Illik hesabat 2012. indd



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə8/42
tarix21.10.2017
ölçüsü1,02 Mb.
#6309
1   ...   4   5   6   7   8   9   10   11   ...   42

36

İNVESTİSİYA STRATEGİYASI VƏ RİSKLƏRİN İDARƏ EDİLMƏSİ 

İLL

İK HESABAT



2012

İLL


İK HESABAT

2012


AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

İNVESTİSİYA STRATEGİYASI VƏ RİSKLƏRİN İDARƏ EDİLMƏSİ 

37

Qızıl

2012-ci ildə qızılın qiymətinə təsir göstərən ən önəmli amillər mərkəzi bankların artan tələbi, Çin 

və Hindistanın istehlak tələbi və bir çox inkişaf etmiş ölkələrin mərkəzi bankları tərəfindən həyata 

keçirilən yumşaq pul siyasətləri (quantitative easing) olmuşdur. Dünyanın bir çox ölkəsinin mərkəzi 

bankları öz ehtiyatlarının diversifikasiyasını yüksəltmək məqsədilə cari ildə  qızıl ehtiyatlarının 

həcmini köklü surətdə artırmışlar. Xüsusilə 2012-ci ildə Türkiyə, Rusiya, Filippin, Qazaxıstan və 

Koreya mərkəzi bankları öz ehtiyatlarındakı qızılın payını ciddi şəkildə artırmışlar. İl ərzində Çinin 

Honq Konqdan idxal etdiyi qızılın miqdarında ciddi yüksəliş, Hindistanın isə  qızıl istehlakında 

ciddi eniş yaşanmışdır. Buna əsas səbəb kimi ölkənin xarici ticarət balansında uzun illərdən bəri 

yaşanan defisitin aradan qaldırılması istiqamətində aidiyyatı dövlət orqanlarının həyata keçirdikləri 

müvafiq islahatları göstərmək olar. Mərkəzi bankların həyata keçirdikləri yumşaq pul siyasətinin 

də qızılın qiymətində önəmli təsiri olmuşdur. Belə ki, bu siyasətin üçüncü mərhələsinin həyata 

keçirilməyə başlanılması ilin üçüncü rübündə qızılın qiymətinin təxminən 12%-ə qədər yüksəlməsi 

ilə nəticələnmişdir.



Qrafik 3.1.8. 

Qızılın qiymətinin illər üzrə dinamikası (1972-2012-ci illər, ABŞ dolları/

1 unsiya)

Mənbə: Blumberq

3.2. Neft Fondunun investisiya portfeli

Cari ildə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, 

yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a  edilmiş 27 oktyabr  2011-ci il tarixli əlavə 

və dəyişikliklərə əsasən Fondun investisiya portfelinə yeni maliyyə alətləri, o cümlədən valyutalar 

daxil edilmişdir. Nəticədə 2012-ci ilin sonuna investisiya portfelində sabit gəlirli qiymətli kağızların 

xüsusi çəkisi  94,36%-ə  qədər enmiş, daxil edilən yeni maliyyə alətləri olan səhmlər, qızıl və 

daşınmaz əmlakın müvafiq payları isə 2,00%, 2,35% və 1,29% təşkil etmişdir. Bununla yanaşı Fondun 

investisiya portfelinin valyuta bölgüsündə Türkiyə lirəsi, Rusiya rublu və Avstraliya dolları kimi yeni 

valyutalar yer almışdır. Bu dəyişikliklərin həyata keçirilməsində əsas hədəf ARDNF-nin investisiya 

portfelinin müxtəlif maliyyə alətləri üzrə diversifikasiyası və gəlirliliyinin artırılması olmuşdur.



Qrafik 3.2.1. 

Neft Fondunun investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsü 

(31.12.2012 tarixinə) 

Sabit gəlirli qiymətli kağızlara investisiyalar

2012-ci ildə Fondun sabit gəlirli qiymətli kağızlar üzrə investisiya strategiyasında əvvəlki illə nisbətdə 

ciddi dəyişiklik qeydə alınmamışdır. 2011-ci ildə olduğu kimi Fond əsasən qısamüddətli sabit gəlirli 

qiymətli kağızlara (qısamüddətli kommersiya kağızları daxil olmaqla) və dəyişkən kuponlu qiymətli 

kağızlara investisiyalarını davam etdirmişdir. Fondun investisiya portfelində sabit gəlirli qiymətli 

kağızların xüsusi çəkisi ARDNF-nin illik əsasda ölkə Prezidenti tərəfi ndən təsdiqlənən İnvestisiya 

Siyasətində qeyd edilən tələblərə uyğun həddə olmuşdur. Belə ki, 2012-ci il üçün təsdiqlənən 

İnvestisiya Siyasətinə əsasən Fondun vəsaitlərinin minimum 85%-i sabit gəlirli qiymətli kağızlara 

investisiya edilə bilərdi ki, bu hədd də 2012-ci ilin sonunda 94,36%-ə  bərabər olmuşdur. Cari il 

ərzində Fond bu portfel üzrə hazırki aşağı faiz dərəcələri mühiti də nəzərə alınaraq, risklərin yol verilə 

bilinən səviyyəsində gəlirliliyin artırılmasına çalışmışdır. Bu çərçivədə  portfelə daxil edilən nisbətən 

daha aşağı kredit reytinqinə malik qiymətli kağızların çəkisi artırılmışdır ki, burada əsas məqsəd həm 

gəlirliliyin, həm də müvafi q bölgülər üzrə yüksək diversifi kasiyanın təmin edilməsi olmuşdur.  



38

İNVESTİSİYA STRATEGİYASI VƏ RİSKLƏRİN İDARƏ EDİLMƏSİ 

İLL

İK HESABAT



2012

İLL


İK HESABAT

2012


AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

İNVESTİSİYA STRATEGİYASI VƏ RİSKLƏRİN İDARƏ EDİLMƏSİ 

39

Qrafik 3.2.2. 

Sabit gəlirli qiymətli kağızlar portfelinin müxtəlif alətlər üzrə bölgüsü 

Qısamüddətli kommersiya kağızlarının sabit gəlirli qiymətli kağızlar portfelindəki xüsusi çəkisi 

2011-ci ilin sonuna 12,76% təşkil etdiyi halda, 2012-ci ilin sonuna onların portfeldəki çəkisi 

24,74%-ə qədər artırılmışdır. Bununla bərabər, həmin müddət ərzində suveren borc istiqrazlarının 

xüsusi çəkisi 17,01%-dən 11,40%-ə qədər azaldılmışdır. Dəyişikliklər nəticəsində bu dövr ərzində 

Fondun investisiya portfelinin əsas hissəsini təşkil edən istiqraz portfelinin dürasiyası 0,36 

səviyyəsinə gətirilmişdir.

Sabit gəlirli qiymətli kağızlar portfelinə yeni valyutalar – Türkiyə lirəsi, Rusiya rublu və Avstraliya 

dollarında ifadə olunan aktivlər əlavə edilmişdir ki, onların da portfeldəki ümumi çəkisi illik investisiya 

siyasətinə əsasən 5% təşkil edə bilərdi. Türkiyə lirəsi və Rusiya rubluna denominasiya olunmuş 

aktivlər ilkin mərhələdə bir sıra nüfuzlu yerli banklarda depozit şəklində, Avstraliya dollarında ifadə 

olunan aktivlər isə ölkənin qısamüddətli dövlət istiqrazlarına investisiya edilmişdir. Nəticədə sabit 

gəlirli qiymətli kağızlar portfelində Türkiyə lirəsi, Rusiya rublu və Avstraliya dollarının çəkisi müvafiq 

olaraq 1,43%, 0,31% və 0,65% təşkil etmiş, ABŞ dolları, Avro və İngilis funt sterlinqinin çəkilərində 

isə ciddi dəyişiklik qeydə alınmamışdır.

Qrafik 3.2.3. 

Sabit gəlirli qiymətli kağızlar portfelinin valyutalar üzrə bölgüsü 

Qeyd edilənlərlə yanaşı cari il ərzində sabit gəlirli qiymətli kağızlar portfelinin coğrafi regionlar 

üzrə yüksək diversifikasiyasının təmin edilməsi istiqamətində portfelə daxil edilən inkişaf etməkdə 

olan ölkələrin dövlət və korporativ istiqrazlarının xüsusi çəkisi artırılmışdır. Belə ki, 2011-ci ilin 

sonunda investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında inkişaf etməkdə olan ölkələrin 

xüsusi çəkisi 9,5% təşkil edirdisə, bu göstərici 2012-ci ilin sonuna 13,07% təşkil etmişdir. Bununla 

yanaşı qeyd edilən dövr ərzində Avropa Fondun vəsaitlərinin coğrafi regionlar üzrə bölgüsündə 

yenə də yüksək çəkisi ilə seçilmişdir.



Qrafik 3.2.4. 

Sabit gəlirli qiymətli kağızlar portfelinin coğrafi regionlar üzrə bölgüsü 


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə