İmam hüseynin qiyami və onu doğuran səBƏBLƏR



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə18/23
tarix19.10.2018
ölçüsü0,74 Mb.
#75091
1   ...   15   16   17   18   19   20   21   22   23

 
 
86 
86 
Düşmən 
cürbəcür 
hiylə 
və 
planlarla 
müsəlmanların arasında təfriqə salmağa çalışır. Belə 
vəziyyətdə,  canım,  abrım  təhlükədədir,  ictimaiyyət 
bunu  bəyənmir  deyərək,  əmr  be  məruf  və  nəhy  əz 
münkərdən boyun qaçırmalıyıqmı?!!! 
Yox, heç də belə deyildir, əmr be  məruf və nəhy 
əz  münkərin  həddi-hüdudu  yoxdur.  İslamın 
hökmləri  təhlükə  ilə  rastlaşdıqda,  bütün  varlığımız 
(can,  mal,  abır,  heysiyyət  və  s...)  bahasına 
qutaracağını  yəqin  bilsək  də  belə,  tam  rəşadətlə 
ayağa  qalxıb  əmr  be  məruf  və  nəhy  əz  münkər 
etməliyik.  İmam  Hüseyn  (ə)  sübut  edir  ki,  əmr  be 
məruf və nəhy əz münkəri yerinə yetirmək üçün öz 
can, mal, sərvət və əzizlərimizi əsirgəməməli və bu 
yolda  bütün  məlamətlərə  dözməliyik.  Görəsən 
dünyada  Hüseyn  ibni  əli  (ə)  kimi  əmr  be  məruf  və 
nəhy  əz  münkər  məsələsinə  əhəmiyyət  verən  bir 
şəxs tapılarmı? 
İmam öz qiyamını başlayarkən kimsə onu təsdiq 
etmədi. 
Çünki,  onlar  elə  təsəvvür  edirdilər  ki,  İmam 
məqam  üçün  qiyam  edir  və  bunun  nəticəsi  yaxşı 
olmayacaqdır.  İmam  (ə)  onların  birinin  cavabında 
buyurdu: 
«La yəxfa ələyyəl əmr» 


 
 
87 
87 
Yəni, sən dediyini mən özüm də bilirəm. Hüseyn 
(ə)-ın nəzərincə, əmr be məruf və nəhy əz münkər o 
qədər  əhəmiyyətlidir  ki,  onun  yolunda  candan 
keçmək  də  olar.  əmr  be  məruf  və  nəhy  əz  münkər 
imam  Hüseyn  (ə)-ın  qiyamını,  İmamın  qiyamı  da 
əmr be məruf və nəhy əz münkəri dəyərləndirdi. 
əmr  be  məruf  və  nəhy  əz  münkərin  həddi-
hüdudu 
yoxdur. 
Amma 
bəzi 
xəsarətlərlə 
rastlaşdıqda  əmr  və  nəhy  etməkdən  çəkinməliyik. 
Mümkündür  ki,  insan  bir  tərəfdən  islama  xidmət 
etmək məqsədilə əmr  be məruf və nəhy əz münkər 
etsin,  amma  eyni  halda  həmin  işin  nəticəsində 
xidmətindən neçə dəfə artıq islama xəsarət yetirsin. 
Belə olarsa, insan əmr be məruf və nəhy əz münkər 
etməməlidir. 
Bir çox  insanlar var ki, nəhy əz münkər etmələri 
heç  nəticə  vermir,  üstəlik  nəhy  etdikləri  şəxsin 
könlündə islama qarşı nifrət hissi də oyadırlar. 
Hüseyn  ibni  əli  (ə)  öz  qiyamının  səbəblərindən 
birinin əmr be məruf və nəhy əz münkər olduğunu 
bəyan etmişdir. 
Müaviyənin  zamanında  İmamın  davranışından 
onun  mühüm  bir  qiyam  üçün  hazırlıq  gördüyünü 
seçmək  olardı.  Bəzi  rəvayətlərə  əsasən,  İmam, 
minada Peyğəmbərin səhabələrini bir yerə toplayar, 


 
 
88 
88 
danışar,  həqiqəti  onlara  açıqlayar  və  ictimaiyyətin 
vəziyyətini  əks  etdirərmiş.  O  Həzrət  buyurdu:  “Bu 
vəzifə  (əmr  be  məruf  və  nəhy  əz  münkər)  sizin 
üzərinizə  düşmüşdür.”  Bu  macəra  “Töhəfül-üqul” 
adlı kitabda geniş surətdə nəql olunmuşdur. 
Hüseyn 
(ə), 
Müaviyənin 
ömrünün 
son 
günlərində  ona  göndərdiyi  bir  məktubda  belə 
yazırdı:  “Ey  Müaviyə  ibni  əbi  Süfyan,  Allaha  and 
olsun! 
Mən 
Allah 
dərgahında 
təqsirkar 
olduğumdan qorxduğuma görə sənə qarşı mübarizə 
aparmıram.” 
İmam  bu  məktubla  Müaviyəyə  bildirmək  istəyir 
ki,  mənim  sakit  oturub  dinməməyim,  mübarizə 
fikrində  olmamağım  mənasında  deyil,  əksinə  mən 
mübarizə üçün münasib bir fürsət axtarıram. 
İmam  Məkkdən  çıxdığı  gün  Məhəmməd  ibni 
Hənəfiyyəyə  yazdığı  vəsiyyətnamədə  öz  qiyamının 
səbəbini belə bəyan etdi: 
“Həqiqətən  mən,  şər  yaratmaq,  fitnə-fəsad 
törətmək,  zülm  və  xoşgüzəranlıq  üçün  deyil, 
cəddimin ümmətini islah etmək, əmr be məruf və 
nəhy əz münkər etmək üçün çıxmışam.” 
İmam  Hüseyn  yol  uzunu  bir  neçə  dəfə  əmr  be 
məruf  və  nəhy  əz  münkər  məsələsindən  söhbət 
açmış, amma bir dəfə də olsun belə beyət, ya dəvət 


 
 
89 
89 
sözünü  dilinə  gətirməmişdir.  Maraqlıdır  ki,  İmam 
yol  uzunu  qorxunc  və  məyusedici  xəbərlər 
eşidərkən,  əhval-ruhiyyəsi  zəifləməmiş,  üstəlik 
əvvəlkindən  daha  kəskin  xütbələr  oxumağa  davam 
etmişdir.  İmam  əleyhissəlam  Müslümün  şəhadət 
xəbərini  eşitdikdə  məşhur  bir  xütbə  oxumağa 
başladı: 
«İnnəd-dünya  qəd  təğəyyərət  və  tənəkkərət  və 
ədbərə mərufəha vəstəmərrət hiza» 
Sonra buyurdu: 
«əla  təraovnə  ənnəl  həqqə  la  yuməlu  bihi  və 
ənnəl batilə la yətənahi ənhu liyərğəbəl mominu fi 
liqaillahi məhqa» 
“Məgər  görmürsünüz  ki,  haqqa  əməl  olunmur, 
ilahi  qanunlar  isə  tapdalanır?  Bir  belə  fəsadın 
yayılmasını  və  kimsənin  [günahkarları  gördükləri 
işlərdən]  çəkindirməməyini  görmürsünüz?  Belə  bir 
vəziyyətdə  möminlər,  Allaha  qovuşmalarını  nəzərə 
alaraq öz canlarından keçməlidirlər.” 
Burada görürük ki, imam Hüseyn (ə) bu işi ancaq 
özünə  deyil,  eləcə  də  bütün  möminlərə  borc 
bilmişdir. İndi isə əmr be məruf və nəhy əz münkər 
məsələsinin  nə  qədər  əhəmiyyətli  olduğunu  başa 
düşürük.  İmam  yol  uzunu  bəyan  etdiyi  başqa  bir 
xütbədə o dövrün vəziyyətini belə açıqlayır: 


 
 
90 
90 
«İnni la ərəl movtə illa səadətən vəl həyatə məz-
zaliminə illa bərma» 
“Ey  camaat!  Mən  belə  bir  vəziyyətdə  ölümü 
səadət  və  şəhadətdən  başqa  bir  şey  bilmirəm.  Mən 
bu  vəziyyətdə  ölümü  haqq  yolunda  şəhid  olmaq, 
sitəmkar  və  zalımlarla  yaşamağı  alçaqlıq  bilirəm. 
Mən  sitəmkarlarla  saziş  edən  deyiləm.”  İmam  İraq 
sərhəddinə  yetişərkən  Hürr  ibni  Yəzidi  Riyahın 
ordusu  ilə  rastlaşdı,  o,  min  atlı  ilə  İmamı  qarşısını 
kəsmək  və  o  həzrəti  Kufəyə  aparmaq  haqqında 
göstəriş  almışdı.  Demək  olar  ki,  təqribən  bütün 
ümidlər  üzülmüşdü.  İmam  bu  həssas  mövqedə 
Rəsuli-əkrəmin  əmr  be  məruf  və  nəhy  əz  münkərə 
aid hədislərindən bir nümunəsini bəyan etdi: 
“Ey  camaat,  hər  kim  Allahın  qanunlarını 
dəyişdirən, halalı haram və haramı isə halal edən, 
beytül-malı öz könlü istədiyi kimi xərcləyən, ilahi 
hüdudları  aşan  və  müsəlmanların  qanını  axıdan 
bir  hökuməti  görüb  sakit  otursa,  Allah  onları 
zalımların məskəni olan Cəhənnəmə aparar.” 
Bu  ilahi  bir  qanundur,  həqiqətən,  Allah  bu  işi 
görəcəkdir. Sonra o Həzrət buyurdu: 
“Bu  gün  hökumət  edənlər  (Ali-üməyyə)  də:-
belədirlər.  Onlar  halalları  haram  və  haramları  isə 
halal  etdilər,  ilahi  hədləri  aşıb  müsəlmanların 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə