İmam hüseynin qiyami və onu doğuran səBƏBLƏR



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix19.10.2018
ölçüsü0,74 Mb.
#75091
1   2   3   4   5   6   7   8   9   10   ...   23

 
 
32 
32 
etməsələr,  cəmiyyətin  günahkarları  ilə  eyni  taledə 
olacaqlar!!  Bu  birinci  hədis  deyil  və  bu  barədə 
Peyğəmbəri-əkrəm  (s)-dan  çoxlu  hədislər  nəql 
olunmuşdur. 
İmam 
Rza 
əleyhissəlam 
Peyğəmbərdən nəql etdiyi bir hədisdə buyurur: 
“Camaat  əmr  be  məruf  və  nəhy  əz  münkər 
vəzifəsini bir-birinin öhdəsinə qoymaqla sükut edib 
digərlərinin  bu  işi  yerinə  yetirməsini  gözləsə,  onlar 
da  sükut  edib  başqalarının  bu  məsuliyyəti  həyata 
keçirməsini  gözləyər, nəticədə  kimsə  bir  iş  görməz. 
Belə  bir  halda  onlar  Allahın  əzabını  gözləsinlər.” 
Görəsən Allahın əzabı göydən daş yağmaqdır! Yox, 
Quran Allahın əzabını belə təfsir edir: 
De  ki:  “Allah  başınızın  üstündə  və  ayaqlarınızın 
altında  [göydən  və  yerdən]  sizə  əzab  göndərməyə, 
sizi  dəstələr  halında  qarışdırmağa  və  bir-birinizə 
digərinin  zorunu  dadızdırmağa  qadirdir!”  Gör 
onlar  başa  düşsün  deyə,  ayələrimizi  nə  cür  izah 
edirik. 
Rəsuli-əkrəm buyurmuşdur: 
“əmr  be  məruf  və  nəhy  əz  münkər  məsələsinə 
göz 
yumanlar 
mütləq, 
Allahın 
əzabını 
gözləməlidirlər. 
Burada  mərhum  Kuleyninin  “Üsuli-kafi”də  və 
Qəzalinin 
“Ehyaül-ülum”da 
sünni 
və 
şiə 


 
 
33 
33 
alimlərindən  rəvayət  etdikləri  hədisi  gətirməyi 
lazım görürük: 
əmr  be  məruf  və  nəhy  əz  münkər  sizin  aranızda 
olmalıdır,  belə  olmazsa  bütün  pislikləriniz  sizə 
üstün  gələr,  onda  sizin  yaxşı  adamlarınız  da 
Allahdan  bir  şey  istədikdə  onların  duası  qəbul 
olunmaz. 
Qəzali bu hədisi belə təfsir edir: 
Bu  sözlərin  mənası  o  demək  deyildir  ki,  onlar 
Allahı səsləyirlər, amma Allah onların duasını qəbul 
etmir,  əksinə  onlar  o  qədər  alçalır  və  qorxuları  da 
aradan  gedir  ki,  Allah  dərgahına  üz  gətirdikdə 
onlara etina olunmur! 
Peyğəmbər  (s)  buyurmuşdur:  “öz  izzətinizi 
istəyirsinizsə əmr be məruf və nəhy əz münkər edin 
ki, düşmən də sizdən çəkinsin. Amma əmr be məruf 
və nəhy əz münkər etməsəniz ilk mərhələdə sarsılıb 
alçalarsınız  və  düşmən  də  sizi  saya  salmaz.  Bir  qul 
və  kölə  kimi  yalvarsanız  da  belə,  kimsə  cavabınızı 
verməz: 
 
Rəhimsiz dünyada nəyə lazımdır. 
Oturub ağanın yolunu, güdmək. 
Dözüm ilə zəfər birdir əzəldən. 
Dözümlə zəfərə çatarsan demək. 


 
 
34 
34 
 
Mənim fikrimcə bu şer incə bir məna daşıyır. 
Hər  halda  islamda  bizim  belə  bir  qəti  əsasımız 
vardır.  İmam  da  bu  əsasa  istinad  edərək 
buyurmuşdu:  “əgər  camaat  məni  dəvət  etməsəydi 
də,  mən  bu  əsas  üzrə  sakit  oturmazdım.”  əmr  be 
məruf  böyük  əhəmiyyətə  malik  olduğu  üçün 
səmavi  kitabımız  Quranda  da  bu  mövzu  ilə 
əlaqədar  çoxlu  ayələr  vardır.  Quranda,  əmr  be 
məruf  və  nəhy  əz  münkər  məsələsini  unudan  bir 
çox 
bədbəxt 
millətlərin 
acı 
keçmişi 
nəql 
olunmuşdur: 
“Barı  sizdən  əvvəlki  nəsillərin  ağıl  və  fəzilət 
sahibləri  yer  üzündə  fitnə-fəsad  törətməyi  qadağan 
edəydilər  ki,  bu  millətlər  fəsad  nəticəsində  məhv 
olmayaydılar. 
Quran başqa bir qövmün barəsində buyurur: 
“Onlar etdikləri pis əməldən əl çəkmirdilər [və ya 
onlar  bir-birlərini  pis  əməldən  çəkindirmirdilər]. 
Onların gördükləri iş necə də pis idi! 
“*Ey  müsəlmanlar!]  içərinizdə  insanları  yaxşılığa 
çağıran,  xeyirli  işlər  görməyə  əmr  edən  və  pis 
əməlləri  qadağan  edən  bir  dəstə  olsun!  Bunlar  [bu 
dəstə], həqiqətən nicat tapmış şəxslərdir.” 


 
 
35 
35 
Ali-İmran  surəsində  əmr  be  məruf  və  nəhy  əz 
münkərə  aid  olan  ayələr  çoxdur.  Qeyd  etmək 
lazımdır  ki,  indicə  nəql  edəcəyimiz  ayədə 
buyurulur: 
“Hamınız  bir  yerdə  Allahın  ipindən  [dinindən] 
yapışın.” 
Ey  müsəlmanlar!  Təfriqə  və  ixtilafdan  çəkinin, 
baş  verən  ixtilafların  aradan  qaldırılmasına  çalışın, 
təfriqələri  azaldın.  Bu  ixtilafdan  yalnız  düşmənlər 
istifadə edirlər. 
İslam düşmənləri bizi müxtəlif məzhəb adları  ilə 
bir-birimizin  canımıza  salmaqdan  başqa  bir  şey 
tələb edirmi? Sonra buyurur: 
Burada  “xeyir”  sözündən  məqsəd  birlikdir. 
Aranızdakı  ixtilafları  ortadan  qaldırmaq  üçün 
həmişə müəyyən bir dəstə olmalıdır. 
Quran başaq bir yerdə buyurur: 
*“Allahın 
tərəfindən] 
açıq-aydın 
dəlillər 
gəldikdən  sonra,  bir-birindən  ayrılan  və  ixtilaf 
törədən  şəxslər  kimi  olmayın!  Onlar  böyük  bir 
əzaba düçar olacaqlar.” 
Maraqlıdır  ki,  vəhdət  və  təfriqədən  çəkinməyə 
dəvət  edən  iki  ayənin  arasında  Ali-İmran  surəsinin 
104-cü  ayəsi  gəlmişdir.  Məlum  olur  ki,  Quran 
qarşılıqlı  razılaşma  və  birliyi  bütün  yaxşılıqların 


 
 
36 
36 
qaynağı bilir və bu mövzu əmr be məruf və nəhy əz 
münkər məsələsinin mühüm olduğunu göstərir. 
Bu mövzu islam dinində olduqca əhəmiyyətlidir. 
Görəsən  nə  üçün  tarix  boyu  islam  dünyasında  bu 
qədər əhəmiyyətli olan mövzu unudulmuşdur? 
İnsafla desək, sünnilər öz kitablarında bu barədə 
şiələrdən  daha  artıq  bəhs  etmişlər.  əgər  biz  fiqh 
kitablarını  “səlat”dan  tutmuş  “diyat”a  kimi  tədqiq 
etsək və bu ümumi fiqhi şiə fiqhi isə müqayisə etsək 
görərik  ki,  bütün  mövzularda  şiə  fiqhi  daha  dəqiq, 
izahlı,  mötəbər  və  istidlallıdır.  Ancaq  bu  qədər 
mövzuların  arasında  əmr  be  məruf  və  nəhy  əz 
münkər  mövzusuna  çatdıqda  görürük  ki,  təəssüflə 
bu  sahədə  çox  səhlənkarlıq  olmuşdur.  əlbəttə  bu 
nöqsan 
xalq 
arasında 
aydın 
şəkildə 
görsənməkdədir. 
“Mötəzilə”  dəstəsi  sünni  məzhəbinin  kəlami 
firqələrindən biridir. Onlar əmr be məruf və nəhy əz 
münkəri füruidin məsələlərindən deyil, üsulidindən 
sanırlar. 
İctimai tarixi yazanlar deyirlər: 
Bu  mübahisənin  kənara  qoyulması  o  zamanın 
siyasətləri  ilə  bağlı  idi.  Çünki  bu  barədə  mübahisə 
etmək  o  dövrün  xəlifələrinə  toxunurdu.  Nəticədə 
alimlər  öz kitablarında  bu  bəhsi  az  gətirmiş,  yaxud 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə