|
İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunurBu səhifədəki naviqasiya:
- İlkin Əsgər -gən,-kən.
- Nəsil , kök
- : Rzasoy-Rzaza- də, Əlisoy-Əlizadə, Əsgərsoy-Əsgərzadə və s. -gil.
- Sənangil, Uğurgil, Fazilgil, Muradgil, əmimgil, dayımgil, Qurbani- gil
- Ömər koxagilin
- Həsən ağagilin
- -qul.
- birədi
- : gödəkcə
28
İlkin Əsgər
-gən,-kən. Həm təsirli, həm də təsirsiz feillərə qoşulub,
əlamət, keyfiyyət, xasiyyət, xarekter anlayışını ifadə edən
sifətlər düzəldir. Məsələn: döyüşkən, sümürgən, deyingən,
ilişkən, sürüşkən, yetişkən və s.
-soy. Müasir Azərbaycan dilində soyad düzəldən əsas
şəkilçilərdən biridir. Nəsil, kök sözlərinin sinonimi olan
soy sözünün şəkilçiləşməsi yolu ilə yaranmışdır. Demək
olar ki, fars mənşəli –zadə söz-şəkilçisi ilə eyni qəlib əsasın-
da yeni sözlər-soyadlar yaradır. Məsələn : Rzasoy-Rzaza-
də, Əlisoy-Əlizadə, Əsgərsoy-Əsgərzadə və s.
-gil. Şəxs məzmunlu isimlərin sonuna artırılıb, qohum-
luq, tanışlıq, insan, nəsil, tayfa anlayışı bildirən isimlər
düzəldir. Həm sadə, düzəltmə və mürəkkəb sözlərə, həm
də mənsubiyyət şəkilçili sözlərə qoşularaq sözdə cəmlik,
topluluq, mənsubluq çaları ifadə edir. Məsələn: Sənangil,
Uğurgil, Fazilgil, Muradgil, əmimgil, dayımgil, Qurbani-
gil, Şahsevəngil və s . Nisbətən məhsuldar olan –gil şəkilçisi
cəm anlayışı yaratdığı üçün, istisna halları nəzərə almaqla
ondan sonra qeyri-müəyyən kəmiyyət bildirən –lar,-lər şə-
kilçisi işlənmir. Məsələn : Ömər koxagilin kəhəri kömək gəldi-
yini və irəşmənin cilovlandığını görüb daha da böyük qəzəblə irəli
cumdu.(İ.Şıxlı), Güllügilin dəyəsi Ömər koxagilin dəyəsinə yaxın
idi.(İ.Şıxlı), Sonra Həsən ağagilin eyvanına çıxdılar.(İ.Şıxlı),Qu-
lamgilə qaçdım, şalı salladım.(M.Şəhriyar) və s.
-daq. Bu şəkilçi də ad düzəldən qeyri-məhsuldar şəkilçi
olub, əsasən, yer, məkan, əşya məfhumu ifadə edən yeni
isimlər əmələ gətirir. -laq şəkilçisi ilə sinonimlik təşkil edir.
Məsələn: batdaq, duzdaq, ovurtdaq, çatdaq. Ayaq səsləri
yaxınlaşdıqda dodaqlarını qapının çatdağına söykədi.(M.İbrahi-
mov)
29
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
-qul. Əşya məzmunlu söz yaradan qeyri-məhsuldar
söz-şəkiçidir. Məsələn: tuşqul
-ca+na. İki komponentdən ibarət quruluşca mürəkkəb
olan şəkilçidir. Dilimizdə azcana sözündə rast gəlirik.
Məsələn: Dedi və bir azcana kədərlənən kimi oldu. (İ.Şıxlı). Di-
alektlərdə əccənə (Şəki) forması da qeydə alınmışdır.
-gə. İsim, sifət, zərf düzəldən şəkilçi kimi omonimlik
xüsusiyyətinə malik olmaqla, həm adlardan, həm də feil-
lərdən yeni mənalı leksik vahidlər əmələ gətirir. Məsələn:
döngə, bölgə, süpürgə, özgə, birgə. Çöldən dərdiyi yovşan sü-
pürgəsi də camışın belində idi.(İ.Şıxlı)
Prof. B.Əhmədov –gə şəkilçisi vasitəsilə yaranmış “bir-
gə” sözü haqqında yazır: “...bəs bir sayına artırılmış –gə nə
şəkilçisidir? Bu sözün mənbələrdə birgər forması da qeydə
alınıb. Dialektlərdə birgə əvəzinə birədi sözü də işlədilir.
Sözün əsli mürəkkəb olub: birəiki. İnkişaf prosesində söz
birgə formasını kəsb edib. Deməli, buradakı –gə şəkilçisi
iki sözün zəminində (kontaminasiya yolu ilə) əmələ gəlib”.
(12.,56) İzahlı lüğətdə birədi və birəiki sözləri müvafiq ola-
raq, bütünlüklə, hamısı, birdən, birlikdə, bir yerdə, yoldaşlı
və hər bir saya qarşı iki, iki dəfə artıq mənalarında verilmiş-
dir.(bax: 8)
Göründüyü kimi, birədi sözü ilə az-çox semantik bağ-
lılıq vardır. Prof. Ə.Rəcəblinin tədqiqatlarından şəkilçinin
Orxon-Yenisey abidələrində -ka,-kə,-ğa,-gə variantlarının
mövcudluğu məlum olur. Lakin –gə şəkilçisi qədim türk
yazılı abidələrinin dilində də qeyri-məhsuldar olub, cəmi
bir neçə sözdə təsadüf olunur. Tədqiqatçı abidələrin dilin-
də ögə, kısğa, bilgə sözlərini kök və şəkilçiyə ayırmağın
mümkün olduğunu qeyd etmişdir.(bax: 36)
30
İlkin Əsgər
- gə şəkilçisinin –ğa forması da müasir Azərbaycan di-
lində qeyri-məhsuldar şəkilçi olub, feldən əşya, ad bildirən
isim düzəldir. Məsələn: qovurğa. Güman etmək olar ki, -gə
şəilçisi –qac,-gəc,-ğac şəkilçisinin son samitinin düşməsi
nəticəsində yaranmışdır. Dilimizdə bu qəlib əsasında məh-
suldarlığından asılı olmayaraq onlarla şəkilçi əmələ gəl-
mişdir.
- dər. Adlardan ad düzəldən qeyri-məhsuldar şəkilçidir.
Bu şəkilçiyə biləndər, öndər kimi sözlərdə təsadüf edilir.
-qan. Omonimlik xüsusiyyəti daşıyan qeyri-məhsuldar
söz-şəkilçidir. Feldən isim və sifət düzəldən –qan şəkilçi-
sindən fərqli olaraq müasir dilimizdə isimdən isim düzəl-
dir və peşə, sənət şəxs, vəzifə məzmunu yaradır. Məsələn:
başqan
-ca,-cə. Sifətdən isim əmələ gətirən qeyri-məhsuldar
omonim şəkilçidir. Qoşulduğu sözdə əşya, alət, vasitə,
geyim çaları yaradır. Məsələn : gödəkcə və s. Gödəkcəsini
çiyninə saldı, ağır-ağır doqqaza doğru addımladı.(İ.Şıxlı), O, gö-
dəkcəsinin yaxasını qaldırmış, uzun günlüklü şapkasını gözü-
nün üstünə endirmişdi.(İ.Şıxlı)
ca omonim şəkilçisi vasitəsilə isimdən sifət də əmələ gəlir.
Məsələn: balaca
-aş. Şəkilçi dilimizdə söz-şəkilçi funksiyasına malik
olub, isimdən isim düzəldir. Məsələn: adaş
Milli mənşəli –daş morfemi ilə eyni semantik qrupda
birləşir.
-ıd,-üd,-id,-ud,-d. Qeyri-məhsuldar şəkilçi olub, hərəkət
bildirən sözlərdən yeni sözlər əmələ gətirir. Bu şəkilçiyə
dilimizdəki keçid, öyüd, ayırd kimi sözlərdə rast gəlirik.
Məsələn: Həyətdə iki uzun dirək basdırıb keçid düzəltdilər. Ke-
Dostları ilə paylaş: |
|
|