İmam hüseynin qiyami və onu doğuran səBƏBLƏR



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə21/23
tarix19.10.2018
ölçüsü0,74 Mb.
#75091
1   ...   15   16   17   18   19   20   21   22   23

 
 
101 
101 
Hüseyn  (ə)-ın  merac  gecəsi  adlandırmış  və  öz 
səhabələrinə  və  əhli-beytinə  bu  mövzuda  bir  xütbə 
oxumuşdu: 
Mən  sizin  kimi  bir  səhabə  və  əhli-beyt 
görməmişəm.  Hamınıza  təşəkkür  edir  və  öz 
minnətdarlığımı  bildirirəm.  Lakin  bilməlisiniz  ki, 
onlar  ancaq  məni  istəyirlər  və  başqası  ilə  heç  işləri 
yoxdur.  Mənə  beyət  etmiş  olsanız  da  hamınız 
azadsınız,  getmək  istəyənlərə  heç  maniə  yoxdur. 
Sonra  səhabələrinə  tərəf  dönüb  buyurdu:  “Siz 
hərəniz  mənim  əhli-beytimin  birinin  əlini  tutub 
özünüzlə  apara  bilərsiniz.”  Amma  Hüseyn  (ə)-ın 
səhabələri  imtahandan  çıxmışdılar.  Bəzi  tarixi 
qeydlərə  əsasən,  onlar  hamısı  bir  ağızdan  fəryad 
edərək: 
“Bu  sözlər  nədir?!  Biz  səni  tənha  qoyub  gedək? 
Sənin yolunda qurban vermək üçün bir candan artıq 
bir  şeyimiz  yoxdur,  təki  Allah  bizə  min  can 
bağışlayaydı, hamısını sənə qurban edərdik.” 
Bəzi  rəvayətçilər  dediyinə  görə  ilk  dəfə  bu  sözü 
dilə gətirən şəxs həzrət Abbas idi. Nəhayət hamı öz 
vəfadarlığını  elan  etdikdən  sonra  İmam  (ə)  sözünü 
təzələyib  qeyb  aləmindəki  həqiqətlərin  başqa  birini 
onlar üçün aydınlaşdıraraq buyurdu: 


 
 
102 
102 
“Yəqin  bilin  ki,  sabah  hamımız  şəhid  olacağıq! 
Bizlərdən bir nəfər də belə diri qalmayacaqdır.” 
Onlar:-“  Bizə  şəhadət  nəsib  etdiyinə  görə  Allaha 
şükr edirik”-dedilər. 
On  üç  yaşlı  Qasim  ibni  Həsən  əmisindən  “sabah 
hamı  şəhid  olacaq”  müjdəsini  eşidən  kimi 
düşüncəyə  dalıb  öz-özünə  dedi:  “Bəlkə  də  bu  söz 
kişilərə aiddir və biz uşaqların halına şamil olmur.” 
Nigaran  və  iztirablı  bir  halda  irəli  gəlib  əmisinə 
müraciətlə: 
“Sabah mən də şəhid olacağam?”-deyə soruşdu. 
İmam (ə) buyurdu: 
“Qardaşoğlu, sən ölüm haqda necə düşünürsən?” 
Qasim  dərhal:  “Məncə,  ölüm  baldan  da  şirindir!!! 
Sabah  bu  nemət  və  ilahi  mərhəmətdən  mərhum 
olacağımdan  qorxduğum  üçün  soruşuram.”  İmam 
Hüseyn  (ə)  buyurdu:  “Bəli,  qardaşoğlu!  Sabah  sən 
ağır  bir  dərdə  mübtəla  olduqdan  sonra  şəhid 
olacaqsan...” 
İmam  Hüseyn  (ə)  bu  ağır  dərdin  nə  olduğunu 
izah  etməsə  də,  Aşura  günü    söylədikləri  aşkara 
çıxdı.  Qasim  13  yaşlı  bir  uşaq  olduğuna  görə  onun 
əyninə  uyğun  bir  zireh  tapılmadı...  O,  uşaq  olsa  da 
tam  şücaətlə  meydana  daxil  oldu  və  bir  xeyli 
vuruşduqdan  sonra  onun  başına  ağır  bir  zərbə 


 
 
103 
103 
endirib  atdan  yerə  saldılar.  İmam  Hüseyn  (ə)  çox 
nigaranlıqla 
xeymənin 
kənarında 
nəyi 
isə 
gözləyirmiş  kimi  atını  cilovlayıb  hazır  dayanmışdı. 
Həmin  dəmdə  “ya  əmi”  fəryadı  hər  yeri  bürüdü: 
“əmi can mən də getdim, əmican dadıma yet!” 
Tarixçilər  yazmışlar  ki,  Hüseyn  (ə)  özünü  bir 
anda Qasimə yetirdi. Cənab Qasim yerə düşdükdən 
sonra  düşmən  ordusundan  təxminən  iki  yüz  nəfər 
onu  dövrələyib  başını  kəsmək  istəyirdilər.  Onlar 
imam  Hüseyn  (ə)-ı  görən  kimi  aslandan  qorxmuş 
tülkü  kimi  qaçıb  gözdən  itdilər.  Qasimin  başını 
kəsmək  qəsdi  ilə  atından  enmiş  şəxs  öz  atının 
ayaqları  altında  qanına  boyanıb  Cəhənnəmə  vasil 
oldu.  Qara  toz  buludu  hər  yeri  bürümüşdü,  göz-
gözü  görmürdü,  dost  və  düşmən  bu  macəranın 
sonunu  gözləyirdi.  Qara  toz  buludu  yer  üzərinə 
çökdükdən  sonra  imam  Hüseyn  (ə)  cənab  Qasimin 
başını dizi üstə alıb buyurdu: 
“Qardaşoğlum!  Mənim  üçün  sənin  “əmican” 
fəryadını  eşidib  başının  üstündə  hazır  olmağım, 
lakin  heç  bir  iş  görə  bilməməyim  necə  də  cansıxıcı 
və ağırdır.” 
Vaxtilə  Qum  şəhərində  mərhum  hacı  şeyx 
əbdülkərim  Hairinin  hüzurunda  təşkil  olunan 
matəm  məclisində  vaiz  minbərə  çıxıb  bu  rövzəni 


 
 
104 
104 
oxuyarkən  Ayətullah  Hairi  özünü  döyüb  huşdan 
getdi.  Vaiz  minbərdən  endikdən  sonra  Ayətullah 
Hairi: 
Xahiş edirəm mən olduğum məclisdə bu rövzəni 
oxumayasan.  Çünki  onu  eştməyə  taqətim  yoxdur. 
Ravi deyir: 
“Qasimin  başı  imam  Hüseynin  (ə)  dizləri 
üstündə  olarkən,  yaralarının  ağrısından  əzab 
çəkdiyinə  görə  vurnuxurdu.  Nəhayət  o,  fəryad 
edərək əbədi olaraq dünyaya göz yumdu... 
Maraqlıdır  ki,  Qasim  imam  Hüseyn  (ə)-dan 
meydana  getmək  üçün  izn  istəyərkən  onlar 
qolboyun  olub,  bihuş  olmaq  dərəcəsinə  qədər 
ağladılar. 
Yarım  saat  ərzində  səhnə  tamamilə  dəyişilmişdi, 
Hüseyn  (ə)  Qasimi  qucaqlamışdı,  lakin  Qasimin 
qolları  ixtiyarsız  olaraq  yanına  düşmüşdü,  çünki 
artıq o, əbədi olaraq dünyaya göz yummuşdu. 
Keçən bəhslərdən nəticə çıxaraq: 
1-ötən  bəhslərdə  dediyimiz  kimi,  islam  nöqteyi 
nəzərincə  əmr  be  məruf  və  nəhy  əz  münkər 
məsələsi müəyyən bir çərçivədə məhdudlaşmır. 
İslamın  bütün  müstbət  cəhətlərinə  əmr  və  mənfi 
cəhətlərində isə nəhy etməliyik. Qurani-kərim, fiqh, 
hədislər  və  islam  tarixinə  əsasən,  əmr  be  məruf  və 


 
 
105 
105 
nəhy əz münkərdən məqsəd yüksək islami hədəflər 
uğrunda  şəriətə  uyğun  hər  hansı  bir  vsaitədən 
istifadə  etməkdir.  Daha  doğrusu,  əmr  be  məruf  və 
nəhy  əz  münkər  məsələsinin  həyata  keçirilməsi 
ancaq söz mərhələsində məhdudlaşmır. 
2-Bundan  əvvəl  dediyimiz  kimi  imam  Hüseyn 
(ə)-ın  qiyamı  müxtəlif  amillər  nəticəsində  baş 
vermişsə  də,  onun  ən  birinci  və  ən  mühüm  səbəbi 
əmr  be  məruf  və  nəhy  əz  münkər  məsələsi 
olmuşdur. 
Bu qanun islam təlimatı əsaslarının biri sayılır ki, 
islamın  müqəddəratı  məhz  həmin  əsasdan  asılıdır. 
Bu  əsl  aradan  gedərsə,  islam  cəmiyyəti  də  dağılar. 
Görəsən  bu  əsl  məsələ  ilə  əlaqədar  olan 
üzərimizdəki  vəzifəni  layiqincə  yerinə  yetirə 
bilmişikmi? 
Təəssüf  ki,  yox,  biz  nəinki  bu  məsələ  ilə  islam 
dediyi 
kimi 
maraqlanmamışıq, 
üstəlik 
ona 
əhəmiyyət verib lazımi qədər dərk etməmişik də. 
Rəsuli-əkrəm buyurdu: 
“Siz  müsəlmanlar  bir-birinizə  məsulsunuz.”  Bu 
ağır  vəzifəni  yerinə  yetirmək  üçün  yüksək  elm  və 
agahlıq  lazımdır.  Bu  ağır  vəzifənin  yerinə 
yetirilməsi  üçün  elm,  qüdrət,  imkan  və  agahlıq 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə