Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft Energetika Kolleci



Yüklə 121,17 Kb.
səhifə1/2
tarix13.05.2023
ölçüsü121,17 Kb.
#110036
  1   2
qelevi metallar


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft Energetika Kolleci



SƏRBƏST İŞ

İxtisas : 040546 Neft və qaz yataqlarında geoloji və geofiziki işlər


Qrup : 546/1
Kurs : II
Fənn : Ümumi kimya
Müəllim : Kazımova Gülsarə
Tələbə : Məmmədov İlkin
Mövzu : 1-ci S elementləri,Qələvi metallar

Bakı-2023


Mündəricat

Giriş.................................................................................3

Plan 1 : Qələvi metallar haqqında ümumi məlumat…....4
Plan 2 : Qələvi metalların fiziki və kimyəvi xarakteristikası................................................................5
Plan 3 : Qələvi metalların tətbiqi................................…7

İstifadə olunan ədəbiyyat siyahısı....................................8




Giriş

Növbəti axırıncı elektronun s-yarımsəviyyəyə daxil olması ilə əlaqədar olaraq meydana çıxan elementlərə s-elementləri deyilir.S elementlərin nümayəndələrinə müvafiq surətdə dövri sistemin bütün yeddi dövründə rast gəlinir.”s” yarımsəviyyə bir orbitala malik olduğundan,Pauli prinsipinə əsasən isə bir orbitalda maksimum iki elektron yerləşdiyindən ,hər dövrdə iki s-elementi olur.Məhz bu səbəbdən də hazırda s-elementlərin ümumi sayı 14-ə bərabərdir.


Minimumenerji prinsipinə əsasən ayrı-ayrı energetik səviyyələrin həddində əvvəlcə s-yarımsəviyyə elektronla tamamlanır.Buna görə s-elementlər bütün dövrlərin ilk iki elementini,başqa sözlə ,dövri sistemin I-II A qrup elementlərini təşkil edir.Birinci dövr elə s-elementi(He) ilə qapanır.Çünki yeni təsanifata əsasən hidrogen IA,belium II A qrupa daxil olur.
Elektron konfiqurasiya ilə əlaqədar olaraq,s-elementləri kimyəvi qarşılıqlı təsirdə ya da adi halda ( -elementlər),ya da yalnız həyəcanlı halda -elementlər) iştirak edir.Ona görə də s-elementləri I və II-dən ibarət sabit valentli olmaqla birləşmələrdə 1 və 2 oksidləşmə dərəcələri göstərirlər.
– elementləri kimyasının sadəliyi ilə bütün məlum elementlərdən fərqlənir.Bu onlarda müvafiq “ təsirsiz” qazların davamlı elektron konfiqurasiyasından əlavə yeganə s-elektronunun olması ilə əlaqədardır.Bu elementlər xarici s-elektronu asanlıqla itirərək ionuna çevrilir.Əslində təsirsiz qaz atomlarına xas davamlı elektron konfiqurasiyasından ibarət olan bu ionlar başqa oksidləşmə dərəcəsinə keçə bilmir.Lakin hidrogen birləşmələrdə “+1” oksidləşmə dərəcəsi ilə yanaşı “ -1” oksidləşmə dərəcəsinə də malik olur.
-elementləri reaksiyada yalnız atomun həyəcanlı halında,xarici qapalı -elektronların açılaraq ,onlardan birinin qonşu p-yarımsəviyyəyə keçməsindən sonra iştirak edir.Bundan başqa s-elementlərə nisbətən müvafiq -elementlərinin nüvə yükünün artması sayəsində atom radiusları kiçik,ionlaşma potensialı böyük olur.
Plan 2 : Qələvi metalların fiziki və kimyəvi xarakteristikası.
I A yarımqrupuna Li(litium), Na(natrium), K(kalium), Rb(rubidium), Cs(sezium), Fr(fransium) daxildir. Bu qrupun elementləri qələvi metallardır. Qələvi metalların valent elektronları s-orbitalda olduğundan onlar selementlər ailəsinə aiddir. Əsas yarımqrup üzrə yuxarıdan aşağıya doğru getdikcə qələvi metalların atom radiusu, metallıq xassəsi, reduksiyaediciliyi artır, ionlaşma enerjisi azalır. Fransium ən aktiv metaldır. Qələvi metallar təbiətdə yalnız birləşmələr şəklində rast gəlinir.
Qələvi metallar gümüşü(sezium-qızılı), yüngül(Li, Na, K sudan yüngüldür), yumşaq və asanəriyən metallardır. Litiumdan başqa onların hamısı bıçaqla kəsilir. Qələvi metallar metal parıltısına, yüksək istilik və elektrik keçiriciliyinə malikdir. Aşağı qaynama və ərimə temperaturuna malikdirlər.
Kimyəvi reaksiya zamanı yeganə valent elektronunu verərək +1 oksidləşmə dərəcəsi göstərir. Qələvi metallar güclü reduksiyaedicidirlər.
Natrium və kalium çox aktiv olduqlarından təbiətdə onlara yalnız birləşmələr şəklində təsadüf edilir. Kalium yuyucu vasitələrin, şüşənin, farmasevtik preparatların istehsalında istifadə olunur. Kalium toxumalardakı suyun miqdarını nizama salır və ürəyin işini yaxşılaşdırır. Natrium maddələr mübadiləsində iştirak edir və toxumalarda osmotik təzyiqi müəyyən normada saxlayır. Natrium mübadiləsi qalxanabənzər vəzin nəzarəti altında olur.

Yüklə 121,17 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə