9
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
semantikasını qüvvətləndirməyə, intensivliyini artırmağa
xidmət edir.
Kitabın adında olan ziddiyyət isə əslində həqqiqətdən
irəli gəlir. Çünki qeyri-məhsuldar şəkilçilər də sözyaratma
prosesində əsasən, fəal iştirak edərək, müxtəlif məzmunlu
söz qrupları ilə birgə işlənərək yeni mənalı müstəqil leksik
vahidlər əmələ gətirir. Ənənəvi dilçilik ədəbiyyatlarında
təsnifat aparılarkən “qeyri-məhsuldar şəkilçilər” adı altın-
da verilən bu termin əslində şərti xarakterə malik olub, bu
qrupa aid olan morfemlərin ifadə etdiyi semantikanı tam
dəqiq və düzgün ifadə edə bilmir. Qeyri-məhsuldar şəkil-
çilərin özləri də dildə məhsuldarlığın yaranmasına və art-
masına xidmət edir, dilin lüğət ehtiyatını daha da inkişaf
etdirərək zənginləşdirir. Qeyd edək ki, bu monoqrafiyada
qeyri-məhsuldar şəkilçi kimi təqdim olunan morfemlərin
sayəsində müasir Azərbaycan ədəbi dilində 1000-dən artıq
yeni məzmunlu leksik vahidlər əmələ gəlmişdir. Məgər bu
məhsuldarlıq deyil?! Yaxud da, bu, qeyri-məhsuldar şəkil-
çilərin məhsuldarlığın yaranmasında göstəricisi, rolu de-
yilmi?!
Nəzərə almaq lazımdır ki, qeyd olunan morfemlər va-
sitəsilə əmələ gələn sözlərin özləri də mikro və makromətn-
lərin tərkibində işlənməklə predikativ və qeyri-predikativ
birləşmələrin əmələ gəlməsində olduqca mühüm əhəmiy-
yət kəsb edir. Dolayısı ilə bu da, məhsuldarlığın bir forması
olub, dilimizin inkişafına xidmət edir. Düzdür, dilçilikdə
qeyri-məhsuldar şəkilçilərə münasibət birmənalı olma-
mışdır. Məsələn, prof. H.Mirzəzadə “Azərbaycan dilinin
tarixi morfologiyası” (bax: 39) adlı kitabında həm tarixən,
həm də bu gün işlənən bəzi qeyri-məhsuldar şəkilçiləri
10
İlkin Əsgər
müstəqil şəkilçi hesab etmir. Belə şəkilçilər –gir,-zar, -xah,-
əng olmaqla, əsasən fars mənşəli şəkilçilər qupuna aiddir.
H.Mirzəzadə bu kimi şəkilçilərin həm mənbə dildə, həm
də bizim dilimizdə zəif iştirakını əsas gətirməklə, –gir,-zar,
-xah,-əng şəkilçisi işlənmiş sözləri sadə götürməyi daha
münasib hesab edir.(bax: 39.,110-111). Əlbəttə, bu fikir dil-
də özünü doğrultmur. Ona görə ki, göstərilən şəkilçilər ar-
tırıldığı sözdə yeni semantika yaratmaqla bərabər, əsasən,
artırıldığı sözün mənsub olduğu söz qrupunu da dəyişdi-
rir. Məsələn, fənd, cib, pul kimi sözlər nitq hissəsi etibarı
ilə isim olduğu halda, -gir şəkilçisi qəbul etdikdən sonra
sifətə çevrilir: fəndgir uşaq, pulgir adam, cibgir şəxs. Bun-
dan əlavə bu şəkilçilərin əsasında da yeni sözlər əmələ gələ
bilir. Məsələn: fənd-fəndgir-fəndgirlik, azad-azadxah-aza-
dxahlıq, üzr-üzrxah-üzrxahlıq və s.
Bu hal milli mənşəli şəkilçilərə də aiddir. Məsələn, bir
cür yazılan –tuq şəkilçisi əsasında müasir Azərbaycan ədə-
bi dilində 19 leksik vahid (sadə, düzəltmə, mürəkkəb ol-
maqla) əmələ gəlmişdir: “qoltuğuboş, qoltuğudolu, qoltuq,
qoltuqağacı, qoltuqaltı, qoltuqçu, qoltuqçuluq, qoltuqfü-
ruş, qoltuqfüruşluq, qoltuqqulu, qoltuqlama, qoltuqlamaq,
qoltuqlanma, qoltuqlanmaq, qoltuqlatma, qoltuqlatmaq,
qoltuqlu, qoltuqsazı, qoltuqsuz”.(bax: 17., 419)
Misallardan da göründüyü kimi –tuq şəkilçisi olmadan
bunları əmələ gətirmək mümkün deyil. Daha doğrusu,
-tuq şəkilçisini çıxartsaq, ya sözün semantikasında fərq
əmələ gələr, ya da söz ümumilikdə məna verməz. Məsələn:
qoltuqlama- qollama, qoltuqçu-qolçu, qoltuqlanmaq-qol-
lanmaq, qoltuqqulu-qolqulu, qoltuqsazı-qolsazı və s.
11
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
İşin əsas predmetini əsas və köməkçi-budaq morfemlər
təşkil edir. Monoqrafiyada öz əksini tapmış fikir və müla-
hizələr həm şərti, həm təqsimi, həm də, qəti hökümlər kimi
səciyyələndirilməlidir.
Əsərin ərsəyə gəlməsində dilçiliyin son dövr nailiy-
yətləri saf-çürük edilmiş, mövzu ilə əlaqədar monoqrafik
tədqiqatlar nəzərdən keçirilmiş, ayrı-ayrı fikir və müla-
hizələrə inkari və iqrari münasibət bildirilmişdir. Əvvəlki
nəşrdə olan texniki qüsurlar aradan qaldırılmış, praktik
nümunələrin sayı artırılmışdır.
Monoqrafiya haqqında qeyd, təklif, münasibət, tənqidi
fikir bildirənlərə əvvəlcədən təşəkkürümüzü bildiririk.
12
İlkin Əsgər
I FƏSİL
AD DÜZƏLDƏN QEYRI-MƏHSULDAR
ŞƏKILÇILƏR VƏ ONLARIN MƏNŞƏYI
1.1. Ad düzəldən milli mənşəli
qeyri-məhsuldar şəkilçilər.
Ad düzəldən qeyri-məhsuldar şəkilçilər ana dilimizin
bütün tarixi inkişaf mərhələlərində kəmiyyət və keyfiyyət
nöqteyi-nəzərindən zərf və feil düzəldən qeyri-məhsuldar
şəkilçilərdən üstün olmuşdur. Bu qrup şəkilçilər daha çox
isim, sifət və feil sonuna qoşulmaqla yeni sözlər əmələ gəti-
rir. Zərf düzəldən qeyri-məhsuldar şəkilçilər dilimizdə az-
lıq təşkil etdiyindən onları da “ Ad düzəldən qeyri-məhsuldar
şəkilçilər” başlığı altında təqdim edirik. Ad düzəldən qey-
ri-məhsuldar şəkilçilər həm milli, həm də alınma mənşəli
sözlərlə işlənə bilir. Bu bölgüyə daxil olan şəkilçilər şərti
olaraq milli, Ərəb-fars və Rus-avropa mənşəli qeyri-məh-
suldar şəkilçilər kimi qruplaşdırılır. Milli mənşəli qey-
ri-məhsuldar şəkilçilər bəzi istisna halları nəzərə almaqla
əsasən aşağıdakılardan ibarətdir.
-uc. İsimdən isim düzəldən milli mənşəli qeyri-məhsul-
dar söz-şəkilçidir. Qoşulduğu sözdə əşya, nəticə, aqibət ça-
ları ifadə edir. Məsələn: sonuc
-sal. Müasir Azərbaycan dilində -lı,-li,-lu,-lü şəkilçisinin
sinonimi kimi çıxış edir.Bəzi türk dillərində şəkilçi –sel
Dostları ilə paylaş: |