İmam hüseynin qiyami və onu doğuran səBƏBLƏR



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə16/23
tarix19.10.2018
ölçüsü0,74 Mb.
#75091
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

 
 
76 
76 
gecəsi  isə  sonuncu  sınaq  həyata  keçirildi.  O  gecə 
imamın bütün səhabələri sınaqdan çıxdı. 
Nasixüt-təvarixin  müəllifi  səhv  edərək  yazır  ki, 
Aşura  gecəsi  imam  Hüseyn  əleyhissəlam  xütbə 
oxuyub  öz  məqsədini  bildirdikdə,  bir  dəstə  o 
Həzrəti  tərk  edib  qaçdılar.  Tarix  kitablarının  heç 
birisi bu mətləbi təsdiq etmir. Aşura gecəsi imamın 
səhabələrindən  heç  birisi  o  Həzrəti  tərk  etmədi.  O 
gecəyə  kimi  imamla  qalanlar  bütün  imtahanlardan 
çıxmışdılar. 
əgər  Aşura  gecəsi  imamın  səhabələrindən  bir 
nəfər  də  olsa  belə  düşmənə  qoşulub  özünü 
təhlükədən  qurtarsaydı,  bu  İmamın  məktəbinə 
böyük  bir  nöqsan  hesab  edilərdi.  əksinə  olaraq  o 
gecə düşmən ordusundan ayrılaraq imama qoşulan 
da  oldu.  əgər  Hüseyn  ibni  əli  əleyhissəlam  nə  kimi 
təhlükələrlə  qarşılaşacaqlarını  bildirməsəydi,  ola 
bilərdi  ki,  Kərbəla  hadisəsindən  sonra  camaatın 
yarısı qayıdıb imamın əleyhinə təbliğat aparaydılar. 
Çünki  heç  vaxt  cəbhədən  qaçanlar-“mən  qorxub 
qayıtdım”-deməz. 
əksinə hər kəs öz xeyrinə olan yalançı bir məntiq 
uydurub özünə bəraət qazandırardı. 
Hüseyn  ibni  əli  əleyhissəlam  ordu  başçılığına 
namizəd olan Hürr ibni Yəzid Riyahini özünə doğru 


 
 
77 
77 
cəlb etdi. Qeyd etmək lazımdır ki, Hürr adi bir şəxs 
deyildi.  Hamı  bilir  ki,  düşmən  ordusunda  ömər 
Səddən  sonra  ikinci  böyük  şəxsiyyət  Hürri  idi.  O, 
zirək və şücaətli bir kişi idi. Hüseyn ibni əli (ə) onu, 
özünə 
birinci 
qılınc 
çəkən 
şəxs 
olmasına 
baxmayaraq, əməli əmr be mərufla cəzb edib tövbə 
edənlərin cərgəsinə daxil etdi. Bu kişi, öz rəşadət və 
fədakarlığı  ilə  məşhur  idi.  O,  min  nəfər  atlı  ilə 
imamın qarşısını kəsməyə tapşırıq almışdı. 
İmam  əleyhissəlam  onu  kövrəltdi,  ürəyinə 
həqiqət  işığı  saldı.  O,  ilk  növbədə  dünyapərəst  bir 
adam  idi,  amma  təbiətində  olan  paklıq  onu  imam 
Hüseynə doğru yönəltdi. 
Amma,  digər  tərəfdən  də  o,  hər  bir  insanın 
vücudunda  olan  fitrətə  görə,  öz-özünə  “ölsəm,  bir 
daha  arvad-uşağımı  görməyəcəyəm,  mal-dövlətimi 
itirəcəyəm,  mən  öldükdən  sonra  bəlkə  də  düşmən 
var-yoxumu  müsadirə  edib  uşaqlarıma  heç  nə 
verməyəcək və...”-deyirdi. 
Belə  bir  vəziyyətdə  insan  iki  yolun  ayrıcında 
çaşıb  qalar.  Bir  nəfər  Hürrün  titrədiyini  gördükdə, 
ona  müraciətlə:  “Nə  üçün  titrəyirsən”-dedi.  O,  elə 
təsəvvür edirdi ki, Hürr qorxusundan titrəyir. Hürr: 
Sən  mənim  nə  kimi  vicdan  əzabı  çəkdiyimi 
bilmirsən. Mən özümü Behiştlə Cəhənnəm arasında 


 
 
78 
78 
sərgərdan  görürəm,  nəqd  cəhənnəmi,  yoxsa  nisyə 
behişti seçmək üçün tərəddüddəyəm-dedi. 
Hürr  dərin  iztirab  keçirirdi,  o,  qəti  qərara  gələ 
bilməmişdi. Düşmən  bilməsin deyə,  özünü  yavaşca 
kənara  çəkib  atını  qamçılayaraq  imam  Hüseyn 
əleyhissəlamın  xeymələrinə  doğru  getdi.  O,  imam 
Hüseyn  əleyhissəlamın  səhabələri  onun  həmlə 
edəcəyini təsəvvür etməsinlər deyə, təslim olmaq və 
aman istəmək nişanəsilə qalxanını tərsinə tutdu. 
Onunla  ilk  rastlaşan  imam  Hüseyn  əleyhissəlam 
idi.  İmam  xeymənin  qapısında  dayanmışdı.  Hürr: 
“əssəlamu  ələykə  ya  əba  əbdullah”  –deyə  salam 
verdi. Sonra İmama müraciətlə:- “Mən günahkaram, 
mən  bədbəxtəm,  mən  sizin  yolunuzu  bağlayan 
günahkaram...”-dedi. 
O, əlini Allah dərgahına uzadıb dedi: “İlahi! Mən 
sənin övliyalarını qorxutmuşam, məni bağışla!” 
Hürr 
İmama 
müraciət 
edərək: 
“Mənim 
günahlarımı  qanımdan  başqa  heç  bir  şey  yuya 
bilməz. Xahiş edirəm buyurasınız ki, mənim tövbəm 
qəbul olar yoxsa yox?” 
Həzrət buyurdu: “əlbəttə ki, qəbul olar!” 
Hürr  sevinərək  dedi:  “Tövbəm  qəbul  olduğuna 
görə Allaha şükr edirəm, indi isə meydana gedib öz 


 
 
79 
79 
qanımı  sizin  yolunuzda  axıtmaq  üçün  izn 
istəyirəm.” 
İmam 
buyurdu: 
“Ey 
Hürr! 
Sən 
bizim 
qonağımızsan,  atdan  enib  xeyməyə  gəl  ki,  sənə 
qulluq edək!” Amma Hürr atdan enmədi, icazə alıb 
meydana getdi və əbədi səadətə qovuşdu. 
Burada görürük ki, əməli əmr be məruf təbliğ və 
qiyamın dəyərini yüz dəfə artırır. 
əmr  be  məruf  və  nəhy  əz  münkər  İmamın 
qiyamını  dəyərləndirdiyi  kimi,  imam  Hüseynin 
qiyamı  da  əmr  be  məruf  və  nəhy  əz  münkəri 
dəyərləndirir.  Görəsən  bu  nə  deməkdir?  Məgər 
Hüseyn  ibni  əli  əleyhissəlam  bir  islami  qanunun 
dəyərli,  yaxud  dəyərsiz  olmasında  təsir  göstərə 
bilərmi?!  Yox,  heç  də  belə  deyildir,  biz  demək 
istəmirik  ki,  islamda  əmr  be  məruf  və  nəhy  əz 
münkər  qanunu  müəyyən  bir  dəyərə  malik  idi, 
imam  Hüseyn  (ə)  gəlib  bu  əslin  dəyərini  daha  da 
çoxaltdı. 
Bu  iş  imam  və  peyğəmbərin  yox,  ancaq  Allahın 
işidir.  Bu  üsulları  insanlar  üçün  göndərən  Allah, 
onların dərəcə və dəyərini də təyin etmişdir. Hətta, 
peyğəmbər  də  bu  kimi  üsulları  dəyişdirməyə  qadir 
deyildir. 


 
 
80 
80 
Dini  elmlərdə  məqami  isbat  və  məqami  sübut 
adlı iki müxtəlif termin vardır. 
İzah: Məsələn, bir şəhərdə neçə nəfər ürək həkimi 
olsa,  onların  eyni  səviyyəli  və  yaxud  müxtəlif 
dərəcəli  mütəxxəssis  olmaları  mümkündür.  Xalq 
bunları  bir-birindən  necə  ayırd  etməlidir?  Onları 
olduğu  kimi  tanımaq  mümkündürmü?  Bəzən 
camaat  bu  həkimləri  bir-birindən  ayırd  edə  bilərlər 
və bəzən də mümkündür ki, birinci dərəcəli həkimi 
ikinci  dərəcəli  kimi  tanısınlar.  Demək  burada 
məqami-isbatla 
məqami-sübut 
bir-birindən 
fərqlidir. 
Biz  təsəvvür  etdiyimiz  «şey»-in  mahiyyəti  onun 
həqiqi  mahiyyəti  ilə  fərqlənir.  Həqiqət  budur  ki, 
imam  Hüseyn  (ə)  əmr  be  məruf  və  nəhy  əz 
münkərin  dəyərini  islamda  yox,  islam  dünyasında 
artırdı.  Çünki  «şəyun  fi  nəfseh»  məqamında  bir 
şeyin  dəyərini  çoxaldıb-azaltmaq  Hüseyn  ibni  əli 
(ə),  Peyğəmbəri-əkrəm  (s)  və  əli  ibni  əbu  Talibin 
ixtiyarında  deyil.  Allah  özü  hər  bir  əsası  müəyyən 
qədər  dəyərləndirmişdir.  Görəsən  islami  cəmiyyət, 
islami dəyərləri məqami sübut və məqami «şeyun fi 
nəfseh»də  təyin  olunan  kimi  tanıyırmı?  Xeyr!  Çox 
vaxt  bu  məsələnin  tam  əksi  olur,  yəni  cəmiyyətdə 
birinci  dərəcədə  əhəmiyyətə  malik  olan  üsula  əsla 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə