İmam hüseynin qiyami və onu doğuran səBƏBLƏR


  91  beytlü-malını öz şəxsi malları kimi xərclədilər. Bu



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə19/23
tarix19.10.2018
ölçüsü0,74 Mb.
#75091
1   ...   15   16   17   18   19   20   21   22   23

 
 
91 
91 
beytlü-malını öz şəxsi malları kimi xərclədilər. Bu 
vəziyyəti  müşahidə  edib  heç  bir  söz  demədən 
sakit oturan şəxs onlardan (zalımlardan) sayılır.” 
İmam öz sözünə davam edərək: “Mən, cəddimin 
əmrlərini  yerinə  yetirmək  üçün  başqalarından 
daha ləyaqətliyəm.” 
Biz  imam  Hüseyn  əleyhissəlamın  xüsusiyyətləri 
ilə  tanış  olduq.  Həqiqətən  onun  adı  tarix  boyu 
yaşamalıdır. Çünki o, ancaq özünü yox, cəmiyyətini 
düşünürdü.  O,  özünü  bəşəri  müqəddəsliklərə, 
tövhidə  və  ədalətə  fəda  etdi.  Elə  buna  görədir  ki, 
xalq hamılıqla onu sevir. Biz, mənəm-mənəmlikdən 
uzaq,  sədaqətli  və  insani  duyğulara  malik  olan  bir 
şəxsi ürəkdən sevər və onu özümüzdən bilərik... 
İmam İraq sərhəddində Hürr ordusu ilə rastlaşdı. 
Onlar  imam  Hüseyn  əleyhissəlamı  Kufəyə  aparıb 
həbsxanada  öz  nəzarətləri  altında  saxlamaq 
istəyirdilər.  İmam  (ə)  onlara  boyun  əyməyib  bu 
işdən imtina edərək buyurdu: 
“Heç  vaxt  gəlmərəm.”  Nəhayət  onlar  bir  sıra 
danışıqlardan sonra belə qərara gəldilər ki, İmam nə 
Kufəyə, nə də Mədinəyə bəlkə Kərbəlaya getsin. 
Məhərrəm  ayının  ikinci  günü  İmam  (ə)  öz 
səhabələri  və  əhli-əyalı  ilə  birlikdə  Kərbəlaya  daxil 
olub xeymələri qurmağa başladı. Onların qarşısında 


 
 
92 
92 
da  düşmən  ordusu  çadır  qurdu.  Düşmən  daimən 
get-gəl  etməkdə  idi.  Məhərrəm  ayının  6-a  qədər 
düşmənin sayı otuz minə çatdı. Ziyadın oğlu Səd öz 
oğlunu  ordu  başçılığına  təyin  etmək  qərarına 
gəlmişdi. 
Səd  həzrət  əli  (ə)-ın  zamanında  müxalifətə 
çəkildiyinə  görə  şiələrin  nəzərində  müsbət  bir 
şəxsiyyət  olmasa  da,  Peyğəmbər  dövründəki 
müharibələrdə  iştirak  edib  özünə  şöhrət  qazana 
bilmişdi.  Həmin  səbəbə  əsasən,  İbni  Ziyad  ömər 
Sədi  ordu  başçılığına  təyin  etməklə,  imam  Hüseyn 
(ə)-ın  əleyhinə  apardığı  müharibəni  islamın  ilk 
dövründəki  müharibələr  kimi  qələmə  vermək 
istəyirdi. 
Sədin oğlu təqribən qanacaqlı bir insan idi və heç 
vəchlə bu məsuliyyəti qəbul etmək istəmirdi. O, İbni 
Ziyada çox yalvarıb: “Məni bu işdən azad et!”-dedi. 
İbni  Ziyad  bir  hökmə  əsasən  Rey,  Tehran, 
Qurqan  və  Gilanatın  hökumətini  onun  öhdəsinə 
qoymuşdu. İbni Ziyad ömər Sədin zəif damarından 
istifadə  edərək  dedi:  “Mənim  hökumətimi  özümə 
qaytar  və  könlün  istədiyin  yerə  get.”  Məqam  və 
vəzifəyə  uyan  İbni  Səd:  “İzn  ver,  bir  müddət 
fikirləşim,”  dedi.  O,  gedib  öz  qohum-əqrəbaları  və 
dost-tanışları  ilə  məsləhətləşdi.  Onlar  hamısı  İbni 


 
 
93 
93 
Sədi bu  işdən çəkindirdilər. Lakin tamahkarlıq İbni 
Sədin  gözünü  tutmuşdu  və  onu  fikirləşməyə 
qoymurdu. İbni Səd nə birinci işdən keçə bilir, nə də 
ikinci  işlə  razılaşa  bilirdi.  Elə  buna  görə  də  sülh 
bərqərar  etməklə  əlini  imam  Hüseyn  (ə)-ın  qanına 
batırmamağa  olduqca  cəhd  göstərirdi.  Təbərinin 
yazdığına  əsasən,  İbni  Səd  üç  dəfə  imam  Hüseyn 
(ə)-la  müzakirə  etdi.  Bu  müzakirələrdə  ancaq  onlar 
ikisi  iştirak  etdiyinə  görə,  onun  mətnindən  İbni 
Sədin  özü  və  imamlar  nəql  etdiyindən  savayı 
düzgün bir xəbər əldə yoxdur. İbni Səd sülhə zəmin 
yaratmaq  üçün  bacardıqca  cəhd  göstərdi,  bəzən  də 
öz  məqsədinə  (sülhə)  çatmaq  üçün  özündən 
yalanlar uydurub söyləyirdi. Ubeydullah ibni Ziyad 
ibni Sədin son məktubunu oxuyub fikrə daldı və öz-
özünə:  “Bəlkə  də  bu  qəziyyəni  sülh  yolu  ilə  həll 
etmək oldu”-dedi. Amma necə deyərlər Ubeydullah 
ibni  Ziyadın  başına  toplaşan,  aşdan  isti  kasaların 
birisi  (Şimr  ibni  Zilcovşən)  ayağa  qalxıb  belə  dedi: 
“Ey  əmir,  o,  səhv  edir,  bu  gün  artıq  Hüseyn  (ə) 
sənin  əlində  giriftardır.  O,  bizim  əlimizdən  xilas 
olsa,  vəziyyət  daha  da  gərginləşər.  Çünki  burada 
onun  tərəfdarları  və  atasının  şiələri  az  deyildir. 
Üstəlik  haradan  məlumdur  ki,  dünyanın  müxtəlif 
məntəqələrində yaşayan şiələr, bir yerə toplaşıb onu 


 
 
94 
94 
himayə  etməsinlər,  onda  sən  daha  Hüseyn  (ə)-ın 
öhdəsindən  gələ  bilməzsən.  Ubeydullah  yuxudan 
hövlənak ayılmışlar kimi: 
“Doğru deyirsən”-dedi: 
O,  qəzəbli  bir  ifadə  ilə  ömər  Sədə  işarə  edərək: 
“Az  qala  bu  kişi  bizi  qafil  etmişdi”-dedi  və  dərhal 
ömər  Sədə  belə  bir  məktub  yazıb  göndərdi:  “Bizə 
ağsaqqallıq  edib  öyüd-nəsihət  yazmağın  üçün  səni 
oraya  göndərməmişik,  sən  bir  məmur  olduğuna 
görə  inzibatçı  da  olmalısan,  ancaq  mən  əmr 
etdiklərimi  yerinə  yetirməlisən,  istəmirsənsə  bu 
vəzifədən kənara çəkil, biz onu başqasının öhdəsinə 
qoyarıq.”  Ubeydullah  bu  məktubu  ömər  Sədə 
çatdırmaq üçün Şimr ibni Zilcovşənə verdi. Bundan 
əlavə  Şimrin  özünə  də  məhrəmanə  bir  kağız  yazdı 
ki:  “əgər  ömər  Səd  Hüseyn  (ə)-la  müharibə 
etməkdən  çəkinərsə,  onun  boynunu  vurub  başını 
mənə  göndər  və  bu  hökmə  əsasən  ordunun 
başçılığını öz öhdənə götür. 
Tasua  günü  günortaüstü  Şimr  ibni  Zilcovşən 
Kərbəlaya  çatıb  məktubu  ömər  Sədə  verdi.  Tasua 
Peyğəmbərin  əhli-beyti  üçün  çox  ağır  və  qəmli  bir 
gün idi. İmam Sadiq (ə) buyurmuşdur: 
«İnnə tasua yovmun hosərə fihil huseyn» 


 
 
95 
95 
Tasua  günü  imam  Hüseyn  (ə)  çox  çətin  bir 
mühasirəyə düşmüşdü. ömər Sədin qoşununa çoxlu 
kömək  yetişirdi,  amma  Peyğəmbərin  əhli-beytinə 
heç kim yardım göstərmirdi. Allahın lənətinə gəlmiş 
Şimr  ibni  Zilcovşən  Tasua  günü  günortaüstü 
Kərbəlaya  yetişib  İbni  Ziyadın  məktubunu  ona 
təqdim  etdi.  əgər  ömər  Səd  Hüseyn  (ə)-la 
vuruşmağa razı olmasaydı, Şimr ibni Zilcovşən ibni 
Ziyaddan  aldığı  məhrəmanə  hökmə  əsasən  onun 
boynunu  vurub  başını  Ubeydullaha  göndərəcək  və 
özü  ordunun  başçılığını  öhdəsinə  götürəcəkdi. 
Lakin  Şimrin  gözlədiyinin  əksinə  olaraq  ömər  Səd 
diqqətlə  onu  oxuyub  dedi:  “Mənim  bu  məktubum 
İbni  Ziyada  çox  təsir  göstərə  bilərmiş,  sən  mane 
olmusan...” Şimr dedi: 
İndi  bu  sözlərin  vaxtı  deyil,  son  fikrin  nədir, 
vuruşursan yoxsa istefa verirsən? 
Vuruşuram-deyə ömər Səd cavab verdi. 
Şimr: 
İndi mənim vəzifəm nədir?-dedi: 
ömər Səd: 
Sıravi  əskərlərin  başçılığını  sənin  öhdənə 
qoydum.  Ubeydulah  ibni  Ziyad  ömər  Sədə 
göndərdiyi  məktubda  belə  yazmışdı:  “Bu  məktubu 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə