İbtidai təhsilin məzmununda innovasiyalar Plan



Yüklə 28,09 Kb.
səhifə2/5
tarix18.01.2023
ölçüsü28,09 Kb.
#98735
1   2   3   4   5
innovasiyalar

İctimai tələbatlar: təhsil yeni demokratik dövlət yaradılmasının əsası olmalıdır;
- mədəni və mənəvi inkişafı təmin etməlidir;
- insan fəaliyyətinin bütün sahələrində baş verən əhəmiyyətli dəyişikliyi əhatə etməlidir;
- demokratik cəmiyyət və bazar münasibətlərinə hazırlıq formalaşdırmalıdır;
- milli, elmi-texniki səviyyənin dünya standartlarına uyğunluğu təmin edilməlidir.
İbtidai təhsildə tələblər dövlət strategiyası ilə müəyyən olunur. Dövlət sənədlərində məktəb təhsilinin ümumi məzmununun formalaşdırılmasının əsas­­­­la­­rı müəyyən edilmişdir: humanistləşmə, inteqrasiya, diferensasiya, şəxsiy­-yətyö­­­­­­­nüm­-lülük, vətəndaşlıq tərbiyəsi, elmi-praktik əhəmiyyətlilik, təhsilin yaş xüsusiy­yətlərinin uyğunluğu, yeni İKT-nin geniş tətbiqi.
Humanistləşmə - müasir məktəbdə şagirdlər elmlərin əsaslarını insan və onun həyatı haqqında olan biliklərlə birlikdə mənimsəyirlər. Bu hal humanist təfəkkür tipinin formalaşmasına, həyatın mənasını dərk etməyə, problemlərə optimist yanaşmağa kömək edir. Humanistləşmədə əsas rol dil və ədəbiyyatın tədrisinə, estetik tərbiyəyə, insanşünaslığa ayrılır.
İnteqrasiya - təlim prosesində eyni obyekt haqqında müxtəlif fənlər üzrə öyrədilən biliklərin təhlili, tərkibi, müqayisədən istifadə etməklə əsas anlayışlar üzərində birləşib vahid təfəkkür formalaşdırmasına deyilir. Müasir məktəbdə iki-üç fənnin bu cür birləşməsindən əmələ gələn inteqrasiya olunmuş kursların sayı artmaqdadır.
Diferensasiya - təhsilin məzmunu məktəbin tipindən , regional xüsusiyyətlərindən, şagirdlərin istedad səviyyəsindən asılı olaraq fərqləndirilməsinə deyilir.
Təhsilin məzmununun xarakteri iki yerə ayrılır: 1) maddi təhsil; 2) formal təhsil.
- maddi (ensiklopedik) təhsil tərəfdarlarının fikrincə, məktəbin əsas vəzifəsi elmin müxtəlif sahələrinə dair mümkün olduqca daha geniş həcmdə biliklər verməkdir.
- formal (seçmə) təhsil tərəfdarlarına görə, əsas vəzifə şagirdlərin idraki maraq və qabiliyyətlərinin, onların diqqətinin, hafizəsinin, təfəkkürünün inkişaf etdirilməsidir.

Yüklə 28,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə