İmam hüseynin qiyami və onu doğuran səBƏBLƏR



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix19.10.2018
ölçüsü0,74 Mb.
#75091
1   2   3   4   5   6   7   8   9   ...   23

 
 
17 
17 
çalışmalıdırlar.  Çünki  onlar,  islama  qarşı  biganə 
olduqları təqdirdə hökmranlıq edə bilməyəcəklərini 
başa  düşürdülər.  Müxtəlif  soylara  aid  olan  afrikalı, 
avropalı,  asiyalı  və  xüsusilə  də  iranlı  və  ərəbistanlı 
müsəlmanların  vahid  bir  hökumət  tərkibində 
yaşamaqları,  yalnız  onların  islam  və  Qurana  etiqad 
etməkləri  və  xəlifəni  islami  bir  rəhbər  kimi 
tanımaqları 
sayəsində 
mümkün 
olmuşdu. 
Məlumdur 
ki, 
müsəlmanlar 
xəlifənin 
islam 
qanunlarına  laqeyidliyini,  onun  ziddinə  əməl 
etdiyini  duyar  və  dərhal  öz  müstəqilliklərini  elan 
edərdilər... 
Çünki, İran, Şam, Suriya və Afrika əhalisinin Şam 
hökumətinə  itaət  etmələrinin  heç  bir  lüzumu  yox 
idi!!  Ağıllı,  siyasətçi  və  düşüncəli  xəlifələr  başa 
düşürdülər  ki,  zahirdə  də  olsa,  müəyyən  qədər 
islam  qanunlarına  riayət  etməlidirlər.  Lakin  Yezid 
ibni Müaviyədə belə bir düşüncə və dərrakə də yox 
idi. Açıq-aydın hər cür günaha əl atan Yezid islama 
və  camaata  qarşı  etinasızlıq  edir,  dini  hüdudları 
aşmaqdan  çəkinmir  və  aşkara  çaxır  içib,  sərxoş 
halda  məclisə  daxil  olurdu.  Amma  tarixdə  bu  kimi 
işlər Müaviyənin haqqında söylənilməmişdir. 
Bütün  tarixçilər  Yezidin  meymunbaz  olduğunu 
yazmışlar.  Onun  əbaqeys  ləqəbli  çox  sevdiyi  bir 


 
 
18 
18 
meymunu var idi. Anası bədəvi bir qadın olduğuna 
görə 
səhrada 
böyümüş 
və 
bədəvilik 
xüsusiyyətlərinə malik olmuşdu. Buna görə də o,  it 
və meymuna çox maraq göstərirdi. 
Məsudinin  Mürəvvicüz-zəhəb  adlı  kitabında 
yazdığına görə, 
Yezid 
bu 
meymuna 
ipəkdən 
toxunmuş 
rəngarəng  paltarlar  geyindirər,  onu  ölkənin  yüksək 
rütbəli  siyasi  və  hərbi  şəxsiyyətlərindən  yuxarıda, 
öz yanında oturdardı. 
İmam 
Hüseyn 
əleyhissəlam 
bu 
barədə 
buyururdu:
 
“Müsəlmanların  başçısı  Yezid  kimi  bir  şəxs  olan 
zaman islamla vidalaşmaq gərəkdir.” 
Bəli,  bu  kimi  alçaq  bir  şəxsin  vücudu,  islamın 
əleyhinə  bir  növ  əks  təbliğat  idi.  İmam  Hüseyn 
əleyhissəlamdan  belə  bir  şəxs  üçün  beyət  istəyirlər, 
lakin  o  Həzrət  bu  işdən  imtina  edərək  “Heç  vaxt 
beyət etmərəm” deyir, onlar isə heç cürə bu fikirdən 
daşınmaq  istəmirdilər.  Beyətdən  imtina  etmək  o 
deməkdir  ki,  İmam  hökumət  qarşısında  heç  bir 
məsuliyyət  daşımır,  onu  rəsmiyyətlə  tanımır, 
qayda-qanunları  qəbul  etmir  və  hökumətə  qarşı 
etiraz fəryadı yüksəldirdi. Elə həmin səbəbə  əsasən 
onlar,  İmamın  beyət  etməməsini  və  xalq  arasında 


 
 
19 
19 
azad  şəkildə  yaşamasını  qəbul  edə  bilmir  və  bu  işi 
hökumətə  qarşı  böyük  təhlükə  sanırdılar.  Belə  bir 
şəraitdə  İmam  nə  etməli  və  onların  beyət  tələbi 
qarşısında hansı mövqeyi seçməli idi?! 
İmam “beyət etmirəm”-deyə, cavab verdi. 
Onlar “beyət etməsən səni öldürərik” dedilər. 
İmam  buyurdu:  “Mən  ölümə  hazıram,  beyətə 
yox.” 
Bəni-üməyyə  tayfasından  olan  Mədinə  hakimi 
imamı  çağırtdırdı.  Söz  yox  ki,  Bəni-üməyyənin 
bütün üzvləri azğın və iyrənc adamlar idi, amma bu 
şəxs  (Mədinə  hakimi)  başqaları  ilə  müəyyən  qədər 
fərqli  idi.  İmam  (ə)  Abdullah  ibni  Zübeyr  ilə 
birlikdə  Mədinənin  Rəsulullah  məscidində  idilər. 
Bu zaman hakimin məmurları  içəri  girib hər ikisini 
hakimin yanına dəvət edərək dedi: 
Hakim  sizi  istəyir  və  sizinlə  işi  vardır.  İmam 
onun cavabında buyurdu: 
Siz gedin, biz də sonra gələrik... 
Abdullah  ibni  Zübeyr  “getməyimizin  nə  iradı 
vardır?  O,  ki,  bizi  indi  istəyib”-deyə  İmama 
müraciət etdi. İmam buyurdu: “Mənə elə gəlir ki, o, 
bizi  beyət  almaq  üçün  çağırır!”  Abdullah  ibni 
Zübeyr: “Bəli, elə mən də sizin kimi düşünürəm.” 


 
 
20 
20 
İmam  “səncə  nə  etməliyik?”-deyə  əbdüllahdan 
soruşdu: 
O,  fikirləşib  “sonra  qərarımı  söyləyərəm”-dedi. 
Abdullah gecə ikən kəsə yolla Məkkəyə qaçdı. 
İmam  əleyhissəlam  isə  Bəni  Haşim  gəncələrinin 
bir  neçəsini  öz  ətrafına  toplayıb  buyurdu:  “Siz 
eşikdə  qalın,  səsim  ucalan  zaman  içəri  daxil  olun, 
amma astadan danışsam yerinizdən tərpənməyin!” 
Uzun  illər  Mədinə  hakimi  olan  və  alçaqlıqda 
şöhrət  qazanmış  Mərvan  Həkəm  məktubu  İmama 
təqdim etdi. 
Həzrət: “Nə istəyirsiniz?” 
Mərvan çox yaltaqlıqla dedi: “Bütün xalq Yezidə 
beyət etməyə hazırdır, Müaviynin nəzəri də belədir 
və  islamın  məsləhəti  də  bunu  tələb  edir!!  Sizin  də 
beyət 
etmənizi 
xahiş 
edirəm, 
sizin 
bütün 
əmrlərinizə  itaət  olunacaqdır  və  buyurduğunuz 
nöqsanlar da aradan qaldırılacaqdır.” 
İmam: Siz nə üçün məndən beyət istəyirsiniz? 
Camaat  üçün  beyət  istəyirsiniz,  yoxsa  Allah 
üçün? 
Siz  başqalarını  beyətə  razı  etmək  üçün  məndən 
beyət  almaq  istəyirsiniz,  mənim  bu  xəlvət  otaqda 
sizə beyət etməyimin faydası nədir?!-buyurdu: 
Hakim imamın sözünü təsdiq etdi. 


 
 
21 
21 
İmam  buyurdu:  “Qalsın  sonraya,  mən  indi 
gedirəm.” 
Hakim dedi: “Çox yaxşı, gedin!” 
Mərvan  ibni  Həkəm  dedi:  Nə  deyirsiniz? 
“Buyurun  gedin”  nə  deməkdir?!  Onun  buradan 
çıxıb  getməsinin  mənası  budur  ki,  “mən  beyət 
etmirəm və etməyəcəyəm də.” 
Mərvan irəli gedib “indicə xəlifənin əmrini yerinə 
yetirməlisən”-dedi. 
Bu  söz  onun  ağzından  çıxan  kimi  İmam  onun 
yaxasından  yapışıb  göyə  qaldırdı  və  var  gücü  ilə 
yerə  çırparaq  buyurdu:  “Sənin  bu  sözləri  deməyə 
ləyaqətin  çatmır.”  İmam  oradan  çıxıb  getdi  və  üç 
gecə  Mədinədə  qaldı.  O  Həzrət  gecələr  Rəsuli-
əkrəmin  məzarı  üstünə  gedib  dua  edərdi:  “İlahi! 
Məni özün razı olduğun yola hidayət et!” 
Bir  gecə  İmam  əleyhissəlam  dua  edərək  yatır  və 
Rəsuli-əkrəmi  yuxuda  görür.  Bu  sadiq  röya  ona 
ilham və vəhy kimi bir hökm idi. Elə buna görə də o 
həzrət  ertəsi  gün  Mədinədən  çıxıb  mərkəzi  yolla 
Məkkəyə  doğru  hərəkət  etdi.  İmamla  səfərə 
çıxanların  bəzisi  deyirdilər:  “Sizin  mərkəzi  yolla 
getməyiniz  məsləhət  deyil,  yaxşısı  budur  ki, 
naməlum  cığırlarla  gedəsiniz.  Çünki  mümkündür 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə