İqtisadiyyatın dövlət tənzimlənməsi



Yüklə 59,43 Kb.
səhifə7/7
tarix24.12.2023
ölçüsü59,43 Kb.
#160941
1   2   3   4   5   6   7
Mövzu 5

İndiqativ planlaşdırma (tövsiyyə xarakterli)- bu zaman ayrı-ayrı sahələrin və iri komplekslərin inkişaf göstəriciləri dövlət tərəfindən təklif edilir. Bu metoddan daha çox Yaponiyada, Fransada tətbiq edilmişdi.
Strateji planlaşdırma- mahiyyəti ondan ibarətdir ki, dövlət milli iqtisadiyyatın başlıca inkişaf priotetlərini müəyyən edir və spesifik metodlarla onları həyata keçirir. Strateji planlaşdırma vasitəsilə ölkə iqtisadiyyatının əsas inkişaf yolu müəyyən edilir, hansı sahələrinin inkişaf etdirilməsi ön plana çəkilir və bunlara nail olmaq üçün taktika müəyyən edilir.
Dövlət sifarişləri - dövlət tərəfindən hər hansı məhsulun istehsalı və tədavülü üçün təminatları istehsalın təmin edilməsidir. Bu zaman dövlət müəyyən məhsulları istehsal edən müəssisələrə sifariş verir və konkrat bağlayır.
Proqramlaşdırma- ölkə iqtisadiyyatının əsas sferalarının inkişafının kompleks proqramlarının tərtib olunması onların həyata keşirilməsi üçün ardıcıl tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.



  1. İqtisadiyyatın dövlət tənzimlənməsinin metodları.

Ümumiyyətlə,hər hansı prosesin yaxud fəaliyyətin həyata keçirilməsi müxtəlif metodlar vasitəsilə mümkündür. Bunun üçün müxtəlif metodlar fərqləndirilir. İlk növbədə dövlət tənzimlənməsinin metodları 2 qrupa bölünür:


1.İnzibati (müstəqim) metodlar.


2.İqtisadi metodlar (dolayı metodlar).

Bəzən bu 2 qrup metodlardan qarışıq surətlərdə istifadə edilir.


İnzibati metodlara dövlət tərəfindən normativ qaydada müəyyən edilmiş müxtəlif göstəricilər faiz dərəcəsi, miqdar göstəricisi və.s aiddir. Məs; vergilər, gömrük rüsumları, ixrac və idxal kvotası (məhdudiyyət) və.s göstərmək olar.


İqtisadi metodlara isə dövlət tərəfindən iqtisadi subyektlərin həvəsləndirilməsi, yardım ödənişi, güzəştlər və digər xarakterli dövlət tədbirləri aiddir.(sahibkarlığın inkişafına yardım, güzəştli kreditlər, köhnə borcların ləğvi, aqrar sferaya kompensasiya və.s)
Yüklə 59,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə