13
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
formasında işlənir. Daha çox isimlərin sonuna qoşulmaq-
la əlamət, keyfiyyət bildirən yeni sözlər düzəldir. Məsələn:
rəqəmsal, duyğusal, qumsal.
-in. Omonim şəkilçi olub, bəzi say və isimlərdən şəxs
adı bildirən onamastik vahidlər düzəldir. Məsələn: İlkin,
Eşqin.
-ti. Bu şəkilçi feildən isim düzəldən –ti şəkilçisi ilə omo-
nimlik təşkil edir. Qeyri-məhsuldar şəkilçi kimi isimdən
əşya, mücərrəd, kiçiltmə mənalı isim düzəldir. Hənir sözünə
qoşularaq hənirti sözünü yaradır. Məsələn: Alıb hənirimi haya
gəlmisən...(A.Laçınlı), Hənirtiyə həyətə çıxan Qönçə xanım bir
xeyli heyranlıqla qardaşının yanakı qoyduğu papağına, əyninə
kip yapışan gödəkcəsinə, qara məxmər şalvarına, günün işıltı-
sında burnu parıldayan çəkməsinə və zər baftalı dolağına xeyli
baxmışdı.(İ.Şıxlı).
-pər. Sifətdən sifət düzəldən qeyri-məhsuldar söz-şə-
kilçidir. Dilimizdəki “yekəpər” sözü bu şəkilçi vasitəsilə
əmələ gəlmişdir.
-bab. Müasir Azərbaycan dilində sifətdən sifət düzəldən
qeyri-məhsuldar söz şəkilçi olub, babat sözünün şəkilçiləş-
məsi, ixtisarı nəticəsində meydana gəlmişdir. Dilimizdə bu
model əsasında onlarla söz yaranmışdır. Tədricən sabitləş-
məyə doğru inkişaf mərhələsindədir. Məsələn: ortabab.
-düz. Bu şəkilçi qədim türk yazılı abidələrinin dilində –
tüz şəkilində işlənmişdir. Yaranma tarixi qədim olmasına
baxmayaraq söz yaradıcılığı prosesində olduqca zəif iştirak
edir. Dilimizdəki gündüz sözü bu şəkilçi vasitəsilə yaranıb.
Qoşulduğu sözdə zaman məfhumu yaradır:
Sinəsində dağlar qalan,
Bir həsrətlə ağlar qalan,
14
İlkin Əsgər
Gecə, gündüz çağlar qalan
Araz kimi çayım varmış.
(V.Dumanoğlu)
-a,-ə. Söz yaradıcılığı prosesində omonimlik keyfiyyə-
tinə malik budaq morfem kimi, həm məhsuldar, həm də
qeyri-məhsuldar şəkilçi yerində çıxış edir. Əsasən adların
sonuna əlavə olunmaqla zaman, bənzətmə, əşya, alət bil-
dirən sözlər düzəldir. Məsələn: küpə, qoza, gecə, lavaşa.
Siçanla pişik bir küpə tapıb yağı doldurdular içinə, aparıb bir
ağacın dibində yer qazıb basdırdılar, sonra qayıdıb gəldilər ev-
lərinə.(folklordan), Gecə ulduzludur, hava da sərin.(S.Vurğun)
-ə. Qeyri-məhsuldar omonim şəkilçi olub, feldən sifət
əmələ gətirir. Məsələn: kəsə (yol); Məktəbdə oxuduğu vaxt,
qış və yay tətillərində yoldaşları ilə şəhərə həmin bu kəsə cığırla
gəlib-gedərdi.(İ.Şıxlı)
-n.Omonim səciyyəsi daşıyan və isimdən isim düzəldən
qeyri-məhsuldar şəkilçidir. Qoşulduğu sözdə daha çox
mücərrədlik yaradır. Məsələn . qadağan, məsələn və s.
-qa. Əsasən, təsirsiz fellərə qoşulmaqla yeni mənalı,
əlamət bildirən sözlər düzəldir. Məsələn. Sızqa, şişqa
Sinəm yaman sözlə dolub,
Səndə gülüm vaxtsız solub.
Yol üstdəki bulaq olub
Sızqa-sızqa axam dağlar?! (V.Dumanoğlu)
-ey,-dey. Bu söz-şəkilçi artırıldığı sözdə məkan, yer məz-
munu yaradır. –ey söz-şəkilçisi dilimizdə tərəf mənasını
ifadə edir. Məsələn. Quzey(gün düşməyən tərəf//yer), güney(-
gün düşən tərəf), daldey(dalda yer). Şəkilçi “quzey” sözünün
tərkibində artıq daşlaşmışdır.
15
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
Güneydə quzeyim, qışda yazımsan.(B.Vahabzadə), Quzey-
lərdən qar əriyib gedəndə; çəmən yaşıl, çiçək qönçə olarmış.
(V.Dumanoğlu), Yaz qabağı gün güneyi döyəndə...(M.Şəhri-
yar) və s.
-ısqal. Dar sözünə qoşulub “darısqal” sifətini düzəldir.
“Əsli darsınqal olub, tatar dilində bu kəlmə darsınırqa kimi
işlədilir. –sın şəkilçisi müxtəlif formalarda işlədilir və me-
yil bildirir. (gülümsünmək, qohumsunmaq). Deməli, dar-
sın sözü azca dar olmaq deməkdir, feildir. –qal şəkilçisi isə
feldən sifət düzəldir”. (12.,115) Müasir Azərbaycan dilində
-ısqal kimi sabitləşmişdir.
-bat. Adlardan ad düzəldən qeyri-məhsuldar söz-şəkil-
çidir. Əsasən səbəb anlayışı yaradır. Məsələn: ucbat ( müqa-
yisə edin: ucundan-ucbatından-üzündən)
-sı,-si,-su,sü. Əslində bu şəkilçi saitlə bitən sözlərdə III
şəxs təkini ifadə edən mənsubiyyət göstəricisidir. Sözdə-
yişdirici şəkilçinin sözdüzəldici şəkilçiyə çevrilməsi yolu
ilə yaranmışdır. Lakin –sı,-si,-su,-sü mənsibiyyət şəkilçi-
li bütün sözləri bu qrupa aid etmək olmaz. İsimlərdən və
bəzi substantiv səciyyəli sözlərdən ad, şəxs, əzizləmə, mü-
raciət, xülasə, əşya mənalı sözlər düzəldir. Məsələn. qada-
sı, Ağası, balası, ölüsü, eləsi, beləsi, intəhası, cəmisi və s.
Qadası, balası kimi sözlər daha çox danışıq dili üçün sə-
ciyyəvi olub, müraciət bildirir. Cəmisi sözü isə mənsubiy-
yət şəkilçisinin iki dəfə təkrarı əsasında əmələ gəlmişdir.
Bu şəkilçi əsasında əmələ gəlmiş ölüsü,(axırı, yekunu mə-
nasında-İ.Ə), intəhası sözləri artıq dilimizdə sabitləşmişdir
və ara söz qismində çıxış edir.
-zik. Feil sonuna artırılmaqla əşya, alət, vasitə, qab bil-
dirən yeni mənalı isim əmələ gətirir. Məsələn: əmzik; Tey-
Dostları ilə paylaş: |