24
►
İşemik insultlu xəstə hipoksik deyilsə, oksigen terapiyasına
ehtiyac yoxdur (B).
►
Hiperbarik oksigen terapiyasının istifadə edilməsi mübahisəlidir
və bəzi məlumatlara əsasən müdaxilənin özü təhlükəli ola bilər.
Buna görə də, insult hava emboliyası nəticəsində ikincili olaraq
inkişaf etməyibsə, bu müdaxilə kəskin işemik insultlu xəstələrə
tövsiyə olunmur (B).
►
Geri dönməsi mümkün olan tənəffüs çatışmazlığı halında
traxeyanın intubasiyası
məsləhət görülür (şüurun pozulmasına və
/ və ya tənəffüs yolları keçiriciliyinin pozulmasına səbəb olan
bulbar disfunksiya başlayan xəstələrdə) (D)
Ürək-damar sistemi:
►
Qulaqcıqların fibrillyasiyası və təcili kardioloji tədbirlərə ehtiyac
yarada biləcək digər ciddi ürək aritmiyalarına nəzarət edə bilmək
məqsədi ilə kardioloji monitorinq aparılması lazımdır. Kardioloji
monitorinqin işemik insultun başlamasından sonrakı ilk 24 saatlıq
dövr ərzində aşağıda göstərilən xəstələrdə aparılması tövsiyə
edilir:
keçirilmiş kardioloji xəstəliyin mövcudluğu
qeyri-sabit qan təzyiqi
ürək çatışmazlığının klinik göstəriciləri və ya əlamətləri
başlanğıcda anormal EKQ
insulyar korteksi tutan beyin infarktı
Maye və elektrolit balansı:
►
Maye və elektrolit pozğunluğunun gündəlik monitorinqi və
korreksiyası tövsiyə edilir.
►
Beyin ödeminin mövcudluğu zamanı zəif mənfi maye balansı
məsləhət görülür. Plazma osmolyarlığının azalmasından sonra
beyin ödeminin artması riskinə görə hipotonik məhlullar (NaCl
0.45% və ya qlükoza 5%) əks-göstərişdir.
Arterial hipertenziya:
►
Arterial hipertenziyanın müalicəsi ilə bağlı məsələ mübahisəli
olaraq qalmaqdadır. Xəstələrin çoxunda qan təzyiqi insultun
başlanğıcından 24 saat sonra öz-özünə aşağı düşür. Daha konkret
məlumatlar əldə edilənə qədər arterial hipertenziyanın
müalicəsində ehtiyatlı olmaq tövsiyə olunur (D). Qan təzyiqinin
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
25
endirilməsi üçün aşkar ifadə olunmuş antihipertenziv müalicə
göstərişi olan digər xəstələr (hipertenziv ensefalopatiya, aorta
disseksiyası, kəskin böyrək çatışmazlığı, kəskin miokard infarktı,
trombolizis və ya heparinlə müalicə) müvafiq müalicə almalıdır.
►
Ümumiyyətlə, qan təzyiqi əhəmiyyətli dərəcədə artmış xəstələrdə
təzyiq aşağı salına bilər. İnsultun başlanğıcından sonra ilk 24 saat
ərzində qan təzyiqinin endirilməsi üçün hədəf 15% təşkil
etməkdədir. Antihipertenziv müalicənin başlanması üçün göstəriş
olan qan təzyiqi səviyyəsi dəqiq olaraq bilinməməkdədir, lakin
işemik insultda sistolik təzyiq >200-220 mm c.süt., diastolik
təzyiq >120 mm c.süt. (D) və hemorragik insultda
>
180/105 mm
c. süt. (D) olana qədər müalicəyə başlamamaq haqqında fikir
birliyi mövcuddur. Arterial hipertenziyanın erkən müalicə
edilməsinin insult nəticələrinə təsirini araşdıran tədqiqatlar
davam etməkdədir.
►
Qan təzyiqi yüksəlmiş və rtPA müalicəsi üçün uyğun olan
xəstələrdə trombolitik terapiya başlanmazdan əvvəl sistolik qan
təzyiqi ≤185 və diastolik qan təzyiqi ≤110 mm c.süt. olana qədər
aşağı salınmalıdır (B). rtPA müalicəsi başlanmazdan əvvəl qan
təzyiqinin aşağı səviyyələrdə sabitləşdiyinə əmin olmaq lazımdır
və intravenoz rtPA yeridilməsinə qədər ən azı 24 saat ərzində
təzyiq 180/105 mm c.süt.-dan aşağı olmalıdır. İnsultun meydana
çıxmasından sonra rtPA ilə müalicə çox tez başlamalıdır və buna
görə də yuxarıda göstərilənlərdən daha yüksək səviyyədə davamlı
hipertenziyası olan xəstələrə intravenoz rtPA müalicəsi aparıla
bilmir.
►
İntra-arterial trombolizis kimi tıxanmış damarları açmaq üçün
tətbiq edilən digər kəskin müdaxilələrin planlaşdırıldığı
xəstələrdə də yuxarıda göstərilən qan təzyiqi səviyyələrinə riayət
etmək tövsiyə edilir (D).
►
Arterial hipertenziyanın müalicəsi üçün tövsiyə olunan
dərmanlar: intravenoz – labetalol və ya urapidil, nikardipin,
natrium-nitroprussid; oral – kaptopril (D).
►
Nifedipin tətbiqindən və qan təzyiqinin kəskin azalmasından
çəkinmək lazımdır (D).
►
Daha əvvəl hipertenziyası olan və işemik insultdan sonra spesifik
əks-göstərişi olmayan nevroloji sabit xəstələrdə təkrari
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
26
uzunmüddətli antihipertenziv müalicə xəstəliyin meydana
çıxmasından 24 saat sonra başlanmalıdır (C).
Arterial hipotenziya:
►
Kəskin insult zamanı ortaya çıxan hipotenziyanın səbəbi
araşdırılmalıdır. Hipovolemiya fizioloji məhlulla aradan
qaldırılmalıdır və ürəyin dəqiqəlik vurma həcmini azalda biləcək
aritmiyalar müalicə olunmalıdır (D). Ürəyin dəqiqəlik vurma
həcminin azalması zamanı inotrop (dopamin, dobutamin)
preparatların təyini lazım gələ bilər.
►
Lakin kəskin işemik insultlu xəstələrdə dərmanlardan irəli gələn
arterial hipertenziyanı (yatrogen hipertenziyanı) yaratmaq
məsləhət görülmür (B).
Bədən hərarəti:
►
Hərarəti olan insultlu xəstələrdə səbəb araşdırılmalı və hərarəti
aşağı salmaq üçün antipiretik dərmanlardan istifadə edilməlidir
(D). ≥37,5
°C temperaturun endirilməsi məsləhət görülür (D).
Asetaminofen (parasetamol) kimi dərmanlar bədən hərarətini
yaxşı sala bilər.
►
İmmun sistemi normal olan xəstələrdə antibakterial, antimikotik
və antiviral profilaktikaya ehtiyac yoxdur.
Hipoqlikemiya:
►
Kəskin işemik insultu olan xəstələrdə hipoqlikemiyanın müalicə
olunması mövzusunda ortaq razılıq mövcuddur (D). Hədəf
normoqlikemiya olmalıdır.
Hiperqlikemiya:
►
İşemik insultlu xəstələrdə qanda qlükoza səviyyəsinə nəzarət
olunmalıdır (xüsusilə də diabetik xəstələrdə) (D).
►
Serum qlükoza səviyyəsi >10 mmol/L olan xəstələrin insulinlə
müalicə edilməsi məsləhət görülür (D).
C. İşemik insultun spesifik müalicə üsulları
Trombolitik terapiya: venadaxili və arteriyadaxili trombolizis
Venadaxili trombolizis:
►
Venadaxili rtPA (0,9 mq/kq, maksimal doza 90 mq, dozanın
10%-i bir dəfəyə verildikdən sonra yerdə qalanı 60 dəqiqə
müddətində infuziya şəklində yeridilir) işemik insultun
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Dostları ilə paylaş: |