İmam hüseynin qiyami və onu doğuran səBƏBLƏR



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə5/23
tarix19.10.2018
ölçüsü0,74 Mb.
#75091
1   2   3   4   5   6   7   8   9   ...   23

 
 
22 
22 
hökumət  məmurları  yol  uzunu  sizin  hərəkətinizə 
maneə törətməklə münaqişə yaratsınlar.! 
Həzrət,  igidlik  və  qəhrəmanlıq  əhval-ruhiyyəsi 
ilə  buyurudu:  “Mən  qaçaqçılar,  oğrular  və  fərarilər 
kimi  cığırlarla  getmək  istəmirəm.  Mən  mərkəzi 
yolla  gedəcəyəm,  hər  şey  Allah  istədiyi  kimi 
olacaqdır...” 
Demək,  Yezidin  imam  Hüseyn  əleyhissəlamdan 
beyət  istəməsi  bu  qiyamın  birinci  amili  idi.  Yezid 
xüsusi  bir  məktubda  Mədinə  hakiminə  belə 
yazmışdı:
 
Hüseyndən  beyət  almaq  üçün  onu  yaxalayıb 
saxlayın.” 
İmam 
Hüseyn 
əleyhissəlam 
tam 
qətiyyətlə  onların  qarşısında  dayanmış  və  heç  bir 
vəchlə  Yezidə  beyət  etməyəcəyini  bildirmişdi. 
Kərbəlada ömrünün son anlarında da belə ömər Səd 
gəlib  danışıq  yolu  ilə  imamı  beyət  etməyə  razı 
salmaq  istədikdə,  o  həzrət  yenə  də  razı  olmayaraq 
elə həmin ilk gündə söylədiyi sözləri bir daha təkrar 
etdi:
 
“Yox!  Allaha  and  olsun,  heç  vaxt  sizlərə  əl  verib 
beyət etməyəcəyəm. Bu gün belə bir vəziyyətdə - öz 
ölümümü,  əzizlərimin  ölümünü  və  ailəmin  əsir 
düşməsini  gördüyüm  halda,  yenə  də  Yezidə  beyət 
etməyə razı deyiləm.”
 
 


 
 
23 
23 
İkinci amil dəvət 
Bəzilərinin  dediklərinə  əsasən,  kufəlilərin  dəvəti 
bu  hərəkatın  əsas  səbəbi  imiş.  Müaviyənin 
ölmündən sonra kufəlilər Həzrəti İmam (ə)-ı Kufəyə 
çağırıb,  onu  xəlifə  təyin  etmək  istəyirdilər.  Halbuki 
məsələ belə deyilidi, çünki Rəcəb ayının sonu, Yezid 
hökmdarlığının  əvvəlində  İmam  (ə)  beyətdən 
imtina  etdiyi  üçün  Məkkəyə  getmişdi.  Məkkə 
təhlükəsiz  məkan  və  Allahın  toxunulmaz  hərəmi 
idi.  Müsəlmanlar  Məkkə  şəhərini  möhtərəm 
bildikləri  üçün  hökumət  də  naçar  qalıb  bu 
müqəddəs məkana hörmətlə yanaşmalı idi. 
Müaviyə  dünyadan  getdikdən  sonra  hələ  onun 
ölüm  xəbəri  Kufəyə  çatmamış  İmam  Məkkəyə 
doğru  yollandı.  Çünki  Məkkə  təkcə  təhlükəsiz  bir 
yer yox, həm də müsəlmanların ictimai mərkəzi idi. 
Rəcəb və Şəban ayı həcci-ümrə mövsümü olduğuna 
görə,  camaat  ətraf  kənd  və  şəhərlərdən  Məkkəyə 
gəlirdilər.  İmam  əleyhissəlam  isə  camaata  təbliğ 
etmək  üçün  bu  müqəddəs  məkana  gəldi.  Bu 
hadisədən  bir-iki  ay  sonra  kufəlilərin  məktubu 
İmama gəlib çatdı. İmam Hüseyn əleyhissəlam Kufə 
camaatının 
göndərdiyi 
məktubları 
nəzərə 
almayaraq 
öz 
qiyamını 
Mədinədən 
başladı. 
Məktublar  İmamın  əlinə  çatmamış  İmam  beyətdən 


 
 
24 
24 
imtina  etmişdi.  İmamın  təbliğləri  Yezidə  böyük  bir 
təhlükə yaratmışdı. 
Bununla  belə  Kufə  camaatının  dəvəti  bu 
hərəkatın əsas amillərindən deyil, onda cüzi bir təsir 
yaradan  səbəblərdən  biri  idi.  Kufəlilərin  bu  işi 
(məktubları)  İmama  münasib  bir  şərait  yaratdığı 
üçün təqdirə layiqdir. Çünki, əgər bu iş baş tutsaydı 
islam  ordusunun  böyük  mərkəzi  olan  bir  əyalət 
İmamın  ixtiyarına  verilirdi.  Xatırladaq  ki,  Kufə 
şəhəri islami ölkələrin müqəddəratında çox mühüm 
rol  ifa  edirdi.  əgər  kufəlilər  bağladıqları  əhd-
peymana  sadiq  qalsaydılar,  mütləq  imam  Hüseyn 
əleyhissəlam  müvəffəqiyyət  qazanardı.  O  zaman 
Kufəni  Məkkə,  Mədinə  və  Xorasanla  müqayisə 
etmək  olmazdı.  Şam  Kufənin  yeganə  rəqibi  idi.  O 
zaman  islamın  iki  mühüm  mərkəzi  var  idi  -  biri 
Kufə,  digəri  isə  Şam.  Kufə  əhalisinin  dəvəti  bu 
hərəkatın  formalaşmasında  olduqca  böyük  təsir 
göstərdi.  İmam  Hüseyn  əleyhissəlam  Məkkə 
münaqişə  mərkəzi  olmasın  deyə,  oradan  çıxdı. 
Çünki belə bir şəraitdə oranı mərkəz seçmək heç cür 
məsləhət  deyildi.  Kufəlilərin  dəvəti  ibni  Abbasın 
təklifinin rədd olmasına səbəb oldu. İbni Abbas “siz 
Yəmən  dağalarına  gedib  oranı  özünüzə  sığınacaq 
edin!”-deyə  İmama  təklif  etmişdi.  İmam  onun  bu 


 
 
25 
25 
təklifini  qəbul  etməyib  cəddinin  şəhəri  Mədinədə 
çıxıb Kufəyə doğru yollandı... 
Bununla belə bu dəvət əsas məsələ sayılmırdı və 
bu  iş  ancaq  qiyamın  İraqda  baş  verməsinə  və 
İmamın Kufəyə gəlməsinə səbəb oldu. 
Çünki o Həzrət Kufə sərhəddində “Hürr” ordusu 
ilə rastlaşdıqda kufəlilərə xitabən buyurdu: 
“Siz  məni  çağırmısınız,  istəmisiniz  mən  də 
gəlmişəm,  belə  edirsinizsə  qayıdıb  gedərəm.”  Bu  o 
demək deyil ki, İmam (ə) Yezidə beyət edib əmr be 
məruf  və  nəhy  əz  münkər  məsələsinə  göz  yumsun 
və  ya  evdə  oturub  heç  bir  işlə  məşğul  olmasın. 
İmam  bütün  bu  çətinliklərə  baxmayaraq  qətiyyətlə 
buyurdu: 
“Məndən  beyət  istəyirlər,  mən  heç  vaxt  beyət 
etmərəm.  Mən  bu  hökuməti  qanuni  bilmədiyim 
üçün  Yezidə  beyət  etməkdən  çəkinməyi  özümə 
vəzifə  bilirəm.  Siz  məni  himayə  edəcəyinizə  söz 
vermisiniz,  mən  isə  söz  verənlərin  sorağına 
gəlmişəm!  Yaxşı  deyiblər  ki,  kufəlilər  əhdə  vəfa 
etməzlər!! 
Biz  öz  əsl  mərkəzimiz  olan  Məkkə,  Mədinə  və 
yaxud  Hicaza  qayıdırıq  həyatımızı  bu  yolda  itirsək 
də belə beyət etməyəcəyik.” 


 
 
26 
26 
İmamın  Kufəyə  çatana  kimi  iki-üç  yerdə  nitq 
söyləməsini görürük: 
“Siz  mənə  məktub  yazmısınız!  Nümayəndəmə 
beyət  etmisiniz!  Siz  dəvət  etdiyiniz  üçün  mən 
gəlmişəm, istəməsəydiniz gəlməzdim və...” 
Bu  sözlər  o  demək  deyil  ki,  siz  dəvət 
etməsəydiniz  mən  də  bu  fikirdən  daşınıb  Yezidə 
beyət edərdim. İmam bu sözlərlə demək istəyirdi ki, 
əgər siz  çağırmasaydınız mən Kufəyə yox, Bəsrəyə, 
Xorasana,  Yəmənə  gedərdim  və  yaxud  Məkkədən 
çıxmayıb  elə  oradaca  qalardım.  Mən  öləcəyimi 
yəqin  bilsəydim  də  beyətdən  imtina  edərək  öz 
etirazımı  bildirərdim,  cəddimin  şəhəri  Mədinəyə 
gedib  orada  dostum,  köməkçim  olmasaydı  da  belə, 
son nəfəsədək müqavimət göstərib beyət etməzdim! 
İmam  bu  amilin  təsirindən  Məkkədən  Kufəyə 
gəldi. əlbəttə demək istəmirəm ki, əgər onlar imamı 
dəvət  etməsəydilər,  o  Həzrət  mütləq  Mədinədə 
qalacaqdı.  Tarix  göstərir  ki,  İmam  Mədinədə 
qalmağa  razı  deyilmiş,  Məkkənin  də  vəziyyəti 
Kufədən yaxşı deyildi. Tarixdə mövcud olan bir çox 
faktlara əsasən, onlar İmam beyət etmədiyi təqdirdə 
onu öldürmək qərarına gəlmişdilər. 
Kuleyni və başqaları rəvayət etmişlər: 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə