İŞEMİK İnsultun diaqnostika və MÜALİCƏSİ ÜZRƏ



Yüklə 288,72 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix22.03.2018
ölçüsü288,72 Kb.
#33124
1   2   3   4   5   6   7   8   9   10   11

 

27

                                                



başlanğıcından sonrakı 3 saat ərzində uyğun gələn xəstələrin 

müalicəsi üçün tövsiyə edilir (A). Xəstənin uyğun olmasını təyin 

etmək üçün cədvəl 5-də  verilən meyarlar həkim tərəfindən 

gözdən keçirilməlidir. 

 

Antihipertenziv dərmanlarla qan təzyiqi təhlükəsiz olaraq aşağı 



salına bilən xəstələr müalicə üçün uyğun sayıla bilər və  həkim 

rtPA təyin etməzdən  əvvəl qan təzyiqinin sabitliyinə  əmin 

olmalıdır  (C). rtPA qəbul edəcək xəstə üçün davamlı natrium-

nitroprussid infuziyası  tələb olunan yüksək qan təzyiqi yetərli 

dərəcədə sabit sayılmaya bilər. Vaxt məhdud olduğundan qan 

təzyiqi əhəmiyyətli dərəcədə yüksək olan xəstələrin çoxu lazımi 

səviyyədə hazırlana bilmir və trombolizislə müalicə edilmir. 

 



İnsultun başlaması zamanı  qıcolma tutmaları olan xəstə 

trombolitik müalicə üçün o halda uyğun sayıla bilər ki, nevroloji 

defisitin insulta ikincili olaraq ortaya çıxması  və postiktal 

fenomen olmadığı  təsdiq edilsin (D)

 

Trombolizisin qanaxma ağırlaşmalarından  əlavə, həkim tənəffüs 



yolunu qismən tıxaya biləcək angioödemin potensial yanaşı 

təsirlərindən də xəbərdar olmalıdır (D).  

 

İnsultun müalicəsi üçün venadaxilinə streptokinaza yeridilməsi 



tövsiyə edilmir (A)

 



Ankrod, tenekteplaza

, reteplaza



, desmoteplaza

, urokinaza



  və 


klinik araşdırmaların xaricində olan digər trombolitik vasitələrin 

venadaxili yeridilməsi tövsiyə edilmir (D)



Arteriyadaxili trombolizis: 

 



Arteriyadaxili trombolizis orta beyin arteriyasının 6 saatdan daha 

az tıxanması ilə bağlı iri ocaqlı insult keçirmiş və venadaxili rtPA 

üçün uyğun olmayan seçilmiş xəstələrdə müalicə üsuludur (B)

 



Yaxın zamanda keçirilmiş  cərrahiyə  əməliyyatı kimi venadaxili 

trombolizis üçün əks-göstərişi olan xəstələrdə arteriyadaxili 

trombolizis müvafiq seçimdir (D).  

 



Arteriyadaxili trombolizisin mövcudluğu uyğun olan xəstələrdə 

venadaxili rtPA istifadəsini əngəlləməməlidir (D)

 

Müalicə üçün xəstənin təcili serebral angioqrafiya olunması  və 



 

 Klinik protokolun tərtib edildiyi dövrdə Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş 



dərman vasitəsi. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

28

təcrübəli mütəxəssisləri olan ixtisaslaşmış insult mərkəzində 



yerləşdirilməsi şərtdir. 

Cədvəl 5. rtPA ilə müalicəyə uyğun gələn işemik insultlu 

pasiyentlərin xüsusiyyətləri 

 



Ölçülə bilən nevroloji defisit yaradan işemik insult diaqnozu 

 



Nevroloji simptomlar öz-özünə keçib getməməlidir 

 



Nevroloji əlamətlər yüngül deyil 

 



Ağır nevroloji defisiti olan pasiyentlərin müalicəsində ehtiyatlı 

olmaq lazımdır 

 

İnsultun  əlamətləri subaraxnoidal qansızma haqqında düşünməyə 



əsas vermir 

 



Müalicə,  əlamətlərin meydana çıxmasından <3 saat ərzində 

başlanmalıdır 

 

Əvvəlki 3 ay ərzində başın travması və ya insult olmayıb 



 

Əvvəlki 3 ay ərzində miokard infarktı olmayıb 



 

Əvvəlki 21 gün ərzində  mədə-bağırsaq traktı  və sidik yollarından 



qanaxma olmayıb 

 



Əvvəlki 14 gün ərzində böyük cərrahiyyə əməliyyatı olunmayıb 

 



Əvvəlki 7 gün ərzində qeyri-bükücü səthdə arterial punksiya 

aparılmamışdır 

 

Anamnezdə kəllədaxili qansızma haqqında məlumat yoxdur 



 

Arterial təzyiq yüksək deyil (sistolik 



≤ 185 mm c.süt., diastolik ≤ 

110 mm c.süt.) 

 

Müayinə zamanı aktiv qanaxma və  ya  travma  (sınıq) ilə bağlı 



dəlillər yoxdur 

 



Oral antikoaqulyant qəbul olunmayıb, əgər qəbul edilibsə, INR 

≤ 1,7  


 

Əvvəlki 48 saat ərzində heparin alıbsa, tromboplastinin hissəvi 



aktivləşmə zamanı normal səviyyədə olmalıdır 

 



Trombositlərin sayı 

≥100 000 mm

 



 

Qanda qlükoza miqdarı 

≥ 50 mq/dL (2,7 mmol/L) 

 



Postiktal qalıq nevroloji əlamətlər verən tutma yoxdur 

 



KT müayinəsi multilobar infarkt (aşağı  sıxlıq >1/3 beyin 

yarımkürəsi) göstərmir  

 

Pasiyent və ya ailə üzvləri müalicənin potensial risk və faydasının 



başa düşürlər 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

29

Cərrahi və endovaskulyar müalicə: 

 

İşemik insultun kəskin dövründə endarterektomiya və digər 



cərrahi manipulyasiyaların effektivliyi və təhlükəsizliyi ilə bağlı 

hal-hazırda kifayət miqdarda etibarlı  məlumat mövcud 

olmadığından, onların tətbiqi tövsiyə edilmir.  

 



İşemik insultun kəskin dövründə endovaskulyar 

manipulyasiyaların effektivliyini təsdiq edən birmənalı tövsiyələr 

mövcud deyil. Arteriyadaxili trombun MERCI cihazı ilə 

çıxarılması ilə bağlı müdaxilənin tətbiqinin nəticələri nisbətən 

daha perspektivlidir, lakin manipulyasiyanın effektivliyi sübut 

olunmayıb (C)

 

Serebral arteriyalarda stentli və ya stentsiz angioplastika 



tətbiqinin müsbət nəticələr verdiyinə dair məlumatlar mövcud 

deyil, tədqiqatlar davam etməkdədir, nəticələr birmənalı deyil.  

 

Hal-hazırda rekanalizasiyaedici tədbirlərin birlikdə istifadəsi 



(məsələn, endovaskulyar müdaxiləyə  əlavə olaraq arteriyadaxili 

trombolizis) klinik tədqiqat mərhələsindədir (B).  

 

Antikoaqulyantlar və antiaqreqantlar 

A

A

n

n

t

t

i

i

k

k

o

o

a

a

q

q

u

u

l

l

y

y

a

a

n

n

t

t

l

l

a

a

r

r

 

 

 



Kəskin arterial işemik insultdan sonra erkən təkrari insultun 

qarşısını almaq, nevroloji pisləşməni əngəlləmək və ya nəticələri 

yaxşılaşdırmaq məqsədilə  təcili antikoaqulyasiya (məsələn, 

heparin, aşağı molekullu heparin və ya heparinoidlərin istifadəsi) 

kəskin işemik insultlu xəstələrin müalicəsi üçün tövsiyə edilmir 

(A).  İri arteriyanın trombozu və ya kardioemboliya nəticəsində 

ikincili olaraq əmələ  gəlmiş infarktları olan xəstələrin 

müalicəsində erkən (3 saat) venadaxili antikoaqulyant tətbiqinin 

faydalı olduğunu göstərən məlumatlar mövcud deyil. Uyğun olan 

xəstələrin müalicəsi üçün venadaxili trombolizisin əvəzinə  təcili 

antikoaqulyasiya tövsiyə edilmir (A).  

 

Ciddi intrakranial hemorragik ağırlaşmaların riski artdığı üçün iri 



ocaqlı insult zamanı təcili antikoaqulyasiya tövsiyə edilmir (A).  

 



Venadaxili rtPA müalicəsi zamanı ilk 24 saat ərzində 

antikoaqulyant verilməsi tövsiyə edilmir (B)

Baxmayaraq ki, kifayət qədər inandırıcı  məlumatlar yoxdur, 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



Yüklə 288,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə