22
–varı'>İlkin Əsgər
formasında verilmişdir. Şəkilçinin yazılışına dair izahatda
da –varı forması izah olunmuş və lüğətin 2004-cü il nəş-
rindəki müvafiq misallar(ordakı izahatda –vari kimi verilib)
yenidən –varı şəklində verilmişdir: “...vari şəkilçisi: buy-
nuzvarı, qalxanvarı, yüngülvarı, üzükvarı”(17.,14)
Qeyd: Bizim fikrimizcə, şəkilçinin –vari formasında iş-
lətmək daha düzgün və məntiqlidir. Ahəng qanununa tabe
olma nöqteyi-nəzərindən –vari, yaxud da –varı şəkilçisinin
arasında heç bir fərq yoxdur. Çünki hər iki halda istisnala-
rı nəzərə almaqla ahəng qanununun pozulması halına dildə
təsadüf olunur: lələkvari- lələkvarı, yarpaqvari-yarpaqva-
rı, qalxanvari-qalxanvarı, üzükvari-üzükvarı və s.
VI nəşrdə verilən –varı şəkilçisinin bir qrup söz istis-
na olunmaqla, digər sözlərdə işlənməsi ədəbi dil norma-
ları baxımından özünü doğrultmur, nitqi və üslubu daha
da ağırlaşdırır. Bu şəkilçinin yazılışı da, dilimizdə işlənən
sözlərin əksəriyyəti kimi fonetik prinsipə əsaslanmalıdır.
Şəkilçi deyildiyi kimi də yazılmalıdır.
-lar,-lər. Bu şəkilçi əslində əşya məzmunu bildirən söz-
lərin sonuna artırılıb, qeyri-müəyyən kəmiyyət ifadə edir.
Məsələn. Dağların gözünün yaşına baxma,şairlər çəkəni dağlar
çəkməyib.(H.Arif), Əllərdə gəzməyin bir kitab kimi(M.Araz),
Dostlar, badələri qaldırın içək.(S.Vurğun), Qüzeylərdən qar əri-
yib gedəndə çəmən yaşıl, çiçək qönçə olarmış.(V.Dumanoğlu),
Sellər də yanar söndürə bilməz! Bir qəlbə əgər düşsə məhəbbət.(B.
Vahabzadə), Firidun yolda çəkdiyi əzablara, gündüzlər gizlənib
gecələr isə yol gəldiyinə baxmayaraq, çox ayıq yatmışdı.(M.İbra-
himov).
Bu nümunələrdə dağlar, şairlər, əllər, dostlar, qüzey-
lər, sellər, əzablar, gündüzlər, gecələr kimi leksik vahidlə-
23
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
rin tərkibindəki –lar,-lər qeyri-müəyyən kəmiyyət, cəmlik
bildirir. Kəmiyyət kateqoriyasının morfoloji əlaməti kimi
–lar,-lər şəkilçisi olduqca məhsuldardır və sözdəyişdirici
şəkilçidir.
Lakin –lar,-lər şəkilçisi söz yaradıcılığı prosesində iş-
tirak edib yeni sözlər düzəldə bilir. Bu məqamda şəkilçi
qeyri-məhsuldar və leksik səciyyə daşıyır. S.Cəfərov bu tip
şəkilçiləri qrammatik-leksik şəkilçi adlandırmışdır. Qey-
ri-məhsuldar şəkilçi kimi, daha çox isim və saylardan şəxs,
əşya, ad məfhumu ifadə edən sözlər, xüsusilə də, antropo-
nimlər əmələ gətirir. Məsələn: Ağalar, Bəylər, Şahlar, Xan-
lar, Yeddilər, Dördlər və s.
-anaq,-ənək. –an,-ən və -aq,-ək şəkilçilərinin sintezindən
ibarət qeyri-məhsuldar şəkilçidir. Həm isim, həm də fel-
lərin sonuna qoşulmaqla əşya, alət, vasitə, proses adı bil-
dirən isimlər düzəldir. Məsələn: tozanaq, sızanaq, əkənək,
biçənək, boğanaq, doğanaq, dəyənək, döyənək, eşənək və s.
- lov. İsimdən isim düzəldən qeyri-məhsuldar şəkilçi
olub, əşya, alət, vasitə bildirən söz əmələ gətirir. Məsələn:
oxlov.
-rik. Dilmizdəki kiprik sözü bu şəkilçi vasitəsilə əmələ
gəlmişdir. Dilin inkişafının müəyyən bir mərhələsində me-
tateza hadisəsi nəticəsində p>r əvəzlənməsi baş vermişdir.
Hazırda dilimizdə kirpik formasında sadə söz kimi işlənir.
Sözün formalaşma tarixi də qədimdir. “Dastani-Əhməd
Hərami”nin dilində də kirpik şəklində işlənmişdir:
Hənuz oğlan idi, on idi yaşı,
Vəli kirpigi ox, yay idi qaşı.
-inik. Feildən sifət düzəldən qeyri-məhsuldar şəkilçi
olub, -nik şəkilçisi ilə sinonimlik keyfiyyətinə malikdir.
Məsələn: Əzinik-əznik.
24
İlkin Əsgər
-cıl,-cil,-cul,-cül. Bəzi dilçilik ədəbiyyatlarında əsasən,
adlardan bacarıq, xasiyyət, əlamət, keyfiyyət anlayışla-
rını yaradan, sifət düzəldən -cıl,-cil,-cul,-cül şəkilçisi qey-
ri-məhsuldar kimi göstərilir. Halbuki, dilimizdə bu şəkilçi
vasitəsilə yaranan xeyli sayda söz vardır. Məslən: adamcıl,
dostcul, zarafatcıl, qohumcul, ölümcül, söhbətcil, yuxucul,
siyasətcil, qonaqcıl, qabaqcıl, işcil və s. Məhz buna görə də
bu fikirlə razılaşmaq olmaz. Lakin -cıl,-cil,cul,-cül omonim
şəkilçisi isimdən isim düzəldən şəkilçi kimi qeyri-məhsul-
dar olub, əşya, alət məzmunu bildirir. Məsələn: barmaqcıl,
balıqcıl.
-l. Bu şəkilçi dilimizdə sifət düzəldən və olduqca məh-
suldar olan dördvariantlı -cıl,-cil,-cul,-cül şəkilçisinin əsa-
sında yaranmışdır. Milli mənşəli sifət əmələ gətirən –l qey-
ri-məhsuldar şəkilçisi Rus-avropa mənşəli –l şəkilçisi ilə
omonimlik keyfiyyətinə malikdir. Əsasən say bildirən sözə
qoşulub əlamət, keyfiyyət məzmunu yaradan söz əmələ gə-
tirir. Məsələn: ortancıl
“Ortancı” sözünün tərkibindəki –ncı miqdar saylarından
sıra sayı əmələ gətirən –ıncı,-inci,-uncu,-üncü şəkilçisinin
ilk saitinin düşməsi nəticəsində formalaşmışdır. Həm mil-
li, həm də türkoloji dilçilikdə bir qrup sözlər şəkilçi qəbul
edərək sıra sayı funksiyasında çıxış edə bilir. Məsələn: əv-
vəlinci, axırıncı, sonuncu, ortancı, ilkin və s.
Sözün kökü (orta) saitlə bitdiyindən şəkilçinin tərkibin-
dəki sait eliziya hadisəsi nəticəsində ixtisar olunmuşdur:
orta-orta(ı)ncı-ortancıl
-baq. Şəkilçi tarixən “bağ” formasında müstəqil söz
olub, zaman keçdikcə müstəqilliyini itirərək müasir dili-
Dostları ilə paylaş: |