Illik hesabat 2012. indd



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə14/42
tarix21.10.2017
ölçüsü1,02 Mb.
#6309
1   ...   10   11   12   13   14   15   16   17   ...   42

Özön bu cÿhÿtdÿn, ola beyza

69

,



Min fÿzli-ilahÿna tÿala.

70

Adÿm degil hÿqq oldu bilgil,



Mÿscudi-hÿqiqÿ sÿcdÿ qûlgil.

71

Fÿzl



72

 istÿr isÿn hÿqiqÿtÿ var,

Sÿy ilÿ döriø

73

 vÿ qûlma zinhar.



74

ßlfazi


75

-Nÿsimi gþr nÿ candûr,

Dÿryayi-möhitö kþvnö kandûr.

76

____________________



1.Yer. 2.Təlatümə gəldi. 3.İlkin sirr. 4.Çarə. 5.Göründü. 6.Səcdə. 7.Təmiz. 8.Cənnət suyu. 9.Ağı tiryək 

dadı verdi, yuvarlaq inci dərman oldu. 10.Bütün yer və göy haqq oldu, dəf, saz və ney buna görə 

də “mənəm haqq” deyir. 11.Səcdə edilən. 12.Səcdə edən. 13.Hər damla böyük dəniz oldu, hər zərrə 

Məryəm və  İsa oldu. 14.Ağ  qızılgül.  15.Varlıq.  16.Bəşərilik sifətləri.  17.Şəriklik.  18.Rəhmət qapısı. 



19.Birləşdi. 20.Çıxdı. 21.Bir tək Allah qaldı. 22.Kor. 23.Yer üzərindəki hər şey fanidir vədi. 24.Allahdan 

başqa olmaq qüdrəti aradan götürüldü. Qüdrət də qalan da Allahdır. 25.Başqası yox oldu, Allahdan 

başqası yoxdur, dənizə baş vuran elə dəniz oldu. 26.Açıq. 27.Könül gözü. 28.Uzaq. 29.”Yoxdan var ol” 

əmri ilə vücud tapanların məqsədi sənsən özündə özünü gör, necə bir cism olduğunu anla. 30.Güzgü. 



31.Haqqı.  32.Bu meydən hər kimsə içib özündən keçsə  əbədi diri qalacaqdır.  33.Tanrının təkliyi. 

34.Sevgi.  35.Göründü.  36.Günahkar.  37.Lənətlənmiş  şeytan.  38.Heç vaxt. 39.İtaət etmə.  40.Səcdə 

et.  41.Yaxınlaş.  42.Şeypur.  43.Səs.  44.Məşhər.  45.Qiyamət günü. 46.Dolub daşmaq.  47.Büdrəmək. 



48.Tərəzi. 49.Qiyamət günü. 50.Tanrı. 51.De ki, bəsdir. 52.Dost. 53.Torpaqdan çıxan heyvan. 54.Öz. 

55.Bildirmək.  56.Möhür.  57.Tanrıya  şərik çıxaran.  58.Tanrının təkliyini tanıyan.  59.Hiylə  60.Xalqın 

əlinə əsa basar ki, bu istivanı bilin. 61.Mülkün sahibi. 62.Diri. 63.Bu doğru yolun haqdan olduğunu 

bilin, çünki bu haqqın nemətidir.  64.Tarazlaşma cizgizisi. 65.Bütün.  66.Hüri.  67.Liqa.  68.İstivadır 

(istiva insan üzünü iki hissəyə bölən xəyali cizgi). 69.Ağ. 70.Allahın sayəsində. 71.Bil ki, insan haqq 

oldu belə isə ona səcdə et. 72.Hikmət. 73.Çalış. 74.Bezmək. 75.Sözləri 76.Dərin dənizdir. 



66

İLL


İK HESABAT

2012


İLL

İK HESABAT

2012

AZ

Ə



RBAYCAN RESPUBL

İKASI


DÖVL

Ə

T NEFT FONDU



AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

NEFT FONDU - ŞƏFFAF SUVEREN FOND

67

5. NEFT FONDU - ŞƏFFAF SUVEREN FOND

5.1. Neft Fondunun ictimaiyyətlə əlaqələri

Yaradıldığı gündən etibarən  şəffaflıq Dövlət Neft Fondunun fəaliyyətinin  əsas prinsiplərindən 

birini təşkil edir. Neft Fondu tərəfindən şəffaflığın təmin edilməsi ilk növbədə Fondun maliyyə 

fəaliyyəti haqqında hesabatının müstəqil beynəlxalq nüfuzlu auditor tərəfindən yoxlanılması 

vasitəsilə həyata keçirilir. Dövlət Neft Fondunun 2012-ci il üzrə maliyyə fəaliyyətinin auditi Ernst 

ənd Yanq şirkəti tərəfindən keçirilib. 



Dövlət Neft Fondunun İnformasiya Siyasəti. Dövlət Neft Fondunun ictimaiyyətlə  əlaqələri 

Neft Fondunun İnformasiya Siyasətinə uyğun olaraq qurulur. Fondun İnformasiya Siyasəti Dövlət 

Neft Fondunun İcraçı direktorunun 20 aprel 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Neft 

Fondunun  İnformasiya siyasəti “İnformasiya  əldə etmək haqqında” Azərbaycan Respublikasının 

Qanununa uyğun olaraq, Fondun ictimaiyyətlə əlaqələrinin düzgün koordinasiya edilməsini, effektli 

idarə edilməsini, ictimaiyyətin Fondla bağlı informasiya ehtiyaclarının ödənilməsini və Fondun şəffaf 

dövlət təşkilatı imicinin qorunmasını və inkişaf etdirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır. 

Neft Fondunun ictimaiyyətə informasiya açıqlama vasitələrinə əsasən aşağıdakılar daxildir: 

 



Pres-relizlər; 



 

Rüblük və illik hesabatlar; 



 

Neft Fondunun rəsmi internet səhifəsi; 



 

Mətbuat konfransları; 



 

Kütləvi informasiya vasitələri (KİV). 



İctimaiyyət Neft Fondunun aktivləri, həyata keçirilən layihələr, gəlirlər və  xərcləri, investisiya  

fəaliyyəti, Fondun İcraçı direktorunun işgüzar səfərləri, Fondda keçirilən müxtəlif tədbir və görüşlər 

barədə pres-relizlər vasitəsilə məlumatlandırılır. 

Neft Fondu şəffaflığın təmin olunması məqsədilə gəlir və xərcləri haqqında rüblük məlumatları, 

fəaliyyəti barədə illik hesabatları, MHŞT-nin tətbiqi barədə  məlumatları  mətbuatda və Neft 

Fondunun internet səhifəsində (www.oilfund.az) mütəmadi olaraq dərc etdirir. 

Neft Fondunun fəaliyyəti ilə bağlı ictimaiyyətə dəqiq məlumatların çatdırılması məqsədi ilə media 

nümayəndələri üçün mətbuat konfransları təşkil edilir. Fondun İcraçı direktorunun bir çox nüfuzlu 

yerli və beynəlxalq KİV-ə müsahibələri təşkil edilir. 

Neft Fondu ictimaiyyət nümayəndələrinin suallarının cavablandırılmasında hər zaman maraqlıdır. 

Fonda daxil olan müxtəlif şifahi və yazılı sorğular “İnformasiya əldə etmək” haqqında Qanunda 

nəzərdə tutulmuş vaxt çərçivəsində və sahibi olduğumuz informasiyanın təmin edilməsi şərtilə 

cavablandırılır. 

Bu gün bir çox KİV-lər, QHT-lər, müstəqil ekspertlər Neft Fondunu vətəndaşların sorğu, sual və 

məktublarını vaxtında və ətraflı cavablandıran dövlət qurumu kimi yüksək qiymətləndirirlər. 

2012-ci il iyulun 4-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda Fondun əməkdaşları 

tərəfindən kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün seminar keçirilmişdir.

Seminarın keçirilməsində  məqsəd Neft Fondu haqqında KİV nümayəndələrinin daha geniş 

informasiyaya malik olmalarını təmin etmək, Fond barədə daha peşəkar məlumatların yayılmasına 

və ictimaiyyətin Fond barədə  dəqiq məlumatlandırılmasında KİV nümayəndələri ilə birgə 

əməkdaşlığa nail olmaqdır.

Seminarda KİV nümayəndələrinə Neft Fondu haqqında ümumi məlumat, Fondun strukturu və  

idarə edilməsi mexanizmi, Neft Fondunun büdcəsi, maliyyələşdirdiyi layihələr, ARDNF-nin yeni 

investisiya siyasəti, şəffaflıq sahəsində fəaliyyəti, o cümlədən suveren fondlar və maliyyə bazarlarına 

dair ətraflı məlumat verilmişdir.

5.2.  Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində 

Şəffaflıq Təşəbbüsü (MHŞT) sahəsində fəaliyyət 

Mineral Ehtiyatların Hasilatı ilə  Məşğul olan Sənaye Sahələrində  Şəffaflıq Təşəbbüsü (MHŞT) 

hasilat sənayesində  şəffaflığın və hesabatlılığın təmin edilməsinə yönəldilmiş bir təşəbbüsdür. 

Təşəbbüs 2002-ci ilin sentyabrında Yohannesburqda Böyük Britaniyanın baş naziri Toni Bleyer 

tərəfindən bəyan edilib. 2003-cü il iyunun 17-də Londonda keçirilmiş MHŞT üzrə I beynəlxalq 

konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan hökumətinin MHŞT-

yə qoşulması qərarını və hasilat sənayesində şəffaflığın təmin olunmasına yönəldilmiş beynəlxalq 

səyləri dəstəklədiyini bəyan etmişdir. Azərbaycan MHŞT-nin tətbiqində pilot ölkə olmağı könüllü 

olaraq öz üzərinə götürmüşdür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2003-cü il tarixli Sərəncamı ilə MHŞT üzrə 

Komissiya yaradılmışdır. Neft Fondunun İcraçı direktorunun sədrlik etdiyi Komissiyanın tərkibinə 

Xarici İşlər, İqtisadi İnkişaf, Sənaye və Energetika, Maliyyə, Vergilər, Ekologiya və Təbii Sərvətlər 

nazirliklərinin, Dövlət Statistika Komitəsinin, Dövlət Neft Şirkətinin nümayəndələri, eləcə  də 

Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri daxil edilmişdir. 

MHŞT şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən 

könüllü təşəbbüsdür. Dövlətlərin MHŞT-yə qoşulması və şirkətlərin bu prosesdə iştirakı ictimai 

həyatda, dövlət idarəçiliyində  və biznes mühitində yerli və beynəlxalq səviyyədə  şəffaflıq 

standartları və hesabatlılığa riayət olunmasını təmin edir. MHŞT hesabatlılığın genişlənməsinə

yüksək templi iqtisadiyyat və siyasi sabitlik ilə təmin edilmiş dövlət idarəçiliyinin formalaşmasına 

təkan verir. Bu da öz növbəsində neft, qaz və digər mədən sənayesi sektorları sahəsində gəlirlər 

ətrafında olan mübahisələrin qarşısını almağa köməklik edir. 



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə