İbtidai təhsilin məzmununda innovasiyalar Plan


Tədris planının tərtibinə verilən tələblər



Yüklə 28,09 Kb.
səhifə4/5
tarix18.01.2023
ölçüsü28,09 Kb.
#98735
1   2   3   4   5
innovasiyalar

Tədris planının tərtibinə verilən tələblər:
- tədris planına daxil edilən fənlər uşaqların müstəqil həyata hazırlanmasına, ümumi inkişafına kömək etməlidir;
- tədris planına daxil olunan fənlər təhsilin əsas məqsədlərinin həyata keçirilməsinə xidmət etməlidir;
- tədris planı tərtib edilərkən yaş xüsusiyyətləri nəzərə alınmalıdır;
tədris planının tərtibində sistematiklik və ardıcıllıq gözlənilməlidir.
Tədris proqramları
Tədris proqramı hər fənn üzrə veriləcək bilik, bacarıq və vərdişlərin məzmununu, həcmini, ardıcıllığını müəyyən edən təhsil sənədidir.
Tədris proqramının quruluşu: izahat vərəqi, mövzulara ayrılan təxmini vaxt, fənlərarası əlaqəyə aid göstərişlər, öyrəniləcək materialın mövzular üzrə məzmunu, məsləhət görülən ədəbiyyat siyahısı, istifadə ediləcək İKT.
Proqramın tərtibi prinsipləri: xətti və konsentrik.
Proqramın tərtibinin xətti prinsipinə görə tədris materialı ciddi sistemlə, məntiqi ardıcıllıqla zəncirvari düzülür, ardıcıl həyata keçirilir.
Proqramın tərtibinin konsentrik prinsipinə görə eyni adda olan tədris materialına sonrakı siniflərdə yenidən müraciət olunur və daha dərindən öyrədilir.
Tədris proqramının tərtibinə verilən tələblər:
- tədris proqramı tədris planı əsasında tərtib olunmalıdır;
- tədris proqramı müasir tələblər baxımından tərtib olunmalıdır;
- tədris proqramı təlimin tərbiyəedici və inkişafetdirici funksiyalarını da həyata keçirməyə kömək etməlidir;
- proqramın tərtibində fəndaxili və fənlərarası əlaqənin təmin olunması nəzərə alınmalıdır;
- proqramın tərtibində nəzəriyyə ilə praktikanın əlaqəsi nəzərə alınmalıdır.
Tədris ədəbiyyatı
Tədris ədəbiyyatı dərslik, əlavə oxu materialı, dərs vəsaiti, məlumat kitabları, atlas, xəritə, məsələlər və çalışmalar kitabı, fənn dəftərləri.
Dərslik – tədris proqramının bölmə və mövzularını aydın, dəqiq şərh edən, şagirdləri düşünərək çalışmağa yönəldən, onları tərbiyə və inkişaf etdirən kitaba dərslik deyilir.

Yüklə 28,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə