İnqilab Əhmədov



Yüklə 405,02 Kb.
səhifə4/6
tarix15.03.2018
ölçüsü405,02 Kb.
#32310
1   2   3   4   5   6

2.6. Özəlləşdirmə
Gürcüstanda yeni iqtisadi dövrün mühüm göstəricilərindən biri də, özəlləşdirmə ilə bağlıdır. Ölkədə özəlləşdirməyə çıxarılan müəssisələrin sayı və özəlləşdirmədən daxilolmaların illər üzrə dinamikası çox dəyişkən olub. Aşağıdakı cədvəldən də göründüyü kimi, son on iki il ərzində özəlləşdirməyə çıxarılan müəssisələrin sayı azalsa da, xüsusən, 2003-cü ildən sonra özəlləşdir- mədən daxilolmalar kəskin artıb. Bunun əsas səbəbi son illər özəlləşdirilən iri müəssisələrin daha çox olmasıdır. Hətta Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) da Gürcüstandakı iri biznesin özəlləşdirməsinə 2003-cü il üçün beş ballıq şkala üzrə 3.3 bal verirdisə, 2007-ci il üçün bu qiyməti 4-ə qaldıraraq irəliləyişi qeyd etmişdir.
Gürcüstanda özəlləşdirilən müəssisələr və özəlləşdirmədən daxilolmalar (1995 - 2007)


Mənbə: Gürcüstan Statistika Departamenti və İqtisadi İnkişaf Nazirliyi
2.7. Beynəlxalq reytinq dərəcələrində dəyişikliklər
Hökumətin aqressiv islahatları nəticəsində ən böyük dəyişikliklərdən biri Dünya Bankının “Doing Business” indeksi üzrə olmuşdur. Gürcüstan 2006-cı ildəki 112-ci pozisiyadan, 2008-ci ildə 18-ci pozisiyaya yüksəlib. Heritage Fondunun İqtisadi Azadlıqlar İndeksinə görə isə Gürcüstanda əmək bazarı azadlığı 99.9%, fiskal azadlıq 90.7%, biznes azadlığı 85%, hökümətin fəaliyyətlərə müdaxilə etməməsini göstərən idarəetmə azadlığı 81.3% dərəcəsində qiymətləndi- rilib. Fraser İnstitutunun iqtisadi azadlıqlar üzrə beynəlxalq indeksində də hökumət və bazar tənzimi səviyyəsi yüksək qiymətləndirilir. İslahatlar Gürcüstanın (...!) beynəlxalq kredit reytinqinə də təsir göstərib. 2007-ci ilin iyuluna görə Fitch reytinq agentliyi ölkənin reytinqini “BB-“ yəni orta stabil olaraq qiymətləndirib. Standart and Poors agentliyi isə ümumilikdə Gürcüstan iqtisadi durumunu pozitiv qiymətləndirib. Hökumət xüsusən islahaların hüquqi bazasını prioritetləşdirmək istiqamətində uğurlu olmuşdur. Dünya İqtisad Forumunun “Qlobal rəqabətlilik indeksi” isə öz göstəricilərinin əhatəliliyi ilə seçilir. Burada da Gürcüstan hökuməti tənzimləmə sahəsində yüksək qiymətləndirilsə də, hüquqi rejimlər və şəffaflıqda adətən daha az qiymət alır. Eyni zamanda, məhkəmə-hüquq sistemi ilə də son açıqlanan 2008-2009-cu il hesabatında isə əsas (DB “Doing Business” hesabatı ilə birgə) daha çox siyasi qeyri-stabillik, inflyasiya, işçi qüvvələrinin hazırsızlığı, maliyyə resurslarına çıxış və infrastrukturla bağlı problemlər önə çəkilir. Əmək bazarının tənzimlənməsi, xarici valyuta kursunun tənzimlənməsi, yoxsul insanların səhiyyə xidmətlərinə çıxışı və korrupsiya ilə bağlı vəziyyət qənaətbəxş kimi qiymət alıb. Vergi tənzimlənməsi, bürokratiyanın effektivliyi, işçi və biznes etikasının səviyyəsi isə orta qiymətləndirilir.
Müxtəlif indekslərdə Gürcüstanın və Azərbaycanın mövqeyi



İndeks


İnstitut

2007/8

(ranq)

2006

(ranq)

2005

(ranq)

Gürcüstan

Azərbaycan


Gürcüstan

Azərbaycan

Gürcüstan

Azərbaycan

Doing Business” indeksi (2008)


Dünya Bankı


18


33


37


-


112


-

İqtisadi azadlıq indeksi (2009)

Miras (“Heritage”) Fondu


32


99


52


-


89


-

Dünya iqtisadi azadlıq indeksi (2007)


Fraser İnstitutu


44


-


60


118


64


122

Qlobal rəqabətlilik indeksi (2008)

Dünya İqtisad Forumu


90


69


86


66


N/A


62



2.8. İşsizlik və inflyasiya problemi
Yoxsulluq probleminin ciddi şəkildə gündəmdə qalmasının səbəblərindən biri də, işsizliyin yüksək həddə qalmaqda davam etməsidir. Rəsmi statistikaya əsasən, Gürcüstanda işsizlik səviyyəsi 2004-cü ildəki 11.5%-dən 2007-ci ildə 13.3%-ə çatmışdır. Ancaq özünü “işsiz” hesab edən insanların real sayı aktiv əhalinin 30%-nə bərabərdir. Aradakı fərqin əsas səbəbi odur ki, rəsmi statistika və beynəlxalq standartlar kənd təsərrüfatı ilə məşğul olanları birbaşa olaraq, məşğul hesab edir, lakin onların bir çoxu real olaraq işsizlərdir. Bunlar bəzi məlumatlara görə hətta ümumi işsizlərin üçdə iki hissəsini təşkil edir. Həmçinin iri şəhərlərdə işsizlik yüksək olaraq qalır. Ancaq, ümumiyyətlə, rəsmi statistika işsizliyi adətən iri şəhərlərin problemi olaraq göstərdiyindən onu ünvanlı sosial yardım siyasətində əsas istinad kimi götürmək olmaz. İşsizlik problemi Gürcüstanda digər keçid ölkələrində olduğu kimi peşəkar bilik və vərdişlərin çatışmaz- lığından, miqrasiyadan və əmək məhsuldarlığından birbaşa asılıdır. Ümumiyyətlə, gözləntiləri idarə etmək üçün informasiya axınına keyfiyyət və kəmiyyət filtrasiyası tətbiq etmək lazımdır. Qısa zaman kəsiyində yüksək gözlənti yaradan informasiyanı zamana yaymaq münasibdir.

“Yoxsulluğun olmadığı vahid Gürcüstan” yenidən prioritet olaraq qalsa da, burada dünya iqtisadi böhranından irəli gələn və işsizliklə mübarizə, yeni iş yerlərinin yaradılmasını nəzərdə tutan yeni baxışlar öz əksini tapacaq.


İşsizlik səviyyəsi (%), ILO definisiyası

2000

2001

2002

2003

2004

2005

2006

2007*

10.3

11.1

12.6

11.5

12.6

13.8

13.6

15.1

Mənbə: GEPLAC, Georgian Economic Trends, Oktyabr 2007

* (ilk altı ay)


Gürcüstanda 2008-ci ildə 2007-ci ilə nisbətən artan inflyasiya səviyyəsi də potensial sosial gərginlik, yoxsulluq və makroiqtisadi natarazlıq mənbəyidir. Əgər inflyasiya səviyyəsi yüksəkdirsə bu artan sosial yardım və əmək haqqıların nisbətən yüksəltdiyi alıcılıq qabiliyyətini azaldır. Yuxarıdakı cədvəldən göründüyü kimi, ölkədə inflyasiya 2003-cü ildəki 4.8%-dən 2007-ci ildə 9.2%-ə yüksəlib. Bu təbii ki, ən yoxsul əhalinin əldə etdiyi 50 GEL ünvanlı sosial yardımın və ya 2003-cü ilə nisbətən pensiyalarda baş verən 56 GEL artımın dəyərini xeyli azaldır. Ancaq ümumi istehlak qiymətləri indeksi (İQİ) yoxsul əhalinin real istehlak etdiyi məhsulların qiymətindəki artımı tam ifadə etmir. Xüsusən bir sıra vacib qida məhsullarının qiyməti rəsmi inflyasiya səviyyəsini xeyli üstələyir. Bunlarla yanaşı, ƏDV-nin artan rolu da, əmtəələrin qiymətinə və ev təsərrüfatlarının xərclərinə neqativ təsir edir.
Gürcüstanda illər üzrə inflyasiya səviyyəsi

2003

2004

2005

2006

2007

2008

4.8%

5.7%

8.2%

9.2%

9.2%

12%

CARE International təşkilatının 2007-ci ildə Tbilisi sakinləri arasında təsadüfi seçim əsasında keçirdiyi sorğuda, onlardan ilk öncə ən həyati istehlak mallarının 2004-cu ildəki, daha sonra isə cari qiymətlərini sıralamaq istənilmişdir. Nəticədə hədd qiymətləri kimi 27%-lik artım pendirin, 11% artım isə çörəyin qiymətində ortaya çıxmışdır. Buradan həm rəsmi statistikanın tam korrekt olmamsı ortaya çıxmışdır, həm də psixoloji olaraq əhalinin stabil qiymətləri deyil yüksək qiymətləri yadda saxladığı məlum olmuşdur. Belə ki, Gürcüstan Dövlət Statistika Departamentinin məlumatlarına əsasən 2006-cı ilə nisbətən 2007-ci ildə çörəyin qiyməti 33% artmışdır.


2.9. Böhranlar (müharibə və qlobal maliyyə böhranı) və Gürcüstan
2008-ci ilin yekunları üzrə Gürcüstan həm avqust müharibəsinin, həm də qlobal iqtisadi böhranın təsirinə məruz qalmışdır. Avqust müharibəsi ölkənin tranzit yükdaşıma sisteminə ciddi neqativ təsir etmişdir. “Gürcüstan Dəmir Yolu” MMC-nin məlumatına əsasən, 2008 - ci ildə dəmir yolu ilə daşınmaların həcmi, 2007 - ci illə müqayisədə, 700 min ton azalıb. 2007 - ci ildə daşınmaların həcmi 22 mln. ton təşkil edirdisə, 2008 - ci ildə bu rəqəm 21,3 mln. tona bərabər olub. Avqust müharibəsi və ümumdünya böhranına baxmayaraq, Gürcüstan əsas yüklərin bir hissəsini saxlayıb. “Gürcüstan Dəmir Yolu” MMC-nin proqnozlarına görə, 2009 - cu ildə daşınmaların həcmi 1 milyon tondan 22,3 mln. tonadək artacaq.

Avropa Komissiyası Gürcüstana 120 milyon avroya çatmış böhransonrası maliyyə köməyinin yekunlarını həyata keçirib.  Maliyyələşdirmənin əsas məqsədlərindən biri - ötən yüzilliyin 90-cı illərində və 2008-ci ilin avqustunda baş vermiş münaqişələr zamanı köçürülmüş şəxslərin ölkə daxilinə köçürülməsinə kömək və onların ehtiyaclarının ödənilməsidir. Gürcüstan üçün nəzərdə tutulmuş mütəmadi 42 milyon avroluq yardımın üzərinə əlavə olunan 120 milyonluq böhransonrası maliyyələşmə ilə birlikdə, ölkəyə maliyyə yardımının həcmi 160 milyon avronu ötüb.

Avropa Komissiyasının Gürcüstana 2008-2010-cu illərdə   yardım paketinin məqsədi məcburi köçkünlərə kömək və humanitar yardım göstərilməsi, iqtisadi bərpaya dəstək, makromaliyyə sabitliyi və ölkə infrastrukturunun yaradılmasıdır. AB - nin büdcəsinə pul köçürmə yolu ilə Gürcüstanın təhlükəsizliyi sahəsində durumun sabitləşdirilməsi işinə dəstək də paketə daxildir.

2008-ci ilin sonunda o da bəlli oldu ki, Avropa Komissiyası müharibədən zərər çəkmiş Gürcüstan iqtisadiyyatının bərpasına 4,55 milyard dollar vəsait ayıracaq. Bu vəsaitin 3,7 milyardı dövlət səviyyəsində ayrılacaq, 850 milyon dollar işə özəl sektor tərəfindən investisiyalar şəklində yatırılacaq. Bu vəsaitin ən azı 1 milyard dollarının Birləşmiş Ştatların ayıracağı gözlənilir. Avropa Birliyi Avropa Komissiyasının maliyyə institutları vasitəsilə 640 milyon dollar ayıracaq, Avropa İnvestisiya Bankının xətti ilə ayrılacaq vəsaitlə birlikdə bu rəqəm 1,11 milyard dollara çatacaq. Yaponiya hökuməti də bu məqsəd üçün 200 milyon dollar ayırmağı düşünür. Beynəlxalq Valyuta Fondu isə investisiya mühitinin yaxşılaşdırılması, ölkənin qızıl-valyuta ehtiyatlarının bərpası məqsədilə 750 milyon avro ayırmaq niyyətindədir.



Rəsmi mövqeyə görə Gürcüstan iqtisadiyyatı sarsıntıya tab gətirə bildi və dünya maliyyə böhranına, həmçinin Cənubi Osetiya ilə bağlı münaqişəyə baxmayaraq, likvidliyi saxladı. Bank sektorunda və kreditlərin verilməsində müəyyən problemlər yarandı, lakin beynəlxalq maliyyə institutları bank sektoruna kredit xətləri ayrmağa hazır olduqlarını bildirdikdən sonra, kreditlərin verilməsi prosesi bərpa olundu. 2008-ci ildə Gürcüstanda iqtisadi artımın dayanmasına bu yaxınlarda baş verən münaqişə səbəb olub. Gürcüstan höküməti iqtisadiyyatın xilası üzrə planını da açıqlayıb və bu məqsədlər üçün dövlətin 1,3 milyard dollar ayırmaq planı mövcuddur. 2008-ci ilin sonlarına doğru Gürcüstanın beynəlxalq maliyyə rezervləri 1.37 milyard dollardan 1.27 milyard dollara qədər enib. Mərkəzi Bank isə öz növbəsində maliyyə intervensiyasını daha da gücləndirdi və bankların ehtiyat normalarını azaltdı. Beynəlxalq Valyuta Fondunun ən son hesabatında bildirilir ki, bir çox postsovet ölkəsində olduğu kimi Gürcüstan iqtisadiyyatı da qlobal böhranın təsirini öz tədiyə balansında hiss edəcək.
Regional iqtisadiyyat: Potidə “Azad İqtisadi Zona”nın yaradılması
Gürcüstan üçün strateji əhəmiyyətə malik Poti şəhəri paytaxt Tbilisidən 312 km məsafədə Qara dənizin sahilində yerləşən bir şəhərdir. Şəhər Gürcüstana təkcə liman şəhəri kimi gəlir gətirmir. Eyni zamanda şəhərin əhəmiyyətli xidmət və qida sənayesi ölkənin həyatında mühüm rol oynayır. Poti limanı ölkənin təbii limanı olan Batumidən daha əhəmiyyətlidir. Belə ki, Potidən paytaxta dəmir yolunun olması onu daha əhəmiyyətli edir. Poti limanı Cənubi Qafqaz və Şərqi Avropa üçün vacib bir limandır. Limanın Azərbaycan iqtisadiyyatında necə əhəmiyyətli rol oynamasının avqust ayında, Gürcüstan-Rusiya konfliktində hamımız şahidi olduq. 2008-ci ilin aprelində Poti limanın 51%-i Birləşmiş Ərəb Əmirliklərinin Ras al-Khaimah əmirliyinin İnvestisiya idarəsinə satıldı. Liman 49 illiyinə ərəblərin idarəçiliyinə verildi. Məqsəd isə burada Gürcüstan hökumətinin istədiyi kimi Azad İqtisadi Zonanın (AİZ) yaradılması idi. Gürcüstan Potini Azad İqtisadi Zonaya çevirməklə bir sıra məqsədlərə nail olmağı hədəf kimi götürmüşdü. Əvvəla ölkə ilk növbədə xarici ticarəti stimullaşdırmaq istəyir. Rəsmi rəqəmlərə nəzər yetirdikdə, ölkədə xarici ticarət defisitinin ildən ilə artdığını görürük. Belə ki, 2006-cı ildə bir vahid ixracın qiymətinin bir vahid idxalın qiymətinə nisbəti 0.49, 2007-də isə 0.46 olmuşdur. Başqa sözlə yuxarıda qeyd edilən dövrdə burada idxal ixracı iki dəfədən çox üstələmişdir. 2008-ci ildəki münaqişə isə bu defisiti daha da dərinləşdirdi. Bu mənfi tendensiyanın gələcəkdə qarşısının alınması üçün AİZ-in çox böyük rolu vardır. İkinci bir məqsəd isə təkcə region ölkələri ilə deyil, Çin, Hindistan və Avropa ölkələri ilə əlaqələrdə də Potinin tranzit şəhər kimi rolunun daha da artırılması idi. Bütün bunlar göstərir ki, Gürcüstan hökumətinin Poti ilə bağlı məqsədyönlü planları var. Görüləcək işlərin nəticəsi olaraq Potinin regionun “Dubayı” olacağı da gerçəklikdən uzaq deyildi. Təsadüfi deyil ki, avqust hadisələrində Rusiya ordusu məhz bu şəhəri əsas hədəf kimi seçdi və bununla Gürcüstan hökumətinin bu istiqamətdə planlarını müvəqqəti də olsa alt-üst etdi.

Bölmə 3. Gürcüstanda həyata keçirilən sosial islahatlar
2003-cü ilin noyabrında Gürcüstanın sosial-iqtisadi həyatında köklü dəyişiklər baş verdi. Aparılan islahatlar sosial sferadan da yan keçmədi. Bu bölmənin məqsədi ümumi sosial siyasət, əhali gəlirləri və yoxsulluq, regional siyasət sahəsində həyata keçirilən islahatlar və bu islahatların təsirlərini nəzərdən keçirməkdir.
3.1. Yoxsulluğun azaldılması uğrunda islahatlar
Gürcüstanda 2003-cü ilin noyabrında köklü dəyişiklikdən sonra müşahidə olunan sürətli iqtisadi böyümə özünü hələki yoxsulluğun və işsizliyin davamlı azalmasında tam əks etdirmir Ölkədə yoxsulluqla bağlı keçirilən islahatlardan bəhs edərkən ilk növbədə qeyd etməliyik ki, yoxsulluq səviyyəsinin müəyyənləşdirilməsi metodu dəyişdirildi. 2005-ci ilə qədər ölkədə hər yetkin insana uyğun olan istehlak səbəti əsasında yoxsulluq həddi hesablanırdı. Lakin 2005-ci ildə bu hesablama beynəlxalq standartlara uyğunlaşdırıldı.
Müqayisəli yoxsulluq cədvəli (UNDP 2008)


Ölkələr

Gündəlik gəliri 2 $-dan az olan əhali (%)

Cini indeksi

Gürcüstan

25.3

40.4

Ermənistan

31.1

33.8

Azərbaycan

33.4

36.5

Bolqarıstan

6.1

29.2

Estoniya

7.5

35.8

Latviya

4.7

37.7

Slovakiya

2.9

25.8

Qazaxıstan

16

33.9

Qırğızıstan

21.4

30.3

Litva

7.8

36

Moldova

20.8

33.2

Rusiya

12.1

39.9

Tacikistan

42.8

32.6

Ukrayna

4.9

28.1

Hal-hazırda Gürcüstanın Statistika Departamenti tərəfindən yoxsulluğun hesablanması üçün üç əsas indikatordan istifadə olunur:

1.Yoxsulluq səviyyəsi - yoxsulluq həddindən aşağı səviyyədə yaşayan əhalinin ümumi göstəriciyə əsasən faizlə göstəricisidir.

2.Yoxsulluq dərinliyi - yoxsul əhalinin sayına əlavə olaraq vətəndaşın rifah səviyyəsinin yoxsulluq həddindən nə dərəcədə uzaq olduğunu təyin edir.

3. Yoxsulluq ciddiliyi - bu göstərici daha kasıb əhalinin mənafeyinə xidmət edir. Belə ki, həmin əhalinin yoxsulluq həddindən nə qədər uzaqlaşdığını müəyyən edir və bununla ən pis həyatın yaxşılaşdığı və ya pisləşdiyi barədə qənaətə gəlirlər.

Yeni metodologiya əsasında alınan nəticə əvvəlkilərdən fərqli olmuşdur. Belə ki 2004-cü ildə rəsmi rəqəmlərə əsasən ölkədə 50% yoxsulluq var idi. 2005-ci ildə isə yeni metodla hesablanan bu göstərici 35% təşkil etdi. İnqilabın ilk ilindən başlayaraq yoxsulluq artmışdır. Yeni metoda əsasən 2004-cü ilə nisbətən 2005-də yoxsulluq kənd yerlərində 4,6%, şəhərlərdə isə 3,7% artmışdır. 2006-cı ildə isə bu göstərici ümumi ölkə üzrə 6,1% azalmışdır. Gürcüstan hökuməti 2005-ci ildə 2006 - 2015-ci illəri əhatə edən Minilliyin Dövlət Proqramını qəbul etmişdir. Bu illər ərzində yoxsulluq səviyyəsini 31%-dən 15%-ə endirmək, kəskin yoxsulluğu isə 11%-dən 4%-ə endirmək proqramın əsas məqsədidir. Bu məqsəd aşağıdakı prioritet müdaxilələrdən keçir:



Sosial yardım sistemi. a) sosial yardım sistemində islahatlar apararaq onu əhalinin yoxlanılmış daha zəif və yoxsul təbəqəsinə tətbiq etmək; b) yaşlı əhali arasında yoxsulluğu azaltmaq üçün davamlı artan pensiya sistemini qurmaq.

Aztəminatlı əhalinin xidmətlərə girişi. a) əhalinin xidmətlərə girişində bərabərsizlikləri aradan qaldırmaq; b) müxtəlif regionlarda yaşayış səviyyəsinə uyğun olaraq təhsil ödənişlərini uyğunlaşdırmaq; c) səhiyyə xidmətlərini gücləndirmək; d) əhalinin səhiyyə xidmətlərini girişi sahəsindəki qeyri-bərabərliyi aradan qaldırmaq; e) davamlı iqtisadi inkişaf naminə işsizliyin azaldılması və yeni iş yerlərinin yaradılması.

3.2. Əhalinin gəlirləri və gəlirlərin bölüşdürülməsi
Gürcüstanın iqtisadiyyatının nəzərəçarpacaq uğurlarından biri adambaşına düşən ÜDM-in yüksək artım dinamikasıdır. 2004-cü ildə bu artım 5%, 2005-ci il üçün 10%, 2006-cı ildə də 10% və 2007-ci ildə 12% təşkil etmişdir. Eyni prosesi orta nominal əmək haqlarına da şamil edə bilərik. Belə ki orta aylıq əmək haqqı artımı göstəricisi 2003-cü il üçün 8%, 2005-ci il üçün 22%, 2006-cı il üçün 18% və 2007-ci ildə 10% olmuşdur. Adambaşın düşən ÜDM kimi orta aylıq əmək haqqı da ildən ilə artsada, artımın səviyyəsi 2006-cı və 2007-ci ildə nisbətən aşağı düşmüşdür. Lakin bu gəlir artımı göstəricilərinin əhalinin bütün nümayəndələrinin gəlirlərinə sirayət etdiyini desək, yanılmış olarıq. Rəsmi məlumatlara əsasən GINI əmsalının azalmasını və bərabərsizliyin nisbətən azaldılmasını qeyd edə bilərik. Lakin bu insanların gündəlik təcrübəsində özünü bir o qədər büruzə vermir. Biz Gürcüstan cəmiyyətinin kiçik bir hissəsinin son 5 ildə nəzərəçarpacaq dərəcədə varlandığını görürük. Lakin çoxluq haqqında bunu söyləmək mümkün deyil. GINI indeksi 2008-ci ildə Gürcüstanda 40.4 - dür. Bu göstərici Azərbaycanda daha qənaətbəxşdir – 36.6. Bu onu göstərir ki, aparılan islahatlara baxmayaraq Gürcüstanda əhalinin gəlirlərindəki bərabərsizliyin azaldılması sahəsində əldə olunan nəticələr qənaətbəxş deyil. Keçirilən sosioloji sorğular da bunları təsdiq edir. Beynəlxalq Respublikaçılar İnstitutu 2004-cü ildən bəri 6 belə sorğu aparmışdır və bu sorğularda əhali iqtisadi cəhətdən həyatında inkişaf olmadığını söyləyir. 2007-ci ilin sentyabrında aparılan sorğular nəticəsində məlum olmuşdur ki, əhalinin 8%-i iqtisadi durumunun yaxşılaşdığını 46% isə pisləşdiyini qeyd edir. Qafqaz Tədqiqat Resursları Mərkəzi məlumat şöbəsinin 3300 nəfər arasında keçirdiyi sorğuya əsasən yalnız 18% şəxs maliyyə vəziyyətinin 2005 və 2006-cı illər arasında yaxşılaşdığını qeyd etmişdir.
Yüklə 405,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə