İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə28/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   24   25   26   27   28   29   30   31   ...   88

1. Giriş
Maksimum mənfəət əldə etməyə çalışan müəssisələr özlərinin fəaliyyəti prose -
sində mövcud amortizasiya olunan əsas fondların yenilənməsi, yaxud artırılması
üçün yeni qoyuluşlar həyata keçirməklə fiziki və qeyri-maddi investisiya mallarını
əldə edirlər. Bu zaman onlar vahid kapital artımının investisiyalarla bağlı olan bütün
məsrəflərinin (vergilər də daxil olmaqla) qarşılanması üçün dəqiqliklə kifayət edən
real mənfəət axınını təmin etməyə başladığı anadək investisiyaların həyata keçi -
rilməsi ilə bağlı qaydanı əldə rəhbər tuturlar. Bu qaydanı qəbul etməklə maksimum
mənfəət əldə etməyə çalışan müəssisələr müəyyən dövrdə hər bir manat qoyuluşa
düşən son faydanın həmin dövrdə bir manat dəyərində kapitala sahibliklə bağlı məs-
rəflərə bərabər olduğu zaman investisiya qoyuluşlarını dayandırmalı olurlar. Riyazi
baxımdan tarazlıq vəziyyətində bu müəssisə üçün son vahid qoyuluşa gələcək göz -
lənilən mənfəətin cari dəyəri ilə müvafiq gələcək vergi öhdəliklərinin fərqindən alı-
nan  məbləğ  bu  vahid  qoyuluşla  bağlı  müəssisənin  daşımağa  planlaşdırdığı
məsrəflərlə həmin qoyuluşların istifadəsindən almağı çalışdığı istənilən amortizasiya
ayırmalarının cari dəyəri arasındakı fərq məbləğinə bərabər olmalıdır. Bir manat
dəyərində kapitala sahibliklə bağlı olan məsrəflər kapitalın dəyəri adı altında məlum-
dur [2, 3].
Dünyada vergilərin mövcud olmadığı müəyyən ərazilərdə kapitalın dəyəri iki əsas
komponentdən ibarətdir. Onlardan birincisi - maliyyələşmənin dəyəridir. Belə ki,
kapital xərcləri vəsaitlər (ya borc, yaxud da paylı iştirak formalı) tələb edir. İkinci
komponent - kapitalın istehlak dəyəridir. Bu dəyər yeni alınan əsas fondların zaman
keçdikcə fiziki aşınma və mənəvi köhnəlmə səbəbindən özünün ilkin dəyərini itir-
məsi nəticəsində yaranır. Belə məsrəflərin nəzərə alınması həmçinin səhmdarlar üçün
mənfəətin maksimum kəmiyyətini təmin edir.
Vergilər ödənilənədək və ödənildikdən sonra investisiyaların gəlirliliyi arasında
fərqin müəyyən edilməsinə zərurət yoxdur, ona görə ki, onlar eyni olacaqdır. Lakin
vergilərin mövcudluğu zamanı müəssisəyə vergilərlə bağlı olan amillərə baxılması
tələb olunur, belə ki, onlar maliyyələşmənin və kapitalın istehlak dəyərinə təsir edir.
Çox vaxt vacib rol oynayan vergi amili, beləliklə, kapitalın dəyərinin əlavə kompo-
nenti kimi çıxış edir.
Praktikada kapital gəlirlərinin vergiyə cəlb olunmasının çoxlu sayda müxtəlif
üsulları  mövcuddur  [3,  4,  6,  8,  9].  Mənfəət  bölüşdürülənə  qədər  müəssisə
səviyyəsində hüquqi şəxslərin mənfəət vergisinə cəlb olunur. Bölüşdürülən mənfəət
səhmdarlar səviyyəsində dividend şəklində fiziki şəxslərin gəlir vergisinə cəlb edilir.
Bu zaman müəssisə səviyyəsində ödənilən vergilərin nəzərə alınması yolu ilə vergi
yükünün yüngülləşdirilməsi nəzərdə tutula da, tutulmaya da bilər. Bundan əlavə,
səhm darların vergilər ödənildikdən sonrakı gəlirlər axını digər vergilərdən, məsələn,
əmlak vergisindən, xüsusi yığımlardan və royaltidən asılı olacaqdır. Bu vergilər çox
66
Y.Kəlbiyev. Kapitalın dəyəri konsepsiyası və kapital dəyəri artımının vergiyə cəlb olunması problemləri


vaxt investisiyalara münasibətdə neytrallığı təmin edə bilmədiyinə görə investisiya
davranışlarını təhrif edir, bununla da resursların paylanmasının effektliliyini aşağı
salır. Aşağıda bu cür təhriflərin ölçülməsi konsepsiyası verilir.
2. Kapitalın dəyəri konsepsiyası: investisiyalara verginin son faktiki dərəcəsi
2.1. Verginin son faktiki dərəcəsinin müəyyən edilməsi
Əgər qısaca ifadə etsək, son faktiki vergi dərəcəsi (SFVD) kapital gəlirlərinin ver-
gitutmaya cəlb olunması nəticəsində yaranan və son qoyuluşların müəssisə və fiziki
şəxslər səviyyəsində məruz qaldığı təhrifləri ölçür. Son qoyuluşlar mahiyyətinə görə
investisiya hesab edilir, hansı ki, onlardan əldə olunan gəlirlər xərcləri (vergilərin
ödənilməsi ilə bağlı olan məsrəflər də daxil olmaqla) dəqiqliklə qarşılayır. Qeyd
olu nan  təhriflər  müəssisələrin  və  fiziki  şəxslərin  gəlirlərinə  vergilərin  tətbiqi
səbəbindən yarandığına görə SFVD bu vergilərin hər birinin yaratdığı təhriflərin cə-
mindən ibarət olur. Konseptual baxımdan məcmu təhrifi uyğun olaraq hüquqi şəxs-
lərin mənfəət vergisinin yaratdığı müəssisələrə düşən son faktiki təhrifə və fiziki
şəxslərin gəlir vergisinin təsiri nəticəsində yaranan fiziki şəxslərə düşən son faktiki
təhrifə  ayırmaq  olar.  SFVD  həmçinin  vergilər  ödənilənədək  son  qoyuluşların
gəlirliliyi  ilə  (ümumi  gəlirliliklə)  elə  həmin  son  vahid  investisiyanın  maliy -
yələşdirilməsi üçün istifadə olunan yığımların vergilər ödənildikdən sonrakı (xalis)
gəlirliliyi arasındakı fərq kimi də müəyyən edilə bilər.
Vergilərin tətbiqindən yaranan təhriflərin investisiyalara təsirinin qiymətləndiril -
məsinin kəmiyyət göstəricisi onun ehtiyatlı tətbiqi şərti ilə SFVD göstəricilər mat -
risini verə bilər. Bu da imkan verəcəkdir ki, iqtisadiyyatın müxtəlif sahələrində (emal
sənayesində, xidmət sferasında, kənd təsərrüfatında) müxtəlif tipli investisiya malları
(maşınlar, binalar və maddi dövriyyə vəsaitləri ehtiyatları) üçün investisiya təhri-
flərinin sistemli şəkildə qiymətləndirilməsi aparılsın.
Bu  konsepsiya  İqtisadi  Əməkdaşlıq  və  İnkişaf  Təşkilatı  (İƏİT)  ölkələrində,
həmçinin inkişaf etməkdə olan ölkələrdə geniş tətbiq olunmuşdur və direktiv orqan-
lar üçün vergi islahatları strategiyasının faydalı aləti hesab edilmişdir [6, 9].
SFVD ideyasını qrafikin köməyi ilə də təsvir etmək mümkündür. Şəkil 1-də
müəyyən sinifli investisiya bazarı göstərilmişdir. Kapital qoyuluşu qrafiki özündə
vergilər ödənilənədək gəlirlilikdən g
q
asılı olan əks meyilliliyə malik düz xətti ifadə
edir. Hesab edilə bilər ki, verilən bu halda söhbət ölkə iqtisadiyyatı üçün gəlirlilik
barədə gedir. Belə ki, (g
s
)  həm vergilər ödənildikdən sonra müəssisə üçün gəlirliliyi,
həm də büdcənin vergi daxilolmalarını göstərir. Yığım qrafiki vergilər ödənildikdən
sonra  həmin  gəlirlilik    üçün  xarakterik  olan  yığımların  səviyyəsini  əks  etdirir.
Əmanətçilər  üçün  vergilər  ödənildikdən  sonra  gəlirlilik  kimi  bu  kəmiyyətə
əmanətçilər üçün alternativ məsrəflər kimi baxıla bilər. g
q
kimi  g

göstəricisi də real
ifadədə ölçülür.
67
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə