə, 60/12. 



Yüklə 468,73 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə