İmam hüseynin qiyami və onu doğuran səBƏBLƏR



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə10/23
tarix19.10.2018
ölçüsü0,74 Mb.
#75091
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

 
 
47 
47 
“Burada səyahət sözündən məqsəd oruc tutmaqdır, 
yəni, mənəvi səyahət orucluqda əmələ gəlir. Amma 
bir  çox  tədqiqatçılar,  o  cümlədən  əllamə  Təbatəbai 
“əl-mizan”  kitabında  bunu  qəbul  etməyərək  deyir: 
“Burada  səyahətçidən  məqsəd  yer  üzündə  seyr 
edən adamlardır, çünki Quran insanları yer üzündə 
seyr  etməyə  dəvət  etmişdir.  İslam  dini  bəşərin  yer 
üzündə  səyahət  etməklə  tarixi  araşdıraraq  ondan 
ibrət dərsi almasını yüksək dərəcədə qiymətləndirir. 
Allah-təala Quranda buyurur: 
“Ey  müsəlmanlar!  Sizdən  əvvəl  bir  çox  vaqiələr 
[ibrətli  əhvalatlar]  olub  keçmişdir.  İndi  yer  üzünü 
dolaşıb  haqqı  təkzib  edənlərin  aqibətinin  necə 
olduğunu görün!” 
Sonra  Quran  ibadət  nişanələrinin  ikisini  qeyd 
etmişdir: 
Rükuda  “Subhanə  rəbbiyəl  əzimi  və  bihəmdih” 
və  səcdədə  “Subhanə  rəbbiyəl  əla  və  bihəmdih” 
deyənlər,  belə  bir  əhval-ruhiyyə,  düşüncə  və 
mənəvi  dəyərlərə  malik  olduqları  üçün  cəmiyyətin 
islahatçısı  olmağa  daha  layiqdirlər.  Cəmiyyətin 
islahatçısı 
olmaq 
istəyənlər, 
özlərini 
ancaq 
mənəviyyət sahəsində tərbiyə etməlidirlər. 
Həzrəti 
əli 
əleyhissəlam 
Nəhcül-bəlağədə 
buyurur: 


 
 
48 
48 
“özünü  camaata  rəhbər  və  qabaqcıl  tanıtdıran 
şəxs, ilk mərhələdə özünü islah etməli və nəfsindən 
hesab  çəkməlidir.  Yalnız  bu  xüsusiyyətlərə  malik 
olan  şəxs,  “mən  cəmiyyətin  rəhbəri,  vaizi, 
yolgöstərəni, 
müəllimi, 
tərbiyəçisi 
və 
islahatçısıyam”-deyə iddia edə bilər.” 
O həzrət öz sözlərinin davamında buyurur: 
“özünü  tərbiyə  edən  şəxs  başqalarının  təlim-
tərbiyəsi  ilə  məşğul  olan  şəxsdən  daha  artıq 
hörmətə  layiqdir,  çünki  özünü  islah  etmək  daha 
çətin və daha əhəmiyyətlidir.” 
əmirəl-möminin  (ə)-ın  elə  sözləri  var  ki,  qızıl 
suyu  ilə  yazılsa  belə,  yenə  də  azdır.  Dil,  danışıq  və 
sözdə  haqq  ədalətin  dairəsi  olduqca  genişdir.  Söz 
mərhələsinə  gəldikdə  isə,  bütün  danışıqlar  haqq  və 
həqiqət  əsasında  olur,  amma  əməl  sahəsində  haqq 
mütləq  şəkildə  unudulur.  İnsan  asanlıqla  haqqa 
əsaslanıb danışdığı sözlərə əməl etmək istədikdə, bu 
işin nə qədər çətin olduğunu başa düşər. 
Möminlərə  müjdə  ver  ki,  əgər  tövbə  və  ibadət 
etdikdən sonra əmr be məruf və nəhy əz  münkərlə 
məşğul  olsalar, daha artıq müvəffəq olacaqlar. əgər 
bir adam əmr be məruf və nəhy əz münkəri tərk etsə 
və  qalan  vacibatın  hamısını  yerinə  yetirsə,  onda 
onun  bu  əməllərinin  faydası  yoxdur  və  ondan 


 
 
49 
49 
uzaqlaşmaq  lazımdır,  hətta  o  adam  özü  tövbə 
etmədən  başqalarını  tövbəyə  dəvət  etsə  belə,  onu 
tərk etmək lazımdır. 
əmirəl-möminin əli (ə) buyurur: 
“Allah, əmr be məruf etdiyi işin əksinə əməl edən 
adamlara lənət etsin. Allah, özləri günaha alışdıqları 
zaman  başqalarını  nəhy  əz  münkər  edənlərə  lənət 
eləsin. 
Ariflərin  nəzərincə  zahidin  dörd  müxtəlif  yolu 
vardır: 
“Seyrun minəl xəlqi iləl həqq” 
1.Yəni: Xalq və təbiətdən Allaha doğru yönəlmək; 
“Seyrun bil həqqi fil həqq” 
2.Yəni:  Allahda  seyr  etmək,  yəni  ilahi  mərifət 
qazanmaq; 
“Seyrun minəl həqqi iləl xəlq” 
3.Yəni:  Allahdan  bəndələrə  doğru  seyr  etmək, 
camaatı tərbiyələndirmək üçün gəlmək; 
“Seyrun bil həqqi fil xəlq” 
4.Yəni: Həqiqətdə xalq arasında seyr etmək; 
Burada demək istəyirlər ki, özü tövbə edən şəxs, 
əmr be məruf və nəhy əz münkər etməyə layiqdir. 
Məlumdur  ki,  imam  Hüseyn  əleyhissəlamın 
hərəkatı öz yüksək qiymətini əmr be məruf və nəhy 
əz münkərdən almışdır. 


 
 
50 
50 
İndi bilmək lazımdır ki, görəsən əmr be məruf nə 
qədər  əhəmiyyətli  bir  məsələdir  ki,  Hüseyn  ibni  əli 
(ə)  kimi  bir  şəxsiyyət  öz  canını  bu  yolda  qurban 
verib şəhid oldu? Və  ümumiyyətlə bilmək lazımdır 
ki, belə bir insanın bu yolda qurban getməsi necə bir 
işdir?  Bəli!  əmr  be  məruf  və  nəhy  əz  münkər 
məsələsi, 
islamın 
əbədi 
varlığının 
birinci 
zəmanətçisidir çünki bu olmazsa, islam da olmaz! 
Sizin  bir  eviniz,  avtomobiliniz,  fabrikiniz  olsa  və 
onlara baş çəkməzsinizsə və ya bacarıqlı bir ixtisasçı 
mühəndisi 
vəzifəyə 
götürməzsinizsə, 
onda 
vəziyyətin qarışdığını  görəcəksiniz və artıq bundan 
sonra  işi  davam  etdirmək  mümkün  olmayacaqdır. 
Cəmiyyət  də  belədir,  bəlkə  bundan  da  yüz  dərəcə 
üstündür!  Görəsən  həkimə  ehtiyacı  olmayan  bir 
insan tapılarmı? 
İnsan ya özü-öz vücudunun həkimi olmalıdır, ya 
da öz sağlamlığını qorumaq üçün göz, qulaq, burun 
və  əsəb  xəstəlikləri  mütəxəssislərinə  müraciət 
etməlidir.  Çünki  insanın  bədən  üzvləri  müxtəlif 
ixtisasçı həkimlərə möhtacdır. Bununla belə, demək 
olarmı  ki,  cəmiyyətin  nəzarət  və  idarəyə  ehtiyacı 
yoxdur? Belə bir şey mümkün ola bilərmi? Heç vaxt! 
Ona görə ki, Hüseyn ibni əli əleyhissəlamın əmr be 
məruf  və  nəhy  əz  münkər  yolunda,  yəni  islamın 


 
 
51 
51 
əbədi  həyatının  zəmanətçisi  olan  ən  mühüm  üsul 
yolunda  şəhid  oldu.  Yəni,  əgər  bu  qanun  (əmr  be 
məruf  və  nəhy  əz  münkər)  olmasaydı,  hər  yeri 
təzyiq,  iğtişaş  və  ayrılıq  bürüyəcəkdi.  Demək  bu 
məsələ  böyük  bir  əhəmiyyətə  malik  olduğu  üçün 
imam Hüseyn (ə) bu yolda şəhid oldu. 
Qurani-məcid aşkar şəkildə keçmiş cəmiyyətlərin 
dağılıb  məhv  olma  səbəbini,  onların  arasında  əmr 
be  məruf  və  nəhy  əz  münkər  kimi  islahedici  bir 
qanunun olmamasında görmüşdür. 
əmr be məruf və nəhy əz münkərin 
şərtləri 
əmr  be  məruf və  nəhy  əz  münkərə  başlamazdan 
əvvəl, onun necəliyini və şərtlərini öyrənməliyik. 
1.Məruf və münkər nə deməkdir? 
İslam  dinində  əmr  be  məruf  və  nəhy  əz  münkər 
məsələsi  ancaq  müamilə,  ibadət,  ailə  mühiti  və 
davranışa həsr olunmur. 
Həmin səbəbə əsasən, burada məruf sözü ümumi 
mənada  işlənmişdir.  Çirkin  və  pis  işlərin  xilafına 
olan hər hansı bir yaxşı əmələ “məruf” deyirik. əmr 
be məruf yaxşılığa dəvət etmək, nəhy əz münkər isə 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə