Illik hesabat 2012. indd



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə42/42
tarix21.10.2017
ölçüsü1,02 Mb.
#6309
1   ...   34   35   36   37   38   39   40   41   42

140

ƏLAVƏ


İLL

İK HESABAT

2012

İLL


İK HESABAT

2012


AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

ùSANTYAQO PRİNSİPLƏRİú

141

Prinsip 8. 

İdarəetmə orqan(lar)ı SF-in maraqları 

çərçivəsində  fəaliyyət göstərməli və öz 

funksiyalarını  həyata keçirmək üçün aydın 

şəkildə müəyyən olunmuş mandata, müvafiq 

səlahiyyət və səriştəyə malik olmalıdır. 

Fondun Müşahidə  Şurasının müvafiq 

səlahiyyətini təmin etmək üçün, Müşahidə 

Şurası Milli Məclis, Hökumət və Elmlər 

Akademiyasının nümayəndələrindən təşkil 

olunur. Müşahidə  Şurasının bütün vəzifələri 

müvafiq normativ qanunvericilikdə aydın 

şəkildə müəyyən olunmuşdur. 

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154

Prinsip 9. 

SF-in 


əməliyyat idarəetməsi onun 

strategiyalarını müstəqil  əsasda və aydın 

şəkildə müəyyən olunmuş öhdəliklərə uyğun 

olaraq həyata keçirməlidir.   

“ARDNF-nin 

Əsasnaməsi”, “Azərbaycan 

Respublikası Dövlət Neft Fondunun valyuta 

vəsaitinin saxlanılması, yerləşdirilməsi və 

idarə edilməsi haqqında Qaydalar” (bundan 

sonra “İnvestisiya qaydaları”) və “ARDNF-nin 

büdcəsinə dair qaydalar” İcraçı direktorun rol 

və öhdəliklərini aydın  şəkildə müəyyən edir. 

Bu rol və öhdəliklərə müvafiq olaraq, İcraçı 

direktor Fondun əməliyyat idarəetməsində 

müstəqilliyə malikdir.

 

Daha ətraflı məlumat üçün bax:



http://www.oilfund.az/az/content/25/154

Prinsip 10.

SF-in əməliyyatlarına dair hesabatlılıq sistemi 

müvafiq qanunvericilik, nizamnamə, digər 

təsisat sənədləri və ya idarəetmə razılaşmasında 

aydın şəkildə müəyyən olunmalıdır. 

ARDNF-də hesabatlılıq sistemi “ARDNF-

nin  Əsasnaməsi”, “İnvestisiya qaydaları” və 

“ARDNF-nin büdcəsinə dair qaydalar”da 

aydın  şəkildə müəyyən olunmuşdur. Fondun 

fəaliyyətini  əks etdirən rüblük hesabatlar və 

audit olunmuş illik hesabatlar müntəzəm olaraq 

hazırlanaraq ictimaiyyətə açıqlanır. ARDNF-nin 

fəaliyyətinə dair bütün məlumatlar Fondun 

daimi yenilənən rəsmi internet səhifəsində 

mövcuddur. Fond həmçinin vaxtaşırı olaraq 

mətbuat konfransları təşkil edir.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154 

http://www.oilfund.az/uploads/Inv_QAY.pdf 

http://www.oilfund.az/az/content/25/156



Prinsip 11. 

SF-in  əməliyyatları  və  fəaliyyəti üzrə illik 

hesabatı  və onu müşaiyət edən maliyyə 

hesabatları nizamlı şəkildə tanınmış beynəxalq 

və ya Milli mühasibat standartlarına uyğun 

olaraq hazırlanmalıdır.

ARDNF fəaliyyətə başladığı ildən illik hesabatlar 

və onu müşaiyət edən maliyyə hesabatlarını 

hazırlamışdır.

Fondun bütün illik hesabatları və onu müşaiyət 

edən, müntəzəm qaydada Beynəlxalq Maliyyə 

Hesabatı Standartlarına (İFRS) uyğun olaraq 

hazırlanan maliyyə hesabatları ARDNF-nin 

rəsmi internet səhifəsində yerləşdirilir. 

 

Daha ətraflı məlumat üçün bax:



http://www.oilfund.az/az/content/25/154

http://www.oilfund.az/az/account




142

ƏLAVƏ


İLL

İK HESABAT

2012

İLL


İK HESABAT

2012


AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

ùSANTYAQO PRİNSİPLƏRİú

143

Prinsip 12. 

SF-in  əməliyyatları  və maliyyə hesabatları 

beynəlxalq və ya milli audit standartlarına 

uyğun olaraq ardıcıl surətdə illik audit 

olunmalıdır.

ARDNF fəaliyyətə başladığı ildən nüfuzlu 

müstəqil audit şirkətləri tərəfindən audit olunur. 

ARDNF-nin fəaliyyətinə dair bütün illik hesabatlar 

və onu müşaiyət edən maliyyə hesabatları 

Fondun rəsmi internet səhifəsində yerləşdirilir.

ARDNF-də eyni zamanda müntəzəm olaraq 

daxili audit hesabatlarını hazırlayan daxili 

auditor fəaliyyət göstərir. 

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154

http://www.oilfund.az/az/account



Prinsip 13. 

Peşəkar və etik standartlar aydın  şəkildə 

müəyyən olunmalı, SF-in idarəetmə orqanının, 

rəhbərliyinin və  işçi heyətinin üzvlərinə 

bildirilməlidir. 

Davranış  və etik standartlar “İnvestisiya 

qaydaları”nda aydın 

şəkildə müəyyən 

olunmuşdur. 

Fondun vəzifəli  şəxsləri və  əməkdaşlarının 

peşə davranışı Beynəlxalq Maliyyə Bazarları 

Assosiasiyasının (ACİ, Paris) Davranış Məcəlləsi 

ilə  təsbit edilmiş etik normalara və davranış 

qaydalarına uyğun gəlməlidir.

Daha ətraflı məlumat üçün bax: 

http://www.oilfund.az/uploads/Inv_QAY.pdf 



Prinsip 14. 

SF-in  əməliyyatlarının idarə olunması 

məqsədi ilə üçüncü tərəflərlə qurulmuş bütün 

münasibətlər maliyyə  və iqtisadi əsaslara 

söykənməli, eyni zamanda aydın qayda və 

prosedurlara əsaslanmalıdır. 

Fondun üçüncü tərəflərlə  əlaqəli fəaliyyəti 

maliyyə və iqtisadi əsaslara söykənir. Fondun 

“İnvestisiya qaydaları” və “İnvestisiya siyasəti” 

üçüncü tərəflərlə münasibətlərini tənzimləyir.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/uploads/Inv_QAY.pdf 

http://www.oilfund.az/pub/tiny_upload/

Inv_policy.pdf



Prinsip 15. 

SF fəaliyyət və əməliyyatlarını həyata keçirdiyi 

ölkələrin bütün normativ qaydalarına və 

şəffaflıq tələblərinə riayət etməlidir.  

Fond  əməliyyat və  fəaliyyətlərini həyata 

keçirdiyi ölkələrin bütün müvafiq normativ 

qaydalarına və şəffaflıq tələblərinə riayət edir.

Prinsip 16. 

SF-in idarəetmə strukturu, məqsədləri, eləcə 

də SF-in ali idarəedici orqandan əməliyyat 

müstəqilliyi ictimaiyyətə açıqlanmaldır.

     

Fondun idarəetmə strukturu, məqsədləri və 



əməliyyat müstəqilliyi müvafiq qanunvericilikdə 

aydın şəkildə müəyyən olunmuşdur.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154 



Prinsip 17. 

SF, beynəlxalq maliyyə bazarlarında sabitliyin 

təmin edilməsinə  dəstək vermək, eləcə  də 

investisiya etdiyi ölkələrdə etibarını artırmaq 

zəminində öz fəaliyyətinin iqtisadi və 

maliyyə istiqamətlərinə dair müvafiq maliyyə 

məlumatlarını ictimaiyyətə açıqlamalıdır

Fondun illik olaraq hazırlayıb, ictimaiyyətə 

açıqladığı hesabatlarda eyni zamanda audit 

olunmuş maliyyə hesabatları da yer alır. 

Rüblük hesabatlar və Fondun fəaliyyətinə 

dair bütün digər maliyyə məlumatları Fondun 

rəsmi internet səhifəsində yerləşdirilir. Fondun 

vəsaitinin ümumi məbləği, vəsaitlərinin 

bölüşdürülməsi, seçilmiş bençmark, illik 

gəlirlilik səviyyəsi və s. bu kimi maliyyə 

məlumatlarına daxildir.  

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/account  

http://www.oilfund.az/az/content/20/249




144

ƏLAVƏ


İLL

İK HESABAT

2012

İLL


İK HESABAT

2012


AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

ùSANTYAQO PRİNSİPLƏRİú

145

C. İnvestisiya və Riskin idarə olunmasının Əsasları

Prinsip 18. 

SF-in investisiya siyasəti aydın, eyni zamanda 

ali idarəedici orqan və ya idarəetmə orqan(lar)ı

tərəfindən müəyyən olunan Fondun 

məqsədlərinə, risk dözümlülüyünə, investisiya 

strategiyasına uyğun olmalı  və fundamental 

portfel idarəetməsi prinsiplərinə əsaslanmalıdır. 

Alt-prinsip 18.1. 

İnvestisiya siyasəti SF-in maliyyə risklərinin 

səviyyəsini və borclanmadan mümkün 

istifadəni müəyyən etməlidir.



Alt-prinsip 18.2.  

İnvestisiya siyasəti daxili və (ya) xarici 

investisiya menecerlərindən hansı  dərəcədə 

istifadə olunma səviyyəsini, onların fəaliyyət və 

səlahiyyət çərçivələrini, eyni zamanda onların 

seçilməsi və icrasına nəzarət prosesini təyin 

etməlidir.

Alt-prinsip 18.3.  

SF-in  İnvestisiya siyasətinin məzmunu 

ictimaiyyətə açıqlanmalıdır.

Fondun investisiya və risklərin idarə olunması 

siyasəti “İnvestisiya Qaydaları”na və  hər il 

Müşahidə Şurası tərəfindən baxıldıqdan sonra 

Prezident tərəfindən təsdiq olunan “İnvestisiya 

Siyasəti”nə əsaslanır.

Maliyyə riski üzrə  tələblər Neft Fondunun 

“İnves tisiya Qaydaları”nda təyin olunmuşdur 

ki, bu qaydalara görə də ARDNF hər hansı bir 

borclanmadan istifadə edə bilməz. Derivativlər 

(svop, forvard, fyüçers və s.) yalnız mümkün 

riskin minimuma endirilməsi (hedcinq) və ya 

investisiya portfelinin valyuta tərkibinin və aktivlər 

strukturunun optimallaşdırılması  məqsədi ilə 

istifadə oluna bilər.

Xarici menecerlərlə  əlaqəli bütün məsələlər 

Fondun fəaliyyətinə dair müvafiq sənədlərdə 

aydın  şəkildə müəyyən olunmuşdur. Fondun 

xarici menecerləri yalnız “İnvestisiya Qaydaları” 

çərçivəsində  təyin olunan aktiv növlərinə 

investisiya edə bilərlər. Xarici menecerlərin 

təyin olunması “Dövlət Satınalmaları” 

haqqında Azərbaycan Respublikasının mövcud 

qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 

Xarici menecerlər menecerin kredit reytinqi, 

idarə olunmada olan aktivlərin həcmi, aktivlərin 

idarə olunması sahəsində təcrübə, təklif olunan 

gəlirlilik və risk dərəcəsi, təklif olunan ödəniş 

norması  və s. kimi meyarlar əsasında seçilir. 

Xarici menecerlərin investisiya fəaliyyətinin 

onların mandatına uyğunluğu gündəlik əsasda, 

portfellərinin gəlirliliyi isə aylıq əsasda yoxlanılır. 

Fondun “İnvestisiya Qaydaları” və “İnvestisiya 

Siyasəti” Fondun rəsmi internet səhifəsi vasitəsi 

ilə ictimaiyyətə açıqlanır.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/uploads/Inv_QAY.pdf 

http://www.oilfund.az/pub/tiny_upload/

Inv_policy.pdf

Prinsip 19. 

SF-in investisiya qərarları Fondun investisiya 

siyasətinə uyğun olaraq risklər nəzərə 

alınmaqla gəlirlərin maksimallaşdırılmasına 

istiqamətlənməli, eləcə də maliyyə və iqtisadi 

əsaslara söykənməlidir.



Alt-prinsip 19.1.  

Əgər investisiya qərarları iqtisadi və maliyyə 

əsaslarına malik olmazsa, bu qərarlar, 

investisiya siyasətində aydın  şəkildə  əks 

olunmalı və ictimaiyyətə açıqlanmalıdır. 

Alt-prinsip 19.2. 

SF-in vəsaitlərinin idarə edilməsi bu sahədə 

özünü doğrultmuş, qabaqcıl prinsiplərə 

əsaslanmalıdır.

“İnvestisiya Siyasəti”nə  əsasən Fondun 

investisiya qərarları risklər nəzərə alınmaqla 

gəlirliliyin maksimumlaşdırılması  məqsədinə 

əsaslanır. Fondun bütün investisiyaları 

vəsaitlərin idarə olunması sahəsində qabaqcıl 

təcrübəyə  əsasən sırf iqtisadi və maliyyə 

qərarlarına söykənir.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/pub/tiny_upload/Inv_

policy.pdf



Prinsip 20. 

SF, özəl qurumlarla rəqabət şəraitində ikən hər 

hansı xüsusi əhəmiyyətli informasiyadan və ya 

dövlətin təsir vasitələrindən faydalanmamalıdır.

“ARDNF-nin  Əsasnaməsi”nə  əsasən Fond 

daxili bazarda investisiya edə bilməz. 

“İnvestisiya Qaydaları”na  əsasən ARDNF öz 

investisiya qərarlarını tam müstəqil  şəkildə 

qəbul edir. ARDNF-nin hüquqi əsasları onun 

hər hansı xüsusi əhəmiyyətli informasiyadan 

istifadəsinin qarşısını alır.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/uploads/Inv_QAY.pdf 

http://www.oilfund.az/az/content/25/154




146

ƏLAVƏ


İLL

İK HESABAT

2012

İLL


İK HESABAT

2012


AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

ùSANTYAQO PRİNSİPLƏRİú

147

Prinsip 21. 

SF səhmdar mülkiyyət hüquqlarını onun 

səhmlərə investisiya dəyərinin  əsas elementi 

hesab edir. SF öz səhmdar hüquqlarından 

istifadə etdikdə, bunu SF-in investisiya siyasətinə 

uyğun şəkildə, investisiyaların maliyyə dəyərinə 

ziyan vurmadan həyata keçirməlidir. 

SF, onun səhmdar hüquqlarından istifadəsini 

müəyyən edən əsas meyarlar da daxil olmaqla, 

səsvermə hüququna sahib, katirovka olunmuş 

qurumların səhmlərinə  ümumi yanaşmanı 

ictimaiyyətə açıqlamalıdır.

2012-ci ildə ARDNF səhmlərə investisiya 

etməyə başladı.  İlkin mərhələdə, səhmlərə 

investisiyalar xarici menecerlər vasitəsi ilə 

və passiv investisiya mandatı ilə  həyata 

keçirilir. ARDNF indiki mərhələdə mülkiyyət 

hüquqlarının icra olunmamasına qərar 

vermişdir. 

Prinsip 22. 

SF, onun investisiya fəaliyyəti ilə bağlı riskləri 

müəyyən edən, qiymətləndirən və idarə edən 

struktura malik olmalıdır. 



  

Alt-prinsip 22.1.

Risklərin idarə edilməsi sistemi etibarlı 

informasiyaya, müntəzəm hesabatvermə 

sistemlərinə  əsaslanmalı  və bunlar da 

öz növbəsində müvafiq risklərin məqbul 

hesab olunan ölçü və  səviyyələrdə, nəzarət 

və  həvəsləndirmə mexanizmləri, davranış 

kodeksləri,  fasiləsiz işgüzar iş planı və müstəqil 

audit funksiyası  çərçivəsində monitorinqi və 

idarə edilməsinə imkan verməlidir.

Fondun əməliyyatı ilə bağlı risklərin müəyyən 

edilməsi, qiymətləndirilməsi və idarə edilməsi 

Fondun ümumi idarəetmə sistemində 

həlledici rol oynayır. Müvafiq qanunverici baza 

(“İnvestisiya Qaydaları”, “İnvestisiya Siyasəti” 

və s.), ayrıca struktur bölməsi (Risklərin idarə 

edilməsi departamenti), daxili və xarici audit 

funksiyaları, eləcə də RiskMetrics-in məhsulu 

olan RiskManager 4 proqramı  və Fond 

daxilində hazırlanmış modellər ARDNF-də 

risklərin idarə edilməsi sistemini dəstəkləyir.

“İnvestisiya Qaydaları” və 

“İnvestisiya 

Siyasəti” risklərin idarə edilməsi sisteminin 

əsas prinsiplərini təyin edir və bazar, kredit, 

mərkəzləşmə  və likvidlik riskləri üzrə  əsas 

faktorlar üzrə məhdudiyyətləri müəyyənləşdirir. 

Bu faktorlar əsasında treyddən öncəki limitlər 

müəyyən olunur. Bundan başqa, bu risk faktorları 

davamlı risk və gəlirlilik hesabatları vasitələri ilə 

nəzarətdə saxlanılır. “İnvestisiya Qaydaları” və 

“İnvestisiya Siyasəti”ndə müəyyən olunmuş 

faktorlardan əlavə, aşağıdakılar vasitəsi ilə bazar 

riskinin daha detallı təhlili və monitorinqi həyata 

keçirilir: faiz dərəcəsi həssaslıq təhlili (“key rate” 

durasiya, PV01 və s.), riskin mərkəzləşməsinin 

təhlili (qruplar üzrə durasiya, qruplar üzrə VaR, 

marjinal VaR və s.) və “tail” hadisələri (şərti VaR, 

stress testlər) və ssenario təhlili.

Alt-prinsip 22.2.

SF-in risklərin idarə edilməsi sisteminə ümumi 

yanaşması ictimaiyyətə açıqlanmalıdır.

ARDNF-nin  əməliyyat riskləri daxili prosedur 

və qaydalar, eləcə də fasiləsiz işgüzar iş planı 

əsasında idarə olunur. 

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/uploads/Inv_QAY.pdf 

http://www.oilfund.az/pub/tiny_upload/Inv_

policy.pdf



Prinsip 23. 

SF-in vəsait və investisiyalarının gəlirliliyi 

(bençmarkdan istifadə olunduğu təqdirdə, 

mütləq və bençmarkla nisbətdə) aydın 

müəyyən olunmuş prinsip və standartlara 

uyğun olaraq hesablanmalı və bu informasiya 

hesabat  şəklində Fondun ali idarəedici 

orqanına göndərilməlidir.  

ARDNF-nin vəsaitləri ilə bağlı  ətraflı 

məlumatlar (xarici valyutalar, kredit reytinqləri, 

yerləşdirilmə müddəti və coğrafi regionlar 

üzrə təsnifata dair məlumatlar daxil olmaqla) 

rüblük pres-relizlər vasitəsi ilə ictimaiyyətə 

çatdırılır. Fondun investisiyalarının gəlirliliyi 

bu sahədə mövcud olan ən yaxşı  təcrübə 

əsasında hesablanır və illik hesabata daxil 

edilir.  İllik hesabatlar və rüblük məlumatlar 

Fondun rəsmi internet səhifəsində yerləşdirilir.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/account



Prinsip 24. 

ÜQPN-nin tətbiqi SF və ya onun verdiyi 

səlahiyyətlər  əsasında başqa bir qurum 

tərəfindən müntəzəm olaraq nəzarətdə 

saxlanılmalıdır. 

Bu hesabat ilk dəfə ARDNF-nin rəsmi 

internet səhifəsində 2011-ci ilin aprel ayında 

yerləşdirilmişdir və illik əsasda nəzərdən 

keçirilir.



Neftçilər prospekti 24, Dalğa Plaza, 

Bakı AZ1000, Azərbaycan Respublikası 

+99412 498 77 53 

www.oilfund.az




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə