İbtidai təhsilin məzmununda innovasiyalar Plan


İbtidai təhsilin məqsədi aşağıdakılardır



Yüklə 28,09 Kb.
səhifə3/5
tarix18.01.2023
ölçüsü28,09 Kb.
#98735
1   2   3   4   5
innovasiyalar

İbtidai təhsilin məqsədi aşağıdakılardır:
- uşaqlarda oxu, yazı və hesablama vərdişləri yaratmaq və möhkəmləndirmək;
- uşaqlara insan, cəmiyyət, təbiət və onlar arasında qanunauyğunluqlar haqqında ilkin həyati biliklərin verilməsini təmin etmək;
- uşaqlarda yaradıcı və məntiqi təfəkkür elementlərini formalaşdırmaq, istedadlı uşaqların erkən yaşdan üzə çıxarılmasını və inkişafını təmin etmək;
- uşaqlara həssaslıq, estetik və bədii zövq, əxlaqi-mənəvi keyfiyyətlər, fiziki mədəniyyət və özünəxidmət bacarıqları aşılamaq.
İbtidai təhsilin məzmunu bir neçə ayrı-ayrı elementlərdən ibarətdir. Əsas element bilikdir. Şagirdin şüurundakı təsəvvürlər, faktlar, mülahizələr, anlayışlardır.
Bilik fəlsəfi mənada - obyektiv reallığın insan şüurunda inikasıdır.
Bilik pedaqoji mənada - öyrənilən fakt, təsəvvür, mülahizə və anlayışların şagirdlərin şüurunda əksidir. Bilik gündəlik həyatda qazanılan bilik - öz müşahidə və mülahizələri əsasında ətrafa ünsiyyətdə qazanılan bilikdir. Bilik elmi (nəzəri) bilik - məqsədyönlü özünütəhsil yolu ilə mütəşəkkil təlim prosesində qazanılan bilikdir.
Bacarıqlar - tətbiq olunan biliklərdir.
Vərdişlər - bacarıqların dəfələrlə təkrarı nəticəsində avtomatlaşmış formasına vərdişlər deyilir. Vərdişlərin xarakterik əlamətləri onların tez və dəqiq yerinə yetirilməsidir.
Tədrisin məzmununu əks etdirən sənədlər.
Tədris planı, tədris proqramı, tədris ədəbiyyatı.
Tədris planı - müəyyən tip məktəbdə öyrəniləcək fənlərin siyahısı, keçirilmə ardıcıllığı, hər fənnə veriləcək illik və həftəlik saatların miqdarını göstərən dövlət sənədidir. Tədris işinin quruluşu, imtahanlar, təcrübələrdə tədris planına əsasən müəyyən edilir. Tədris ilinin quruluşu, fənlərin siyahısı, fənlərin keçirilmə ardıcıllığı, siniflər üzrə həftəlik saatların miqdarı, fənlər üzrə həftəlik saatların miqdarı.
Tədrisin demokratikləşməsinə uyğun olaraq ölkə üçün vahid olan baza tədris planına əsasən, məktəbin tipinə, şagirdlərin yaş xüsusiyyətlərinə, etnik xüsusiyyətlərinə görə müxtəlif variantlı tədris planları tətbiq edilə bilər.

Yüklə 28,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə