İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə33/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   29   30   31   32   33   34   35   36   ...   88

76
Y.Kəlbiyev. Kapitalın dəyəri konsepsiyası və kapital dəyəri artımının vergiyə cəlb olunması problemləri
cəlb olunmasının xeyrinə əlavə arqument olmuşdur. Hər bir dövrün sonunda hər bir
fiziki  şəxsin,  yaxud  müəssisənin  bütün  aktivlərinin  dəyərinin  müvafiq  bazar
qiymətləri ilə qiymətləndirilməsi bir qayda olaraq praktiki mümkün deyildir. Bu cür
qiymətləndirmənin olmaması zamanı kapitalın dəyərinin artımının vergiyə cəlb ol-
unması yalnız aktivin təqdim edilməsi yolu ilə onun ləğvi anında mümkün olacaqdır.
Hesablama prinsipi üzrə deyil, təqdimetmə zamanı kapitalın dəyər artımının vergi-
tutmaya cəlb edilməsinin xeyrinə gətirilən praktiki arqumentlərdən biri də ondan
ibarətdir ki, satılma yolu ilə istənilən aktivin ləğv edilməsi yaranan vergi öhdəlik-
lərinin  yerinə  yetirilməsi  üçün  vəsait  mənbəyi  kimi  çıxış  edir.  Digər  tərəfdən,
hesablama əsasında kapitalın dəyəri artımının vergitutmaya cəlb olunması müvafiq
fiziki şəxs, yaxud müəssisə üçün ciddi likvidlilik problemini yarada bilər.
Kapital dəyərinin artımına vergi ilə bağlı olan öhdəliklər üzrə ödəmə müddətinin
dəyişdirilməsi (təxirə salınması) - bir qayda olaraq vergi ödəyicisinin istəyinə əsasən
əldə olunacaq bu artım reallaşdırılanadək - kassa vəsaitləri şəklində daxil olan digər
növ gəlirlərlə müqayisədə hesablanan kapital dəyəri artımına münasibətdə fərqli
yanaşmanı özündə ifadə edir. Bu cür yanaşma sonrakı diferensiasiyanın xeyrinə ar-
qumentlər mənbəyi kimi də çıxış edir. Xüsusilə də müəyyən dövrdə gəlir proqressiv
şkalalar üzrə vergitutmaya məruz qaldıqda, həmin dövrdə reallaşdırılan artımın
vergiyə cəlb olunmasının əsaslı olmaması barədə fikir söyləmək olar. Belə ki, bu
artım bir sıra əvvəlki dövrlər ərzində yığıla və təqdimetmə zamanı bu məbləğlər bir-
ləşdirilə bilər.
Kapital dəyərinin (nominal) artımının diferensiasiyalı vergitutmaya cəlb olunması
xeyrinə irəli sürülən bir qədər fərqli arqument ondan ibarətdir ki, inflyasiya şəraitində
bu artım yalnız gəlirin kompleks göstəricisinə daxil edilməli olan real artımın təhrif
olunmuş ifadəsidir. Nominal artım kimi ölçülən bu kəmiyyət kifayət qədər daha ciddi
real artıma, bəzən isə hətta real ifadədə zərərə uyğun gələcəkdir.
3.4. Kapital dəyərinin artımına tətbiq olunan vergilərin strukturu
Bir qayda olaraq, əgər kapital dəyərinin artımı hesablama prinsipi üzrə vergitut-
maya cəlb olunarsa, ona adi gəlir kimi baxılır. Lakin bu artımın təqdimetmə anında
vergiyə cəlb olunması zamanı isə adətən xüsusi qaydalar tətbiq olunur.
Son onilliklərdə İƏİT ölkələrində bir neçə il ərzində hesablanan kapital artımının
vergi sisteminin fəaliyyət sferasına cəlb olunması ilə bağlı olan ümumi, lakin heç
bir halda eyni olmayan tendensiya müşahidə olunur. Müvafiq qaydalar ABŞ-da
1913-cü ildən gəlir vergisi haqqında federal qanun qəbul edildikdən sonra tətbiq ol-
unmağa başlanmışdır (baxmayaraq ki, həmin dövrdən sonra o bir neçə dəfə dəyişik-
liyə məruz qalmışdır). Kapitalın uzunmüddətli artımı barədə müddəalar Yaponiyada
1946-cı ildə, Danimarkada 1958-ci ildə, İsveç, Portuqaliya və Böyük Britaniyada
ötən əsrin 60-cı illərində, Kanada, Fransa, İrlandiya və İspaniyada 70-ci illərdə, Avs-
traliyada isə 80-ci illərdə qəbul edilmişdir [4, 9]. Sadalanan bir sıra hallarda daha


77
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
qısa dövrlərdə reallaşdırılan kapital artımı daha tez müddətlərdə vergitutmaya cəlb
olunmuşdur. Kapital dəyəri artımına verginin müəyyən (tətbiq) edilməsi ilkin olaraq
ədalətlilik təsəvvürləri ilə əsaslandırılır. Belə ki, nəzərdə tutulur ki, digər növ gəlirlər
kimi belə artım da şəxsin “ödəniş qabiliyyətliliyinə” eyni bir təsiri göstərir. Bundan
əlavə, kapital dəyəri artımından verginin tutulması barədə müddəaların bu şəkildə
geniş yayılmasının əsas səbəblərindən biri də ondan ibarətdir ki, gəlir vergisindən
daxilolmaların adi vergi tutulan gəlirin kapital dəyərinin vergi tutulmayan artıma çe-
virən əməliyyatlar yolu ilə verginin ödənilməsindən yayınma hesabına dəyərdən
düşməsini qorumaqdan ibarətdir.
Bu xüsusi müddəalar adətən kapital dəyərinin artımına vergi növünü qəbul edir,
hansı ki, adi gəlir vergisindən ayrılır (məsələn, İƏİT-in İrlandiya, İtaliya, Birləşmiş
Krallıq kimi ölkələrində olduğu kimi), lakin tez-tez hallarda bu, gəlir vergisi barədə
qanunvericiliyə daxil edilir [4, 9]. Aşağıda daha geniş yayılmış bu cür mövcud xüsusi
müddəalar verilmişdir. 
Kapitalın dəyərinin vergi tutulan artımının tipləri. Mövcud qaydalara müvafiq
olaraq vergitutmaya cəlb olunan kapital dəyərinin artımı adətən daşınmaz əmlakın
və maliyyə aktivlərinin (məsələn, şirkətin səhmlərinin) ləğv edilməsi zamanı yaranır.
Bir sıra ölkələrdə vergitutmaya yalnız həmin kateqoriyalara aid edilən bəzi aktivlər
cəlb olunur. Sahibi tərəfindən yaşayış üçün istifadə olunan şəxsi mənzil və dövlət
qiymətli kağızları kimi aktivlər hesabına kapital dəyərinin artımı çox vaxt vergitut-
madan azad edilir.
Verginin tutulmasını zəruri edən hallar. Vergitutma baxımından tipik “real-
laşdırma” dedikdə, kompensasiya əldə etməklə aktivlərin satılması nəzərdə tutulur.
Lakin vergitutma çərçivəsində digər hallar da, məsələn, bağışlama yolu ilə, yaxud
sahibinin vəfatından sonra aktivin verilməsi də “şərti reallaşdırma” hesab edilir.
Digər tərəfdən, bir sıra ölkələrdə vergi öhdəliyi daha gec müddətlərdə yarandığı üçün
müəyyən tipli kapitalın dəyərinin artımının vaxtının uzadılmasına icazə verilir.
Vergi dərəcələri. Kapitalın dəyərinin artımı vergiyə cəlb olunduqda, bu vergi
çox vaxt adi gəlirə tətbiq olunan dərəcələrə nisbətən digər dərəcələr üzrə tutulur.
Belçika, Fransa və İrlandiyada şirkətlər tərəfindən reallaşdırılan kapital dəyəri artımı
hallarında  xüsusi  dərəcələr  tətbiq  olunur  [4].  Bütün  bu  situasiyalarda  verginin
dərəcəsi aktivə sahibolma müddətindən asılı olaraq dəyişir.
Fiziki şəxslər tərəfindən kapitalın dəyərinin artımının reallaşdırılması halında
daha çox sayda ölkələrdə də sahiblik müddətindən asılı olaraq müxtəlif səviyyələrdə
ayrı-ayrı dərəcələr tətbiq olunur, burada həmçinin gəlir vergisinin adi dərəcəsi tətbiq
oluna bilər, lakin kapital artımının yalnız bir hissəsi vergi tutulan məbləğə aid edilə
bilər.
Hesablama  (holdinq) dövrü  meyarı. Yuxarıda  qeyd  edildiyi  kimi,  bir  çox
ölkələrdə, kapital dəyərinin reallaşdırılan artımına yanaşma holdinq dövründən, yəni
artımın hesablandığı dövrü əhatə edən müddətdən asılıdır. Bu zaman daha uzun müd-


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə