İmam hüseynin qiyami və onu doğuran səBƏBLƏR



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə20/23
tarix19.10.2018
ölçüsü0,74 Mb.
#75091
1   ...   15   16   17   18   19   20   21   22   23

 
 
96 
96 
alan  kimi  Hüseyn  (ə)-ı  bacardığın  qədər  təzyiqə 
məruz qoy! O, bu iki yoldan birini qəbul etməlidir: 
O,  qeydsiz-şərtsiz  təslim  olmalı  və  yaxud 
müharibə edib ölməlidir, daha üçüncü yol yoxdur.” 
Tasua  günü  axşamüstü  İmam  (ə)  xeymələrin 
birisinin  girəcəyində  oturmuş  halda  yuxuya 
getmişdi ki, ömər Səd öz ordusuna müraciət edərək 
bağırıb dedi: 
«Ya xəyləllah irkəbi və bil cənnəti ibşiri» 
Hoqqabazlıq  və  riyakarlığa  baxın!!  ömər  Səd  öz 
ordusuna müraciətlə fəryad qoparıb deyir: 
“Atlarınıza  minin  ki,  mən  sizə  Behişti  bəşarət 
verirəm!!!” 
Otuz  min  nəfərdən  ibarət  olan  ordu  imam 
Hüseyn 
(ə)-ın 
xeyməsini 
dövrəyə 
almışdı. 
İnsanların,  atların  və  silahlıların  səsi  bir-birinə 
qarışıb səhraya yayılmışdı. 
Zeynəb  (s.ə)  xeymələrin  birində  ağır  vəziyyətdə 
xəstə halında yatan imam Zeynəl-abidin (ə)-a qulluq 
göstərməklə  məşğul  idi.  Zeynəb  (s.ə)  İmamın 
hüzuruna  qayıdıb  əlini  onun  çiyninə  qoyaraq: 
“Qardaş!  Buyur  gör  nə  xəbərdir?”  İmam  (ə)  başını 
qaldırıb  düşmən  ordusunun  fərqinə  varmadan 
buyurdu: 


 
 
97 
97 
Mən röya aləmində cəddim Peyğəmbəri gördüm. 
O, mənə Behişt bəşarət verərək buyurdu: 
Hüseyncan,  sən  tezliklə  Behiştə  mənim  yanıma 
gələcəksən. 
əldə  olan  bəzi  sübutlara  əsasən,  Aşura  gecəsi 
Zeynəb  üçün  ən  ağır  və  çətin  bir  gecə  idi.  Kərbəla 
hadisəsində  baş  vermiş  iki  vaqiə  Zeynəbi-Kübra 
(s.ə)-ya olduqca ağır təsir etdi. 
Birinci: 
Tasua günü axşamüstü baş verdi (yuxarıda bəyan 
etdik.) 
İkincisi: 
Aşura gecəsi. Bu gecə imam Hüseyn (ə) çox işlər 
gördü,  o  cümlədən  səhabələri  ilə  birlikdə  Aşura 
günü üçün silah hazırlayırdılar. 
əbuzərin  azad  etdiyi  “Cun”  adlı  bir  kişi  silah 
mütəxəssisi idi. Onun  xeyməsi imam Zeynəl-abidin 
(ə)-ın  xeyməsi  ilə  yanaşı  idi.  İmam  Hüseyn  (ə)  o 
kişiyə  baş  çəkmək  üçün  onun  xeyməsinə  gəlmişdi. 
İmamın tapşırığına görə, o gecə xeymələri bir-birinə 
yapışdırmışdılar.  Zeynəb  (s.ə)  qardaşoğlusu  imam 
Zeynəl-abidinin 
(ə)-a 
xidmətlə 
məşğul 
idi. 
Xeymələrin  bir-birinə  yapışdırılmasının  səbəbi 
vardı...  Bu  hədisi  imam  Zeynəl-abidin  (ə)  rəvayət 
edir: 


 
 
98 
98 
Bibim  mənim  qulluq  göstərməklə  məşğul  idi. 
Atam  Cuna  baş  çəkmək  üçün  silahlar  saxlanılan 
xeyməyə gəlmişdi. O, bu şeri öz-özünə bir neçə dəfə 
təkrar etdi. Məzmunu aşağıdakı kimidir: 
“Ey  dünya!  Sən  nə  qədər  alçaqsan!  Dostları 
bizdən ayıran ruzigar belədir. Lakim hökm ruzigar 
əlində yox, Allahın əlindədir, biz də onun rizasına 
(razılığına)  razıyıq,  biz  də  Allah  istədiyini 
istəyirik.” 
İmam Zeynəb-abidin (ə) buyurur: 
“Həm  mən,  həm  də  bibim  atamın  sözlərini 
eşidirdik. Araya mənalı bir sükut çökmüşdü.” 
Qəhr,  boğazımı  sıxırdı,  amma  bibimə  görə 
ağlamağımın  qarşısını  aldım.  əmməmi  də  qəhr 
boğmuşdu,  amma  o,  da  mənə  görə  özünü  saxlayıb 
ağlamadı,  demək  biz  ikimiz  də  ağlamaq  qarşısında 
müqavimət  göstərdik...  Nəhayət  bibim  Zeynəb 
özünü  saxlaya  bilməyib  nalə  və  fəryad  edərək, 
hönkür-hönkür ağlayıb dedi: 
Ey  kaş  dünya  viran  olaydı  və  Zeynəb  belə  bir 
vəziyyəti görməyəydi. 
Zeynəb  ağlaya-ağlaya qardaşı  imam  Hüseyn  (ə)-
ın  hüzuruna  yetişdi.  İmam  (ə)  Zeynəbin  başını 
dizinin üstünə alıb ona öyüh-nəsihət verərək dedi: 


 
 
99 
99 
“Bacıcan muğayat ol, şeytan səni sarsıdıb səbrini 
əlindən  almasın.  Bu  sözlər  nədir  ki,  danışırsan?  Nə 
üçün dünya viran olmalıdır? Şəhadət  haqdır və biz 
onunla  fəxr  edirik.  Cəddim  Peyğəmbər,  atam  əli, 
anam  Zəhra  və  qardaşım  Həsən  məndən  yaxşı 
idilər.  Onlar  getdilər,  mən  də  gedəcəyəm.  Sən 
məndən sonra bu qafiləyə başçılıq etməlisən.” 
Zeynəb (s.ə) ərz etdi: 
“Qardaşcan,  sənin  buyurduqların  haqdır,  amma 
onlar  hamısı  birdəfəlik  getməlidirlər.  əzizlərimin 
biri  şəhid  olduqda,  könlümü  o  biriləri  ilə  xoş 
edirdim,  səndən  başqa  mənim  daha  kimim  var 
qardaş?!  Bu  danışıqdan  sonra  İmam  (ə)  qardaşı 
həzrət Abbas ibni əlini çağırıb dedi: 
Qardaşcan,  dərhal  bir  neçə  nəfərlə  get  gör  nə 
xəbər  var?  Görəsən  bizimlə  vuruşmaq  istəyirlər? 
Qürub zamanı döyüş  vaxtı deyil, müharibə edənlər 
adətən  sübh  tezdən  günəş  qürub  edənədək 
vuruşurlar, olmaya yenə bir xəbər var? 
əbülfəzl  (ə)  Züheyr  ibni  Qeys  və  Həbib  ibni 
Məzahirlə  birlikdə  düşmən  ordusunun  çadırlarına 
doğru  yollanıb  onların  qarşısında  dayandılar. 
əbülfəzl-Abbas onlara müraciət edərək buyurdu: 
Mən 
qardaşımdan 
sizə 
yenə 
bir 
xəbər 
gətirmişəm, təzə bir xəbər varmı? ömər Səd dedi: 


 
 
100 
100 
Bəli, əmir bir sərəncam vermişdir, sənin qardaşın 
təslim  olmalı  və  ya  müharibəyə  hazırlaşmalıdır. 
Həzrət əbülfəzl buyurdu: 
Mən  bir  söz  deyə  bilmərəm,  qardaşımın 
hüzuruna qayıdıb ondan cavab alaram. 
İmam (ə) buyurdu: 
Biz  təslim  olan  deyilik,  son  damla  qanımıza 
qədər  vuruşacağıq.  Onlardan  müharibəni  sabaha 
qədər  yubatmalarını  tələb  et.  Bu  ona  görə  deyil  ki, 
mən  bir  gecə  artıq  yaşamağı  da  özümə  qənimət 
bilirəm,  daha  yaşayışın  mənim  üçün  heç  dəyəri 
yoxdur.  Mən  ömrümün  son  gecəsini  raz-niyaz, 
ibadət və Quran oxumaqla məşğul olmaq istəyirəm. 
Abbas  ibni  əli  gedib  qardaşının  sözlərini  onlara 
yetirdi. Onlar əvvəl qəbul etmək istəmirdilər. Lakin, 
öz aralarında ixtilaf yarandı. Onların birisi dedi: 
Siz  çox  həyasız  bəşərsiz,  çünki  biz  kafirlərlə 
vuruşduqda,  onlar  bizdən  möhlət  istədikdə  biz 
qəbul  edirik,  nə  üçün  Peyğəmbər  övladlarına  belə 
bir möhləti verməməliyik? 
Burada  ömər  Səd  ordunun  arasında  təfriqə 
yaranmasın  deyə,  İbni  Ziyadın  fərmanının  xilafına 
əməl etdi. 
O gecə (Aşura gecəsi) imam Hüseyn (ə) üçün çox 
həyəcanlı  və  iztirablı  bir  gecə  idi.  O  gecəni  imam 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə