İslama əsasən seksual həyat



Yüklə 468,73 Kb.
Pdf görüntüsü
səhifə14/15
tarix20.10.2017
ölçüsü468,73 Kb.
#5705
1   ...   7   8   9   10   11   12   13   14   15

www.muselmanlar.com

 

 



53 

 

Televizor və mətbuat



 

İndiki  dövrdə  insana  canlı  mühitlər qədər  təsir edən,  hətta 

ondan  da  çox  təsir  göstərən  2  mühit  var:  Bunlardan  biri 

televizor, digəri isə mətbuatdır. 

Əgər  evdə  televizor  varsa  və  işlədilirsə,  verilişləri  diqqətlə 

seçmək  lazımdır.  Fizki  quruluşları  (boy-buxun  və  sairə) 

insanın  zehin  və  ürəyində  özünə  yer  tutan  aktyor  və 

aktrisaların  oynadığı,  o  cümlədən  içində  erotik  məqam  və 

səhnələr  olan  verilişlərdən  mütləq  surətdə  uzaq  durmaq 

lazımdır.  

Televiziya  veriliş  və  yayımları  kimi  oxunan  qəzet  və 

jurnallar  da  diqqətlə  seçilməlidir.  Beləliklə,  içərisində  İslami 

dəyərlərlə,  habelə  iman  və  əxlaq  dəyərləri  ilə  ziddiyyət  təşkil 

edən yazı və şəkillər olan nəşrlər evə buraxılmamalıdır. 

Televizor və mətbuat məsələsində lazımi etina və həssaslıq 

olmadıqca  ailənin  ümumi  mənada  İslami,  xüsusi  mənada  isə 

cinsi  əxlaqını  qorumaq  çox  çətin  olur.  Çünki  böyük  sənətkar 

kimi təqdim olunan neçə-neçə məşhur fahişələr, homoseksual 

və  lezbiyanlar,  abır-həyası  qalmamış  qoşa  şəxsiyyətli  kişi  və 

qadınlar televizor və mətbuat vasitəsilə evlərimizə, hətta yataq 

otağımıza qədər gələ bilirlər! 

Ekranın  cəzbetmə  gücünə,  eləcə  də,  göz  oxşayan  nəşr  və 

yayım  texnologiyasına,  sistematik  və  mütəmadi  təbliğatların 

effektiv  gücünə  də  malik  olan  həmin  səviyyəsiz  insanlar 

bizimlə  dolaylı  formada  danışır,  öz  haram  yaşayışları  və 

xoşagəlməz  macəralarını  bizə  “nümunəvi”  və  “qibtə  ediləsi” 

bir  həyat  tərzi  kimi  təqdim  edirlər!  Təbii  ki,  bu  cür  insanları 

istər  həqiqi  mənada,  istərsə  də ekran vasitəsilə evə  buraxmaq 

olmaz! 

www.muselmanlar.com



 

 

54 



 

Yuxarıda qısa formada izah etdiyimiz məsələlərdə ehtiyatlı 

olmaq  lazımdır.  Çünki  haram  məsələsində  olduğu  kimi, 

harama  aparan  əməl  və  münasibətlərdən  uzaq  durmaq  da 

Quranın bizə buyurduğu əsas öhdəliklərdəndir. Üstəlik Quran 

yaradılış  nizam-intizamını  qoruyub  saxlaya  bilən  insan 

təbiətinin  də  pis  qarşıladığı  iş  və  kənar  münasibətləri  fəvahiş 

kimi 


səciyyələndirir. 

Bu 


kimi 

şeyləri: 

“Fəvahişə 

yaxınlaşmayın”,  -  deməklə  haram  hesab  edir;  qadağan 

olduğunu bildirir.

67

 



Allahın  elçisi  (əs)  də  Qurana  əsasən  “Pis dostdan uzaq ol”,  - 

buyurub. O, qadınlaşan kişiləri və kişiləşən qadınları lənətləyib. 

Onları  evlərə  buraxmamağı  tapşırmış,  hətta  onları  şəhərdən 

kənara  çıxartmışdır.

68

 O,  həyat  yoldaşı  ilə  sevişmə  və  cinsi 



əlaqələrini başqalarına danışanları da erkək və dişi şeytanlara 

oxşadıb.


69

 

İslam  dininin  əxlaq  və  cinsi  həyatla  bağlı  ümumi 



prinsiplərini  əsas  tutan  müsəlman  alimlərinin  də  namuslu 

qadınları 

əxlaq 

baxımından 



səviyyəsiz 

qadınlarla 

görüşdürməyin haram olduğuna dair ictihadları var.

70

 



İslama müvafiq yaşamaq və seksual cəhətdən xoşbəxtliyini 

qoruyub  saxlamaq  istəyən  şəxs  qeyd  edilən  yad  seksual 

təsirlərdən  qorunmaq  öhdəliyini  diqqətlə  yerinə  yetirməlidir. 

Elə  indidən  qeyd  edək  ki,  bu,  kitabın  ayrı  bir  fəslində  təqdiq 

edəcəyimiz seksual qısqanma ilə əlaqədardır. 

                                                 

67

 Baxın: Ənam, 6/108, 151. 



68

 Baxın: Kəşfu-l-xəfa, hədis nömrəsi 854; Feyzu-l-qədir, 5/271; ət-Tac, 3/33. 

69

 Əbu Davud, Nikah, 49. 



70

 Baxın: İbn Abidin, 6/371; İslamda halallar və haramlar, 2/245. 




www.muselmanlar.com

 

 



55 

 

Seksual  cəhətdən  xoşbəxtlik  üçün  yerinə 



yetirilməli olan öhdəliklər – 6 

Cinsi həyatın məhrəmiyyət və sirlərini qoruyub saxlamaq 

Cinsi  həyatı  doyğunluğa  çatdıran  amillərdən  biri  də  onun 

məhrəmiyyət və sirlərini qoruyub saxlamaqdır.  

Məhrəmiyyəti qorumaq 

a)  Cinsi  həyatın  məhrəmliyini  mühafizə  etmək  üçün  hər 

şeydən  əvvəl  şəri  məskənə  malik  olmaq  lazımdır.  Başqaları  – 

bütün  digər  insanlar  da  öz  növbələrində  bu  yerin 

məhrəmliyinə  Allahın  Qurandakı  əmrinə  (Nur,  24/27)  əsasən 

hörmət göstərməli, toxunulmazlığına xələl gətirməməlidirlər:  

“Ey möminlər! Öz evlərinizdən savayı evlərə yiyələrindən 

icazə almadan və onlara salam vermədən daxil olmayın. Əgər 

fikirləşsəniz,  belə  bir  ədəb-ərkan  qaydasına  rəayət  etməyin 

sizin üçün xeyirli olduğunu dərk edərsiniz.” 

Şəri məskən nə deməkdir? 

Bu,  ər  tərəfindən  arvadı  üçün  hazırlanmağı  vacib  olan 

mənzil deməkdir. Varlı-hallı ər üçün şəri məskən müstəqil bir 

evdir.  Ortabab  ər  üçün  isə  heç  olmasa,  təkotaqlı,  mətbəx  və 

ayaqyolu-hamamı ayrı olan bir mənzil deməkdir.

71

 



Xilqət  və  təbiətindəki  həya  hissini  mühafizə  edib 

korlanmayan,  xüsusilə  də  İslam  tərbiyəsi  alan  kişi  və  qadın 

həyalı,  yəni,  utanma  hissinə  malik  olur.  Ata-ana  kimi  yaxın 

qohumlarla  olsa  da,  müstəqil  olmayan  -  “ev  içində  ev” 

qəbilindən  yerlərdə  birlikdə  yaşandığı  vaxt  lazım  olduqda  və 

                                                 

71

 Hüquqi-islamiyyə və istilahati-fiqhiyyə qamusu, 2/450. 



www.muselmanlar.com

 

 



56 

 

istənildiyi  kimi  hərəkət  edə  bilməmək,  eyni  zamanda  intim 



münasibətlərinin  üzə  çıxacağından  ehtiyat  etmək  həm  kişini, 

həm də qadını sarsıda bilər. 

Özünü yuyunmaq və örtünmək kimi dini öhdəliklərə xələl 

gətirən  bu  mühitdən  qorumaq  və  şəri  məskənə  malik  olmaq 

vacibdir. Buna görə də bütün imkanlardan istifadə etməli, ayrı 

bir  ev,  mənzil  və  ya  müstəqil  bir  yerdə  yaşamaq  lazımdır  ki, 

cinsi həyat – seksual münasibətlər üçün şərait olsun. 

Deməli,  seksi  də  əhatə  edən  xoşbəxtlik  mühiti  şəri 

məskəndə formalaşa bilər. Odur ki, qadını ancaq şəri məskəni 

hazırladıqdan  sonra  qadınlıq  borcuna  görə  cavahdeh  hesab 

etmək olar.

72

  



Sirləri saxlamaq

 

b)  Seksual  həyatla  əlaqədar  sirlər  də  saxlanmalıdır.  Başqa 



sözlə  desək,  ər-arvad  öz  seksual  motivli  hərəkətlərini  ifşa 

etməmək  məsələsində  bir-birlərini  arxayın  etməlidirlər.  Əziz 

peyğəmbərimiz  (əs):  “Cinsi  əlaqə  vaxtı  baş  verənlər  ər-arvada 

verilən  bir  əmanətdir.  Onu  açıb  danışmaq  ən  böyük  xəyanətdir”

,  - 

demişdir.



73

 Beləliklə, bu xəyanəti edən ər-arvad əvvəl də qeyd 

etdiyimiz  kimi,  peyğəmbərimiz  (əs)  tərəfindən  erkək  və  dişi 

şeytanlara oxşadılıb. 

Ər-arvadın  hər  biri  seksual  həyatın  sirlərini  saxlamalıdır. 

Bununla yanaşı, kişi bu məsələdə daha ehtiyatlı olmalı, beləcə, 

həyat  yoldaşını  arxayın  etməlidir.  Çünki  seksual  məqamların 

üzə çıxardılmağından ehtiyat edib qorxmaq qadınların seksual 

hərəkətlərini  məhdudlaşdırır;  doyuma  çatmamaq  bir  tərəfə, 

                                                 

72

 Hüquqi-ailə qərarnaməsi, 71-ci maddə. 



73

 Müslim, Nikah, 2, hədis nömrəsi 1436. 




Yüklə 468,73 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə