İbtidai təhsilin məzmununda innovasiyalar Plan



Yüklə 28,09 Kb.
səhifə5/5
tarix18.01.2023
ölçüsü28,09 Kb.
#98735
1   2   3   4   5
innovasiyalar

Dərsliyin növləri: 1) orijinal dərslik (ana dilində yazılır, regional, etnik xüsusiyyətlər nəzərə alınır), 2) tərcümə dərslikləri.
Dərsliyin funksiyaları:

  • motivləşdirici funksiya – şagirdlərdə fənnin öyrənilməsinə, təlimə müsbət maraqlar və həvəs formalaşdırılmasına səbəb olan stimullar yaradılması;

  • məlumatverici funksiya – öyrəniləcək materiala dair biliklərin həcminin hər vasitə ilə genişləndirilməsi;

  • nəzarət-təshihedici funksiya – təlim nəticələrinin yoxlanılması, həcminin, bacarıq və vərdişlər formalaşdırılmasını təmin edəcək müxtəlif çalışmaların mövcudluğu.

Dərsliyin tərtibinə verilən tələblər:

  • dərslik proqram əsasında yazılmalı, orada verilmiş nəzəri biliklərdə elmin son nailiyyətləri əks olunmalıdır. Burada elmin aparıcı ideyaları (anlayış , qanun, teorem və nəticələr) qabarıq verilməli, onların aydın və inandırıcı şərhi təmin edilməlidir;

  • dərslik təlimin tərbiyəedici və inkişafetdirici funksiyalarını yerinə yetirməlidir. Mövzunun xarakterindən asılı olaraq dərslik şagirdlərin dialektik təfəkkürünü, elmi dünyagörüşünü, mənəvi keyfiyyətlərin, habelə zehni qabiliyyətlərin formalaşmasına kömək etməlidir. Mövzuların şərhində fəndaxili və fənlərarası əlaqələrdən yeri gəldikcə istifadə etməkdir;

  • dərslik şagirdlərin müstəqil fəaliyyəti üçün əlverişli şərait yaratmalı, onları özünütəhsilə istiqamətləndirməlidir. Bu məqsədlə dərslikdə təhsil əməyi bacarıqlarına (zehni məsələlərin həllinə, problemin izahına), çalışmalara, sual və tapşırıqlara yer verilməlidir;

  • dərslik gigiyenik cəhətdən düzgün qurulmalıdır. Kitabda şifrələrin ölçüsü, kağızın rəngi, sətirarası məsafələr, mövzuların, paraqrafların, anlayışların aydın verilməsi, təriflərin qabarıq göstərilməsi materialın qavranılmasını asanlaşdırır.

Blum taksonomiyası
Taksonomiya yunan sözü olub “taksis” qayda, “nomos” qanun və ya elm deməkdir.
Taksonomiya canlıların klassifikasiyasına aiddir və orqanizmlərin xüsusi təsnifatı kimi qəbul edilir. Əşyaların və anlayışların təsnif edilməsində taksonomiyalardan istifadə olunur. Taksanomiyalar İ.Kantın epistomologiya (bilik haqqında) nəzəriyyəsinə əsaslanır. Nəzəriyyəyə görə insan beyni bilikləri hər hansı bir sistemdə yaradır.
Taksonomiya xüsusi təsnifat olub, iyerarxik quruluşa malikdir. Taksonomiyalarda yuxarı mərhələ aşağıdakı mərhələlərin bütün xüsusiyyətlərinin daşıyıcısıdır. Lakin aşağıdakı mərhələlər yuxarıdakıların bütün xüsusiyyətlərinin daşıyıcısı deyil, onun öz spesifik xüsusiyyətləri vardı. Məsələn, çiçəklər+meyvələr+ağaclar
Bunların hamısı bitkidir, lakin hamısı meyvə deyil. Qarpız, üzüm, alma, armud, limon – bunların bəzisi meyvə, bəzisi giləmeyvədir, lakin hamısı alma deyil.

Alma

Bitki


Bitki

Meyvə



Meyvə



Alma

İyerarxik quruluşa İyerarxik quruluşa


malikdir. Malik deyil.
Təhsilin məqsədlərini əsasən üç böyük sahəyə ayırmaq olar: koqnitiv (idraki), affektiv (emosional) və psixomotor (fiziki hərəkət). Bu sahələr üzrə aparılan təsnifata əsasən təhsilin üç taksonomiyası müəyyən edilmişdir:

  1. idraki taksonomiya;

  2. emosional taksonomiya;

  3. psixomotor taksonomiya.

Blum taksonomiyası idrakı davranışları faktiki olaraq sadədən mürəkkəbə doğru altı kateqoriyaya görə təsnif edir. Başqa taksonomiyalar kimi Blum taksonomiyası da iyerarxiyaldır (mərhələlidir), yuxarı səviyyələr aşağı səviyyədə nail olunan bilik və vərdişlərdən asılıdır. Taksonomiyaların bu xüsusiyyəti aşağıdakı kimidir.


Yüklə 28,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə