İmam hüseynin qiyami və onu doğuran səBƏBLƏR



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix19.10.2018
ölçüsü0,74 Mb.
#75091
1   2   3   4   5   6   7   8   9   ...   23

 
 
13 
13 
cəzalanaraq  bu  vəzifədən  kənarlaşdırıldığına  görə 
çox  narahat  idi  və  yenidən  Kufə  hakimliyini  əldə 
etmək  üçün  Şama  gəlib  belə  bir  plan  hazırladı.  O, 
bir  gün  Müaviyənin  oğlu  Yezidi  görüb  dedi: 
“Bilmirəm  nə  üçün  Müaviyə  sənin  haqqında 
səhlənkarlıq edir?” 
Yezid: “Necə?”-deyə soruşdu. 
Müğeyrə: “Nəyi gözləyir? Nə üçün səni özündən 
sonrakı xəlifə kimi xalqa təqdim etmir?”-dedi. 
Yezid:  “Atam  elə  təsəvvür  edir  ki,  bu  mümkün 
olan bir iş deyil.” 
Müğeyrəb: “Bu mümkün olan bir işdir.” 
Yezid: “Bu iş necə mümkün ola bilər?” 
Müğeyrə:  “Siz  kimin  itaət  etməməsini  təsəvvür 
edirsiniz? Biz şamlılar Müaviyənin bütün əmrlərinə 
itaət edirik, Mədinəyə də filan şəxsi göndərsəniz bu 
vəzifəni  yaxşı  yerinə  yetirə  bilər.  İraq  və  Kufə  isə 
bunların hamısından təhlükəlidir ki, onu da mən öz 
öhdəmə alıram.” 
Yezid 
atasının 
yanına 
gəlib 
Müğeyrənin 
dediklərini ona  söylədi. Müaviyə oğlunun sözlərini 
eşitdikdən  sonra  Müğeyrəni  öz  yanına  çağırtdırdı. 
Müğeyrə  Kufəni  susdurmağı  öz  üzərinə  götürərək 
çox  yaltıqlıq  etdi  və  qənaətbəxş  bir  məntiqlə 
Müaviyəni  bu  işə  zəmin  yaratmağa  razı  saldı.  Elə 


 
 
14 
14 
buna  görə  də  Müaviyə  onu  keçmiş  vəzifəsinə 
qaytardı.  Amma  nə  kufəlilər  Müaviyənin  təklifini 
qəbul  etdilər  və  nə  də  mədinəlilər.  Müaviyə 
çarəsizlikdən  Mədinəyə  gəlib  imam  Hüseyn 
əleyhissəlam,  əbdüllah  ibni  Zübeyr,  əbdüllah  ibni 
ömər  və  bu  kimi  xalq  arasında  hörmət  və  nüfuz 
sahibi 
olan 
Mədinə 
başçıları 
ilə 
görüşüb 
özünəməxsus yaltaqlıqla dedi: 
“İndi  islamın  məsləhəti  belə  tələb  edir  ki, 
hökumət  zahirdə  Yezidin  öhdəsində  olsun,  amma 
bütün  işlər  sizin  nəzərinizlə  həyata  keçirilsin.  Xalq 
arasında  ixtilaf  yaranmasın  deyə,  hələlik  beyət 
etməklə  bütün  işləri  öhdənizə  alın.”  Amma 
onlardan  heç  biri  Müaviyənin  bu  təklifini  qəbul 
etmədi. 
Beləliklə 
onun 
bu 
planı 
müvəffəqiyyətsizliklə nəticələndi. Müaviyə sonralar 
Mədinə  məscidində  başqa  bir  hiyləyə  əl  ataraq 
mədinəlilərin  keçmişdə  və  hal-hazırda  onun  təklifi 
ilə  razı  olduqlarını  iddia  etmək  istədi.  Onun  bu 
hiyləsi  də  nəticəsiz  qaldı.  Müaviyə  ölüm  yatağında 
olarkən oğlu Yeziddən çox nigaran idi. Ona görə də 
bir  sıra  məsələləri  oğluna  xatırladaraq  beyət  almaq 
üçün əbdüllah ibni Zübeyr və əbdüllah ibni ömərlə 
necə  rəftar  etməyi  və  eləcə  də  Hüseyn  ibni  əli 
əleyhissəlamla  çox  mülayim  davranmağın  lazım 


 
 
15 
15 
olduğunu  bəyan  etdi.  O,  öz  sözlərinin  davamında 
dedi:  “Hüseyn  Peyğəmbər  övladı  və  müsəlmanlar 
arasında 
yüksək 
mövqeyə 
malik 
olan 
bir 
şəxsiyyətdir. 
Hüseyn 
ibni 
əli 
ilə 
ədavətlə 
davranmaqdan 
qorx.” 
Müaviyə 
belə 
bir 
uzaqgörənlik  etmişdi  ki,  əgər  Yezid  imam  Hüseyn 
əleyhissəlamla düşmən kimi rəftar edib onun qanını 
axıtsa,  artıq  hökuməti  əldə  saxlaya  bilməyəcək  və 
bununla 
da 
əbusüfyan 
sülaləsi 
xilafətdən 
uzaqlaşdırılacaqdır. 
Müaviyə  çox  hiyləgər  idi  və  başqa  siyasətbazlar 
kimi öngörənlik etdiyi hadisələrin çoxu düz çıxırdı. 
O, eləcə  də baş verəcək hadisələri yaxşı başa düşür 
və  təhlil  edirdi.  Amma  əksinə  olaraq,  Yezid 
təcrübəsiz bir gənc idi və əvvəldən bir şahzadə kimi 
naz-nemət  içində  boya-başa  çatmışdı.  O,  əyyaşlığa 
qurşandığı üçün  siyasətdən baş çıxarmırdı.  Gənclik 
qüruru,  məqam  və  şöhrət  düşgünlüyü  onun 
vücuduna  hakim  kəsilmişdi.  əbu  Süfyan  sülaləsi 
hökumət  və  xilafətdən  başqa  heç  bir  məqsəd 
güdmürdü.  Amma  onlar  heç  bir  vasitə  ilə  öz 
məqsədlərinə  nail  ola  bilmədilər.  Lakin  imam 
Hüseyn 
əleyhissəlam 
şəhadət 
dərəcəsinə 
yüksəlməklə  öz  mənəvi  hədəflərinə  çata  bildi. 
Müaviyə  hicri  tarix  ilə  60-cı  ilin  rəcəb  ayının  15-də 


 
 
16 
16 
öldü.  Yezid  Bəni-üməyyə  tayfasından  olan  Mədinə 
hakiminə bir məktub yazaraq atasının ölüm xəbərini 
ona  yetirib,  camaatdan  özünə  beyət  almasını  əmr 
etdi. O zaman Mədinə mərkəz olduğuna görə bütün 
gözlər oraya dikilmişdi. Yezid həmin səbəbə əsasən 
göndərdiyi  məktubda  tam  qətiyyətlə  yazırdı: 
“Hüseyn  ibni  əlidən  mənə  beyət  al,  əks  təqdirdə 
başını kəsib Şama göndər.” 
Beləliklə 
imam 
Hüseyn 
əleyhissəlamın 
qarşılaşdığı  məsələlərin  biri  də  Yezid  ibni 
Müaviynin beyət istəməsi idi. 
Yezidin 
dövrü 
iki 
mühüm 
xüsusiyyətlə 
Müaviyənin zamanından fərqlənirdi. 
1-İmam  Hüseyn  əleyhissəlamın  Yezidə  beyət 
etməsi xilafətin varislik əsasında olmamasını təsdiq 
edirdi. 
2-Yezid  çox  əxlaqsız  bir  adam  idi  və  açıq-aşkar 
günah  etməkdən  çəkinmirdi.  O,  siyasi  cəhətdən  də 
heç bir səlahiyyətə malik deyildi. 
Qeyd  etmək  lazımdır  ki,  Müaviyə  və  eləcə  də 
Abbasi  xəlifələrinin  bir  çoxu  da  əxlaqsız  və 
günahkar  adamlar  idilər.  Lakin  onlar  bunu  yaxşı 
başa  düşürdülər  ki,  hakimiyyətdə  qalmaq  üçün 
zahirdə  də  olsa,  bir  çox  islam  qanunlarına  riayət 
etməli 
və 
onun 
hüdudlarını 
qorumağa 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə